HƏZRƏT

Müqəddəs sayılan şəxslərin adlarının əvvəlinə gətirilərək təzim və ehtiram bildirən söz; cənab.
HƏVARİYYUN
HİCAB
OBASTAN VİKİ
Həzrət Məhəmməd
Məhəmməd (ərəb. مُحمّد‎ ();; 20 aprel 571[…], Məkkə – 8 iyun 632, Mədinə) — dini, sosial, siyasi lider və islamın qurucusu. İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər. Məhəmməd peyğəmbər islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır. Məhəmməd peyğəmbər təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır. Məhəmməd peyğəmbərin babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir. Məhəmməd peyğəmbər vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi.
Həzrət Məryəm
Məryəm (həmçinin Bakirə Məryəm, Tanrının anası, Madonna və s.) — İsa Məsihin anası. Məryəm barəsində əsas mənbə - "Məryəmin doğulması haqqında kitab"dır (sonrakı adı "Kiçik Yaqubun İlkincili"). Bu kitaba görə Məryəm padşah Davud qəbiləsindən gəlir. Onun valideynləri İoakim və Annadır.
Həzrət Peyğəmbər
Məhəmməd (ərəb. مُحمّد‎ ();; 20 aprel 571[…], Məkkə – 8 iyun 632, Mədinə) — dini, sosial, siyasi lider və islamın qurucusu. İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər. Məhəmməd peyğəmbər islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır. Məhəmməd peyğəmbər təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır. Məhəmməd peyğəmbərin babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir. Məhəmməd peyğəmbər vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi.
Həzrət Urtenov
Həzrət Urtenov(1907–1955) —qaraçaylı şairi. Həzrət Urtenov qaraçay poeziyasının banilərindən biridir. O, Böyük Qaraçaydakı Kart Yurd (Kart-Curt) aulunda doğulduğundan əksər əsərlərini "Həzrət Kart-Yurdlu" təxəllüsu ilə yazmışdır. Doğma aulda mədrəsədə təhsil aldıqdan sonra, elə oradaca ibtidai məktəbi rus dilində başa vurub Simferopolda Krım-Tatar Pedaqoji Texnikumunda təhsilini (1926) davam etdirib. Ərəb, rus və bir sıra türk dillərini (qumux, Krım-tatar və s.) mükəmməl bilirdi. XX əsrin 20-ci illərindən Həzrət Urtenov Krım ədəbi həyatı ilə yaxından bağlı olur. Bu bağlılıq gənc H. Urtenovun istedadanın daha da çiçəklənməsinə və inkişafına kömək etməklə, onun poetik ustalığının formalaşmasında mühüm rol oynayır. Pedaqoji Texnikumda yerliləri – qaraçay şairi Həsən Bostanov və malkar şairi Səid Şahmurzayevlə birgə təhsil alır. Adları çəkilən bu ziyalılar arasındakı dostluq ömur boyu möhkəmləndirilib və inkişaf etdirilib. Qaynar Krım mühiti, burada vətənpərvər ruhlu insanlarla ünsiyyət, iştirak etdiyi ədəbi-bədii dərnəklərdə olan istedadlı tələblərlə apardığı diskussiya və mübahisələr Həzrətin dünyagörüşünün formalaşmasına güclü təkan verir.
Həzrət İsa
İsa (ən tezi e.ə. 6 və ən geci e.ə. 4, Beytləhm, Roma imperiyası – 7 aprel 30 və ya 3 aprel 33) — İsa Məsih, Nazaretli İsa və bir çox başqa adlarla tanınan, birinci əsrdə yaşamış yəhudi təbliğçi və dini lider. O, dünyanın ən geniş yayılmış dini olan Xristianlığın əsas simasıdır. Əksər xristianlar İsanın Tanrının Oğlu və Əhdi-Ətiqə əsasən zühur etməsi gözlənilən peyğəmbər Məsih olduğuna inanırlar. Antik dövrlə məşğul olan bütün müasir elm adamları İsanın tarixən mövcud olması ilə razılaşır. İsanın həyatı haqqında məlumatlar İncillərdə, xüsusən də Əhdi-Cədiddəki dörd kanonik İncildə öz əksini tapır. Akademik araşdırmalar İncillərin tarixi etibarlılığına və onların İsanı tarixi bir şəxsiyyət olaraq nə dərəcədə düzgün əks etdirməsinə dair müxtəlif fikirlər ortaya qoyub. Səkkiz günlük ikən sünnət edilən və yetkinlik yaşına çatanda Vəftizçi Yəhya tərəfindən vəftiz olunan İsa 40 gün, 40 gecə səhrada oruc tutduqdan sonra öz xidmətinə başladı. Səyyah müəllim olduğu üçün onu adətən “ravvin” adlandırırdılar.
