DİŞLİ

sif.
1. Dişi, dişləri olan; diş-diş. Dişli çarx. Kənd təsərrüfatı maşınqayırma zavodları üç cür dişli mala buraxırdı.
2. məc. dan. Sözükeçən, ağızlı, nüfuzlu. Dişli adam.
[Allahyar:] Özün bilirsən ki, onlar dişli tayfadırlar. İ.Şıxlı.

Синонимы

  • DİŞLİ sözükeçən — ağızlı — nüfuzlu

Антонимы

  • DİŞLİ DİŞLİ – ÖLÜVAY Özün bilirsən ki, onlar dişli tayfadırlar (İ.Şıxlı); Onun tələsməklə işi yoxdur, ölüvaydır (“Ulduz”)
DİŞLƏNMİŞ
DİŞLİCƏ
OBASTAN VİKİ
Dişli balinalar
Dişli balinalar (lat. Odontoceti)— balinakimilər dəstəsindən suda yaşayan məməlilər yarımdəstəsi. Uzunluğu 1,2 m-dən 20 m-ə qədərdir. Dişsiz balinalar-dan fərqli olaraq 1-dən 240-dək dişi olur. Başının təpə hissəsində bir burun dəliyi var. Alt çənə qısa olub ön tərəfdən bitişmişdir. Dişli balinalar oriyentasiyanı exolokasiya ilə təyin edir. Hava kisələri sistemi olan exolokasiya aparatının yaranması kəllənin asimmetriyasına səbəb olmuşdur. Dişli balinalar çox yaxşı eşidir və səs siqnallarını qəbul edir. Burun kanalı ilə əlaqədar olan səs orqanı yaxşı inkişaf etmişdir.
Dişli quşlar
Dişli quşlar (lat. Odontornithes, yaxud lat. Odontognathae) — sistematik vəziyyətli tam aydın olmayan təbaşir quşları. Kəlləsinin quruluşu onları müasir quşlara yaxınlaşdırır, lakin dişlərin və kəllənin ön hissəsində pulcuğ örtüyün olması ilə fərqlənir. Hesperornislərə və İxtiornislərə bölünür. Birincilərə uçma qabiliyyəti olmayan iri (180 sm-dək) su quşları, ikincilərə isə (25 sm-dək) qarğaları xatırladan uçan quşlar daxildir. Dişli quşlar Şimali Amerika və Avropanın Təbaşir dövrü çöküntülərindən tapılmış, çənələrində dişləri olan nəsli kəsilmiş quşlar yarımdəstəsi. Bəzi alimlər dişli quşları müasir və ya "yeni quşlar" (Neornithes) yarımsinfinə daxil edirlər. == Həmçinin bax == Quşlar == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Dişli topulqa
Dişli topulqa (lat. Spiraea crenata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropada, Rusiyada, Qafqazda, Şimali, Mərkəzi Asiyada yayılmışdır. == Botaniki təsviri == 1 m-ə qədər hündürlükdə, cavankən şabalıdı-boz, sonralar isə boz rəngli, tüklənmiş, nazik tilli zoğları olan koldur. Yarpaqlar uzunsov, tərs və ya pazşəkilli olub, 1,5-3,5 sm uzunluğunda, 0,3-1,5 sm enindədir. Tamkənarlı, ortadan, bəzən isə qaidə hissəsindən kənarı dalğavarı və ya xırda dişli, çox zaman yalnız təpəsi dişlidir. Çiçəkləyən zoğlarda yarpaqlar xırda olub, 1-2 sm uzunluğunda və 0,3-0,6 sm enindədir, tamkənarlıdır, saplağı 1,7 mm uzunluqdadır. Çiçək qrupu 10-12 çiçəkli, qalxanvaridir. Ləçəkləri ağ, meyvə yarpağı 2-3 mm uzunluqda olub, tükcüklə örtülü, bəzən isə çılpaqdır. Arel-may aylarında çiçəkləyir, meyvəsi iyun-iyulda yetişir.
Dişli çarx
Dişli çarx - üzərində silindrik və ya konik səth üzrə dişlər kəsilmiş qasnaqdır. O başqa dişli çarxla təmasda olaraq dişli ötürmənin əsas elementi sayılır. Maşınqayırmada dişli çarxlar diametrindən asılı olaraq aparan və aparılan olaraq iki qrupa bölünürlər. Vallarda fırlanma momentini ötürmək üçün dişli çarxlar cüt-cüt tətbiq olunurlar. Əgər dişli çarxın diametri kiçikdirsə onda fırlanma momenti dövrlər sayı ilə tənzim olunur. Onu da qeyd etmək lazımdır ki, dişli çarx ötürməsi mexaniki gücü artırmaq üçün tətbiq olunmur, beləki onun girişində mexaniki enerji, çıxışındakından çox ola bilməz. Çünki, mexaniki iş bu halda fırlanma momenti və sürəti ilə mütənasibdir. Ona görə də momenti artırma dişli çarxın sürətini azaltmaq deməkdir. Nəticədə onların hasili (kənar qüvvələrin təsirini nəzərə almadıqda) sabit qalır. Dişli çarxaların aşağıdakı növləri vardır: Dişin eninə profillinə görə fərqlənənlər.
Dişli pirakanta
Dişli pirakanta (lat. Pyracantha crenulata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin pirakanta cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şərqi Asiya və Hindistandır. == Botaniki təsviri == Hündürlüyü 4–6 m olan, tikanlı, dağınıq budaqlı, həmişəyaşıl və ya yarım həmişəyaşıl koldur. Yarpaqları növbəli, neştərvaridir, uzunluğu 2–5 sm, kənarları dişli, çılpaq, üstü parlaq yaşıl rəngli, qısa saplaqlıdır. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri ağ rənglidir, mürəkkəb qalxanvari çiçək qrupunda yerləşir. Meyvələri xırda, alma şəkilli, qırmızı və ya narıncı rənglidir, oktyabr-noyabr aylarında yetişir. Toxumla çoxaldılır. Bitkini budadıqda müxtəlif forma vermək olur.
Dişli ölməz kol

Значение слова в других словарях