dürmənc 2021
dürr-gövhər
OBASTAN VİKİ
Lenka Dürr
Lenka Dürr – Almaniyalı libero.1990-cu ildə Almaniyanın Memmingen şəhərində dünyaya gəlmişdir. == Karyerası == 2008-ci ildən etibarən Almaniya milli voleybol komandasının şərəfini qoruyur. 2007-ci ildə yeniyetmələr arasında dünya çempionatının qızıl medalını qazanmışdır. Karyerasının əksər hissəsini Rote Raben Vilsbiburq klubunda keçirmişdir. 2009-cu ildə isə dünya kubokunu bu səfər gənc milli komanda da qaldıraraq karyerasında daha bir mühüm titul qazanır. Həmçinin voleybolçu 2013-cü ildə Avropa çempionatının qızıl medalına yiyələnmişdir. Bundan sonra alman libero İqtisadçı klubunun diqqətinin çəkir və 2013-cü ildə Bakı klubuna transfer olunur. == Uğurları == === Klub === Almaniya 1.Bundesliqa Çempionluqlar 2007-08, 2009-10 Almaniya kuboku Çempionluqlar 2008-09 === Ölkə === Yeniyetmələrin dünya çempionatı 2007. Gənclərin dünya çempionatı 2009. Böyüklər Avropa çempionatı 2013.
Aşağı Dürrac (Marağa)
Aşağı Dürrac (fars. دراج سفلي‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 102 nəfər yaşayır (22 ailə).
Dürranilər imperiyası
Dürranilər imperiyası, Dürranilər əmirliyi və ya Dürrani(Dürranilər) Şahlığı — müasir Əfqanıstan, Pakistan, Şimal-Şərqi İran və Qərbi Hindistanın ərazilərində yerləşən tarixi dövlət. 1747-ci ildə Qəndəharda Əhməd şah Dürrani tərəfindən əsası qoyulmuşdur. Əhməd şah Dürrani Nadir şah Əfşarın sərkərdəsi olmuşdur. Dürranilər imperiyası 1747-ci ildə yaranmış, 1823-cü ildə süquta uğramışdır.Dövlət ərazisində əfqanlar,pakistanlılar, farslar, Güney Azərbaycanlılar, hindlilər və vəziristanlılar(puştular) yaşayırdılar. Dövlətdə iki rəsmi dil : puştu və fars dilləri var idi. Dövlətin bayrağında yaşıl - ağ - yaşıl rənglər var idi. Dövlət dini islam idi.
Dürranilər sülaləsi
Dürranilər sülaləsi (puşt. دراني) — müasir Əfqanıstan, Pakistan, şimalı-şərqi İran və qərbi Hindistanın ərazilərdə yerləşən tarixi dövləti (1747-1822) idarə edən xanədan. == Tarixi == 1747-ci ildə Qəndəharda Əhməd şah Dürrani tərəfdən əsası qoyulmuşdu. O, Nadir şah Qırxlı-Avşarın sərkərdəsi idi. Qonşu dövlətlərlə apardığı mübarizə nəticəsində Dürranilər dövlətinin sərhəddi xeyli genişlənir. Amudəryanın sol sahilində yaşayanlarla yanaşı Sistan, Xorasan, Sind, Bəlucistan, Kəşmir və Pəncab bölgələrində yaşayanlar da daxil edilir.
