Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rubin Karter
Rubin Karter (ing. Rubin Carter) - Amerikalı boksçu.
Andrey Rubin
Andrey Rubin (latış. Andrejs Rubins‎; 26 noyabr 1978, Riqa – 1 avqust 2022) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş Latviya futbolçusu. Məşqçi. Latviya milli futbol komandasının keçmiş üzvü. == Klub karyerası == Riqa "Dauqava"sının Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. Peşəkar futbolçu karyerasına 1996-cı ildə, Futbol üzrə Latviya İkinci Liqasında çıxış edən "Auda" komandasında başlayıb. 1997-ci ildə İsveçə gedib və burada Yüksək Liqa təmsilçisi "Ester"də forma geyinib. 1998-ci ildə vətəninə qayıdıb və "Skonto" komandası ilə müqavilə imzalayıb. 1998–2000-ci illər ərzində "Skonto"nun heyətində ümumilikdə 91 oyuna çıxıb və 22 qol vurub. Komandası ilə birlikdə 3 dəfə Latviya çempionatının, 2 dəfə isə Latviya Kubokunun qalibi olub.
Kubin
Kubin — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Hişgədərə kənd inzibati ərazi vahidinin Kubin kəndi Miyanku kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Yaşayış məntəqəsinin adı talış dilindəki ku "dağ" və bin "alt", "dib" komponentlərindən yaranmışdır (Dağdibi kəndi). == Əhalisi == Əhalisi 561 nəfərdir.
Rubia
Boyaqotu (lat. Rubia) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi. Boyaqotu Azərbaycanda qədim zamanlardan becərilən və xüsusi əhəmiyyət kəsb edən texniki bitkilərdən biridir. Boyaqotu adı ilə tanınan bu bitkidən toxuculuqda qırmızı rəng kimi istifadə edildiyi üçün ona qızıl boya adının verilməsi də təsadüfi deyildir. Azərbaycanda yabanı halda bitdiyini və toxuculuqda rəng üçün geniş istifadə edildiyini nəzərə alsaq, onun bu ərazidə hələ eramızdan çox-çox əvvəl becərildiyini ehtimal etmək olar. Lakin ilk orta əsrlərdə bu bitkinin Azərbaycanda geniş becərilməsi tamamilə qanunauyğun bir haldır. Bu dövrdə feodalizmin təşəkkülü, şəhərlərin yaranması və inkişafı bu şəhərlərdə toxuculuğun geniş miqyas alması və bununla əlaqədar olaraq rəngə olan tələbat boyaq kökünün daha bol istehsalını tələb edirdi. Ona görə də ölkədə boyaqotu bitkisinin əkin sahəsi də artırdı. Əsrlər boyu boyaqotu bitkisinin becərilməsində elə bir əsaslı dəyişiklik olmamışdır. Başqa bitkilər kimi, boyaqotu bitkisi xam torpaqda daha çox məhsul verir.
Rumın
Rumınlar — roman dilli xalqlardan biri, Rumıniya Respublikasının əsas əhalisidir. == Tarix == == Etimologiya == == Məskunlaşma == == Dil == Moldovan dili daxil olmaqla rumın dilində danışanların sayı təxminən 23,500,000 nəfərdir.
Ruben
Ruben — ad. Ruben Vardanyan — erməni biznesmen. Ruben Stepanyan — erməni sovet bəstəkarı və dirijoru. Ruben Ayrapetyan — Ermənistan parlamentinin deputatı (2007–2012) Ruben Sənəmyan — Ermənistan hərbçisi, kapitan, Ermənistanın Milli Qəhrəmanı. Ruben Orbeli — Sovet arxeoloq, tarixçi və hüquqşünası. Ruben Rubenov — sovet partiya və dövlət xadimi. Ruben Fleyşer — Amerika kinorejisoru, kino prodüseri, televiziya prodüseri Ruben Arado — Kubanı təmsil edən stolüstü tennisçi. Ruben Roka — Kubalı keçmiş üzgüçü. Ruben Madsen — Danimarkanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ruben Berrios — Puerto-Riko siyasətçisi, vəkil Ruben Yanyes — "Real Madrid"" futbol klubunun qapıçısı.
Rubin Kazan FK
Rubin (Kazan) — Rusiyanın futbol klubu == Tarixi == 1958-ci ildə yaradılıb. == Avropa kuboklarında iştirak == 3 dəfə Avropa kuboklarında iştirak edib.
