HİKMƏ(T)

peyğəmbərlik; Quranı oxuyub düzgün başa düşmə və oxunanlardan düzgün nəticə çıxarma.
HİDAYƏT
HİNDUİZM
OBASTAN VİKİ
Divani-hikmət
"Divani-hikmət" (Hikmət evi) - ilk ədəbi məclis "Divan-ı Hikmət" ("Hikmət Evi") XIX əsr. Azərbaycanda qurulan ilk ədəbî məclislərdən biridir. 1820-1830-cu illər arasında, Gəncədə, şair Mirzə Şəfi Vazeh tərəfindən qurulmuş, 1841-ci ildə onun Tiflisə köçməsi səbəbiylə, 1841-1846-cı illər arası faaliyətini Tiflisdə davam etdirmişdir. Yığıncaqlarına Azərbaycan şairləriylə bir arada ruslar, almanlar, ermənilər və b. da qatıldığı tək ədəbî məclisdir. "Divan-ı Hikmət'in faaliyətləri və toplantıları, Tiflisdə 1852-ci ilə, Mirzə Şəfi Vazehin ölümünə qədər, Gəncədə isə 1882-ci ilə, Mirzə Mehdi Nacinin ölümünə qədər davam etmişdir. Məclis 2014-cü ildə bərpa edilmşdir.
Hikmət Abbaslı
Hikmət Zahir oğlu Abbaslı (11 noyabr 1998; Beyləqan rayonu, Azərbaycan — 9 noyabr 2020; Muxtar-Şuşakənd istiqaməti, Xocalı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Hikmət Abbaslı 11 noyabr 1998-ci ildə Beyləqan rayonunda anadan olmuşdur. 2006-2017-ci illərdə Beyləqan rayon F.Hacıyev adına 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2017-ci ildə təhsilini Bakı Humanitar Kollecində davam etdirmişdir. hərbi xidmətini bitirdikdən sonra siqnalizasiya və təhlükəsizlik şirkətlərinin birində çalışmışdır. Subay idi. Hikmət Abbaslı 2017-2018-ci illərdə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Xidmətini Naxçıvanda yerləşən "N" saylı hərbi hissədə etmişdir. Hikmət Abbaslı 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Hikmət Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir.
Hikmət Abdullayev
Hikmət Abdullayev (əsgər)
Hikmət Allahverdili
Hikmət Atayev
Hikmət Atayev (4 fevral 1953, Zaqatala – 7 mart 2013, Balakən rayonu) — Azərbaycan Milli Məclisinin deputatı, Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü. Hikmət Atayev 4 fevral 1953-cü ildə Zaqatala şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilirdi. 1977-ci ildən Zaqatala Rayon Mərkəzi Xəstəxanasında cərrah, 2002-ci ildən Cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2005–2006-cı illərdə Zaqatala şəhər bələdiyyəsinin sədri olmuşdur. Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur. 2006-cı il mayın 13-də 110 saylı Zaqatala seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü olmuşdur. Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Finlandiya, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.
Hikmət Ağayev
Hikmət Səttar oğlu Ağayev (6 yanvar 1966, Günəşli, Lerik rayonu) — Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti "A" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri (1993–2016), Ehtiyatda olan Polkovnik. Hal-hazırda isə "Ehtiyatda olan Zabitlər Konfederasiyası"da sədr müavini , idarə heyətinin üzvü, "Qarabağ Əlilləri Veteranları Və Şəhid Ailələri İctimai Birliyi"də idarə heyətin üzvü. Ağayev Hikmət Səttar oğlu 6 yanvar 1966-cı ildə Lerik rayonunun Günəşli kəndində doğulub. Valideyinləri Bakı şəhərinə köçdükləri ilə əlaqədar olaraq ibtidai, yəni 3-cü sinfə qədər Nizami rayonu 70 saylı orta məktəbdə, daha sonra Binəqədi rayon 246 saylı orta məktəbdə təhsilini davam etdirir. 1980-ci ildə 8-ci sinfi bitirdikdən sonra təhsilini Sabunçu rayon 88 saylı orta texniki peşə məktəbində "Telefon qovşağı elektirik peşəsi" sahəsində davam etdirir. 1984-cü ildə texniki peşə məktəbini bitirir.. Hərbçilik fəaliyyətinə 1984-cü il tarixində uşaqlıq arzusu olan Şimali Osetyanın Ordjenkisze şəhərində yerləşən Ali Ümümqoşun hərbi məktəbinə qəbul imtahanlarına sənədlərini verərək başlamışdır. Müsabiqədən keçə bilmədiyindən öz ərizəsilə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə getməyi ilə əlaqədər olaraq hərbi komisarlığa müraciət edir. 1984-cü ilin oktyabr ayından həqiqi hərbi xidmətə çağırılır. Həqiqi hərbi xidmətini Çita şəhərində Təlim ümümqoşunlar alayında serjant kurslarından başlayır.
