HEYKƏL

1. bədnəzərdən, həmzaddan qorunmaq üçün uşaqların boynuna asılan dualı asqı; 2. dua; 3. bütxana.
HERMES
HƏBİBULLAH
OBASTAN VİKİ
Heykəl
Heykəl — Təsviri incəsənətin bir növü, əsərləri həcmli formaya malikdirlər, bərk və ya plastik materialdan hazırlanır. Heykəllərin əsas janrları — həcmli portret, tarixi, məişət, simvolik, alleqorik təsvirlər və heyvanların təsvirlərinin verilməsidir. Heykəllərin bədii hazırlanması — həcmli formanın verilməsi, plastik modelləşdirilmə, siluetin hazırlanması və hətta heykəlin rənginin verilməsi sayılır.
David (heykəl)
David (it. Il David) — 1501–1504-cü illərdə italyan rəssam, heykəltaraş və memarı Mikelancelo Buonarotti tərəfindən yaradılmış İntibah dövrünün şah əsərlərindən biridir. Ağ mərmərdən hazırlanmış heykəl 5.17 metr (17.0 ft) hündürlüyündə çılpaq kişinin təsviridir. Əsərdə Florensiya incəsənətinin sevilən mövzularından biri olan, Bibliya qəhrəmanı David təsvir edilmişdir. Əslində Florensiya kafedralının damının şərq küncündə yerləşdirilməsi nəzərdə tutulan heykəl, Florensiya şəhər hökumətinin yerləşdiyi Palaçço Vekkonun qarşısında ucaldılmış, 8 sentyabr 1504-cü ildə açılışı olmuşdur. Təsvir edilən qəhrəmanın xarakterindən irəli gələrək, əsərdə, bütün tərəflərdən rəqib dövlətlərlə əhatələnmiş və Mediçilərin hegemoniyası təhlüksəinə məruz qalan müstəqil şəhər dövlət olan Florensiya Respublikasında formalaşdırılmış vətəndaş hüquqlarının müdafiəçisi obrazı simvolizə edilmişdir. Davidin qəzəbli şəkildə bərəlmiş gözləri Romaya doğru istiqamətlənmişdir. 1873-cü ildə heykəl yerindən götürülərək Florensiyadakı Təsviri Sənətlər Akademiyasına yerləşdirilmiş və yerinə sonradan düzəldilmiş bir nüsxəsi qoyulmuşdur. Heykəlin tarixi 1501–1504-cü illərdə Mikelancelonun onu hazırlamasından əvvəl başlanır. Mikelancelonun bu işə cəlb edilməsindən əvvəl, əksəri Florensiyanın məşhur ipək gildiyası Arte della Lananın üzvlərindən ibarət olan, Florensiya kafedralının ofis işləri üzrə müfəttişləri "Santa Maria Del Fiore" kafedralı üçün Əhdi-Ətiq qəhrəmanlarının 12 iri heykəlini sifariş etmək istəyirdilər.
Dədə Qorqud (heykəl)
Dədə Qorqudun heykəli — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində monumental sənət abidəsi. Heydər Əliyev prospektində, "Təbriz" mehmanxanasının önündə ucaldılmışdır. Abidə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi şərəfinə 1999-cu ildə yaradılmışdır. Müəllifi Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Elman Cəfərovdur. Postamentlə birlikdə hündürlüyü 5,3 metr olan heykəldə dizi üstündə qopuz tutmuş Dədə Qorqud düşüncəli halda təsvir edilmişdir. Fiqurun sol əlindəki simli qopuz aləti dəmir lövhələrdən və profildən qaynaq üsulu ilə hazırlanmışdır. Kompozisiyada fiqur kötük üzərində oturdulmuşdur. Heykəlin başında qədim türklərə məxsus papaq, əynində açıq yaxalıqlı uzun əba və qollarının üstünə atılmış atqı verilmişdir. Fiqurun portret cizgisinin əsas atributları sayılan saç və saqqal formaları Dədə Qorqudun xarakterik obrazını yaradır və fiqurun çöhrəsini nurlandırır. Obrazın xarakterik cizgiləri türk variantından götürülmüş portret əsasında işlənilmişdir.
Aşşurbanipal (heykəl)
Aşşurbanipal abidəsi və ya Aşşurbanipal heykəli olaraq da bilinən Aşşurbanipal — aysor kökənli Fred Parhadın yaratdığı bürünc heykəldir. Heykəl ABŞ, Kaliforniyada San-Fransisko Mədəniyyət Mərkəzində yerləşir. Heykəl 4.6 m hündürlüyüyndədir və Assuriya kralı olan Aşşurbanipalın şərəfinə adlandırılmışdır. Heykəlin sifarişçisi Assuriya İncəsənət Fondudur və heykəl hazır olduqdan sonra 1988-ci ildə aysorların adından San-Fransisko şəhərinə hədiyyə edilmişdir. Heykəlin hazırlanması üçün 100000 dollar vəsait sərf olundu və o, Aşşurbanipalın ilk "böyük" heykəli oldu. Rəhbərliyi San-Fransisko şəhər və bölgə idarəçiliyinə və San-Fransisko İncəsənət Komissiyasına aiddir. Fred Parhad yerli aysorların tənqidlərinə məruz qalmışdı. Beləki, onlar Aşşurbanipalın əlində gil kitabə və şir tutmasını, həmçinin ətək geyinməsini Aşşurbanipala yaraşmayan bir hərəkət kimi qəbul edirdilər. Tənqidçilər heykəlin Şumer kralı olan Gilqameşə daha çox bənzədiyini bildirirdilər. "Alim və özünü ifadə edə bilən Assuroloq" Reni Kovaks, heykəlin birbaşa hansısa hökmdarı deyil, ümumi Mesopotamiyanı "təmsil edən fiqur" olduğunu düşünürdü.
Bafomet (heykəl)
Bafomet (ing. Baphomet) – Şeytan məbədi tərəfindən 2015-ci ildə ABŞ-nin Miçiqan ştatının Detroyt şəhərində təqdim edilmiş, Bafometi təsvir edən 2.7 metr hündürlüyə malik tunc heykəl. Məbəd ardıcılları heykəlin Oklahomadakı On qüsurlu hərəkət monumenti yaxınlığında ucaldılmasını istəyirlər. Bir ton ağırlığa malik olan heykəldə insan bədəni, keçi başı və ayaqları, həmçinin qanadı olan Bafomet sağ tərəfində oğlan, sol tərəfində isə qız uşaqları ilə təsvir edilmişdir. == Tarixi == 2014-cü ildə Satana məbədi Oklahoma Ştat Kapitolunda nümayiş etdirilməsi nəzərdə tutulan Bafomet və iki uşağı təsvir edəcək heykəlin hazırlanması üün “Indiegogo” saytında kraudsorsinq işinə başlamışdır. İyanə səhifəsinə bildirilirdi ki, heykəl Oklahoma təmsilçisi Mayki Ritzin təşəbbüsü ilə 2012-ci ildə yaradılmış On qüsurlu hərəkət monumentinə cavab olaraq, onun yaxınlığında ucaldılacaq. 25 iyul 2015-ci ildə heykəl Satana məbədi tərəfindən Detroytda təqdim edilmiş və şəhərdə dini təşkilatların etirazı ilə qarşılanmışdır. “Mərasimə mane olmaq istəyən etirazçıların qarşısının alınması üçün” mərasim zamanı 700 iştirakçı ruhunu Satanaya satmışdır. “Time” jurnalının məlumatına görə, “qrup birbaşa Satanaya inamı təbliğ etmir. Onların məntiqinə görə Satana abstraksiyadır, ədəbi forma kimi qəbul edilən Satana rasionallıq, skeptisizm, böyük şəxsi itkilərlə başa gəlsə belə, hakimiyyətə qarşı həqiqətləri dilə gətirməyi tərənnüm edir.” Jurnalın məlumatında deyilir ki, “Bunu Libertarian qotikası və ya Ayn Randın azad seçimə qarşı səlib yürüşünün daha qaranlıq təqdimatı da adlandırmaq olar.
