f.sif. Bir qaydada, bir halda, bir qərarda qalmayan; dəyişkən, qeyri-sabit, bir haldan başqa bir hala keçən. Dəyişən hava. Dəyişən külək.
□ Dəyişən cərəyan fiz. – dövri surətdə öz qüvvə və istiqamətini dəyişən elektrik cərəyanı.
Dəyişən hərəkət fiz. – hərəkətin, cismin sürətini vahid zamanda dəyişən növü.
Dəyişən kəmiyyət riyaz. – müxtəlif qiymətlər ala bilən kəmiyyət.
Dəyişən ulduzlar astr. – öz parlaqlığını dəyişən ulduzlar.