Dürres - Tirana dəmir yolu
Dürres - Tirana dəmir yolu (alb. Hekurudha Durrës–Tiranë) — Albaniyanın iki ən böyük şəhərlərini, Dürres və Tirananı birləşdirən dəmir yolu xətti. Xətt Vora yolunda Şkodra-Vorë dəmir yolu ilə və Durresdəki Durres-Vlora dəmir yolu ilə birləşir. 2013-cü ilin sentyabr ayından etibarən, Tirananın əsas bulvarının genişləndirilməsinə yol açmaq üçün metropoliten stansiyası söküldüyü üçün xəttin Tiranadakı son dayanacağı sökülür. Nəticədə Tirana sərnişinləri əvvəlcə 2013-cü ildə Vore stansiyasından, sonra isə 2015-ci ilin mayında təmir edilmiş Kaşar stansiyasından istifadə etməli olurlar. Kaşar-Tiran xəttinin bir hissəsi avtobus xidməti ilə əvəz olunur. Dürres - Tirana xətti 1948-1949-cu illərdə yalnız könüllülərin əməyi sayəsində tikilib və bir il əvvəl çəkilmiş Durres - Pekini xəttindən sonra Albaniyada ikinci sərnişin dəmir yolu xətti olub. Xəttin rəhbəri Hekurudha Şqiptaredir. == Tarix == Albaniyanın iki ən mühüm şəhəri olan Durres və Tirananı birləşdirən 38 kilometr uzunluğunda dəmir yolu 1948-1949-cu illərdə tikilmiş və Albaniyanın ikinci sərnişin dəmir yolu olmuşdur. Bundan bir il əvvəl Durres və Peçini birləşdirən dəmir yolu açılır.
Dürri Mehmed Əfəndi
Dürri Mehmed Əfəndi (Konstantinopol – 1736, Üsküdar) — Osmanlı alimi, şair və şeyxülislamı. == Həyatı == Məşhur Osmanlı üləma ailəsi olan Dürrizadələr ailəsinin ilk fərdi olan Mehmed Əfəndi İstanbulda dünyaya gəlmişdir. Atası İlyas Əfəndi sadə məhəllə mollası olmuşdur. Mədrəsə təhsilini bitirdikdən sonra müdərris olaraq bəzi mədrəsələrdə fəaliyyətə başladı. Daha sonra IV Mehmed dövrünün məşhur başqazılarından Əbdülqadir Əfəndinin qızı ilə evlənərək nüfuzunu yüksəltdi. 1704-cü ildə Süleymaniyə müdərrisi ikən qazılığa yüksəldi və 1707-ci ildə Misir, 1716-cı ildə Məkkə, 1720-ci ildə isə İstanbul qazısı oldu. Ancaq son vəzifə yerində məsuliyyətsizliyi səbəbilə 1721-ci ildə vəzifədən alındı. Uzun müddət vəzifəyə gətirilməyən Mehmed Əfəndi 1726-cı ildə Anadolu başqazısı təyin olundu. Ancaq dövrün qazılarının Mehmed Əfəndini guya təyin məsələlərində rüşvətə yol verməsi haqqında sədrəzəm İbrahim Paşaya şikayət etməsi nəticəsində vəzifədən alındı və paytaxtdan sürgün edildi. Bir müddət sonra baş verən Patrona Xəlil ayaqlanmasının ardından 1730-cu ilin oktyabrında Rumeli başqazısı oldu.
Dürriyə
Dürriyə — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd. Astara rayonunun Pəlikəş inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. == Etimologiyası == Toponim talışca "Dıriyə" kimi tələffüz olunur. Tədqiqatçıların fikrincə, bu oykonim Talış dilindəki dü/dı (iki) və riyə (yol, cığır) sözlərindən ibarət olub, "iki yol ayrıcında salınmış kənd" mənasındadır. == Tanınmış şəxslər == === Şəhidləri === Həzi Sovqatov (1972–1994). Kənan Dadaşov (2000–2018).
Dürriyə Sultan
Dürriyə Sultan (3 avqust 1905, Konstantinopol – 15 iyul 1922) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Dürriyə Sultan 3 avqust 1905-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Rəşadın böyük oğlu Ziyayəddin Əfəndi, anası isə onun ikinci xanımı Ünsiyar xanımdır. Babası Sultan Rəşadın vəfatından sonra digər ailə üzvləriylə birlikdə atasının Heydərpaşadakı köşkünə köçürüldülər. 26 mart 1920-ci ildə atasının əmisi qızı Naimə Sultanın yeganə oğlu Mehmed Cahid Osman bəylə evləndi. Cütlüyün toy mərasimi Yıldız sarayında baş tutdu və nikah şeyxülislam Heydərizadə İbrahim Əfəndi tərəfinən bağlandı. Mərasimin ardından yeni evli cütlük Naimə Sultanın sahilsarayında yaşamağa başladılar. Ancaq cəmi 1 il sonra 6 noyabr 1921-ci ildə cütlüyün nikahı öz istəkləriylə şeyxülislam Mehmed Nuri Əfəndi tərəfindən ləğv edildi. Ayrılıq səbəbi məlum olmasa da, Mehmed Cahid Osman bəy çox keçmədən Dürriyə Sultanın xalası Levrens Həcər Hüseynlə evlənmiş, cütlüyün ayrılma səbəbi də məhz bu sevgi hekayəsi olaraq görülmüşdür. Ayrıldıqdan qısa müddət sonra Dürriyə Sultan 15 iyul 1922-ci ildə tutulduğu vərəm xəstəliyi səbəbilə müalicə aldığı Heybəliadada vəfat etdi.
