Sinonimi kimi bələkkəsdi, göbəkkəsdi, beşikkərtmə sözləri ilə də işlədilir. Deyikli sözü demək feilindəndir: valideynlər oğlanla qızı uşaq vaxtdan evləndirəcəkləri barədə bir-birinə söz deyirlər. Göbək kəsilən andan (göbəkkəsdi), beşiyə qoyulan vaxtdan (beşikkərtmə) “nişanlama” deməkdir. Demək feilindən deyik (bil-ik qəlibi üzrə) ismi, ondan da deyikli sifəti əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)