Hörümçək (heykəl)
Maman (ing. Maman) — fransız-amerikalı heykəltaraş Luiza Burjua tərəfindən tuncdan, paslanmayan poladdan və mərmərdən hazırlanmış heykəl. Bu heykəl dünyada ən böyük hörümçək heykəlidir. Hündürlüyü 9 metr, genişliyi 10 metrdir (daha dəqiq ölçüləri: 9271 x 8915 x 10236 mm). Heykəlin düz ortasında, hörümçəyin qarın boşluğu və köks hissəsində çuval və bu çuvalın içində 26 ədəd mərmər yumurta var. Heykəl adını fransız dilindəki "ana" sözündən almışdır. Luiza Burjua bu əsəri 2000-ci ildəki "The Unilever Series" layihəsi çərçivəsində Londondakı Teyt Modern muzeyinin Turbin zalında sərgilənməsi üçün yaratmışdır. Heykəlin orijinalı poladdan hazırlanmışdır, daha sonra tuncdan 6 versiyası düzəldilmişdir. Luiza Burjua hörümçəklər mövzsununda heykəl yaratmağı 1947-ci ildə fikirləşmiş, hətta bu haqda qara qələmlə rəsm çəkmişdir. 1996-cı ildə hörümçəklər mövzusunda "Hörümçək" adlı başqa bir heykəl hazırlamışdır.
Maman (heykəl)
Maman (ing. Maman) — fransız-amerikalı heykəltaraş Luiza Burjua tərəfindən tuncdan, paslanmayan poladdan və mərmərdən hazırlanmış heykəl. Bu heykəl dünyada ən böyük hörümçək heykəlidir. Hündürlüyü 9 metr, genişliyi 10 metrdir (daha dəqiq ölçüləri: 9271 x 8915 x 10236 mm). Heykəlin düz ortasında, hörümçəyin qarın boşluğu və köks hissəsində çuval və bu çuvalın içində 26 ədəd mərmər yumurta var. Heykəl adını fransız dilindəki "ana" sözündən almışdır. Luiza Burjua bu əsəri 2000-ci ildəki "The Unilever Series" layihəsi çərçivəsində Londondakı Teyt Modern muzeyinin Turbin zalında sərgilənməsi üçün yaratmışdır. Heykəlin orijinalı poladdan hazırlanmışdır, daha sonra tuncdan 6 versiyası düzəldilmişdir. Luiza Burjua hörümçəklər mövzsununda heykəl yaratmağı 1947-ci ildə fikirləşmiş, hətta bu haqda qara qələmlə rəsm çəkmişdir. 1996-cı ildə hörümçəklər mövzusunda "Hörümçək" adlı başqa bir heykəl hazırlamışdır.
Kora (heykəl)
Kora (yun. κόρη, hərf. qız; cəm koray) — gənc yaşda olan qadın fiqurlarını təsvir edən və Arxaika dövrünə aid müstəqil qədim Yunanıstan heykəltəraşlıq növünə verilən müasir termin. Kuros kora heykəllərinin gənc kişi ekvivalentidir. Koralar emosiyasız təmkinli "arxaik təbəssüm" nümayiş etdirir. Bu, dünyanın çətinliklərini aşan idealın simvolu idi. Çılpaq kuroslardan fərqli olaraq, koralar qalın və bəzən mükəmməl işlənmiş geyimlərlə təsvir edilmişdir. Dəb dəyişdikcə onların üzərində təsvir edilən geyim növü də dəyişdi. Vaxt keçdikcə koralar ağır peplosdan xiton kimi daha yüngül geyimlərə keçmişdir. Onların duruşu bəzən uzadılmış qol ilə təsvir edilir, sərt və sütuna bənzəyən formadadır. Bəzi koralar geyimlərin vizual təsirini artırmaq və narrativ məqsədləri üçün rəngarəng rəngə boyanmışdır.
Albaniya Ana (heykəl)
Albaniya Ana (alb. Nëna Shqipëri) — Albaniyanın paytaxtı Tirana şəhərində Albaniya Milli Şəhidlər Qəbiristanlığında heykəl. Heykəl 3 metrlik bir təməl üzərində ucaldılmışdır. Təsvir edilən qadın fiqurunun hündürlüyü 12 metr, heykəlin ümumi hündürlüyü isə 20 metrdir. Heykəl Albaniyanı onun üçün canını verənlərə keşikçilik edən bir ana kimi təsvir edir. Heykəl əlində dəfnələrdən ibarət bir çələng və bir ulduz daşıyır. Heykəlin üzərində "Lavdi e perjetshme deshmoreve tee Atdheutt" (azərb. Vətən şəhidlərinə əbədi əzəmət‎) yazılmışdır. Heykəl betondan hazırlanıb. Heykəl 1971-ci ildə ucaldılmışdır.
Azad qadın (heykəl)
"Azad qadın" heykəli — Fuad Əbdürrəhmanov tərəfindən hazırlanmış, 1960-cı ildə Bakı şəhərinin Cəfər Cabbarlı və Zivər bəy Əhmədbəyov küçələrinin kəsişməsində ucaldılmış monumental heykəldir. Heykəl, Cəfər Cabbarlının "Sevil" pyesindən ilhamlanılaraq hazırlanmışdır. Çadradan azad olma Azərbaycan qadınının tənqid və sıxıntılardan uzaqlaşaraq ölkənin ictimai həyatında iştirakı təhsil alma və işləmə hüququnu ifadə edir. "Azad qadın" heykəltaraş Fuad Əbdürrəhmanovun Azərbaycan qadını mövzusuna ilk müraciəti deyildi. Belə ki, sənətkar hələ 1951-ci ildə "Azərbaycan qadını" adlı heykəl işləmişdi. Bu heykəldə Fuad Əbdürrəhmanov müasir azərbaycanlı qadının obrazını müstəqil və güclü iradəyə malik zəngin şəxsiyyət kimi tərənnüm edir. Sənətkarın yaşadığı dövrün Azərbaycan qadınlarına xas olan səmimilik, daxili iradə və cazibədarlığı əks etdirən bu heykəl əlində kitab işıqlı gələcəyə doğru inamla addımlayan mili geyimli qadın obrazını ifadə edir. 1957-ci ildə sənətkar ilkin olaraq gipsdən hazırlanmış həmin əsərin tunc versiyasını işləyir. Bu heykəl "Azadlıq" adı ilə İncəsənət muzeyində sərgilənir. Muzeydə əsəri görən sənətkarlar onun şəhərin mərkəzi hissələrindən birində yüksəldilməsinin labüdlüyünü bildirirlər.