Dürriyə bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dürrizadə Abdullah Bəyəfəndi
Dürrizadə Abdullah Bəyəfəndi (1867, Konstantinopol, Osmanlı imperiyası – 30 aprel 1923, Hicaz) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == İstanbul Müftülüğü Meşîhat Arşivi, Ulemâ Sicil Defterleri, IV, 235. Galib Kemal Söylemezoğlu, Başımıza Gelenler, İstanbul 1939, s. 219 vd. Danişmend, Kronoloji2, V, 164. Cemal Kutay, Kurtuluşun ve Cumhuriyetin Manevi Mimarları, Ankara, ts. (Diyanet İşleri Başkanlığı Yayınları), s. 188–196. Albayrak, Osmanlı Ulemâsı, I, 10–11. Tarık Zafer Tunaya, Türkiye’de Siyasal Partiler, İstanbul 1986, II, 17–19.
Dürrizadə Abdullah Əfəndi
Dürrizadə Abdullah Əfəndi (1769, Konstantinopol – 1 dekabr 1828, Konstantinopol) — Osmanlı alimi, şair və şeyxülislamı. Məşhur üləma ailəsi Dürrizadələrə mənsub olub, I Mahmudun şeyxülislamlarından Dürri Mehmed Əfəndinin nəslindəndir. == Həyatı == 1769-cu ildə İstanbulda dünyaya gəlmişdir. Şeyxülislam Dürrizadə Arif Əfəndinin oğludur. Atasından və dövrün mühüm alimlərindən dərslər aldı. 1781-ci ildə icazət alaraq müddərislik fəaliyyətinə başladı. Atasının şeyxülislamlığı əsnasında əvvəlcə İzmir, daha sonra Qalata qazısı təyin olundu. Sultan Səlimin atası Mehmed Arif Əfəndini ziyarəti əsnasında Məkkə qazılığı da ona verildi. Bunun ardından İstanbul qazılığı və Anadolu başqazılığı gəldi. 1805-ci ildə Anadolu başqazılığını icra etməyə başladı və 2 il sonra naqibüləşraflığa gətirildi.
Dürrizadə Mehmed Arif Əfəndi
Dürrizadə Mehmed Arif Əfəndi (1740, Konstantinopol – 9 oktyabr 1800, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. Oğlu Abdullah Əfəndi Sultan Mahmud səltənətində şeyxülislamlığa yüksəlmişdir. == Həyatı == 1740-cı ildə İstanbulda dünyaya gəldi. Atası müxtəlif zamanlarda şeyxülislam olmuş Dürrizadə Mustafa Əfəndi, anası isə məşhur şeyxülislam ailəsi olan Başmaqçızadələrdən Seyid Abdullah Əfəndinin qızı Şərifə Safiyə xanımdır. İlk təhsilini atasından alaraq şeyxülislam övladlarına xas imtiyazla hələ 14 yaşında ikən icazət aldı. İstanbulun bəzi mədrəsələrdində xidmət etməsinin ardından 1766-cı ildə Yenişəhər, 1774-cü ildə Məkkə və Bursa, 1780-ci ildə isə İstanbul qazısı oldu. Ana şəcərəsinin Hz. Hüseyndən gəlməsi səbəbilə Seyid ünvanı da daşıyan Arif Əfəndi 1782-ci ildə naqibüləşraf elan edildi. Beləcə, Dürrizadələr ailəsindən çıxan ilk naqibüləşraf oldu. 1783-cü ildə Anadolu, bir illik xidmət müddətini tamamlamasının ardından 1784-cü ildə Rumeli qazəsgəri təyin edildi.