Həzrət Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; 17 mart 599, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 29 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi, ikinci şəxs. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum. Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Həzrət Abbas ocağı
Həzrət Abbas ocağı-Ağcabədi şəhərindəki inanc yerlərindən biri. Bəzən el arasında bu ocağa Ayna ocağı da deyirlər. Keçmişdə bu ocağın yeri düzəngahlıq olub. Burada bir qoca arvad yaşayırmış. Bir gecə həmin arvada yuxuda deyirlər ki, daxmanın ətrafında qədim, müqəddəs bir qəbir var. Ətrafına ağac sancmış, ora içində kimyə olan bir kasa qoymuşuq; o yerin adı Həzrət Abbas ocağıdır. Get, bu barədə camaata danış. Arvad yuxusunu heç kəsə danışmır. Gecə arvad həmin yuxunu təkrar "görür" . Səhəri gün arvad yuxusunu gedib ağsaqqallara danışır.
Həzrət Zeynəb məscidi
Həzrət Zeynəb məscidi — Gəncə şəhərinin Böyük Bağmanlar məhəlləsində yerləşən məscid. Məscidin tikintisi əvvəllər başlansa da, 2006-cı ildə Heydər Əliyev Fondunun hesabına başa çatdırılaraq istifadəyə verilmişdir. Məscid iki mərtəbəlidir. İkinci mərtəbə günbəzin sol tərəfində birtərəfli balkonla tamamlanır. İki qoşa minarəsi vardır. Məsciddə dövlət qeydiyyatından keçmiş icma fəaliyyət göstərir.
Həzrət Zeynəb məscidi (Gəncə)
Həzrət Zeynəb məscidi — Gəncə şəhərinin Böyük Bağmanlar məhəlləsində yerləşən məscid. Məscidin tikintisi əvvəllər başlansa da, 2006-cı ildə Heydər Əliyev Fondunun hesabına başa çatdırılaraq istifadəyə verilmişdir. Məscid iki mərtəbəlidir. İkinci mərtəbə günbəzin sol tərəfində birtərəfli balkonla tamamlanır. İki qoşa minarəsi vardır. Məsciddə dövlət qeydiyyatından keçmiş icma fəaliyyət göstərir.
Həzrət Əli ibn Əbu Talibin (ə) ensiklopediyası
Həzrət Əli ibn Əbu Talibin (ə) ensiklopediyası ( trans.: Musuətul-imam Əli ibn Əbi Talib (ə) fil-kitabi vəs-sunnəti vəl-tarix) — Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhrinin Əli barədə yazdığı kitab. Kitab "Vilayət ilinin kitabı" müsabiqəsinin ikinci mərhələsinin mükafatına layiq görülmüşdür. Reyşəhri kitabı 1992-2000-ci illərdə ərəbcə yazmışdır. Kitab ilk dəfə 2000-ci ildə 12 cilddə ərəbcə İranda nəşr olunmuşdur. Ensiklopediya 2002-ci ildə "Daneşnameye Əmirəl-mominin (ə) bər-bayeye Quran və hədis və tarix" adı ilə 12 cild və əlavə 1 cildlik mövzu mündəricatı ilə birlikdə farsca nəşr edilmişdir. Kitabın hər iki mətnə malik 3-cü nüsxəsi "Daneşnameye Əmirəl-mominin (ə)" adı ilə, ərəb və fars dilində olmaqla, 1 cilddə 2007-ci ildə yenidən nəşr edilmişdir. Kitabın müxtəsər variantı Ağabala Mehdiyev tərəfindən azərbaycan dilinə tərcümə edilmiş və 2013-cü ildə Nurlar nəşriyyatında çap olunmuşdur.