Bürünc atlı (heykəl)
Bürünc atlı (rus. Ме́дный вса́дник) — I Pyotrun Sankt-Peterburqda yerləşən atlı heykəlidir. Heykəl İmperatriça II Yekaterinanın sifarişi ilə fransız heykətəraş Etyen Moris Falkone tərəfindən hazırlanmışdır. Heykəlin adı A.S.Puşkin tərəfindən 1883-cü ildə yazılmış və rus ədəbiyyatının ən geniş yayılmış poemalarından biri olan "Bürünc atlı" poemasından gəlmişdir. Hazırda "Azadlıq heykəli" Nyu-Yorkun simvolu olduğu kimi, "Bürünc atlı" heykəli də Sankt-Peterburqun simvoludur (hər iki heykəl fransız mənşəli heykəltaraşlar tərəfindən hazırlanmışdır). Heykəlin pyedastalı insan tərəfindən tərpədilmiş ən böyük daş olan "Şimşək daşı"dır. == Tarixi == I Pyotrun atlı heykəlinin modeli heykəltaraş Etyen Falkone tərəfindən 1768–1770-ci illərdə hazırlanmışdı. Heykəlin başı heykəltaraşın tələbəsi Mari Ann Kollo tərəfindən işlənmişdir. İlanı Falkonenin ağlına Fyodor Qordeyev salmışdı. Heykəlin tökülməsi Petroviç Vasili Yekimovun rəhbərliyi altında həyata keçirilmiş və 1778-ci ildə tamamlanmışdı.
Kəllə vurma (heykəl)
Kəllə vurma (fr. Coup de tête) — əlcəzairli heykəltaraş Adel Abdessəməd tərəfindən hazırlanmış heykəl. Heykəldə Zidan və Materazzi arasında FİFA Dünya Kuboku 2006-nın finalında baş vermiş münaqişə öz əksini tapıb. Heykəl bürüncdən hazırlanıb və hündürlüyü 5 metrdir. Əlcəzairli heykəltaraş Adel Abdessəməd futbol tarixində son onilliyin ən dramatik anlarından birini əbədiləşdirməyi qərara alıb. Bu, fransalı sabiq futbolçu Zinəddin Zidanın 2006-cı il dünya çempionatının finalında italiyalı müdafiəçi Marko Materatsiyə kəllə atdığı epizoddur. Oyunun 110-cu dəqiqəsində vurduğu kəllədən sonra qırmızı kart alaraq meydandan qovulan futbolçu komandasını 10 nəfərlə azlıqda qoymuşdu. Bu heykəl Parisdə Pampidou Sənət Mərkəzinin önündə nümayiş etdirilib. Daha sonra heykəl Qətərə gətirilib. Heykəl yerləşdiriləndən cəmi bir neçə həftə sonra yığışdırılıb.
Poladdan adam (heykəl)
Poladdan adam — MKK personajı olan Toni Starkın "Final" hadisələri zamanı qəhrəmancasına həlak olmasını əbədiləşdirmək üçün İtaliyanın Toskana regionunun Lukka əyalətindəki Forte-dei-Marmi şəhərində ucaldılmış heykəltaraşlıq abidəsidir. Müasir İtaliya memarı Daniel Basso tərəfindən hazırlanmış heykəl şəhərin Via-Kardukki küçəsində ucaldılmışdır. Heykəl 2019-cu ildə heykəltaraş Daniel Basso tərəfindən Forte-dei-Marmi şəhərindəki "Fortino Lorenese" qalereyasında baş tutan "Oltre Verso" adlı sənət sərgisində nümayiş etdirilmək üçün hazırlanmışdır. Sərginin hazırlanmasından sonra şəhər rəhbərliyi heykəlin Via-Kardukki küçəsində ucaldılmasına qərar vermişdir. "Polad adam" ləqəbi populyar mədəniyyətdə daha çox DC Comics personajı olan Supermenə aid edilsə də, Dəmir adama həsr olunmuş heykəlin hazırlanmasında istifadə edilən materiala istinad edən müəllif, əsərini "Poladdan adam" adlandırmışdır. 4 metr hündürlüyə malik heykəl Dəmir adamı ikonik superqəhrəman enişi pozasında təsvir edir.
Proserfinanın Qaçırılması (heykəl)
Proserfinanın Qaçırılması (it. Ratto di Proserpina) — italyan heykəltəraşı, rəssam və memarı Covanni Lorenso Bernini tərəfindən 1621–1622 illər arasında, özünün karyerasının erkən dövrlərinə təsadüf etsə də ən məşhur heykəllərindən sayılan, barokko üslubuna aid heykəl. Berninin 23 yaşında olarkən bitirdiyi heykəl, qədim yunan-roma mifologiyasına görə Demetrayla Zevsin qızı, Persefonanın, yeraltı dünyasının tanrısı hesab olunan Pluton tərəfindən yer altına qaçırılmasını özündə əks etdirir.
Rezin ördək (heykəl)
Rezin ördək – holland sənətçi Florentin Hofman tərəfindən hazırlanmış nəhəng üzən heykəllər seriyası. Honkonq, Bakı, Pittsburq, Toronto, Sidney və s. kimi şəhərlərdə peyda olmuşdur. Hər bir Rezin ördək heykəli hər şəhər üçün yenidən yaradılmış və müvəqqəti nümayiş etdirilmişdir. Rezin ördək heykəllləri holland sənətçi Florentin Hofman tərəfindən yaradılmışdır. 2013-cü ildə verdiyi müsahibədə Hofman bildirmişdi ki, bu ideya 2000 və ya 2001-ci ildə Niderlandda yogurt reklamları ilə dolu muzeyi ziyarət edəndə ağlına gəlib. O, bu reklamlar üçün rezin ördəyi münasib saymış və Tolo Toys adlı Honkonq şirkəti ilə dizayn barədə razılığa gəlmişdir. Yogho!Yogho! yogurt şirkəti işi maliyyələşdirmişdir. Rezin ördəklərin ölçüləri fərqlidir.
