DANMAQ

f.
1. İnkar etmək, boynuna almamaq, boynundan atmaq. Bildiyini danmaq. Öz sözünü danmaq.
[Şərəfnisə xanım:] Yaxşısı budur ki, danaram, deyərəm ki, heç vaxt ağlamırdım. M.F.Axundzadə.
Zeynal başını aşağı sallamışdı.
İlk istintaqda söylədiyi bir sözü dana bilməyəcəkdi. S.Hüseyn.
[Mürşüd:] Ay İnci, guya mən evli olduğumu danıram? S.Rəhman.

// Bir şeyin mövcud olduğunu qəbul etməmək, rədd etmək, inkar etmək.
[Qədir:] Mən yekəlikdə adamın diriliyini danırlar. Mir Cəlal.

2. Gizləmək.
[Nəbi:] Həcər, nə olub ki, yeriyə bilmirsən? Həcər yaralandığını ondan danıb cavab verdi… Qaçaq Nəbi”.
Uzaqlarda, bəlkə dağlar dalında; Nişanlın var, onu məndən danırsan? Ə.Cəmil.
Sevirəm, nə danım, sevirəm. O.Sarıvəlli.

Синонимы

  • DANMAQ DANMAQ (boynuna almamaq) [Sultan Safoya:] Danırsan gözünün içinə qədər.. (S.Rəhimov); GİZLƏMƏK Lələ, səndən bir şey soruşacağam, məndən gizləmə, doğru
  • DANMAQ gizləmək

Антонимы

  • DANMAQ DANMAQ – TƏSDİQLƏMƏK Kəndlilər bir ağızdan o son tüfəngi dandı (S.Rüstəm); Qədir raykom katibinin sözünü təsdiqləmək məqsədilə bərkdən dedi (Ə
DANMA
DANSAQ

Значение слова в других словарях

заха́ркивание консюмери́зм начи́ркать проти́скивать ушко фумига́ция широковеща́тельно щелева́тый щёточник высокотехнологи́чный нафтала́н полудремо́тный торфотерапи́я antivermicular board coupé ice-skate impulsively never-say-die reflex septennary succession crop вскакивать петлица предводитель