DONQULDANMAQ

f.
1. Narazı halda özözünə, yavaşcadan anlaşılmaz sözlər danışmaq; deyinmək, narazılıq izhar etmək.
…O arvaddan həzər etmək ki, sübhdən-axşamacan dodağının altında həmişə donquldana. N.Vəzirov.
Allahqulu donquldana-donquldana (z.) qapıdan çıxdı. Çəmənzəminli.

// məc. kin. Ala-babat, pis danışmaq mənasında.
Modabaz və meşşan qadınlardan bəhs edən ədib deyir ki, əlbəttə, belə anaların tərbiyə etdiyi uşaqlar … firəngcə donquldanacaqlar. M.Arif.

2. Heyvanlar haqqında: hirslənmə əlaməti olaraq yavaşcadan acıqlı səslər çıxarmaq; mırıldanmaq. Qaraca qız özünü mağaranın dar yerinə yetirdi. Ayı isə dar yerə soxula bilmədi.
Bir az donquldanıb mağaranın ağzında yatdı. S.S.Axundov.

Синонимы

  • DONQULDANMAQ DONQULDANMAQ (dodaqaltı və ya öz-özünə narazı halda danışmaq) Kepkalı oğlan Adilənin saatını açıb ata malı kimi cibinə qoydu və donquldandı (Ə
  • DONQULDANMAQ deyinmək — mırtıldamaq

Антонимы

  • DONQULDANMAQ DONQULDANMAQ – SUSMAQ Gileygüzarov öz qoyun gözlərini tavana zilləyib qəzəblə donquldandı (S.Rüstəm); Gücü ona çatırdı ki, susurdu (S
DONQULDANMA
DONQULDAŞMA

Значение слова в других словарях