Yorkşir Heykəl Parkı
Yorkşir Heykəl Parkı (ing. Yorkshire Sculpture Park) və ya qısaca YHP (ing. YSP) — İngiltərənin Vest-Yorkşir qraflığında, Vest-Bretton prixodunda, Ueykfild şəhəri yaxınlığında yerləşən açıq hava qalereyası. Muzey kompleksində Henri Mur və Barbara Hepuort kimi britaniyalı və ya beynəlxalq sənətkarların əsərləri sərgilənir. Qalereyada sərgilənən Murun əsərlərindən ibarət kolleksiya sənətkarın Avropadakı ən böyük sərgisidir. Heykəl parkı Bretton Holl park ərazisini əhatə edir və Vest-Yorkşir ilə İst-Yorkşir qraflıqları arasında yerləşir. Park XX əsrin ortalarına kimi bir ailənin evi olmuş, daha sonra kollecə çevrilmiş Bretton Hollun yaxınlığında yerləşir. Park ərazisində follilər, gözəl təbiət mənzərələri və XVIII əsrdən qalma memarlıq abidələrini görmək mümkündür. Bundan başqa burada maral parkı və maral qoruğu (ABŞ heykəltəraşı Ceyms Tarrell tərəfindən mənimsənilib), buz evi və kameliya evi yerləşir. Bəzi sənətkarlar öz əsərlərini bu parkda yaratmışdırlar.
Sülh ağacı (heykəl)
"Sülh ağacı" abidəsi Bakı şəhərində yerləşir. Abidə 17 may 2015-ci il tarixdə üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dövlət Bayrağı Meydanının yaxınlığında, Yeni Bulvarın ərazisində qoyulmuşdur. “Sülh ağacı” abidəsinin müəllifi YUNESKO-nun “Sülh naminə incəsənət xadimi” Hedva Serdir. Abidənin quruluşunda təbiətdən ilhamlanan sevgi və ümid dolu səmaya ucalan əllər təsvir olunub. “Sülh ağacı” xalqlar arasında anlaşma rəmzi kimi qəbul edilir, münaqişələri həll etməyi, dünyada sülhü yaymağı təbliğ edir. “Sülh ağacı”, həmçinin YUNESKO-nun tolerantlıq, sülh simvolu hesab olunur.
Kiçik su pərisi (heykəl)
Kiçik su pərisi (dan. Den lille Havfrue) – Danimarkanın Kopenhagen şəhərindəki qayanın üzərində nümayiş etdirilən heykəl. Hündürlüyü 1,25 metr və çəkisi 175 kiloqramdır. Heykəl 1960-cı illərin ortalarından bəri müxtəlif səbəblərdən dəfələrlə zədələnmiş və deformasiyaya uğramış, lakin hər dəfə bərpa edilmişdir. Heykəltəraş Edvard Eriksen 23 avqust 1913-cü ildə açılışı olan bürünc heykəli yaratmışdır. Balerina çılpaq şəkildə modelləşdirməyə razı olmadığı üçün heykəltaraşın həyat yoldaşı Eline Eriksenin bədən fiqurlarından istifadə olunmuşdur.
Sabine Qadınının Qaçırılması (heykəl)
Sabine Qadınının Qaçırılması (it. Ratto delle Sabine) — Florensiyalı heykəltaraş Cambolonyanın ən məşhur əsəri.
Əli və Nino (heykəl)
Sevgi heykəli: Əli və Nino (gürc. სიყვარულის ქანდაკება: ალი და ნინო) — Gürcüstanın Batumi şəhərində dənizkənarı bulvar ərazisində yerləşən heykəl. Heykəl Qurban Səidin azərbaycanlı oğlanla gürcü qızın sevgisindən bəhs edən "Əli və Nino" romanından ilhamlanaraq yaradılıb. Heykəlin müəllifi olan heykəltaraş Tamar Kvesitadze əsəri yaradərkən Qurban Səidin azərbaycanlı gənclə gürcü qızı arasındakı sevgidən bəhs edən "Əli və Nino" romanından ilhamlandığını, bu iki gəncin əbədi sevgisi üçün abidə ucaltmaq istədiyini bildirib. Əli və Nino romanı ilk dəfə 1937-ci ildə Vyanada, alman dilində E. P. Tal Verlaq tərəfindən nəşr edilib və indiyədək dünyanın 33 dilinə tərcümə olunub. Əsərin ilk nəşrində müəllif kimi Qurban Səid göstərilmişdir. Rəsmi sənədlərə əsasən Qurban Səid avstriyalı baronessa Elfrida fon Ehrenfelsin təxəllüsüdür. Buna görə də uzun illər əsərin həqiqi müəllifi Elfrida fon Ehrenfels hesab olunurdu. Lakin, amerikalı şərqşünas Tom Rayz əsərin əslən Azərbaycandan olan yəhudi mənşəli yazıçı Lev Nissembauma məxsus olduğunu, baronessa Elfrida fon Ehrenfelsin isə yalnız onun məşuqəsi olmasını sübut edə bilmişdi. Bu sübut ciddi sənədlər və arqumentlərlə müşayiət olunduğu üçün dünyada qəbul olunmuş əsas variant hesab olunur.
Nizami Gəncəvinin heykəl və abidələri
Nizami Gəncəvinin heykəli (Gəncə, 1946)
Qələbə meydanında Leninqradın müdafiəçilərinə heykəl
Qələbə meydanında Leninqradın müdafiəçilərinə abidə (rus. Монумент героическим защитникам Ленинграда) — 1941–1943-cü illərdə Leninqradın blokadası zamanı Leninqradı müdafiə etmiş Qızıl Ordu hərbçilərinin şərəfinə ucaldılmış monumental heykəltaraşlıq kompleksi. Leninqradın qəhrəman müdafiəçiləri şərəfinə abidənin ucaldılması ideyası hələ Böyük Vətən Müharibəsi illərində meydana gəlmişdi, lakin abidənin inşasına yalnız otuz il sonra, şəhərin düşmən qüvvələrin blokadasından tamamilə təmizlənməsindən sonra başlanmışdır. Abidənin inşa ediləcəyi yer 1960-cı illərdə seçilmiş, kompleksin Sredniy Roqatki meydanında ucaldılması qərarlaşdırılmış, 1962-ci ildə meydan Qələbə meydanı adlandırılmışdır. Abidə üçün yer təsadüfən seçilməmişdi. Müharibənin ilk günlərindən Moskva prospekti cəbhə yolu olmuş və bu prospektlə xalq qüvvələri, texnika və hərbi birləşmələr hərəkət etmişlər. Məhz bu ərazinin yaxınlığından müdafiə xətti keçirdi. Sredniy Roqatki meydanının özündə xəndəklər qazılmış, tank əlehinə qurğular yerləşdirilmişdi. 1945-ci ildə Böyük Vətən Müharibəsinin başa çatmasından sonra müharibədən qayıdan qvardiya döyüşçülərini qarşılamaq üçün məhz burada müvəqqəti triumfal arka inşa edilmişdi. Kompleks əhalinin verdiyi bəxşişlər hesabına inşa edilmişdi.