Dürrizadə Mehmed Ataullah Əfəndi
Dürrizadə Mehmed Ataullah Əfəndi (1729, Konstantinopol – 15 may 1785, Gelibolu, Çanaqqala ili) — Osmanlı alimi və şeyxülislamı. == Həyatı == 1729-cu ildə doğulmuşdur. Atası müxtəlif zamanlarda şeyxülislam olmuş Dürrizadə Mustafa Əfəndi, anası isə məşhur şeyxülislam ailəsi olan Başmaqçızadələrdən Seyid Abdullah Əfəndinin qızı Şərifə Safiyə xanımdır. İlk təhsilini atasından alaraq şeyxülislam övladlarına xas imtiyazla hələ 7 yaşında ikən icazət aldı. Buna baxmayaraq uzun müddət təhsil həyatı davam etdi və müdərris təyin edilmədən 1759-cu ildə birbaşa Saloniki qazılığına gətirildi. 1764-cü ildə Məkkə, 1769-cu ildə isə İstanbul qazısı oldu. Ancaq bir neçə ay sonra vəzifədən alındı və uzun müddət dövlət vəzifələrindən uzaq tutuldu. 1774-cü ildə Anadolu qazəsgəri oldu və 1 illik vəzifə müddətini tamamladı. Ardından 1778-ci ildə və 1782-ci ildə 2 dəfə Rumeli qazəsgərliyinə təyin olundu. Seyid İbrahim Əfəndinin vəfatının ardından 20 may 1783-cü ildə saraya dəvət edilərək sədrəzəm Xəlil Həmid Paşanın da iştirak etdiyi mərasimlə şeyxülislamlığa yüksəldi.
Dürrizadə Mustafa Əfəndi
Dürrizadə Mustafa Əfəndi (1702, Konstantinopol – 8 fevral 1775, Konstantinopol) — Osmanlı dövlət xadimi, müdərris, qazı və şeyxülislam. Məşhur Dürrizadələr ailəsinə mənsubdur. == Həyatı == 1702-ci ildə İstanbulda dünyaya gəldi. Atası Sultan Mahmud səltənətinin məşhur şeyxülislamlarından Dürri Mehmed Əfəndidir. Təhsilini tamamladıqdan sonra müdərrisliyə yüksəldi və müxtəlif mədrəsələrdə xidmət etdi. Atasının şeyxülislamlığı dönəmində 1734-cü ildə Qalata, ardından Ədirnə və Məkkə qazılığına gətirildi. Atasının ölümünün ardından 3 il boyunca dövlət vəzifələrindən uzaq tutuldu və 1739-cu ildə İstanbul qazısı olaraq yenidən vəzifəyə gətirildi. Ertəsi il vəzifədən alınsa da, 1746-cı ilin oktyabrında Anadolu qazəsgərliyinə təyin edildi. Ardından 26 iyun 1751-ci ildə və 10 may 1756-cı ildə 2 dəfə Rumeli qazəsgəri oldu. Ancaq ikinci təyinatından bir neçə ay sonra 26 iyulda şeyxülislamlığa yüksəldi.
Dürrüadən Qadınəfəndi
Dürrüadən Qadınəfəndi (16 may 1860, Soçi – 17 oktyabr 1909, Konstantinopol) — 35. Osmanlı sultanı V Mehmedin ikinci xanımı. == Həyatı == Dürrüadən xanım Mustafa bəy Voçibenin qızı idi. Qardaşı Əziz bəyin qızı İnşirah, Şahzadə Vahidəddin ilə evlənmişdi. Ailəsi rus zülmü səbəbilə İstanbula gəlmiş, 3–4 yaşlarında olan Dürrüadən isə saraya təslim edilmişdi. Saray tərbiyəsi alan 16 yaşlı Dürrüadən xanım 10 oktyabr 1876-cı ildə Şahzadə Mehmed Rəşadla vəliəhd sarayında evləndi. Evləndikdən 2 il sonra oğlu Şahzadə Nəcməddin Əfəndini dünyaya gətirdi. Ancaq uşaq kifoz olaraq dünyaya gəlmişdi və yeriyə bilmirdi. Bu səbəblə heç vaxt evlənə bilmədi. Oğlunun ağır vəziyyəti səbəbilə əziyyət çəkən Dürrüadən xanım isə vərəmə tutuldu və 17 oktyabr 1909 tarixində İstanbulda vəfat etdi.