Hikmət Babaoğlu
Hikmət Baba oğlu Məmmədov (1966, Göllü, Amasiya rayonu) — Azərbaycan Milli Məclisinin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru (2008–2021), siyasi elmlər doktoru, professor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1993), Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, YAP-ın Mərkəzi Aparatı ilə Milli Məclisdə təmsil olunan deputat qrupu arasında əlaqələndirici. Hikmət Baba oğlu Məmmədov 1966-cı ildə Ermənistan Respublikası Amasiya rayonunun Göllü kəndində, ziyalı ailəsində anadan olub. 1984–1986-cı illərdə həqiqi hərbi xidmətdə olub. 1993–1998-ci illərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında təlimatçı, baş təlimatçı vəzifəsində çalışıb. 1999-cu ildə YAP-ın I qurultayında Partiyanın Siyasi Şurasına üzv seçilib. 1998–2008-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2008–2021-ci illərdə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru olmuşdur. 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin və 9 fevral 2020-ci ildə Azərbaycan Respublikasının altıncı çağırış Milli Məclisinin deputatı seçilib. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib. 2005-ci ildə "Demokratik cəmiyyətdə insan hüquqları və azadlıqları; Azərbaycan Respublikası təcrübəsinin politoloji təhlili" mövzusunda dissertasiya müdafiə edərək, siyasi elmlər üzrə fəlsəfə doktoru, alimlik dərəcəsi alıb.
Hikmət Babaşov
Hikmət Bağırlı
Hikmət Boran
Hikmət Boran (1901, Savaştəpə[d], Balıkəsir ili – 1945, İstanbul) — tibb fakültəsi tələbəsi ikən İstanbulun işğalına qarşı universitetdə müqavimət təşkilində oynadığı rol və tibb fakültəsi tələbələrinin təmsilçisi olaraq qatıldığı Sivas Konqresində etdiyi mandatlıq rejiminə qarşı çıxışıyla məşhurdur. Türkiyə İstiqlaliyyət müharibəsinə qatılmış, müharibədən sonra ümumi cərrah olaraq çalışmışdır. Jurnalist və incəsənət xadimi Orxan Boranın atasıdır. 1901-ci ildə Balıkəsirin Savaştəpə bucağında dünyaya gəldi. Atası poçt-teleqraf məmurlarından Haqqı bəydir. Abxaziyadan sürgün edilən çərkəz qaçqınları arasında Trabzona gəlmiş ailənin övladıdır. Ali təhsilini İstanbulda Tibbiyyə Məktəbində almış, İstanbulun işğala uğradığı günlərdə ingilis bölmələrinin işğalı altında olan məktəbdə təşkil edilən nümayişlərdə rəhbər rol oynamışdır. Üçün kurs tələbəsi ikən Sivas Konqresinə qatılmaq üçün tələbələrin təmsilçisi olaraq seçilən Hikmət İstanbuldan qaçaraq Sivasa getmişdir. Konqresə İstanbuldan qatılan 3 nümayəndədən biri olmuşdur. Sivas Konqresində Mustafa Kamala xitabən etdiyi çıxışı ilə tanınır.
