DÜŞÜNMƏK

f.
1. Bir şeyin haqqında fikirləşmək; fikir etmək. Gələcəyini düşünmək. Sabahı düşünmək.
– Ömrün varlığını izləyən şair; Bu günə dair; Nə isə düşünürdü haman salonda. S.Vurğun.

// Fikirləşib aramaq, fikirləşib tapmağa çalışmaq. Bir çarə düşünmək. Lazımi tədbirlər düşünmək. Məsələnin həllini düşünmək.
// Ümumiyyətlə, fikirləşmək, götür-qoy etmək. Bu xüsusda çox düşünmüşük. Əli alnında düşünürdü.
– Düşünürsən: insan insandır; Biri nədən doğma, mehriban, qayğıçəkən; Biri sərt, qılıqsız, ögey? R.Rza.
Əziz bir papiros yandırıb düşünməyə başladı. S.Rəhman.
İnsan düşünməyə tapmayır macal; Tökülür meydana bomba dalbadal. M.Rahim.
İndi Kamal nə edəcəyini deyil, necə edəcəyini düşünürdü. M.Rzaquluzadə.

□ Düşünüb-daşınmaq – fikirləşmək, düşünmək.
[Şeyda:] …Duyğusuz bir makina kimi düşünübdaşınmaq, yazıb-pozmaq neçin?! H.Cavid.
Orxan çox düşünüb-daşındı və axırda inandırdı ki, Bənövşə görüşə gəlməyəcək. İ.Məlikzadə.

2. Təsəvvür etmək, zənn etmək, ağlına gətirmək, xəyalına gətirmək, xəyal etmək.
Kim düşünə bilər ki… – Lakin həyatın gedişi Fərmanın düşündüyü kimi olmadı. Ə.Sadıq.

// Yada salmaq, fikrinə gətirmək, xatirinə gətirmək. Bu saat hələ səni düşünürdüm. Bir şey düşündüm.
[Əbdüləli bəy:] Doğrudur, mən də onu düşünürdüm. C.Cabbarlı.
Yazıq babaları düşündükcə mən; Ağrımış ürəyim bəlkə min kərə! S.Vurğun.

3. Başa düşmək, anlamaq, dərk etmək. Heç bir şey düşünə bilməmək.
– Bunu hətta düşünüb cümlə müsəlman uşağı; Hər vilayətdə deyirlər: Pa atonnan, ölüb …ə! M.Ə.Sabir.
Şirzad düşündü ki, Yarməmmədi bu qədər eybəcər edən qorxudur. M.İbrahimov.

4. Narahat olmaq, əndişə etmək, fikir çəkmək. Xəstə çox düşünür.
// Fikrini çəkmək, haqqında narahat olmaq, qeydinə qalmaq. Ancaq özünü düşünmək.
– Özünü düşünür, özünü hər kəs; Bu qoca dünyamız hara gedir bəs? B.Vahabzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DÜŞÜNMƏK 1. DÜŞÜNMƏK, AĞLINA GƏTİRMƏK, XƏYALINA GƏTİRMƏK, TƏSƏVVÜR ETMƏK, ZƏNN ETMƏK 2. düşünmək bax fikirləşmək 3
  • DÜŞÜNMƏK anlamaq
  • DÜŞÜNMƏK fikirləşmək
DÜŞÜNMƏ
DÜŞÜNÜLMƏ
OBASTAN VİKİ
Cəld və yavaş düşünmək
Cəld və yavaş düşünmək — iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, psixoloq Deniel Kaneman tərəfindən 2011-ci ildə dərc edilmiş elmi-populyar kitab. Kitabın əsas tezisi iki düşüncə tərzi arasında fərqləndirmədir: “Sistem 1” sürətli, instinktiv və emosionaldır; "Sistem 2" daha ləng, daha çox düşünən və daha məntiqlidir. == Məzmunu == Məqsədyönlü qərarları və qərarvermə prosesini araşdıran və psixologiyaya dair baxışlarımızın üfüqlərini genişləndirən əsəri ilə Deniel Kaneman özünə müasir dövrün ən tanınmış mütəfəkkirləri arasında yer qazanıb. Düşüncələri ilə iqtisadiyyat, tibb və siyasət də daxil olmaqla bir çox elm sahələrinə ciddi təsir göstərmiş alim bu kitabında illərlə davam etdirdiyi araşdırmalarının nəticələrini toplayıb. Kitab oxucunu sanki bir “düşüncə səyahəti”nə çıxarır və fikirlərimizi idarə edən iki sistemi izah edir: sürətli, intuitiv və emosional olan I sistem və daha yavaş, daha təmkinli və daha məntiqli olan II sistem. Daniel Kaneman sürətli düşünməyin fövqəladə faydalarını, eyni zamanda çatışmazlıqlarını və şüurlu (koqnitiv) tərəfkeşliyini də diqqətə çatdırır. Bundan başqa, intuitiv təəssüratlarımızın düşüncə və davranışlarımıza təsirlərini də izah edir. Yanılma (səhv etmə) qorxusunun, ya da əksinə, həddən artıq özünəinamın fəaliyyət strategiyalarına nə dərəcədə təsir göstərdiyini, gələcəkdə bizi nəyin xoşbəxt edəcəyini proqnozlaşdırmaqda niyə bu qədər çətinlik çəkdiyimizi, birja oyunlarından tutmuş növbəti tətilimizi harada keçirəcəyimizə qədər həyatın bütün sahələrində təəssübkeşliyimizin necə həlledici rola malik olduğunu görürük. Oxucu ilə sanki canlı söhbətə girən Kaneman intuisiyamıza nə vaxt güvənib-güvənməyəcəyimizi və yavaş düşünməyin nə zaman daha faydalı olacağını öyrədir. İş və şəxsi həyatımızda necə seçim edə, necə davrana və bizə problemlər yaradan yanlış qərarlardan qaçmağın fərqli metodlarından necə yararlana biləcəyimizi göstərir.

Digər lüğətlərdə

доня́нчивать остра́гиваться па́нтовый перебаллотиро́вываться подка́лываться пожа́рный сокредито́р эсэмэ́с-поколе́ние выпа́иваться де́мпинговый догуля́ть доши́вка неесте́ственность челизна alveolus combing-machine distance piece flubdub Hindu misbecame substituent tormina unidimensional околёсица опиливать