Kubik Rubik
Rubik kubu (danışıq variantı Kubik Rubik, ilk vaxtlar Sehrli kub kimi tanınırdı) — daha kiçik ölçülü 27 kubdan ibarət, xaricdən görünməyən oxlar ətrafında fırlana bilən plastmas kub. Hər bir tərəfdəki 9 kvadrat 6 rəngdən biri ilə boyanır. Adətən qarşı-qarşıya dayanan rənglər: ağ-sarı, göy-yaşıl, qırmızı-narıncı olur. Ümumilikdə 54 rəngli kvadratdan ibarətdir. Kubun tərəflərinin döngəsi rəngli kvadratları müxtəlif üsullarla düzməyə imkan yaradır. Oyunçunun vəzifəsi kubun tərəflərini fırladarkən onu elə bir vəziyyətə qaytarmaqdır ki, hər bir tərəf eyni rəngli kvadratlardan ibarət olsun. == Tarixi == Rubik kubu 1974-cü ildə macar heykəltəraşı və arxitektura müəllimi Ernö Rubik tərəfindən ixtira edilmiş mexaniki tapmacadır. 1975-ci ildə HU170062 nömrəli Macar patentini alan Rubik beynəlxalq patent üçün müraciət etməyib. 1977-ci ilin sonunda ilk yoxlama istehsalı edilmiş və Budapeştdəki oyuncaq mağazalarına paylanılmışdır. Bu gün Rubik kubu və Ernö Rubikin digər tapmacalarının hüquqları Ernö Rubikin dostu – Tom Kremerin artıq 40 ildir ki, sahib olduğu Seven Towns Ltd.
Marko Rubio
Marko Rubio (ing. Marco Antonio Rubio; 28 may 1971, Mayami, Florida) — Amerikalı siyasətçi, ABŞ senatına Florida ştatından seçilmiş senator və 2016-cı ildə keçirilmiş ABŞ Prezident seçkiləri zamanı Respublikaçılar partiyasının daxili namizədlərindən biri. Marko Rubio Respublikaçılar Partiyasının prezident seçkiləri üçün praymeyrzində iştirak edərək, dördüncü yeri tutmuşdur.
Mixael Rabin
Mixael Ozer Rabin (alm. Michael Oser Rabin‎, ivr. ‏מִיכָאֵל עוזר רַבִּין‏‎; 1 sentyabr 1931, Vrotslav) — kompüter sistemləri nəzəriyyəsi üzrə israilli alim, riyaziyyatçı, Türinq mükafatı laureatı və bir çox digər mükafatlar qazanmışdır. Qızı Tal Rabin, IBM Kriptoqrafiya və Məxfilik Araşdırma Qrupuna (ing. Cryptography and Privacy Research Group) rəhbərlik edir. == Bioqrafiyası == Mixael Rabin, sonra Prussiyaya məxsus olan Breslau (indiki Vrotslav) İsrael Rabinin ailəsində anadan olmuşdur. 1935-ci ildə ailəsi Fələstinə köçmüşdür. 1953-cü ildə Yerusəlim İbrani Universitetini bitirib elmlər doktoru dərəcəsi aldı. Üç il sonra, 1956-cı ildə Prinston Universitetində namizədlik dissertasiyasını müdafiə etdi və elmlər namizədi olmuşdur. Michael Rabin hazırda kompüter təhlükəsizliyi araşdırmaları ilə məşğul olur və Qüds və Harvardda dərs deyir (sentyabr 2008).
Nuriel Rubini
Nuriel Rubini (ing. Nouriel Roubini, rus. Нуриэль Рубини 29 mart 1958-ci il, İstanbul) — amerikalı iqtisadçıdır, Nyu-York Universitetinin beynəlxalq iqtisadi münasibətlər üzrə professoru. Qlobal maliyyə problemlərində dünyadakı ən nüfuzlu mütəxəssislərdən biridir. Dünya maliyyə böhranını (2008-2012) proqnozlaşdıran , RGE Monitor şirkətinin prezidentidir. Ləqəbi Dr. Doom. == Həyatı == İranlı yəhudilərin ailəsində anadan olub . İki yaşındaykən valideynləri ilə birlikdə Tehrana daha sonra isə İsrailə köçdülər. 1962-ci ildən 1983-cü ilə qədər Milanda yaşamış, Bokkoni Universitetində təhsil almışdır.
