EKSPOZİSİYA

I
сущ. экспозиция:
1. лит. вступительная часть литературного произведения, завязка. Romanın ekspoziyası экспозиция романа
2. муз. первый раздел музыкального произведения, содержащий изложение основных тем
3. фото. количество освещения, получаемое светочувствительным материалом при фотографировании. Ekspozisiya cədvəli таблица экспозиции
4. фото. время, в течение которого объектив фотографического аппарата при съёмке остаётся открытым. İkiqat ekspozisiya двойная экспозиция
5. расположение по определенной системе каких-л. предметов, служащих для обозрения. Sərginin yeni ekspozisiyası новая экспозиция выставки, muzeyin ekspozisiyası экспозиция музея
II
прил. экспозиционный. Ekspozisiya planı экспозиоцонный план, ekspozisiya sahəsi экспозиционный участок; ekspozisiya vermək экспонировать (подвергать действию света светочувствительный материал – фотоплёнку. киноплёнку и т.п.
EKSPORTÇU
EKSPOZİSİYAVERMƏ
OBASTAN VİKİ
Ekspozisiya
Ekspozisiya (lat. expositio — nümayiş etdirmək) aşağıdakı mənalarda işlənə bilər: Ekspozisiya (sərgi) — incəsənət nümunələrinin sərgilənməsi; Ekspozisiya (ədəbiyyat) — əsərin qəhrəmanlardan və baş verən hadisələrdən bəhs edən hissəsi; Ekspozisiya (musiqi) — musiqi əsərinin əsas musiqi mövzularının göstərildiyi və növbəti hadisələrin yarandığı hissəsi; Ekspozisiya (foto) — işığahəssas materialın işığın təsirindən sonra şəkli göstərməyə yararlılıq səviyyəsini xarakterizə edən kəmiyyət ölçüsü; Multiekspozisiya Ekspozisiya dozası — işıq şüalanmasının kəmiyyətini onun ionlaşma dərəcəsi əsasında xarakterizə edən, işığın havaya təsirinin kəmiyyət ölçüsü; Yamacın ekspozisiyası — elementar yamacın fəza istiqamətini xarakterizə edən relyefin morfometrik xarakteristikalarından biri (şərqə doğru yönəlmə səviyyəsi).
Ekspozisiya (ədəbiyyat)
Ekspozisiya — Əsərdə danışılacaq hadisənin yaranması və inkişafı üçün lazımi hazırlıq məqsədi güdən hissə. Azərbaycan ədəbiyyatşünaslığında ekspozisiya anlayışı bədii müqəddimə, bədii zəmin sözləri ilə ifadə olunur. Süjet xətinin yuxarıda verilən qrafik ifadəsindən göründüyü kimi, ekspozisiya hadisələrin başlanğıcı ilə əlaqədardır. Yazıçı əhvalatı danışmağa başlamazdan əvvəl həmin hadisənin başvermə şəraiti, mühiti haqqında bu və ya digər şəkildə məlumat verir və bununla da hadisələrin necə cərayan edəcəyinə, sonrakı inkişafına işarə edir. Bu isə süjet xəttinin ekspozisiya mərhələsi adlanır. Başqa sözlə, əsərdə danışılacaq hadisənin yaranması və inkişafı üçün lazımi hazırlıq məqsədi güdən hissəyə ekspozisiya deyilir. Ekspozisiya müxtəlif əsərlərdə özünü müxtəlif şəkildə göstəririr. Bəzi əsərlərdə yazıçı ekspozisiyanı çox konkret, bir neçə əlaməti göstərməklə verir. Bəzən isə yazıçı ekspozisiya üzərində geniş dayanır, hadisənin yarandığı zəmini oxucuya ətraflı çatdırır. Hadisələrin geniş təsvirini verən irihəcmli əsərlərdə ekspozisiya daha aydın nəzərə çarpır.
Tur Heyerdal Ekspozisiya Muzeyi
Tur Heyerdal Ekspozisiya Muzeyi — Qərb Universitetində fəaliyyət göstərən muzey. Qərb Universitetinin fəxri professoru Tur Heyerdala həsr olunmuş Mini Sərgi Mərkəzidir. == Tarixi == Muzey 2014-cü ildə yaradılmışdır. Belə ki, həmin ilin 12-20 may tarixində keçirilmiş Tur Heyerdalın 100 illiyinə həsr olunmuş Film Festivalı çərçivəsində universitetdə sərgi otağının rəsmi açılışı olmuşdur. Muzeyin yaradılmasında "Azerbaijan İnternational Magazine" jurnalının redaktoru Betti Bleyerin böyük köməyi olmuşdur. == Yeri == Muzey universitetin əsas binasının ikinci mərtəbəsində yerləşir. == Eksponatları == Burada alimin sənədli filmləri, qəzet və jurnal məqalələri, ekspedisiyaları haqqında kitablar, bəziləri Tur Heyerdalın özü tərəfindən yazılmış xatirələr, əl yazılı açıqcalar, möhtəşəm səyahətlərindən şəkillər, eləcə də Azərbaycana səfərləri zamanı çəkilmiş fotoların daxil olduğu arxiv materialları toplanmışdır.

Digər lüğətlərdə