DAMAQ₁

is.
1. Ağız boşluğunun üst tərəfi.
□ Damaq səsi dilç. – tələffüz edərkən dilin damağa toxunması nəticəsində çıxan səs. Damaq saitləri.
2. Ağız mənasında.
Usta papirosu damağına salıb başladı işini. C.Məmmədquluzadə.
Qüdrət iri barmaqları arasındakı papirosu sakit-sakit övkələyib damağına qoydu. M.Hüseyn.

3. bayt. At və eşşəkdə damaq şişmə xəstəliyi; kəsmə.
Tez-tez tövləyə adam buraxma ki, at damaq olar. Ə.Vəliyev.

Синонимы

  • DAMAQ kef — əhval — həvəs
  • DAMAQ damaq bax kef 1

Омонимы

  • DAMAQ DAMAQ I is. anat. Ağız boşluğunda olan üzvlərdən biri. O, gümüş dəstəkli qəlyanını doldurub damağına alandan sonra gözünü qıyıb xeyli müddət bu heykəl

Этимология

  • DAMAQ Ərəbcədir, bizdə qanraq sözü olub. “Kef” (damağım çağdır!), “beyin” anla­m­larında işlədilən söz olub
DAMADLIQ
DAMAQ₂
OBASTAN VİKİ
Damaq
Damaq (lat. palatum, yun. uranos) ağız boşluğunun damını, eləcə də burun boşluğunun dibini təşkil edir. Tağ şəklində olub, basıq səthi aşağı baxır və iki hissəyə bölünür: ön 2/3 hissəsi sərt damaq — lat. palatum durum və arxa 1/3 hissəsi isə yumuşaq damaq — lat. palatum molle adlanır.
Damaq sümüyü

Значение слова в других словарях