Dürrünəv Qadınəfəndi
Dürrünəv Qadınəfəndi (15 mart 1835, Batomi – 4 dekabr 1895, Feriye sarayı, Konstantinopol) — 32-ci Osmanlı sultanı Əbdüləzizin ilk xanımı. == Həyatı == Dürrünəv xanım 1835-ci ildə Batumidə əslən abxaz olan Mahmud bəy və Həlimə xanımın ailəsində dünyaya gəldi. Əsl adı Mələk olub, özündən başqa Ayşə və Aliyə adlı 2 bacısı da var idi. Gələcəkdə oğlu Yusif İzzəddin Əfəndini bacısı Ayşə xanımın qızı Cavidanla evləndirəcək, digər bacısı Aliyənin qızı Əminəni isə illər sonra saraya alaraq Şahzadə Mehmedlə (V Muradla) evləndirəcəkdi. 3 yaşlı Mələk və kiçik bacısı Ayşə İstanbula gətirildi və ailəsi tərəfindən Osmanlı sarayına təslim edildilər. Uzun sarı saçları və iri gözləri ilə sarayda çox tez sevilən Mələk bacısıyla birlikdə, Sultan Əbdülməcidin övladı olmayan xanımı Sərvətsəza xanım tərəfindən övladlığa götürüldü. Mələyin adı Dürrünəv, bacısı Ayşənin adı isə Kəmalifər olaraq dəyişdirildi. Sarayda türk-İslam tərbiyəsi alan bacılar eyni zamanda fransız dilini də öyrəndilər. Mükəmməl təhsil alan Dürrünəv xanım gənc yaşlarından rəsm çəkməyə başladı. Çox keçmədən dövrün vəliəhdi Şahzadə Əbdüləzizin diqqətini cəlb etdi.
Dürrüşəhvar Sultan
Xədicə Xeyriyyə Ayşə Dürrüşəhvar Sultan və ya Dürrüşəhvar Sultan (Osmanlıca: خدیجه خیریه عائشه درشهوار سلطان) (d. 26 yanvar 1914 - ö. 7 fevral 2006) —son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin qızı. == Həyatı == Dürrüşəhvar Sultan 26 yanvar 1914 tarixində Çamlıca səmtindəki köşkdə dünyaya gəlmişdir. Atası Şahzadə Əbdülməcid Əfəndi, anası isə Məhisti Qadınəfəndidir. Uşaqlığı Dolmabağça sarayında keçmişdir. 1 noyabr 1922 tarixində səltənət qaldırıldı və atası sonuncu Osmanlı xəlifəsi oldu. Bu illərdə atası cümə salamlıqlarına gedərkən onu da öz arabasına mindirir, bu səbəblə İstanbul əhalisi arasında müzakirə səbəbi olmuşdu. 3 mart 1924-cü ildə TBMM xilafətin ləğvi və Osmanlı sülaləsinin sürgünü barədə qəbul etdi. Ailənin bir çox üzvünə ölkəni tərk etmələri üçün 48 saat möhlət verilsə də, Əbdülməcid Əfəndi, 2 xanımı, oğlu Ömər Fərrux Əfəndi və qızı Dürrüşəhvar Sultanla bir neçə xidmətçiyə ölkəni dərhal tərk etmələri əmr edildi.
