DÜŞÜNMƏK

глаг.
1. думать, подумать:
1) размышлять, предаваться раздумью. Hey düşünürəm все думаю, bir düşün (хоть) подумай, gələcəyini düşünmək думать о будущем
2) заботиться, беспокоиться. Tək özü haqqında düşünmək думать только о себе
3) строить умозаключения, рассуждать. Düz düşünmək правильно думать, düşünürəm ki, … думаю, что …
4) только несов. держаться какого-л. мнения, считать, предполагать. Sən necə düşünürsən? как ты думаешь?
5) намереваться, помышлять сделать что-л. İşə başlamığı düşünürdüm я думала начать работу, bir məkələ yazmağı düşünürəm думаю написать статью
2. обдумывать (мысленно обсуждать, взвешивать что-л. ), обдумать. Halını düşünmək kimin обдумывать положение чье , çıxış yolu düşünmək обдумывать, как выйти из положения, sakitcə düşünmək спокойно обдумывать, məsələnin həllini düşünmək обдумывать решение задачи; sən hər şeyi yaxşıyaxşı düşünübsənmi? ты всё хорошо обдумал?
DÜŞÜNMƏDƏN
DÜŞÜNÜB-DAŞINMA
OBASTAN VİKİ
Cəld və yavaş düşünmək
Cəld və yavaş düşünmək — iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, psixoloq Deniel Kaneman tərəfindən 2011-ci ildə dərc edilmiş elmi-populyar kitab. Kitabın əsas tezisi iki düşüncə tərzi arasında fərqləndirmədir: “Sistem 1” sürətli, instinktiv və emosionaldır; "Sistem 2" daha ləng, daha çox düşünən və daha məntiqlidir. == Məzmunu == Məqsədyönlü qərarları və qərarvermə prosesini araşdıran və psixologiyaya dair baxışlarımızın üfüqlərini genişləndirən əsəri ilə Deniel Kaneman özünə müasir dövrün ən tanınmış mütəfəkkirləri arasında yer qazanıb. Düşüncələri ilə iqtisadiyyat, tibb və siyasət də daxil olmaqla bir çox elm sahələrinə ciddi təsir göstərmiş alim bu kitabında illərlə davam etdirdiyi araşdırmalarının nəticələrini toplayıb. Kitab oxucunu sanki bir “düşüncə səyahəti”nə çıxarır və fikirlərimizi idarə edən iki sistemi izah edir: sürətli, intuitiv və emosional olan I sistem və daha yavaş, daha təmkinli və daha məntiqli olan II sistem. Daniel Kaneman sürətli düşünməyin fövqəladə faydalarını, eyni zamanda çatışmazlıqlarını və şüurlu (koqnitiv) tərəfkeşliyini də diqqətə çatdırır. Bundan başqa, intuitiv təəssüratlarımızın düşüncə və davranışlarımıza təsirlərini də izah edir. Yanılma (səhv etmə) qorxusunun, ya da əksinə, həddən artıq özünəinamın fəaliyyət strategiyalarına nə dərəcədə təsir göstərdiyini, gələcəkdə bizi nəyin xoşbəxt edəcəyini proqnozlaşdırmaqda niyə bu qədər çətinlik çəkdiyimizi, birja oyunlarından tutmuş növbəti tətilimizi harada keçirəcəyimizə qədər həyatın bütün sahələrində təəssübkeşliyimizin necə həlledici rola malik olduğunu görürük. Oxucu ilə sanki canlı söhbətə girən Kaneman intuisiyamıza nə vaxt güvənib-güvənməyəcəyimizi və yavaş düşünməyin nə zaman daha faydalı olacağını öyrədir. İş və şəxsi həyatımızda necə seçim edə, necə davrana və bizə problemlər yaradan yanlış qərarlardan qaçmağın fərqli metodlarından necə yararlana biləcəyimizi göstərir.

Digər lüğətlərdə

безде́ятельный дожа́ривание иу́душка пассажиро... фолиа́нт анноти́рование деаэри́ровать не забы́ть отчи́тываться погрему́шка с чего́ трепа́ч карафин хуртать штукенция эстрада almost booster-light jugful market-rate storefront bank зарубка приметить совместить хлебник