Phytoseius rubii
Phytoseius rubii (lat. Phytoseius rubii) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. == İstinadlar == Phytoseius rubii Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Robin Benqtsson
Robin Benqtsson (isv. Robin Bengtsson; 27 aprel 1990, Revesjö[d], Elvsborq[d]) — İsveç müğənnisi. O, "I Can't Go On" mahnısı ilə İsveçi Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəsinə beşinci yeri qazandırmışdır. == Musiqi karyerası == Robin Benqtsson 27 aprel 1990-cı ildə İsveçin Svelyunqa şəhərində anadan olmuşdur. İsveç tamaşaçısı Robin Benqtssonu ilk dəfə ölkədə keçirilən "Idol 2008" müsabiqəsində tanımağa başlamışdır. Robin həmin müsabiqədə 3-cü yeri qazanmışdır. Robin 2009-cu ilin ortalarında Merion Music albom şirkəti ilə anlaşma imzalamış və daha sonra "Another Lover's Gone" adlı ilk sinqlını dinləyicilərə təqdim etmişdir. 2010-cu ildə Robin Karl Martindahl və Daniel Karlsson ilə birlikdə Haitidə baş verən zəlzələ nəticəsində həlak olan insanlara həsr edilmiş "Wake Up World" mahnısını ifa etmişdir. Həmin ildə müğənni eyni zamanda İsveçin Wipeout yarışmasında iştirak etmiş və ikinci yeri qazanmışdır. 2016-cı ildə Robin Benqtsson uzun müddətdən sonra səhnəyə geri dönüş etmiş və İsveçin ən böyük musiqi festivalı olan Melodifestivalen mahnı müsabiqəsinə qatılmışdır.
Ruben Arado
Ruben Arado (11 oktyabr 1970) — Kubanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Ruben Arado Kubanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Daha sonra Ruben Arado Kubanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 33-cü pillənin sahibi olub.
Ruben Ayrapetyan
Ruben Ayrapetyan (erm. Ռուբեն Հայրապետյանd.9 mart, 1963, İrəvan, Ermənistan SSR) — Ermənistan parlamentinin deputatı (2007-2012), 2002-2018 illərində Ermənistan Futbol Federasiyasının prezidenti, Ararat Ermənistan FK futbol klubunun təsisçisidir. == Həyatı == Ruben Ayrapetyan 9 mart 1963-cü ildə İrəvan şəhərində anadan olub.
Ruben Berrios
Ruben Berrios - (11 sentyabr, 1939-cu il, Aibonito şəhəri Puerto-Riko). Puerto-Riko siyasətçisi, vəkil və siyasətçisi, hal-hazırda Müstəqil Puerto Riko Partiyasının sədridir.
Ruben Fleischer
Ruben Samuel Fleyşer (ing. Ruben Samuel Fleischer; 31 oktyabr 1974, Vaşinqton) — Nyu-Cersidə yaşayan amerikalı rejissor, film prodüseri, televiziya prodüseri, musiqi videosu rejissoru və kommersiya direktoru. O, daha çox "Zombieland" və onun davamı "Zombieland: Double Tap" filmlərinin rejissoru kimi tanınır. Bundan əlavə o, "Bacarıqsız oğrular", "Qanqsterlər dəstəsi", "Ançarted" və "Venom" filmlərinin də rejissorluğunu etmişdir. Fleşer Cisco, Eurostar, ESPN və Burger King kimi brendlərin televiziya reklamlarının prodüserliyini edib. Bununla yanaşı o, M.I.A., Electric Six, DJ Format və Gold Chains daxil olmaqla bir sıra sənətçilərin musiqi videolarının rejissoru olmuşdur.
Ruben Fleyşer
Ruben Samuel Fleyşer (ing. Ruben Samuel Fleischer; 31 oktyabr 1974, Vaşinqton) — Nyu-Cersidə yaşayan amerikalı rejissor, film prodüseri, televiziya prodüseri, musiqi videosu rejissoru və kommersiya direktoru. O, daha çox "Zombieland" və onun davamı "Zombieland: Double Tap" filmlərinin rejissoru kimi tanınır. Bundan əlavə o, "Bacarıqsız oğrular", "Qanqsterlər dəstəsi", "Ançarted" və "Venom" filmlərinin də rejissorluğunu etmişdir. Fleşer Cisco, Eurostar, ESPN və Burger King kimi brendlərin televiziya reklamlarının prodüserliyini edib. Bununla yanaşı o, M.I.A., Electric Six, DJ Format və Gold Chains daxil olmaqla bir sıra sənətçilərin musiqi videolarının rejissoru olmuşdur.
