DİKƏLTMƏK

f.
1. Dik vəziyyətə gətirmək, dik tutmaq, dik qaldırmaq.
[Rüstəm bəy:] Mahmud, Mahmud!… Başını bir az dikəlt… N.Vəzirov.
Tüfəngimi dikəltdim, havada gəlirkən qolları arasından nişan aldım. A.Şaiq.
At yalını qabartmış, quyruğunu dikəltmiş … və kişnəyirdi. S.Rəhimov.

2. məc. Ayaq üstə qaldırmaq, araya çıxarmaq, müstəqil hala gətirmək.

Синонимы

  • DİKƏLTMƏK dikəltmək bax qaldırmaq

Этимология

  • DİKƏLTMƏK Yumşaq, yumşal sözlərinin qədim törəmə kökü yumşa kəlməsi olduğu kimi, dikəltmək sözünün də kökü tarixən dikə olub
DİKƏLTMƏ
DİKİLİ

Значение слова в других словарях