Dilimli cәrgәvәr
Dilimli cərgəvər (lat. Polystichum aculeatum) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin ayıdöşəyikimilər fəsiləsinin cərgəvər cinsinə aid bitki növü.
== Yarpaq ==
Yarpaq ayası sərt dərilidir, ikiqat lələkvaridir, qışı keçirən, qaidəsinə doğru daralandır; ikinci cərgənin seqmentləri uzanmış ellipsşəkillidir, sivridir, qısa qalın saplaq üzərində çəpinə yerləşmişdir və ya demək olar ki, oturaqdır, qaidəsində sivri qulaqcıqlıdır, mişarvari-qılcıqlıdır. Saplaqları adətən qonur iri dəriciklə örtülüdür.
== Sorus ==
Soruslarları ovaldır, iridir, barverən damarcıqların orta hissəsindən yuxarıda yerləşmişdir.
== Sporlaması ==
İyul-sentyabr.
== Azərbaycanda yayılması ==
Böyük Qafqaz (Quba), Qobustan, Abşeron, (Bilgəhdə quyuların divarında), Böyük Qafqazın şərqi və qərbi, Kiçik Qafqaz şimalı və mərkəzi, Lənkəran ovalığı. Aşağı və orta dağ qurşağında.
== Yaşayış mühiti ==
Qaranlıq meşələrdə, çay dərələrində, əsasən daşlı və qayalı yerlərdə rast gəlinir.