Altun Dəmirli
Altun Fərman oğlu Dəmirli (1 sentyabr 1997, Şəmkir rayonu – 2 aprel 2016, Tərtər) — Azərbaycan Ordusunun əsgəri, 2020-ci ilin 2-4 aprelində Dağlıq Qarabağ istiqamətində olan döyüşlərdə dünyasını dəyişmişdir.
== Həyatı ==
Altun Dəmirli 1997-ci il sentyabrın 1-də Şəmkir rayonunun Düyərli qəsəbəsində anadan olub. O, subay idi.
== Hərbi xidməti ==
Altun Dəmirli Azərbaycan Silahlı Qüvvələrinin əsgəri idi. O, 2016-c ilin 2-4 aprelində Dağlıq Qarabağ istiqamətində olan şiddətli döyüşlər zamanı dünyasını dəyişib.Aprelin 14-də Altun Dəmirli, doğulduğu Şəmkir rayonunun Düyərli qəsəbəsində dəfn olundu. Onunla vida mərasiminə Şəmkir RİH nümayəndələri, Azərbaycan Ordusunun zabitləri qatıldı.
== Təltifləri ==
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı (2016) — Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə.