1. Bir fikri şifahi surətdə ifadə etmək, bəyan etmək, söyləmək, bildirmək. Söz demək. Düzünü demək.
// Bir fikri yazılı surətdə ifadə etmək, yazmaq. Müəllif öz əsərində deyir ki…
2. Nəql etmək, rəvayət etmək (adətən “ki” bağlayıcısı ilə).
// Söhbət etmək, söz açmaq, danışmaq.
3. Xəbər vermək, söyləmək, bildirmək. Bu sözü heç kəsə demə. Bunu sənə kim dedi? Sirri başqalarına demək.
// Yetirmək, bildirmək, çatdırmaq. Mənim fikrimi ona de.
4. Əmr etmək, sərəncam etmək, tapşırmaq. Ona de ki, tez gəlsin.
5. dan. Nəzmə çəkmək. Şeir demək. – [Molla:] Arvad, iki misra demişəm. “M.N.lətif.”.
6. dan. Avazla oxumaq. Bir-iki kəlmə demək. De gəlsin. Bir ağız demək.
7. Adlandırmaq, ad vermək. Buna nə deyərlər? Siz buna nə deyirsiniz? Belə hərəkətə nə demək olar?
8. Məna vermək, mənasına gəlmək. Bu söz nə deməkdir? Ərəbcə “həyat” dirilik deməkdir.
// Dəlalət etmək, sübut etmək, ifadə etmək, göstərmək. Bu, o demək deyil ki…
9. “Dərs” sözü ilə – müəllimlik etmək, dərs vermək, öyrətmək.
10. “Deyəcək” şəklində – deyilməsi, bildirilməsi, xəbər verilməsi vacib olan. Daha deyəcək sözüm yoxdur.
11. Şəxs sonluqları ilə İs.
mənasında: dediyim, dediyin, dediyi – söylədiyim, söylədiyin, söylədiyi söz, fikir və s. Dediyinə əməl etmək. Dediyindən belə çıxır ki…
// Bəzən cəm şəklində işlənir.
12. “Bir-bir” sözü ilə – sadalamaq, təfərrüatı ilə, ardıcıl surətdə hamısını söyləmək, bildirmək. Ürəyindəkiləri bir-bir demək.
13. “Deməkdi(r)” şəklində – iki şeyi eyniləşdirmə mənasında işlənir.
14. Feli bağlama şəklində: deyib – 1) nəzərdə tutaraq, üz tutaraq, istiqamət götürərək.
2) hesab edərək.
3) “durmaq” sözü ilə – daim təkrar etmək, söyləmək.
◊ Deyək ki – fərz edək ki, tutaq ki.
Deyirdim ki – bu fikirdə idim ki, belə güman edirdim ki (çox vaxt arzu bildirir). Deyirdim ki, bir bizə gələsən.
Deyirlər ki – rəvayət var ki, söhbət var ki, belə danışırlar ki, belə fikir yayılmışdır ki. Deyirlər ki, bu il qış bərk soyuq olacaq.
Demək olar ki – bir şeyin təxminiliyini, möhtəməlliyini, mümkünlüyünü, həqiqətə yaxınlığını bildirən ara söz.
Demək olmaz ki – söylənilən sözün, ya fikrin düzgünlüyünə arxayın olmadıqda, bir şeyi müəyyən etməkdə çətinlik çəkdikdə, yaxud inkarı yumşaltmaq istədikdə işlənən ifadə.
Necə deyirlər – fikri tam və düzgün ifadə etməkdə çətinlik çəkdikdə və ya danışanın sözü ilə tam razılığa gəlmədikdə işlədilən ifadə.
Nə deyim – tərəddüd, gözlənilməzlik bildirən ara söz. Nə deyim, birdən yağış yağar.