Cəfər Cabbarlının heykəli (Bakı, Cəfər Cabbarlı meydanı)
Cəfər Cabbarlının heykəli — Azərbaycanın paytaxtı Bakı şəhərinin Cəfər Cabbarlı meydanında - 28 May metrostansiyasının girişinin yaxınlığında məşhur Azərbaycan şairi və dramaturqu Cəfər Cabbarlının heykəli. Heykəl heykəltaraş Mirələsgər Mirqasımov tərəfindən qranitdən hazırlanıb. 1982-ci ildə qurulub. Abidənin memarı Yusif Qədimovdur. 1959-cu ildə Bakı Dəmir Yolu Vağzalının qarşısında meydanda dramaturqa abidə qoyulması barədə qərar qəbul olunub. Eyni ildə gələcək heykəl ərazisində bir daş tikilib ki, burada Cəfər Cabbarlının heykəli tikiləcəkdir. Mirələsgər Mirqasımovun qazandığı ən yaxşı layihə üçün müsabiqə elan edildi. Mirələsgər Mirqasımov material almaq üçün, həyat yoldaşı Gültəkin xanım ilə birlikdə Novo- Danilovskiy - Ukraynaya gedib. Heykəltaraşın artıq işə başlamış olmasına baxmayaraq, Nikita Xruşşovun rəhbərliyi dövründə yayılmış minimalizm arzusu və "həddən artıq olanlara" qarşı mübarizə uzun müddət bu işi dayandırdı. Son 70-ci illərdə onlar yenidən heykəli xatırladılar, lakin iş yenidən donduruldu.
Daş Heykəllər Muzeyi
Zəngilan Daş Heykəllər Muzeyi — Zəngilan rayonunda yerləşən Daş Heykəllər Muzeyi 1989-cu ildə fəaliyyətə başlayıb. Muzeyin yaranma ideyası o dövrdə Zəngilan Xalq Deputatları Soveti İcraiyyə Komitəsində Mədəniyyət Şöbəsinin müdiri işləmiş Camal Sultanovun təklifi ilə həyata keçirilib. Şəhərin mərkəzindən 7 km aralıda yerləşən muzey fəaliyyətə başlayandan 1 il sonra ayrıca subyekt kimi rəsmiləşdirilmiş və muzeyə 3 ştat vahidi verilmişdir. Muzey rayondan Bakıya gedən şose yolunun sol tərəfində – ətrafdan xeyli hündür bir yerdə "Ağ Oyuq" təpəsində yerləşirdi. Həmin hündür təpədən baxanda, təxminən altmış kilometrlik ərazi – bir tərəfdən Naxçıvan Muxtar Respublikasının Ordubad şəhəri, digər tərəfdən isə Qarabağın hündür dağları görünürdü. Təpədə olan qədim daşa el arasında "Koroğlu daşı" deyərdilər. Daşın yan hissəsində oyuq olduğundan ona "Ağ oyuq"da deyərdilər. Həmin oyuğa yağ töküb yandırır və bundan da qədim dövrlərdə mayak kimi istifadə edildiyi deyilir. Bu mayak o vaxtlar Cənubi Azərbaycandan gəlib, Araz çayının üzərindəki Xudafərin körpüsündən keçən, Həkəri çayının uzununa Şuşa qalasına gedən karvanlar üçün yol göstəricisi sayılırmış. "Şamlı adlanan kəndin yaxınlığında təpənin üzərində qədim daşlar tapılmışdı.
Dur yolçu heykəli
Türkiyə nin ən böyük heykəlidir.6 Avqust 2008-cı tarixdə Türkiyənin paytaxtı Ankarada(Polatlı ,Kartaltepe) Dur yolçu abidəsinin açılış mərasimi olmuşdur.Dur yolçu abidəsinin uzunluğu ümumilikdə 32 metrdir. Heykəl 22, postament isə 10 metrdir.Abidənin müəllifi akademik Sait Rüstem dir.
Dünyanın ən hündür heykəllərinin siyahısı
Dünyanın ən hündür heykəllərinin siyahısına hündürlüyü 25 m-ə bərabər və ya daha çox olan heykəllər daxildir. Siyahıda hazırda mövcud olan müxtəlif ölçülü heykəllər, heykəlin özünün hündürlüyünə görə (postamentsiz) sıralanır. Siyahıya yalnız obyekti ayrılıqda və tam boyunda təsvir edən heykəllər daxildir. Xüsusilə, buna görə də, siyahıya İmperator Ya və Xuanın heykəlləri (106 m), Leşanda Budda heykəli (71 m) və Bamiyan Budda heykəlləri (55 və 37 m) daxil edilmir. Böyük Sfinks (20 m) kimi bir çox tanınmış monumental heykəllər 25 m hündürlüyə çatmır və onlar da siyahıya daxil edilmir. Siyahıdakı tünd boz dağıdılmış heykəlləri, açıq boz — məhv edilmiş, lakin sonradan bərpa edilmiş heykəlləri göstərir.
Dədə Qorqudun heykəli (Naxçıvan)
Dədə Qorqudun heykəli — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində monumental sənət abidəsi. Heydər Əliyev prospektində, "Təbriz" mehmanxanasının önündə ucaldılmışdır. Abidə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi şərəfinə 1999-cu ildə yaradılmışdır. Müəllifi Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Elman Cəfərovdur. Postamentlə birlikdə hündürlüyü 5,3 metr olan heykəldə dizi üstündə qopuz tutmuş Dədə Qorqud düşüncəli halda təsvir edilmişdir. Fiqurun sol əlindəki simli qopuz aləti dəmir lövhələrdən və profildən qaynaq üsulu ilə hazırlanmışdır. Kompozisiyada fiqur kötük üzərində oturdulmuşdur. Heykəlin başında qədim türklərə məxsus papaq, əynində açıq yaxalıqlı uzun əba və qollarının üstünə atılmış atqı verilmişdir. Fiqurun portret cizgisinin əsas atributları sayılan saç və saqqal formaları Dədə Qorqudun xarakterik obrazını yaradır və fiqurun çöhrəsini nurlandırır. Obrazın xarakterik cizgiləri türk variantından götürülmüş portret əsasında işlənilmişdir.
Eldar Zeynalov (heykəltəraş)
Eldar Heydər oğlu Zeynalov (22 avqust 1937, Bakı – 13 yanvar 2001, Bakı, Azərbaycan) — heykəltaraş, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992), "Humay" mükafatı laureatı (2001). Eldar Zeynalov 22 avqust 1937-ci ildə Heydər Zeynalov və Dürrə Zeynalovanın ailəsində Bakı şəhərində anadan olub.