Həzrət Süleymanov
Həzrət Əbdürrəhman oğlu Süleymanov (2 may 1902, İlisu, Zaqatala dairəsi – avqust 1970) — Azərbaycan-sovet dövlət xadimi, SSRİ Tədarük Nazirliyinin Azərbaycan SSR müvəkkili (1942–1953), Azərbaycan Kommunist Partiyası Göyçay Rayon Komitəsinin birinci katibi (1940–1942). Həzrət Əbdürrəhman oğlu Süleymanov 1902-ci ildə Zaqatala dairəsinin İlisu kəndində anadan olmuşdur. 9 yaşında Bakıya gələrək natamam təhsil almışdır. Əmək fəaliyyətinə 1917-ci ildə tərcüməçi olaraq başlamış, 1920-ci ildə Qax Nahiyə İnqilab Komitəsinin sədri olmuşdur. 1923-cü ildə istehlak kooperasiyası sistemində işləməyə göndərilmiş, 1931-ci ilədək Zaqatala İstehlak Cəmiyyətinin sədri olmuşdur. Həzrət Süleymanov 1931-ci ildə Zaqatala Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri təyin edilmiş, 1934-cü ildə isə "Azərittifaq"ın rəyasət heyətinin üzvü seçilərək çörək ticarəti və tədarük idarələrinə başçılıq etmişdir. 1938-ci ildə Göyçay Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1940-cı ildə isə Azərbaycan Kommunist Partiyası Göyçay Rayon Komitəsinin birinci katibi seçilmişdir. 1942-ci ildən SSRİ Xalq Tədarük Komissarlığının (1946-cı ildən SSRİ Tədarük Nazirliyinin) Azərbaycan SSR müvəkkili, 1953-cü ildən isə Azərbaycan SSR kənd təsərrüfatı və tədarük nazirinin müavini vəzifələrində çalışmışdır. Həzrət Süleymanov Sov.İKP MK yanında Ali Partiya Məktəbində təhsil almış, buranı 1953-cü ildə bitirmişdir. 1962-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
Həzrət Abbas türbəsi
Həzrət Abbas türbəsi (ərəb. العتبة العباسية‎) — İraqın Kərbəla mühafəzəsinin Kərbəla şəhərində yerləşən Abbas ibn Əlinin məzarının yerləşdiyi türbə kompleksidir. Türbə İmam Hüseyn türbəsinin qarşısında yerləşir. == Təsvir == Həzrət Abbas türbəsi və ya məscidi çox mürəkkəb nəhəng kompleksdir. Abbas ibn Əlinin dəfn olunduğu məscidin (və ya məqbərənin) özü kompleksin mərkəzində yerləşir. Onun bir böyük qızıl günbəzi, həmçinin iki qızıl hündür minarəsi vardır. Məscidin damında 16 kiçik günbəz yerləşir. Məscidin memarlıq görkəmi Səfəvi və Teymuri dövrlərinə aid memarlığın aydın elementləri ilə İslam memarlığına tam müvafiqdir. Məqbərə binası bir neçə mərtəbəli nəhəng tikililərlə əhatə olunmuş və məscid və kompleksin bir hissəsi olan böyük həyətlə əhatə olunmuşdur. Bu binalarda ibadətgahlar, muzeylər, zəvvarlar üçün yerlər, köməkçi tikililər və bu kimi otaqlar və məkanlar yerləşir.
