DƏLALƏT

is. [ ər. ]
1. Dəlil, sübut.
□ Dəlalət etmək (eləmək) – sübut etmək, göstərmək, təsdiq etmək.
[Hakimi-şər:] Siz məni inandırırsınız ki, Ağa Mərdan dindar adamdır? Bu dəlalət edir sizin nadürüstlüyünüzə. M.F.Axundzadə.
[Məşədi İbad:] …Bir də mən sənə deyim, insanın başının ağlığı onun qocalığına dəlalət eləməz. Ü.Hacıbəyov.

2. klas. Yol göstərmə, rəhbərlik.
Mən əqldən istərəm dəlalət; Əqlim mənə göstərər zəlalət. Füzuli.
□ Dəlalət etmək (eləmək və s.
) köhn.1) yol göstərmək, rəhbər olmaq, sövq etmək, yönəltmək.
[İsa:] …Dəlalət buyur bizi bir əmələ ki, o əməl bizi cənnətə daxil eləsin. C.Məmmədquluzadə;

2) çağırmaq, dəvət etmək.
Könlümün nöqtəsin götür qaradan; Doğru yola məni dəlalət eylə. Aşıq Ələsgər.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DƏLALƏT dəlil — sübut

Etimologiya

  • DƏLALƏT Ərəbcə dəlil sözünün cəmidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
DƏQQÜLBAB
DƏLBƏND

Digər lüğətlərdə

дегаза́ция знаменоно́сный неподку́пно обсече́ние прито́чка приубавля́ть турбобуре́ние нано́сный побрани́ться проса́живать самодоста́точный скрипе́ть барашек cardigan falling-out gun-boat onomatopoeia Redbricker rootstock sculler брюшко исписывать недоказательный неотвязный подсознание