Elmira Hüseynova (heykəltəraş)
Elmira Mehralı qızı Hüseynova (9 fevral 1933 və ya 1933, Bakı – 23 yanvar 1995 və ya 1995, Bakı) — heykəltaraş, Azərbaycanın əməkdar rəssamı (1967). Elmira Mehralı qızı Hüseynova 1933-cü ildə Bakıda anadan olmuşdur. Erkən yaşlarından rəsm çəkməyə maraq göstərən Elmira xanım daha sonra rəssamlıq təhsili almaq üçün ciddi çalışmış, beləliklə, 1954-cü ildə Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini, 1960-cı ildə isə İ. Repin adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunu bitirmişdir. O, 1957-ci ildən ölkəmizdə və ittifaq respublikalarında təşkil olunan sərgilərdə iştirak etmiş, heykəltaraşlığın məişət və portret janrlarında çalışmışdır. Heykəltaraş Elmira Hüseynova 1995-ci il yanvar ayının 23-də Bakı şəhərində vəfat etmişdir. Elmira xanım eyni zamanda monumental heykəltaraşlıq sahəsində də fəaliyyət göstərib və özünəməxsus dəst-xət nümayiş etdirib. Onun 1967-ci ildə görkəmli dramaturq Cəfər Cabbarlıya həsr olunmuş sərgidə təqdim etdiyi xatirə lövhəsi (1968) kompozisiya və bədii keyfiyyətləri ilə tamaşaçıların marağına səbəb olmuşdur. Müəllif əsərdə böyük ədibin görkəmini dəqiq, dinamik, işıq və kölgə effektlərini harmonik şəkildə bütövləşdirmişdir. Heykəltaraşın müxtəlif illərdə ərsəyə gətirdiyi bir-birindən maraqlı nümunələr ideya-sənətkarlıq cəhətdən mükəmməlliyi ilə seçilir. Müəllif əsərlərini əsasən tunc, daş, mərmər, keramika, gips, ağac və epoksid qatrandan hazırlamış, daha çox ağac üzərində işləmişdir.
Fikrət Əmirovun heykəli (Bakı, 2011)
Fikrət Əmirovun heykəli — Azərbaycan bəstəkarı, SSRİ xalq artisti, SSRİ dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR dövlət mükafatı laureatı Fikrət Əmirova 2011-ci ildə Bakı şəhərində qoyulmuş heykəl. Heykəlin müəllifi Namiq Dadaşovdur. Heykəlin ətrafı abadlaşdırılmış, burada yeni park salınmışdır.
Frans Kafka heykəli
Frans Kafka heykəli (çex. Pomník Franze Kafky) – 2003-cü ildə heykəltaraş Yaroslav Rona tərəfindən hazırlanmış heykəl. Çexiyanın paytaxtı Praqa şəhərinin qədim Yəhudi kvartalında Duşni (Müqəddəs Ruh) küçəsindəki kiçik bir meydanda quraşdırılmışdır. Kafka bu küçədə (№27) yaşamışdır. Heykəl Frans Kafkanın "Amerika" romanının bir səhnəsi əsasında hazırlanıb: siyasi namizəd seçki kampaniyası zamanı nəhəng adamın çiyinlərinə çıxır və küçələr boyunca dolaşır. Bürüncdən hazırlanmış heykəl 3,75 metr yüksəkliyində, 800 kq ağırlığındadır. Vikianbarda Frans Kafka heykəli ilə əlaqəli mediafayllar var.
Füzulinin heykəli (Bakı)
Məhəmməd Füzuli heykəli — Mərkəzi park ərazisində yerləşən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının önündə orta əsr Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə ucaldılmış heykəl. 1958–1963-ci illərdə hazırlanmış abidənin heykəltaraşları Tokay Məmmədov və Ömər Eldarov, memarı isə Hacı Muxtarovdur. Bu işə görə heykəltaraşlar Tokay Məmmədov və Ömər Eldarov SSRİ Rəssamlıq Akademiyasının gümüş medallarına layiq görülmüşdülər. 1958-ci ildə orta əsrlər Azərbaycan şairi Məhəmməd Füzulinin ölümünün 400 illiyi münasibətilə şairin abidəsinin yaradılması üçün müsabiqə elan edilir. Vaxtilə İ. E. Repin adına Sankt-Peterburq Dövlət Akademik Rəssamlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda bir yerdə təhsil almış Tokay Məmmədov və Ömər Eldarovun memar Hacı Muxtarovla bir yerdə hazırladıqları layihə müsabiqədə qalib gəlir. Füzulinin heykəli üzərində işləməzdən əvvəl həm Tokay Məmmədov, həm də Ömər Eldarov “poetik” mövzuya müraciət etmişdilər. Belə ki, bir müddət öncə Məmmədov Nizami Gəncəvinin portreti üzərində işləmişdi. Azərbaycan heykəltaraşlığında ağac üzərində işlənmiş ilk əsər olan bu portret Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır. Ömər Eldarov isə XX əsrin 50-ci illərində XIX əsr Azərbaycan şairəsi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın mərmər portretini işləyir. Tezliklə Ali Sovetin Rəyasət Heyətinin sədri, Azərbaycanın Xalq yazıçısı Mirzə İbrahimovun təklifi ilə Ömər Eldarov Natəvanın tunc heykəlini işləmək sifarişini alır.
Güllələnmiş heykəllər (film, 2002)
Film-tamaşada Güllələnmiş Heykəllər dilə gəlib danışır və fəryad edir. Şuşanın keçmişi və bugünü müqayisə edilir və nəticələr çıxarılır. Şuşa həsrəti güllələnmiş heykəlləri belə dirildir. Film-tamaşada "Şuşanın Dağları", "Xarı Bülbül" mahnılarından istifadə edilmişdir. Ssenari müəllifi: Hüseynbala Mirələmov Quruluşçu Rejissor: Nadir Diridağlı Quruluşçu Operator: Əlövsət Cəlilov Quruluşçu Rəssam: Rafael Əsədov Səs Rejissoru: Vaqif İmanquliyev Musiqi Tərtibatçısı: Teymur Abdullayev Montaj Rejissoru: Əhməd Məcidov Redaktor: Sadıq Elcanlı Operator Assistenti: Fuad Muxtarzadə Rejissor Assistenti: Qərənfil Cəlilova Qrim Ustası: Solmaz Hüseynova, Məqsud Məhərrəmov Geyim Ustası: Elmira Quliyeva Rekvizit: Dilarə Əzimova,Tərlan Qafarov Kompüter: Riyad Qasımov Videomühəndis: Elçin Manafov, Canpolad Abbasov Pirotexnik :Vaqif Qurbanov STS Qrupu: Ağazər Həşimov, Samir İzzətov, Soltan Əliyev(Soltan Oqtayoğlu kimi), Sənan Cəfərov, Mürsəl Zəkiyev, Təbiət Məmmədov İşıqçı: Həsən İsmayılov, İlham Axundov, Vova Kaleşnikov Dekorçu: Fərhad Mayılov, Əliağa Xəlilov, Eldar İmanov, Şamil İbrahimov, İsfəndiyar İsmayılov Quraşdırıcı: Ələkbər Rəsulov, Vüqar Əliyev, Ənvər Hüseynov, Mehdi Abdullayev, Ruslan Hüseynov, Cavid Əliyev (III), Elnur Quliyev, Nazim Qafarov Rəqs edir Xəzər universiteti nin oğlanlardan ibarət rəqs ansamblı Ansamblın Bədii Rəhbəri: Xanlar Bəşirov Quruluş Hissə Müdiri: İlyas İsmayılov Direktor: Mirzə Əliyev ROLLARDA: Əliabbas Qədirov — Üzeyir Hacıbəyov İlham Əsgərov — Bülbül Nurəddin Mehdixanlı — Vaqif Məleykə Əsədova — Natəvan Bəsti Cəfərova — Ağabəyim ağa Sevil Xəlilova — Gövhər ağa Abbas Qəhrəmanov — İbrahim xan Əli Nurzadə — Nəvvab Firəngiz Mütəllimova— Əli məşəlli qadın Sabir Məmmədov — Əli məşəlli kişi Həlimət Məmmədova Aygün Bayramova — Xanəndə Nəzakət Teymurova — Xanəndə Mənsum İbrahimov — Xanəndə Cabir Abdullayev Elçin Həşimov Elnur Əhmədov Mükərrəmoğlu, M. “"Güllələnmiş heykəllər" film-tamaşasına ictimai baxış” //Xalq.- 2002.- 24 dekabr.
