Alpaqut (döyüş sənəti)
Alpaqut (Alp: döyüşçü, Qut: müqəddəs) — Müqəddəs Döyüşçü mənasındadır. Turan coğrafiyasında yaşayan, Türk xalqlarının ortaq mədəni dünya görüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim Türklərin döyüş mədəniyyətini, müasir döyüş sənəti üzərində konsepsiyalaşdıran, dərin fəlsəfi ideoloji mənası olan və sirli qalan milli döyüş mədəniyyətinin qlobal mədəniyyətə çıxışını təşkil edən bir idman növüdür.
Alpaqut döyüş sənəti, türk döyüş sənətləri üzrə araşdırmaçı, beynəlxalq dərəcəli idman ustası Kutsan Vasif Namazov tərəfindən, Türk xalqlarının qədim döyüş sənətlərindən götürülmüş və müasir döyüş sənətləri ilə sintezləşdirilərək qurulmuşdur. Alpaqut döyüş sənəti, Türk xalqlarının döyüş mədəniyyətindən qaynaqlandığı üçün, bu idman növünün markası "Turan döyüş sənəti" (Turan: türksoylu xalqların yaşadığı, böyük çöl adlanan coğrafiya) adlanır.
Alpaqut döyüş sənətinin təlim proqramı 8 baza texnikalarından ibarətdir. İmtahan proqramı isə 4 üstüngü mərhələlərdən ibarətdir. Yarışma qaydaları isə 4 sistemdən ibarətdir.
Bu sistemlər belə adlanır:
1) Aypara sistemi
2) Batur sistemi
3) Caymaz sistemi
4) Qurşaq sistemi.
5) KaçutQısa olaraq bu sistemləri əlifba sırasıyla A, B, C, G, və K də adlandırmaq olar.
Bu döyüş sənəti bütün türk dünyasına aid olsada ancaq o bütün hüquqi haqlarla Azərbaycana məxsusdur.