Hikmət Cavadov
Hikmət Cavadov (5 may 1982, Bakı) — Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, hüquq üzrə elmlər doktoru Hikmət Cavadov 1982-ci ilin may ayının 5-də Bakı şəhərində doğulub. 1998-ci ildə Bakı şəhərindəki 42 saylı orta məktəbini fərqlənmə attestatı ilə bitirib. 2002-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr, 2004-cü ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib. 2007-ci ildə Ukrayna Milli Elmlər Akademiyasının V. M. Korotskiy adına Dövlət və Hüquq İnstitutunun aspirantura şöbəsini bitirərək 2008-ci ildə Hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2004-cü ildən Ukrayna Milli Elmlər Akademiyasının V. M. Korotskiy adına Dövlət və Hüquq İnstitutunda elmi fəaliyyətlə məşğul olan H. Cavadov 2009–2013-cü illərdə kiçik elmi işçi, 2013–2016-cı illərdə həmin institutun doktorantı olub, hazırda elmi işçi vəzifəsində çalışır. 2018-ci ildə hüquq üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. Bu müddətdə H. Cavadovun hüquq elmi üzrə 2 monoqrafiyası və 40-dan çox elmi məqaləsi çapdan çıxıb. 2023-cü ilin yanvar ayında Ukrayna vətəndaşlığı alıb. H. Cavadov 2005–2012-ci illərdə "Demokratiyanın Nəbzi" Beynəlxalq İctimai Təşkilatının sədri vəzifəsində çalışıb, 2010-cu ildən "Slovo Azerbaydjana" ümumukrayna qəzetinin şef redaktorudur. 2012-ci ildən isə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri kimi aktiv ictimai fəaliyyətlə məşğuldur.
Hikmət Hacıyev
Hikmət Fərhad oğlu Hacıyev (15 oktyabr 1979, Kirovabad) — Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin sabiq rəhbəri. Hikmət Fərhad oğlu Hacıyev 1979-cu ildə Gəncə şəhərində anadan olub və buradakı 24 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillələrini bitirmişdir. NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal mərkəzi və Belçikanın ULB universitetinin magistr pilləsinin məzunudur. Hikmət Hacıyev 2000-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyi sistemində çalışmışdır. Müxtəlif illərdə o, Azərbaycanın NATO nümayəndəliyində, Azərbaycanın Küveytdəki səfirliyində işləyib. 2008-ci ildən isə Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Təhlükəsizlik problemləri departamentinin 2-ci katibi vəzifəsini, 2011-ci ildən isə Azərbaycanın Misirdəki səfirliyində müşavir vəzifəsini tutub. 2013-cü ilin avqustunda Azərbaycan Respublikasının Misirdəki səfirliyinin müşaviri kimi uzunmüddətli xarici xidməti ezamiyyətini başa vuraraq Xarici İşlər Nazirliyinə qayıtmışdır. 2013-cü ilin sentyabrından Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsində işləmişdir. Hikmət Hacıyev 2014-cü ildən 2018-ci ilə qədər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmışdır.
Hikmət Hacızadə
Hacızadə Hikmət Əbdürrəhim oğlu (11 noyabr 1954, Bakı – 20 noyabr 2020) — Azərbaycanın Rusiyadakı keçmiş səfiri. Hikmət Hacızadə 1954-cü ildə Bakıda anadan olmuşdur. 1977-ci ildə ADU-nun fizika fakültəsini bitirmiş, 1983-cü ildə Moskvada fizika-riyaziyyat elmləri namizədi adını almaq üçün dissertasiya müdafiə etmişdir. Azərbaycan EA-nın Fizika İnstitutunda böyük elmi işçi vəzifəsində işləmişdir. 1988-ci ildə "perestroyka" ilə başlayan Azərbaycanın istiqlal hərəkatında fəal iştirak etmiş, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri, birinci İdarə Heyətinin üzvü, AXC-nin "Svoboda" qəzetinin redaktoru olmuşdur. Xalq Cəbhəsinin hakimiyyəti dövründə baş nazirin müavini və Azərbaycanın Rusiyada səlahiyyətli nümayəndəsi işləmişdir. 1993-cü ildən Müsavat Partiyasının və onun Divanın üzvüdür. Demokratiya və İnsan haqları barəsində biliklərin ayılması ilə məşğul olan İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin (FAR-Centre) qurucusu və vitse-prezidentidir. Xalq Cəbhəsi və Müsavat Partiyasının nizamnamə və məramnamələrinin tərtibçilərindən biri, "keçid dövrü"nün problemləri, insan haqları tarixi və nəzəriyyəsi üzrə çoxsaylı məqalə və kitabçaların müəllifidir. Demokratiya problemlərinə həsr olunmuş Azərbaycanda ilk esse olan "Demokratiya haqqında 150 000 işarə" kitabı 1995-ci ildə nəşr edilib.