Həzrət Əli bulağı (Kərbəla)
Həzrət Əli bulağı (ərəb. قطارة الإمام علي‎) — İraqın Kərbəla mühafəzəsinin qərbində Rəzzazə gölündən 2 km aralı yerləşən bulaqdır. Bulaq Kərbəla şəhərindən təxminən 28 km uzaqlıqda yerləşir. Rəvayətə görə Həzrət Əli Siffeyn döyüşünə gedəndə ordusunun susuz olduğunu anlayıb da suya yetişmək üçün onlara səhra ortasında yeri qazmağı əmr etdi. Nəhayət o əliylə bir böyük daşı yarıb və su çıxardı; ordu isə o sudan içib susuzluqları bərtərəf edildi. Hal hazırda da həmin bulaq mövcuddur və sonrakı dövrlərdə üzərində ziyarətgah tikilmişdir. == 2022-ci ildə bulağın üzərindəki ziyarətgahın çökməsi == 2022-ci ilin 20 avqust günündə bulağın üzərində inşa edilmiş ziyarətgahın bir hissəsi yerin sulaq və nəmli olduğu üzündən çökərək təxminən binanın 30%-i təxrib məhv olmuşdur. İraq səhiyyə nazirliyinin verdiyi məlumata görə dördü qadın, ikisi kişi və biri uşaq olmaqla 7 nəfər bu hadisəyə görə həyatlarını itiriblər. == Ziyarətgahın bağlanması == Hadisənin ardından Kərbəla mühafəzəsinin valisi Nəsif Əl-Xəttabi ziyarətgahın insanlar üçün təhlükə mənbəyinə çevirilməsinə görə bağlanmasının xəbərini vermişdir.
Həzrətbaba piri
Babadağ — Quba və İsmayıllı rayonu ərazisində yerləşən, Böyük Qafqaz dağlarının cənub şərqində qərar tutan ən hündür zirvələrindən biri, ziyarətgah. Dəniz səviyyəsindən 3629 metr hündürlükdə yerləşən Babadağdan Qaraçay, Vəlvələçay və Girdimançay çayları başlanır. İlin çox vaxtı qarla örtülü olur. Babadağ oronimi Azərbaycan dilindəki "baba" (hörmət bildirən titul mənasında) sözündəndir.>. Babadağ ziyarətgah yeridir və "Həzrətbaba piri" də adlanır. Keçmişdə Quba, İsmayıllı, Qəbələ və başqa rayonlardan gəlib bu piri ziyarət edirdilər. Rəvayətə görə, bu pir vaxtilə Şabranda rəncbər olmuş bir nəfər şəxsin qəbridir. O, bir dəfə plov yeyərkən təsadüfən bir düyünü taptalamış və bunu böyük günah sayaraq həmin dağa qalxmış və orada vəfat etmişdir. Başqa bir rəvayətə görə, Həzrət Baba Səudiyyə Ərəbistanında yaşayırmış. Sonralar söhbət gedən məkana gəlib.
Həzrəti-Zəhra məscidi
Həzrəti-Zəhra Məscidi – Naxçıvan şəhərinin Sarvanlar məhəlləsində ibadətgah və memarlıq ibadəsi. Xalq arasında "Heydər Məscidi" kimi tanınır. Məscidin heyətində qoyulmuş xatirə qraniti üzərindəki kitabədə onun tikilmə tarixi belə qeyd olunmuşdur: "Heydər Məscidi" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyərkən (1991-1993) möhtərəm Heydər Əliyevlə İran İslam Respublikasının "Bonyade Mostezəfan və Canbazane Enqelabe Eslami" fondunun prezidenti ağayı Mohsen Rəfiq Dust arasında 24 avqust 1992 il tarixdə Tehran şəhərində imzalanmış protokola əsasən Ayətulla Xamenei hyəzrətlərinin və Zati-aliləri Heydər Əliyevin himayəsi ilə tikilmişdir. Ümumi sah. – 6000 m²-dir. Məscidin böyük ibadət salonu (3300 m²) günbəzlə örtülmüşdür; hücrələri var. Bu möhtəşəm abidənin layihəsində Şərq Memarlıq ənənələrindən istifadə edilmişdir. Məscid binasının tikintisi, xaricə açılan dərin həcmli baştağ eyvanları, oyma bəzəkləri, şəbəkələri, xüsusilə minbərdə aparılmış bəzək işləri, həmçinin ümumi quruluşu memarlıq həllinə görə diqqəti cəlb edir. Bu müqəddəs ocaqda eyni vaxtda min nəfər dini ayinləri yerinə yetirə bilər. Burada müqəddəs Qurani-Kərim öyrədilir, islami dəyərlər təbliğ edilir.
