DAYANACAQ

is.
1. Sərnişinlərin düşməsi və minməsi üçün tramvayın, avtobusun və s.-nin dayandığı yer. Tramvay dayanacağı. Avtobus dayanacağı.
2. Müvəqqəti yaşamaq üçün düzəldilən yer. Ov heyvanları bol olan sahələrdə ən qədim insanlar özlərinə dayanacaqlar düzəldirdilər.
3. Söykənəcək, dayaq. Əl ağacı qoca adam üçün ən yaxşı dayanacaqdır.
// Əl ağacı.
4. məh. Araba oxunun, təkəri oxdan çıxmağa qoymayan və arabada laydırı dik saxlayan hissəsi. Arabanın dayanacağı.

Синонимы

  • DAYANACAQ DAYANACAQ (nəqliyyat vasitələrinin dayanacaq yeri və sərnişinlərin minik üçün gözlədikləri yer) Adilə bütün bunları hiss etmədən irəliləyir, özünü tak
  • DAYANACAQ söykənəcək
  • DAYANACAQ duracaq

Этимология

  • DAYANACAQ Laydırın yana yatmaması (əyilməməsi) üçün ona dayaq qoyurlar, qə­dim arabalarda yastıqda deşik açılmış, dayağın bir ucu ora geydirilmişdir
DAYAMAQ
DAYANDIRICI
OBASTAN VİKİ
Axırıncı dayanacaq (film, 2014)
Axırıncı dayanacaq tammetrajlı bədii filmi rejissor Fikrət Əliyev tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır. Film İlqar Fəhmi və Fikrət Əliyevin ssenarasi əsasında "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film qocalar evində baş vermiş tragikomik hadisələrdən bəhs edir. İronik-komediya janrında olan film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir. Pullarını itirmiş polkovnik dostlarından şübhələnməyə başlayır və bundan sonra başına gələn hadisələr onu gülüş obyektinə çevirir. Filmdə əsas rolları Tofiq Hüseynov, Arif Quliyev, Qorxmaz Əlilicanzadə, Səmayə Musayeva, Zemfira Sadıqova, Tariyel Qasımov, Fuad Poladov, Zemfira Nərimanova, Bəhram Bağırzadə və Ağaxan Salmanlı ifa edirlər. == Məzmun == İronik-komediya janrında olan film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir. Pullarını itirmiş polkovnik dostlarından şübhələnməyə başlayır və bundan sonra başına gələn hadisələr onu gülüş obyektinə çevirir.İlk epizodda avtobusdan düşüb soruşaraq üz tutduğu qocalar evində gəncliyində itirdiyi sevgilisi Lətifəni (Zemfira Sadıqova) tapacaq Kərim (Kərim Məmmədov) əsas dramaturji hadisədən kənarda qalmaqla ən azı mətn çatışmazlığı ucbatından səbəb-nəticə əlaqəsi sayılan süjet kontekstində mövcud olsa da, mühitin ilkin təqdimatında mühüm rol oynayır. Kapitanın (Tofiq Hüseynov) yaddaşsızlıq ucbatından itirdiyi min manatın tapılması üçün keçmiş sahə müvəkkili Qəmbərlə (Qorxmaz Əlilicanzadə) onun əlaltısı Tapdığın (Arif Quliyev) cinayətkarın tutulması üçün əməliyyat cəhdləri komediya elementlərini üzə çıxarır. Bununla belə, detektiv janrının Hamletsayağı modeli tamaşaçının ekranda baş verənlərə diqqət kəsilməsinə şərait yaradır və bu axtarışda iştirak edən personajların fabula çərçivəsindəki mövcudluğu hadisəliliyi artırır.

Значение слова в других словарях