Hikmət Həsənov
Hikmət Həsənov (general-mayor) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 1-ci Ordu Korpusunun komandiri. Hikmət Həsənov (kiçik çavuş) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsinin şəhidi.
Hikmət Mahmudov
Mahmudov Hikmət İsmayıl oğlu (1936, İsmayıllı rayonu – 24 dekabr 2020) — geologiya-mineralogiya elmləri doktoru, professor Mahmudov Hikmət İsmayıl oğlu 1936-cı il may ayının 15-də İsmayıllı rayonunun ecazkar təbiətli Mican kəndində dünyaya göz açmışdır. İsmayıllı rayonunda orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsində təhsil almışdır. Oxuduğu müddətdə fakültənin ən fəal və istedadlı tələbəsi kimi tanınmışdır. 1963-cü ildə universiteti bitirərək mühəndis-geoloq ixtisasına yiyələnmiş və təyinatını Qazaxıstan Respublikasına almışdır. 1963–1964-cü illərdə Aktyubinski Vilayətinin Muqodjar geoloji-partiyasında texnik-geoloq və geoloq vəzifələrində çalışmışdır. Bu müddət ərzində H. Mahmudov gərgin və səmərəli axtarışlar apararaq Aktyubinski vilayətində bir neçə qızıl, gümüş, nadir elementlər, pyezokvars və digər yataqlar aşkar etmişdir. O, Qazaxıstanda, xüsusən də Cənubi Muqodjar sahəsində qızılın olmasını ilk dəfə aşkar etmişdir. Rəhbərlik tərəfindən təşəkkürnamələr, fəxri fərmanlar və pul mukafatları almışdır. 1965-ci ildə isə onu Qazaxıstan Respublikiası Aktybinski vilayətinin Mərkəzi Geoloji Partiyasında yetkin mütəxəssis kimi rəis vəzifəsinə təyin edirlər. Qazaxıstanın rəhbər orqanları ona bacarığına və istedadına görə Əlcazairə göndərmək qərarına gəlirlər, lakin bu təklif Vətən sevgisi ilə əvəz olunur.
Hikmət Mirməmmədli
Hikmət Mirməmmədli (20 mart 1961, Bakı – 22 may 2007, Bakı) — Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi və bəstəkarı, kino bəstəkarı. Əməkdar incəsənət xadimi Hikmət Mirməmmədli 22 may 2007-ci ildə dünyasını dəyişib. Bəstəkar Nailə Mirməmmədlinin həyat yoldaşı olmuşdur. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Hikmət Mirzəyev
Hikmət İzzət oğlu Mirzəyev (29 fevral 1968, Puşkin) — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı; Vətən Müharibəsi Qəhrəmanı; Müdafiə nazirinin müavini — Quru Qoşunların Komandanı (2024—), Xüsusi Təyinatlı Qüvvələr Komandanı (2014—2024). Hikmət Mirzəyev 29 fevral 1968-ci ildə hazırkı Biləsuvar şəhərində anadan olmuşdur. 1989-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirdikdən sonra SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri vəzifəsində xidmətə başlamışdır. 1992–1998-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində bölük, tabor, əlahiddə xüsusi təyinatlı tabor və briqada komandiri vəzifələrində xidmət edib. 1997–1998-ci illərdə Türkiyə Respublikasının Quru Qoşunları Hərbi Akademiyasında təhsil alıb. 1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2014-cü ildən isə Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsinə təyin olunub. Birinci Qarabağ müharibəsində iştirak etmiş, xüsusi təyinatlı taborun üzvü olmuşdur. 1992-ci ilin dekabrında Xocalı rayonu ərazisindəki o zaman Ağdam üçün böyük təhlükə təşkil edən Fərrux yüksəkliyini azad etmək üçün Müdafiə Nazirliyinin göstərişi ilə Mehman Səlimovun komandanlığı ilə aparılmış hücum əməliyyatı zamanı Hikmət Mirzəyev kapitan rütbəsində hərbi birliyin kəşfiyyat bölüyünün komandiri kimi döyüşmüşdür. O, Heydər Əliyevin Prezident olduğu illərdə polkovnik-leytenant hərbi rütbəsini daşımışdır.