Həzrəti Fatimə
Fatimə (ərəb. فاطمة ‎) və ya Fatimeyi-Zəhra (ərəb. فاطمة الزهراء‎) (tam adı: Fatimə binti Məhəmməd əl-Haşimi əl-Qüreyşi; ən tezi 604 və ən geci 604, Məkkə, Hicaz – 14 dekabr 632, Mədinə, Hicaz, Səudiyyə Ərəbistanı) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı, Məhəmməd peyğəmbərin əmisi oğlu IV Raşidi xəlifə, şiələrin I imamı və xəlifəsi, II məsumu Əli ibn Əbu Talibin həyat yoldaşı, şiələrin II və III imamları Həsən ibn Əli və Hüseyn ibn Əlinin anası. Əhli-beytin 5 üzvündən biri. Fatimə Nəcran nəsranilərilə edilən Mübahilə günündə Məhəmmədin yanında olan yeganə qadındır. O, Əbu Bəkrə beyət etməmiş və ona qarşı çıxmışdır. Fədəkiyyə xütbəsində Fədəyin qəsbi və Əlinin xilafətini müdafiə etməsi məşhurdur. Fatimə Məhəmmədin vəfatından sonra, Cəmadiyəlaxir ayının 3-cü günü hicri-qəməri 11-ci ildə Mədinədə dünyasını dəyişib, gecə, gizlicə dəfn edilib. Fatimə məşhur ərəb qadınlarındandır. İbn Tayfur (ö.
Həzrəti Hüseyn
Hüseyn ibn Əli (ərəb. حسين بن علي‎; 9 yanvar 626, Mədinə, Əl-Mədinə[d], Səudiyyə Ərəbistanı – 12 oktyabr 680, Kərbəla) (tam adı: Hüseyn ibn Əli ibn Əbu Talib əl-Haşimi əl-Qureyşi) — Şiələrin 3-cü imamı, xəlifəsi və 5-ci məsumu; Əhli-Beytin nümayəndəsi, səhabə. İmam Hüseyn adı, Əbu Abdullah künyəsi ilə məşhurdur. Şiələrin üçüncü imamı, Kərbəla şəhidi, Kisa Səhabələrindən, Əli və Fatimənin ikinci oğlu və İslam peyğəmbəri Məhəmmədin nəvəsidir. Məhəmməd onu və qardaşı Həsən ibn Əlini cənnət gənclərinin ağası adlandırıb. Siffeyn, Cəməl və Nəhrəvan döyüşlərində atasının yanında olmuş və döyüşmüşdür. Qardaşı Həsənin imaməti və xilafəti dövründə onun yanında olmuş və Müaviyə həyatda olduğu müddətdə onun Həsənlə bağladığı sülh müqaviləsinə sadiq qalmışdır. 680-ci ildə Müaviyənin ölümüylə birlikdə Yezidə beyət etməyi qanuni bilməmiş və kufəlilərin dəvətinin ardınca Məkkədən Kufəyə doğru yola çıxmışdır. Kərbəlada kufəlilərin xəyanət və sədaqətsizlikləri səbəbilə Aşura günü Əməvi ordusu ilə baş verən döyüşdə, Hüseyn və aralarında qardaşı, oğlanları və qardaşı oğlunun da olduğu təxminən 72 tərəfdarı ilə birlikdə öldürülmüşdür. Sağ qalan yaxınları, ailəsi və tərəfdarları əsir alınaraq əvvəlcə Kufəyə və oradan da paytaxt Şama (Dəməşq) göndərilmişdir.
Həzrəti Həmzə
Həmzə ibn Əbdülmüttəlib (568, Məkkə – 22 mart 625) — Məhəmmədin əmisi. Uhud döyüşündə Əbu Süfyanın arvadı Hindin göstərişi ilə Vəhşinin atdığı nizə ilə öldürülmüşdür. Cavad Mühəddisi. "Seyyidüş-Şühəda Həmzə kimdir?" ( (az.)). islamazeri.com. 2019-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-25.