Güllələnmiş heykəllər (Şuşa)
Güllələnmiş heykəllər — Şuşa şəhərində yerləşən abidə. 1982-ci ildə Heydər Əliyevin göstərişi ilə Şuşa şəhərində Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün heykəli ucaldıldı. 1992-ci il birinci Qarabağ müharibəsi zamanı heykəllər erməni vandalizmi nəticəsində zərər görmüşdür. Natəvanın baş barmağı yox idi, Üzeyir bəyin eynəyi sındırılmışdı, Bülbülün isə tunc alnı qabarmışdı. Ermənilər heykəlləri Ermənistana aparıb, orada əridib satmaq fikrində idilər. Lakin bundan xəbər tutan Polad Bülbüloğlu, Heydər Əliyevə müraciət etmişdir. Görülmüş tədbirlər nəticəsində, Heydər Əliyev tərəfindən 1993-cü ildə həmin heykəllər Bakıya gətirilib, 2000-ci ildən muzeyin kolleksiyasına daxil edilib. 2020-ci il ikinci Qarabağ müharibəsi zamanı, Azərbaycan Silahlı Qüvvələri noyabrın 8-i Şuşa şəhərini azad etmişdir. 2021-ci ildə İlham Əliyevin göstərişi ilə heykəllər İncəsənət muzeyindən götürülüb, yenidən Şuşa şəhərinə gətirilmişdir.
Hacı Zeynalabdin Tağıyevin heykəli (Bakı)
Azərbaycan milyonçusu və mesenat Hacı Zeynalabdin Tağıyevin heykəli 18 yanvar 2022-ci il tarixində “İçərişəhər” metro stansiyasının qarşısında ucaldılıb. Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir. Heykəltəraş Azərbaycan Respublikasının Xalq Rəssamı Xanlar Əhmədovdur. Prezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında iştirak edib 2019-cu il martın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüş keçirir. Həmin görüşdə əməkdar artist Bəhram Bağırzadə Hacı Zeynalabdin Tağıyevin Bakıda heykəlinin ucaldılması barədə təklif səsləndirir. Daha sonra Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltaraşlıq müsabiqəsi elan edir. Tanınmışlarla yanaşı, gənc rəssam-heykəltaraşlar və əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə təqdim olunan 26 əsərdən Xanlar Əhmədovun işi qalib olur. Prezident İlham Əliyevin Sərəncamı ilə ucaldılan abidə bürüncdəndir. Abidənin önündə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb.
Het Günəş Simvolu Heykəli
Hitit Günəş Simvolu Heykəli (tür. Hitit Güneş Kursu Anıtı) ― heykəltaraş Nüsrət Suman tərəfindən yaradılmış və Günəş hititinə həsr olunmuş heykəl, abidə. 1978-ci ildən bəri Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən Sixiya meydanında yerləşən heykəldir. Abidə Alacahöyükdə qazıntılar zamanı tapılmış Günəş Kursu Hititin abidəsinin nüsxəsidir. 1973-cü ildə Bələdiyyə Başçısı Vədat Dalokay onu şəhərin simvolu kimi saxladı. Ankara Universitetinin simvolu günəşli bir diskdir. Bu simvol adətən Hitit sivilizasiyasına aiddir və Ankara və Anadolunu ifadə edir. 1977-dan 1995-a qədər olan dövrdə Hititin Günəş Simvolu Ankara bələdiyyəsinin simvolu olaraq istifadə edilmişdir. Lakin 29 iyun 1995-ci ildə Ankara Bələdiyyə Məclisinin qərarına uyğun olaraq loqotip dəyişdirilərək müasir vəziyyətini aldı.
Heydər Əliyevin heykəli
Heydər Əliyevin heykəli — Bakıda Heydər Əliyev Sarayının qarşısında, 2005-ci il may ayının 10-da ucaldılan möhtəşəm abidə. Memarlıq kompleksinin, o cümlədən Heydər Əliyevin abidəsinin açılışı 2005-ci il mayın 10-da Heydər Əliyevin anadan olmasının 82-ci ildönümü ilə əlaqədar olaraq Heydər Əliyev Sarayının qarşısındakı parkda olmuşdur. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, nazirlik və idarələrin rəhbərləri, Milli Məclisin deputatları, ölkə ictimaiyyətinin, eləcə də Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər. Heydər Əliyev heykəlinin müəllifləri Mixail Noqin və Salavat Şerbakov əsər üzərində gərgin yaradıcılıq axtarışları aparmışlar. Heykəlin hündürlüyü 5,2 metr, ağırlığı 2,4 tondur. Heykəl tuncdan tökülmüşdür. Kompleksin üzərində Moskvanın baş rəssamı, memar İqor Voskresenskinin rəhbərliyi altında bir qrup rus memar və heykəltaraş çalışıb. RİA Novosti-yə müsahibəsində Voskresenski abidənin yaradılması ilə bağlı bunları deyib: Şerbakovun sözlərinə görə, "onun hazırlanması üçün ən ənənəvi, köhnəlməyən materiallardan — bürünc və qranitdən istifadə edilib və biz abidənin özünü Moskvada heykəlləndirmişik". Şerbakovun qeyd etdiyi kimi, "bu, azərbaycanlı inşaatçıların və moskvalı rəssamların, memarların və heykəltaraşların birgə yaradıcılıq işi idi". Bundan əlavə, həmmüəlliflərdən biri də Mehriban Əliyeva idi.