Hikmət Muradov
Hikmət Muradov (tam adı: Hikmət Oqtay oğlu Muradov ; d. 1969, Bakı, Azərbaycan SSR - ö. 1991, Xocalı, Azərbaycan) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 23 yanvar 1969-cu ildə Bakı şəhərində doğulmuşdur. 1976-1986-cı illərdə 190 saylı orta məktəbdə təhsil almışdır. Həmin il Krasnokustk Mülki Aviasiya Məktəbinə daxil olur. 1991-ci ildə buranı fərqlənmə diplomu ilə bitirir. Daha sonra Hikmət Yevlax hava yollarında ikinci pilot kimi fəaliyyətə başlayır. Hikmət AN-2 təyyarəsi ilə dəfələrlə müharibə gedən əraziyə uçuşlar etmişdi. O, döyüşçülərimizə ərzaq, silah-sursat daşınmasında misilsiz işlər görmüşdü.
Hikmət Məmmədov
Hikmət Baba oğlu Məmmədov (1966, Göllü, Amasiya rayonu) — Azərbaycan Milli Məclisinin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru (2008–2021), siyasi elmlər doktoru, professor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1993), Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, YAP-ın Mərkəzi Aparatı ilə Milli Məclisdə təmsil olunan deputat qrupu arasında əlaqələndirici. Hikmət Baba oğlu Məmmədov 1966-cı ildə Ermənistan Respublikası Amasiya rayonunun Göllü kəndində, ziyalı ailəsində anadan olub. 1984–1986-cı illərdə həqiqi hərbi xidmətdə olub. 1993–1998-ci illərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında təlimatçı, baş təlimatçı vəzifəsində çalışıb. 1999-cu ildə YAP-ın I qurultayında Partiyanın Siyasi Şurasına üzv seçilib. 1998–2008-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2008–2021-ci illərdə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru olmuşdur. 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin və 9 fevral 2020-ci ildə Azərbaycan Respublikasının altıncı çağırış Milli Məclisinin deputatı seçilib. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib. 2005-ci ildə "Demokratik cəmiyyətdə insan hüquqları və azadlıqları; Azərbaycan Respublikası təcrübəsinin politoloji təhlili" mövzusunda dissertasiya müdafiə edərək, siyasi elmlər üzrə fəlsəfə doktoru, alimlik dərəcəsi alıb.
Hikmət Nuriyev
Hikmət Mübariz oğlu Nuriyev (1 fevral 2002; Lerik, Azərbaycan — 28 sentyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Hikmət Nuriyev 2002-ci il fevralın 1-də Lerik rayonunda anadan olub. Subay idi. Hikmət Nuriyev 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başladı. Azərbaycan Ordusunun əsgəri olan Hikmət Nuriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hikmət Nuriyev sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Nuriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Nuriyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hikmət Nuriyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Hikmət Nəzərli
Hikmət Nəzərli (7 mart 1966, Bakı – 26 fevral 1992, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi. 7 mart 1966-cı ildə Bakı şəhərində doğulmuşdur. 1973-cü ildə Xətai rayonundakı 27 saylı məktəbə getmiş sonra atasının iş yerini dəyişməsi ilə əlaqədar Daşkəndə köçmüşdür. 1982-ci ildə yenidən Bakıya qayıdır. 1984-cü ildə hərbi xidmətə çağırılımışdır. Gürcüstanda hərbi xidmətdə olan Hikmət 1986-cı ildə ordudan tərxis edilir. O, DİN-nin yanğından mühafizə idarəsinə işə qəbul olunur. Ağdam rayonunda Umudlu kənd sakinlərinə kömək edərkən yaralanır müalicə olunduğdan sonra isə yenidən cəbhəyə üz tutur. 1992-ci il 25 fevral Ermənistan Silahlı Qüvvələrinin Xocalıda vəhşilikər törətdikləri zaman Hikmət idarə etdiyi maşınla ermənilərə müqavimət göstərərək dinc əhalinin buradan çıxmasına şərait yaradırdı. Bu döyüşdə xeyli erməni əsgərini öldürən Hikmət son anda döyüşçü dostları ilə meşəyə çəkilir sonrakı taleyi barədə heç bir məlumat yoxdur.