Dürrə Məmmədova
Dürrə Əlabbas qızı Məmmədova-Kosmodemyanskaya — II Dünya müharibəsi iştirakçısı, baş leytenant, SSRİ tibb xidməti əlaçısı, Azərbaycan SSR əməkdar səhiyyə işçisi (1981). == Həyatı == Dürrə Məmmədova 25 dekabr 1923-cü ildə Şəki şəhərində anadan olub. 1940-cı ildə Şəkidəki Nuxa Əczaçılıq Texnikumunu bitirib. Bu zaman Dürrə xanımın 17 yaşı varidi. Müharibənin ilk günlərindən o, könüllü cəbhəyə gedərək, Qara Dəniz Donanmasında 43 №-li hərbi hospitalda xidmət etmişdir. Dürrə xanım Novorossiysk şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə 18-ci Ordunun tərkibində tibb işçisi kimi iştirak etmiş, 1948-ci ildə ordudan tərxis olunmuşdur. O, 1949–1951-ci illərdə Leninqradda (indiki Sankt-Peterburq), 1951–1961-ci illərdə Uzaq Şərqdə hərbi hospitallarda işləyib. 1961-ci ildən Bakıda, Baş Aptekler İdarəsi sistemində çalışıb.
Fridrix Dürrenmatt
Fridrix Josef Dürrenmatt (5 Yanvar 1921, Konolfingen - 14 dekabr 1990 Neuenburg/Neuchatel) — İsveçrəli yazar, oyun yazıçısı və rəssam.
Yuxarı Dürrac (Marağa)
Yuxarı Dürrac (fars. ‎‎‎دراج عليا‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 41 nəfər yaşayır (9 ailə).
Əhməd şah Dürrani
Əhməd şah (Abdali) Dürrani (d. 1722, Multan, Pəncab - ö. 1773, Toba Məruf, Əfqanıstan) — Dürranilər sülaləsinin ilk şahı. Sadozay soyundan, Abdali elinin rəisi Məhəmmədzaman xanın oğludur. 1737-ci ildə dustaq edilərək İrana, Nadir şah Qırxlı-Avşarın yanına göndərildi. Qısa müddətdə şahın güvənini qazanaraq 1745-ci ildə Mazandaran valisi oldu. 1747-ci ildə Əhməd şah, Avşar hökmdarı Nadir şahın öldürülməsindən sonra soydaşlarından, (Puştunlardan) təşkil olunan yerli güclərə dayanaraq Əfqanıstana yürüdü. Qəndəhara gedərək Hacı Camal liderliyindəki Barakzayi, Şah Vəli xan liderliyindəki Bamizayi və Cahan xan liderliyindəki Popalzayi kimi bütün Puştun qəbilələrini toplayaraq, Loya Cirgə olaraq bilinən Böyük Məclisi təşkil etdi və Əfqanıstan şahı seçildi. Ayrıca Dürr-i Dürran (İnciler İncisi) unvanını aldı. Kabil və dolaylarını ele keçirdikdən sonra 1747-1769-cu illər arasında Hindistana doqquz səfər etdi.
Dürres Gözəli (mozaika)
Dürres Gözəli mozaikası (alb. Bukuroshja e Durrësit, ing. The Beauty of Durrës) — Albaniyada tapılan ən qədim, bizim eramızdan əvvəl 4-cü əsrə aid polixrom mozaikadır. Sahəsi 9 kvadrat metr olan bu mozaika ellips formasındadır. Üzərində tünd fonda güllər və digər bitkilərlə əhatələnən qadın başı təsvir olunub. 1918-ci ildə kəşf olunub və 1982-ci ildən Tirana şəhərində yerləşən Albaniya Milli Tarix Muzeyində sərgilənir. == Tarixi == Mozaika eramızdan əvvəl IV əsrin ikinci yarısında Durresdə yaradılmışdır. Mozaika 1916-cı ildə, Birinci Dünya Müharibəsinin ortalarında, Dürresin Avstriya-Macarıstan qüvvələri tərəfindən işğal edildiyi zaman aşkar edilmişdir. Avstriya-Macarıstan ordusunun hava hücumu üçün sığınacaqların tikintisi işləri zamanı hərbi mühəndislər, Durres şəhərinin günümüzdə mərkəzində yerləşən "Varoş" küçəsində bir evin bünövrəsində qazıntı işləri zamanı təqribən 3.8 metr dərinlikdə mozaika ilə qarşılaşdılar. 1918-ci iin aprel ayında Avstriyalı arxeoloq Kamillo Praşniker sığınacağın tikintisi bitməmişdən öncə həmin mozaikanı araşdırdı.

Значение слова в других словарях