Heydər Əliyevin heykəli (Bakı)
Heydər Əliyevin heykəli — Bakıda Heydər Əliyev Sarayının qarşısında, 2005-ci il may ayının 10-da ucaldılan möhtəşəm abidə. Memarlıq kompleksinin, o cümlədən Heydər Əliyevin abidəsinin açılışı 2005-ci il mayın 10-da Heydər Əliyevin anadan olmasının 82-ci ildönümü ilə əlaqədar olaraq Heydər Əliyev Sarayının qarşısındakı parkda olmuşdur. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, nazirlik və idarələrin rəhbərləri, Milli Məclisin deputatları, ölkə ictimaiyyətinin, eləcə də Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər. Heydər Əliyev heykəlinin müəllifləri Mixail Noqin və Salavat Şerbakov əsər üzərində gərgin yaradıcılıq axtarışları aparmışlar. Heykəlin hündürlüyü 5,2 metr, ağırlığı 2,4 tondur. Heykəl tuncdan tökülmüşdür. Kompleksin üzərində Moskvanın baş rəssamı, memar İqor Voskresenskinin rəhbərliyi altında bir qrup rus memar və heykəltaraş çalışıb. RİA Novosti-yə müsahibəsində Voskresenski abidənin yaradılması ilə bağlı bunları deyib: Şerbakovun sözlərinə görə, "onun hazırlanması üçün ən ənənəvi, köhnəlməyən materiallardan — bürünc və qranitdən istifadə edilib və biz abidənin özünü Moskvada heykəlləndirmişik". Şerbakovun qeyd etdiyi kimi, "bu, azərbaycanlı inşaatçıların və moskvalı rəssamların, memarların və heykəltaraşların birgə yaradıcılıq işi idi". Bundan əlavə, həmmüəlliflərdən biri də Mehriban Əliyeva idi.
Heydər Əliyevin heykəlləri
Heydər Əliyevin heykəlləri — Azərbaycanın eks-prezidenti Heydər Əliyevi təsvir edən heykəltaraşlıq nümunələri. Heydər Əliyevin heykəli (Bakı) — Bakıda Heydər Əliyev Sarayının qarşısında, 2005-ci il may ayının 10-da ucaldılan möhtəşəm abidə. Memarlıq kompleksinin, o cümlədən Heydər Əliyevin abidəsinin açılışı 2005-ci il mayın 10-da Heydər Əliyevin anadan olmasının 82-ci ildönümü ilə əlaqədar olaraq Heydər Əliyev Sarayının qarşısındakı parkda olmuşdur. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, nazirlik və idarələrin rəhbərləri, Milli Məclisin deputatları, ölkə ictimaiyyətinin, eləcə də Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər. Heydər Əliyev büstü (Naxçıvan) — Naxçıvan şəhərində Heydər Əliyevə həsr olunmuş büst. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1983-cü il 7 may tarixli Fərmanı ilə iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldüyünə görə anadan olduğu Naxçıvan şəhərində Heydər Əlirza oğlu Əliyevin büstünün qoyulması qərara alınmışdır. 1983-cü ilin oktyabrında Naxçıvan şəhərində Heydər Əliyevin büstünün açılışı olmuşdur. Büst Naxçıvan şəhərinin qədim məhəllələrindən birinin yerindəki mədəniyyət və istirahət parkında uca ərazidə yerləşir. Büstün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, xalq rəssamı Ömər Eldarovdur. Heydər Əliyev büstü (Sabirabad) — Sabirabadda yerləşən büst.
Heykəltaraşlıq
Heykəltaraşlıq — təsviri sənətin növlərindən biridir. Heykəltaraşlıqda insan və ya hər hansı təsvir obyekt həcmli formada yaradılır. Heykəltaraşlıq əsasən 2 növə ayrılır: həcmli və ya dairəvi relyef (barelyef, qorelyef). Heykəlin daha yaxşı alınması üçün əsas plan, işıq müstəvisi, kütlə və həcm böyük rol oynayır. Adətən, insan, bəzən isə heyvan təsvir edən (animalistik janr) heykəltaraşlığın imkanları boyakarlığa nisbətən bir qədər məhdud olur. Heykəltaraşlığın ən ibtidai forması — daşdan hazırlanan fiqurlardır. Orta əsrlərə aid edilən, Şamaxı və Ağdam şəhərləri ətrafında tapılmış daş insan fiqurları heykəltaraşlığımızın daha təkmilləşmiş nümunəsi hesab edilir. Bayıl qəsrindəki daşoyma nümunələri (XIII əsr), məzarlar üzərinə qoyulan at və qoç fiqurlarını (XV–XIX əsrlər) da heykəltaraşlığın yeni və yaddaqalan səhifəsi saymaq mümkündür. Naxçıvanın Оrdubad bölgəsinin Biləv kəndində hicri 1088-ci ildə (miladi 1677–1678 illər) vəfat etmiş Səfərəlinin xatirəsinə hazırlanmış daş qoç fiquru var. Abidə üzərində qoyulan imzadan belə məlum olur ki, qoç heykəlini Abid hazırlayıb.
Hitit Günəş Simvolu Heykəli
Hitit Günəş Simvolu Heykəli (tür. Hitit Güneş Kursu Anıtı) ― heykəltaraş Nüsrət Suman tərəfindən yaradılmış və Günəş hititinə həsr olunmuş heykəl, abidə. 1978-ci ildən bəri Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən Sixiya meydanında yerləşən heykəldir. Abidə Alacahöyükdə qazıntılar zamanı tapılmış Günəş Kursu Hititin abidəsinin nüsxəsidir. 1973-cü ildə Bələdiyyə Başçısı Vədat Dalokay onu şəhərin simvolu kimi saxladı. Ankara Universitetinin simvolu günəşli bir diskdir. Bu simvol adətən Hitit sivilizasiyasına aiddir və Ankara və Anadolunu ifadə edir. 1977-dan 1995-a qədər olan dövrdə Hititin Günəş Simvolu Ankara bələdiyyəsinin simvolu olaraq istifadə edilmişdir. Lakin 29 iyun 1995-ci ildə Ankara Bələdiyyə Məclisinin qərarına uyğun olaraq loqotip dəyişdirilərək müasir vəziyyətini aldı.
Həsən bəy Zərdabinin heykəli
Həsən bəy Zərdabinin heykəli — İçərişəhərdə Böyük Qala, 41 ünvanında yerləşən və azərbaycanlı jurnalist, maarifçi, naşir Həsən bəy Zərdabinin heykəli. Heykəl 1979-cu ildə qoyulub. Heykəlin müəllifi Elmira Hüseynova, memarı isə Zeynəb Quliyevadır. Ümumi hündürlüyü 4 metr olan heykəl bürüncdəndir.
Həzi Aslanovun heykəli (Bakı, 1949)
Həzi Aslanovun heykəli — 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı general-mayor Həzi Aslanovun xatirəsinə 1949-cu ildə qoyulmuş qəbir üstü abidə. Abidə 1949-cu ildə Həzi Aslanovun qəbrinin üstündə Dağüstü parkda qoyulmuşdur. Abidəni heykəltaraş Fuad Əbdürəhmanov hazırlamışdır. Abidə 2012-ci ildə əsaslı təmir olunub.
II Bəyazidin heykəli (Ankara)
II Bəyazidin heykəli (türk. II. Bayezid heykəli) — Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən və Osmanlı sultanı II Bəyazidin təsvir olunduğu heykəl. Heykəl 13 yanvar 1986-cı ildə Türk Ştandartları İnstitutu binasının qarşısında ucaldılmışdır. Müəllifi heykəltaraş Yavuz Göreydir.

Значение слова в других словарях