Hikmət Osmanov
Hikmət Saleh oğlu Osmanov (30 iyul 1957, Azərbaycan, Quba rayonu, Cimi kəndi ) — Azərbaycanın ictimai-siyasi xadimi, Quba rayonundan I və II çağırış millət vəkili, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının sədri, "Tərəqqi" medalı laureatı, fəlsəfə doktoru. 1957-ci ildə Quba rayonunun Cimi kəndində anadan olmuşdur. Quba şəhər 2 saylı orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət Universitetinin biologiya fakultəsini, Bakı Ali Partiya Məktəbini (indiki İdarəçilik Akademiyası) və Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmişdir. Əmək fəaliyyətinə 1979- cu ildə Quba rayonunda komsomol işində başlayaraq 1984- cü ilədək Azad komsomol komitə katibi, rayon komsomol komitəsinin katibi olmuşdur. 1984- cü ildən 1990- cı ilədək Quba rayon Partiya komitəsində təlimatçı, təşkilat şöbəsinin müdiri vəzifələrində çalışmış, Bakı Ali Partiya məktəbində əyani təhsil almışdır. 1991- ci ildən 1995- ci ilin sonunadək Quba sovxoz– texnikumunun direktoru vəzifəsində işləmişdir. I və II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2005- ci ilin sentyabr ayında Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir və hal hazıradək həmin vəzifədə çalışır. 2021-ci ilin dekabr ayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini vəzifəsinə seçilmişdir.
Hikmət Qasımov
Hikmət Vidadi oğlu Qasımov (11 fevral 1990; Çölquşçu, Şabran, Azərbaycan — 24 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Hikmət Qasımov 11 fevral 1990-cı il tarixində Şabran rayonunun Çölquşçu kəndində anadan olub. Çölquşçu tam orta məktəbi bitirdikdən sonra 2008-2010-cu illərdə hərbi xidmətdə olmuşdur. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hikmət Qasımov Füzuli və Qubadlı şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. O, 24 oktyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub. Şabranda dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Qasımov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Hikmət Rəhimov
Hikmət Vaqif oğlu Rəhimov (5 aprel 1986, Bakı) — Azərbaycan aktyoru. Hikmət Rəhimov 1986-cı il aprelin 5-də Bakı şəhərində anadan olub. 2004-cü ildə orta məktəbi bitirib, elə həmin ildə ADMİU-ya daxil olub və 2008-ci ildə oranı bitirib. 2008–2009-cu illərdə hərbi xidmətdə olub. 2009-cu ildən Azərbaycan Dövlət Yuğ Teatrında, 2010-cu ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışmağa başlayıb. Hal-hazırda heç bir teatrda fəaliyyət göstərmir. Ailəlidir bir qızı, bir oğlu var.