Həzrəti Həsən
Həsən ibn Əli (ərəb. الْحَسَنُ بْنُ عَلِيٍّ‎; 1 mart 625, Mədinə, Hicaz – 669[…], Mədinə, Hicaz, Əməvilər xilafəti) — İslam Xilafətinin 5-ci Raşidi xəlifəsi; Taiyabi və Mustaali İsmaili şiələrinin 1-ci imamı, xəlifəsi və 4-cü məsumu; Dörd, Yeddi və On iki imam şiələrinin 2-ci imamı, xəlifəsi və 4-cü məsumu, Əhli-Beytin nümayəndəsi, səhabə. İmam Həsən adı, Müctəba ləqəbi ilə məşhurdur. 37 yaşında ikən İmam və xəlifə olub. Hicrətin 41-ci ilində I Muaviyə ilə sülh etmişdir. Hökumət dövrü altı ay üç gün olmuşdur. Sülh sazişindən sonra Mədinəyə getmiş və orada on illik yaşayışından sonra öldürülmüşdür. Mədinədə Bəqi qəbiristanlığında dəfn edilmişdir. Həsən İmamət və Xilafət kimi iki vəzifəni və Müsəlmanlar arasında birliyin təmin olunması və ayrılıqlara mane olma məsələsində mühüm rol oynamış və sonunda Muaviyə ilə sülh etmək məcburiyyətində qalmışdır. Xilafət dövrü və Muaviyə ilə sülh müqaviləsi həyatındakı və sədri-İslamdakı ən mühüm inkişaf hesab olunur.
Həzrəti Xədicə
Xədicə binti Xüveylid (VI əsr, Məkkə – 619, Məkkə) — Məhəmmədin ilk və sağlığında yeganə həyat yoldaşı. Fatimənin anası. Xədicə, Məhəmmədin ilk xanımı və ilk Müsəlman qadındır. Ümmül Möminin adıyla məşhurdur. O, Qüreyş əşrəflərindən Xüveylid ibn Əsəd ibn Əbdülüzza ibn Kusayın qızıdır. Anası Əmir ibn Lüeyin övladlarından Fatimə binti Zaidətül-Üsamdır. Cahiliyyət dövründə ona "Tahirə" deyilirdi. Məhəmməd ona "Kübra" ləqəbini vermişdir. Xədicə besətdən əvvəl Məhəmmədlə evləndi. Məhəmmədin İbrahim xaricindəki bütün uşaqları ondan dünyaya gəlmişdir.
Həzrəti Yusif (teleserial, 2008)
Həzrəti Yusif (fars. یوسف پیامبر‎, ing. Joseph, the Prophet, ing. Yousuf-e Payambar) – 2008-ci ildə çəkilən İran televiziya serialıdır. Serialda Yusifin atasından ayrı düşməsindən, qul olaraq satılmasından, Züleyxanın ona qarşı məhəbbətindən, kahinlərə qarşı mübarizə aparmasından, firon ilə görüşməsindən və sonda atası ilə görüşməsindən danışılır. Bu film Yusif peyğəmbərin qissəsinə tarixi-dini yanaşmaları əks etdirməklə, qədim Misirin Amarna tarixi dönəmində, IV Amenhotepin (Еxnaton, yaxud Axnatun) hakimiyyəti zamanı baş verən hadisələri canlandırır. Filmin çəkilib başa çatmasından sonra Həzrəti Yusif rolunu canlandıran Mustafa Zəmani TV kanalların mükafatlarını qazanmışdır. "Həzrəti Yusif" teleserialı Türkiyədə "Star TV" və "Kanal 7", Azərbaycanda isə Space TV və "İnterAz TV" kanallarında yayımlanmışdır. "Həzrəti Yusif" serialının istehsal müdiri Mühəmməd Sadiq Azildir. Serialın səs operatoru Əhməd Əmiri, səs rejissoru isə Rza Nərmizadədir.