Ruben Madsen
Ruben Madsen (26 dekabr 1953, Nyukyobinq-Mors[d]) — Danimarkanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2011-ci ildən)
Ruben Orbeli
Ruben Abqaroviç Orbeli (erm. Ռուբեն Աբգարի Օրբելի; 26 yanvar 1880, Naxçıvan — 9 may 1943, Moskva) — Sovet arxeoloq, tarixçi və hüquqşünası. Sovet sualtı arxeologiyasının banisi. Leon və İosif Orbelinin böyük qardaşı. == Həyatı == Ruben Orbeli 1880-c il yanvarın 26-da Naxçıvan şəhərində orta nəcib ailədə anadan olmuşdur. Tiflisdə 3-cü orta klassik gimnaziyanı bitirdikdən sonra Sankt-Peterburq Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Orbeli 1904-cü ildən 1906-cı ilə magistratura cəmiyyətində çalışmış və o Sankt-Peterburq Dövlət Universitetinin hüquqi cəmiyyətin bir üzvü seçilib. Bu müddət ərzində o, biliklərini təkmilləşdirilmək üçün Almaniyaya (Yena Universiteti) göndərildi. 1918-ci ildə Ruben Orbeli Tambov Dövlət Universitetinin təsisçisi biri oldu və burada mühazirə oxudu. Bundan sonra o, Sankt-Peterburq Dövlət Universitetinin qayıtdı və onun SSRİ Elmlər Akademiyasının filialı işləməyə başladı.
Ruben Qaliçyan
Ruben Qaliçyan (erm. Ռուբեն Գալչյան, ing. Rouben Galichian; 30 noyabr 1938, Təbriz) — erməni əsilli Birləşmiş Krallıq alimi və tədqiqatçısı. O, Ermənistanın və Cənubi Qafqaz regionunun tarixi xəritələri üzrə ixtisaslaşmışdır. == Həyat və fəaliyyəti == Ruben Qaliçyan İranda, Təbriz şəhərində bir erməni ailəsində anadan olmuşdur. Qafqazın tarixi və kartoqrafiyası ilə bağlı çoxlu kitab və məqalələr dərc etdirmişdir. Onun ilk kitabı "Historic Maps of Armenia. The Cartographic Heritage" (2004) 2,600 il ərzində dünyanın və Qafqazın xəritələrinin toplusudur, 2005-ci ildə bestseller olmuşdur. Onun məqalələri müxtəlif kartoqrafik jurnallarda və dövri nəşrlərdə, o cümlədən "Imago Mundi" və "IMCoS" jurnallarında dərc edilmişdir. Qaliçyan Ermənistan, ABŞ, İran, Birləşmiş Krallıq və Fransada geniş mühazirələr oxumuşdur.
Ruben Roka
Ruben Roka (d. 12 dekabr 1940) — Kubalı keçmiş üzgüçü. Ruben Roka Kubanı 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ruben Roka birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 58.3 saniyəlik nəticəsi ilə öz cığırında 3-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Ruben Rubenov
Ruben Qukasi Rubenov (Mkrtçyan) (erm. Ռուբեն Ղուկասի Ռուբենով (Մկրտչյան); 5 iyun 1893, Tiflis – 27 noyabr 1937, Moskva) — sovet partiya və dövlət xadimi. Sovet İttifaqı Kommunist Partiyasının üzvü, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933). == Həyatı == Ruben Rubenov 1937-ci il sentyabrın 15-də həbs olunub. Həmin il noyabrın 27-də terror aktları təşkil etməkdə və əks-inqilabi terrorçuluq fəaliyyətində iştirakda ittiham olunub və SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə haqqında ölüm hökmü çıxarılıb. Ölüm hökmü çıxarılan gün Moskvadakı Donskoy qəbiristanlığında güllələnib. 1954-cü il noyabrın 17-də SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının qərarı ilə ölümündən sonra bəraət alıb.
Ruhin Qəhrəmanov
Ruhin Xəlilov
Ruhin Xəlilov (azərb. Xəlilov Ruhin Müzəffər oğlu‎; 13 mart 1987, Məzrə, Cəbrayıl rayonu – 21 oktyabr 2020, Qubadlı rayonu) — Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçisi, Birinci dərəcəli dövlət qulluqçusu, İkinci Qarabağ müharibəsinin şəhidi == Həyatı == Xəlilov Ruhin Müzəffər oğlu 13.03.1987-ci ildə Cəbrayıl rayonu Məzrə kəndində anadan olmuşdur.Xırdalan şəhər 1 nömrəli tam orta məktəbini bitirmişdir. Bakı Asiya Universitetinin hüquq fakültəsində bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçi vəzifəsində çalışıb. Birinci dərəcəli dövlət qulluqçusu olub.Ədliyyə kapitanı idi. == Hərbi xidməti == İkinci Qarabağ müharibəsi başlayan gündən könüllü olaraq Cəbrayıl rayon hərbi komissarlığına müraciət edib. Ruhin Xəlilov 21 oktyabr 2020-ci ildə Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. İkinci fəxri xiyabanda dəfn edilmişdir. == Təltifiləri == (15.12.2020) — "Vətən uğrunda" medalı-Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Vətən uğrunda“ medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən İcra Baş İdarəsinin “Fəxri Ədliyyə İşçisi” adı verilmişdir.