Hikmət Sabiroğlu
Zeynalov Hikmət Sabir oğlu (Hikmət Sabiroğlu) — jurnalist. Hikmət Sabiroğlu 1966-cı il yanvarın 1-də Şuşa şəhərində doğulub. 1991-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. "Azadlıq" qəzetində (müxbir, şöbə müdiri, redaktor müavini), "Press-fakt" qəzetində (müxbir), "Avropa" qəzetində (baş redaktor müavini), "III Sektor" jurnalında (redaktor), Mediaforum.az saytında (baş redaktor müavini) çalışıb, Transparency.az/cnews səhifəsinin redaktoru olub. Novator.az saytının baş redaktor müavinidir. 2007-ci ildə çapdan çıxmış "Qarabağ söhbətləri" kitabının müəllifidir. Hikmət Sabiroğlu "Qarabağ söhbətləri"ndə Qarabağın azad və abad günlərindəki yaşantılarını, uşaqlıq və yeniyetməlik çağlarının xatirələrini, Qarabağ müharibəsi, 1980-1990-cı illərdə - milli azadlıq hərəkatı dönəmində şahidi olduğu hadisələri qələmə alıb. Ailəlidir, 1 oğlu var.
Gülbəddin Hikmətyar
Gülbəddin Hikmətyar (puşt. ګلبدین حکمتیار; fars. گلبدین حکمتیار‎; 1 avqust 1949) — Əfqanıstanlı siyasətçi və komandan. Əfqanıstanın ən böyük silahlı müxalifəti olan "Hizbul-İslami"nin yaradıcısı. Əfqanıstanın keçmiş baş naziri. Hikmətyar 1937-ci ildə puştu qəbiləsinin haruti klanından (Gilzəi) olan iri torpaq mülkiyyətçisinin ailəsində Vartaboz qışlağında anadan olub. 1956-cı ildə gənc Hikmətyar ibtidai məktəbə, 1961-ci ildə isə Kabulda hərbi peşə məktəbinə daxil olub, lakin 1964-cü ildə hərbi məktəbdən xaric edilib. Bundan sonra o, Kunduza gedir və burada təhsilini aristokrat liseydə davam etdirir. 1970-ci ildə Kabul universitetində mühəndislik fakültəsinə daxil olmuş, amma təhsilini başa çatdıra bilməmişdi. Kabul universitetində təhsil aldığı müddətdə o "Müsəlman qardaşlığı" tərəfdarları qrupu ilə tanış oldu və 1967-ci ildən 1972-ci ilə qədər islamçıların bir neçə nümayişində iştirak etdi.
Hikmət Abdullayev (əsgər)
Hikmət Cevdet-zadə
Hikmət Cevdet-zadə — (1893-cü il, İstanbul, Osmanlı imperiyası — 17 aprel,1945-ci il, Kansk, SSRİ) Sovet türkoloqu, dilçi, ədəbiyyatşünas, dosent və professoru. Hikmət Cevdet-zadə 1899-cu ildə İstanbul ümumtəhsil məktəbində təhsil almağa başlamış, 1909-cu ildə məzun olmuş, sonra 1904–1910-cu illərdə gimnaziyada oxumuşdur. 1913-cü ildə İstanbul Pedaqoji İnstitutunu bitirmişdir. 1918-ci ildə O, Batumiyə köçmüş və 1924-cü ildə burada türk məktəbi açmışdır. Hikmət Cevdet-zadə, elə bu şəhərdə müəllimlik edən Nayma Süleymanova Kakabadze ilə evlənmişdir. 1920-ci illərinin sonundan etribarən (hələ tələbə ikən) Hikmət Leninqrad Şərq İnstitutunda Türk dilinin tədrisinə başlayıb. 1926-cı ildə SSRİ-də Acariya Xalq Təhsili Komissarının təşkil etdiyi Birinci Ümumittifaq Türkoloji Qurultayının işində, Gürcüstandan bir nümayəndə kimi iştirak etmişdir. 1930-cu illərdə dosent, sonra Leninqrad Şərq İnstitutunda (LŞİ) professoru olmuş, həmşinin Leninqrad Fəlsəfə, Dilçilik və Tarix İnstitutunda (LFDTİ) (1934-cü ilə qədər); 1931–34-cü illərdə Hərbi- Dəniz Akademiyasında da dərs demişdir. Yaşayan Şərq Dilləri Mərkəzi İnstitutu/LŞİ oxumuşdur. 1933-cü ilin noyabrından SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi işçisi olmuşdur.