Həzrəti Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; 17 mart 599, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 29 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi, ikinci şəxs. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum. Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Həzrəti Əli məscidi
İmam Əli məscidi — şiələrin ilk imamı, sünnilərin isə 4-cü xəlifəsi olan imam Əlinin Nəcəf şəhərində olan türbəsi. Əli bin Əbutalib 40-cı hicri qəməri ilində Əbdürrəhman bin Mülcəm (ərəb. عبد الرحمن بن ملجم‎) əliylə öldürülüb Kufə şəhərinin arxasında dəfn olunub və öz vəsiyyətinə əsasən qəbri gizli saxlanıldı. 2-ci hicri qəməri yüzilliyində Harun ər-Rəşid zamanında türbənin yeri bəllənmişdir. şiələrin inancına görə Adəm və Həvvanin qəbri Əli bin Əbutalibin qəbri yanındadır. Türbənin ilk binası Harun ər-Rəşid zamanında qızıl gül günbəzi ilə qaldırıldı. ondan sonra Dai Əlsəğir (ərəb. داعی الصغیر‎) Zeyd bin Əli bin Hüseyn törəmələrindən yenidən düzəldildi. bina son kəz Əzidüddovlə deyləmi Buyei zamanında 327 hicri qəməri ili hududunda yeniləndi. buna görədə türbənin əsas binası Ali Buyə zamanı memarlıq əsərlərindəndir.
Həzrəti Əli məscidi (Bakı)
Seyid Yəhya Murtuza məscidi və ya Həzrət Əli məscidi — İçərişəhərdə yerləşən XVII əsrə aid ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi, məscid. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid yenidən fəaliyyət göstərməyə başlayıb. Məscid XVII əsrdə İçərişəhərdə indiki Asəf Zeynallı küçəsində tikilib. Məscidi Seyid Yəhya Murtuza öz şəxsi vəsaiti hesabına tikdirib və özü din xadimi kimi məsciddə axund olaraq fəaliyyət göstərib. Vəsiyyətinə görə dünyasını dəyişdikdən sonra məscidin həyətində dəfn edilib. Hal-hazırda qəbri məscidin giriş qapısının yanında yerləşir. Planda kvadrat formalı olub mərkəzi günbəzlidir. Cənub divarında stalaktit yaruslu mehrabı var. Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.
Həzrəti Əli məscidi (İçərişəhər)
Seyid Yəhya Murtuza məscidi və ya Həzrət Əli məscidi — İçərişəhərdə yerləşən XVII əsrə aid ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi, məscid. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid yenidən fəaliyyət göstərməyə başlayıb. Məscid XVII əsrdə İçərişəhərdə indiki Asəf Zeynallı küçəsində tikilib. Məscidi Seyid Yəhya Murtuza öz şəxsi vəsaiti hesabına tikdirib və özü din xadimi kimi məsciddə axund olaraq fəaliyyət göstərib. Vəsiyyətinə görə dünyasını dəyişdikdən sonra məscidin həyətində dəfn edilib. Hal-hazırda qəbri məscidin giriş qapısının yanında yerləşir. Planda kvadrat formalı olub mərkəzi günbəzlidir. Cənub divarında stalaktit yaruslu mehrabı var. Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.
Həzrəti Əli qalası
Həzrəti Əli qalası — Şəki rayonunun Baş Küngüt kəndində yerləşən qala. Çay daşlarından tikilən, o qədər də böyük olmayan qala dairəvi planda inşa edilib. Qalanın ərəblərin Azərbaycanda hakimliyi dövründə gözətçi məntəqəsi kimi tikildiyi güman edilir.
Qışlaq-i Həzrətquluabdullah (Biləsuvar)
Qışlaq-i Həzrətquluabdullah (fars. قشلاق حضرتقلي عبداله‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 34 nəfər yaşayır (8 ailə).
Qışlaq-i Həzrətqulubəxtiyar (Biləsuvar)
Qışlaq-i Həzrətqulubəxtiyar (fars. قشلاق حضرتقلي بختيار‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 57 nəfər yaşayır (12 ailə).

Значение слова в других словарях