Hikmət Hacıyev (diplomat)
Hikmət Fərhad oğlu Hacıyev (15 oktyabr 1979, Kirovabad) — Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin sabiq rəhbəri. Hikmət Fərhad oğlu Hacıyev 1979-cu ildə Gəncə şəhərində anadan olub və buradakı 24 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillələrini bitirmişdir. NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal mərkəzi və Belçikanın ULB universitetinin magistr pilləsinin məzunudur. Hikmət Hacıyev 2000-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyi sistemində çalışmışdır. Müxtəlif illərdə o, Azərbaycanın NATO nümayəndəliyində, Azərbaycanın Küveytdəki səfirliyində işləyib. 2008-ci ildən isə Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Təhlükəsizlik problemləri departamentinin 2-ci katibi vəzifəsini, 2011-ci ildən isə Azərbaycanın Misirdəki səfirliyində müşavir vəzifəsini tutub. 2013-cü ilin avqustunda Azərbaycan Respublikasının Misirdəki səfirliyinin müşaviri kimi uzunmüddətli xarici xidməti ezamiyyətini başa vuraraq Xarici İşlər Nazirliyinə qayıtmışdır. 2013-cü ilin sentyabrından Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsində işləmişdir. Hikmət Hacıyev 2014-cü ildən 2018-ci ilə qədər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmışdır.
Hikmət Hacıyev (kapitan)
Hikmət Şubay oğlu Hacıyev (7 dekabr 1984; Şəmkir, Azərbaycan — 8 noyabr 2020; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. Hikmət Hacıyev 7 dekabr 1984-cü ildə Şəmkir şəhərində dünyaya göz açmışdır. Əslən Göyçə mahalının Nərimanlı kəndindən idi. Orta təhsilini doğulduğu şəhərdə alan Hikmət 1999-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. 2006-cı ildə leytenant rütbəsi ilə hərbi xidmətə başlamışdır. 3 il Füzulidə xidmət etmişdir. 2014-cü ildə kapitan rütbəsi almışdır. Azərbaycan Ordusunun kapitanı olan Hikmət Hacıyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Hikmət Həsənov (general-mayor)
Hikmət Hüseyn oğlu Həsənov (9 oktyabr 1975, Pirəhmədli, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Birinci Ordu Korpusunun komandiri (2014–2021). 2016-cı il Aprel döyüşlərində istiqamət komandiri kimi cəbhənin 3 istiqamətində — Ağdam-Tərtər-Goranboy cəbhəsində döyüşləri idarə edib. 2020-ci il oktyabrın 3-də Ağdərə istiqamətində yerləşən Suqovuşanın işğaldan azad edilməsinə başçılıq etmişdir. Hikmət Həsənov 1993-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsində Taqım Komandiri vəzifəsində xidmət edib. Daha sonra xidmətini Ağdam rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə briqada komandiri vəzifəsində davam edib. Ardınca isə bölük komandiri və tabor Komandiri vəzifələrində xidmət edib. 2002-ci ildə Çin Xalq Azadlıq Ordusunun Nanjinq Quru Qoşunları Ali Hərbi Akademiyasına daxil olub və 2003-cü ildə təhsilini xüsusi fərqlənmə ilə bitirib. 2003-cü ildə Qazax rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə briqada komandirinin MTT üzrə müavini vəzifəsinə təyin olunub, bir müddət sonra isə xidmətini Tovuz rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə briqadanın qərargah rəisi olaraq davam edib. 2004-cü ildə Tovuz rayonu istiqamətində hal-hazırda adı "Dilqəm postu" olan mövqeyi erməni işğalından azad elədiyi üçün briqada komandiri vəzifəsinə təyin olub. 2005–2008-ci illərdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə briqada komandiri vəzifəsində xidmət edib.
Hikmət Həsənov (kiçik çavuş)
Hikmət Fikrət oğlu Həsənov (15 iyul 1986; Gəncə, Azərbaycan SSR — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Hikmət Həsənov 1986-cı il iyulun 15-də Gəncə şəhərində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. Azərbaycan Ordusunun kiçik çavuşu olan Hikmət Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Hikmət Həsənov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hikmət Həsənov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Значение слова в других словарях