Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dünyada yalnız
Dünyada yalnız (fr. Seule au Monde,ing. Alone in the World) - fransız akademik rəssamı Vilyam Buqro tərəfindən işlənmiş əsər. Əsər rəssamın yaradıcılığının ilk dövrlərinə aid edilir. Tədqiqatçı Teo Van Qoq əsərin 1867 - ci ildən əvvəl çəkildiyini bildirmişdir. Əsərdə əlində violonçel tutaraq Parisdə, Sena çayının sahilində durmuş qız təsvir edilmişdir. Qız daha çox sol tərəfdən və qəmli sima ilə görünməkdədir. Qızın arxasında isə Paris Məryəm Ana kilsəsi və Royal Pont körpüsü görünməkdədir.
Cazda yalnız qızlardır
Bəziləri isti sevir (ing. Some Like It Hot) və ya Cazda yalnız qızlardır (rus. В джазе только девушки) — rejissor və prodüser Billi Uaylderin musiqili komediya filmidir. Bundan başqa bu rejissorun əsas işlərindən birisi və ssenarist İzi Daymondla tandem nəticəsində işlənilmiş ikinci filmdir. Baş rolda Merilin Monro, Toni Körtis və Cek Lemmon oynamışdırlar. Bu filmin ssenarisi Fransada ekranlaşdırılmış "Sevgi fanfaraları" adlı filmin və 1951-ci ildə Almaniyada çəkilmiş eyniadlı remeykin motivləri əsasında yaradılmışdır. Filmdə təhlükəli qanqsterlərdən gizlənmək üçün məcburi şəkildə qadın paltarlarını geyinən iki musiqiçinin macəraları haqqında bəhs edilir. Həmçinin filmdə nümayiş olunan səhnələr ABŞ-də spirtli içkiyə qoyulan qadağa dövrünü əhatə edir. Film geniş ekranlara 29 mart 1959-cu ildə, SSRİ-də isə artıq prokat şəklində 22 avqust 1966-cı ildə çıxarılmışdır. "Bəziləri isti sevir" kinokomediyası uzun illər davam edən studiya sistemindən nəhayət müstəqil prodüserləşdirmə sisteminə keçən zaman, mühüm bir mərhələyə çevrilmişdir.
Yalnız güclülər (film)
Yalnız güclülər (İng: Only the Strong) — 1993-cü ildə baş rolda Mark Dakaskosun oynadığı, Şeldon Lettiçin çəkdiyi döyüş sənəti filmidir. Bu, Afro-Braziliya döyüş sənəti olan kapoeyranı əvvəldən sona qədər nümayiş etdirən yeganə Hollivud filmi hesab olunur.
Yalnız almanlar üçün
"Yalnız almanlar üçün" (alm. Nur für Deutsche‎) və ya "Yalnız arilər üçün" (Nur für Arien) — İkinci Dünya müharibəsi zamanı Nasist Almaniyasında və onun işğal etdiyi ölkələrdə istifadə olunmuş milliyətçi şüar. Bu ifadə ictimai nəqliyyat vasitələrində, kafelərdə, parklarda, kinoteatrlarda və s. yerləşdirilmişdi. Bu, ictimai ziyarət yerlərinin yalnız almanəsilli insanlar üçün nəzərdə tutulduğunu göstərirdi. İşğal olunmuş ölkələrin qalan əhalisinə bu yazı ilə ictimai yerlərə getmələri qəti qadağan edilmişdi. Nasist Almaniyasının irqi siyasətinin elementlərindən biri olan yazı əsasən qeyri-alman əhalisinin çoxluq təşkil etdiyi Şərqi Avropa ölkələrində istifadə olunurdu və yerli əhalini irqi cəhətdən təcrid etmək məqsədi daşıyırdı. Bir qayda olaraq, tramvay və qatarların birinci vaqonları Almaniya işğal və hərbi idarəsinin, Almaniya hərbi qulluqçularının, NSAFP üzvlərinin və almanəsilli mülki əhalinin daşınması üçün ayrılmışdı.
Yalnız arilər üçün
"Yalnız almanlar üçün" (alm. Nur für Deutsche‎) və ya "Yalnız arilər üçün" (Nur für Arien) — İkinci Dünya müharibəsi zamanı Nasist Almaniyasında və onun işğal etdiyi ölkələrdə istifadə olunmuş milliyətçi şüar. Bu ifadə ictimai nəqliyyat vasitələrində, kafelərdə, parklarda, kinoteatrlarda və s. yerləşdirilmişdi. Bu, ictimai ziyarət yerlərinin yalnız almanəsilli insanlar üçün nəzərdə tutulduğunu göstərirdi. İşğal olunmuş ölkələrin qalan əhalisinə bu yazı ilə ictimai yerlərə getmələri qəti qadağan edilmişdi. Nasist Almaniyasının irqi siyasətinin elementlərindən biri olan yazı əsasən qeyri-alman əhalisinin çoxluq təşkil etdiyi Şərqi Avropa ölkələrində istifadə olunurdu və yerli əhalini irqi cəhətdən təcrid etmək məqsədi daşıyırdı. Bir qayda olaraq, tramvay və qatarların birinci vaqonları Almaniya işğal və hərbi idarəsinin, Almaniya hərbi qulluqçularının, NSAFP üzvlərinin və almanəsilli mülki əhalinin daşınması üçün ayrılmışdı.
Yalnız güclülər (film, 1993)
Yalnız güclülər (İng: Only the Strong) — 1993-cü ildə baş rolda Mark Dakaskosun oynadığı, Şeldon Lettiçin çəkdiyi döyüş sənəti filmidir. Bu, Afro-Braziliya döyüş sənəti olan kapoeyranı əvvəldən sona qədər nümayiş etdirən yeganə Hollivud filmi hesab olunur.
Yalnız sən (film, 1994)
Yalnız sən (ing. Only You) — 1994-cü ildə komediya janrında çəkilmiş romantik film. Hələ 11 yaşında ikən Feyt Kotvaça (Marisa Tomey) bir qaraçı qismətinin Deymen Bredli ismi ilə bağlı olacağını söyləyir. Falçı ona daha sonra deyir ki, bu qismətə çatmaq yolu ancaq onun özündən asılı olacaqdır. 14 il keçdikdən sonra gözəl qıza çevrilmiş Feyt yaxşı lakin darıxdırıcı bir ortoped həkimlə nişanlanır. Toy ərafəsində təsadüfi bir zəng hər şeyi alt-üs edir. 14 il bundan qabaq qaraçı falçının demiş olduğu Deymen Bredli ismli bir nəfər tərəfindən olunan telefon bağlantısı Feyti öz qismətinin dalıycan getməyə sürükləüir. Feyt qardqaşı arvadı ilə birlikdə bu ismin ardınca İtaliyaya: Venesiyaya, Romaya və nəhayət Pozitano şəhərinə gəlir. Bu zaman təsadüfən tanış olduğu Peter Urayt (Robert Dauni) ona sözügedən adamı tapmaqda yardımçı olur. Qismətini tapmayıb, çarəsiz geri Amerikaya dönən Feyt təsadüfən hava limanında Deymen Bredli isminin elan olunduğunu eşidərək dərhal o yerə özünü yetirir.
Yalnız sevənlər sağ qalır
Yalnız sevənlər sağ qalır (ing. Only Lovers Left Alive) — amerikalı rejissor Cim Carmuşun 2013-cü ildə ekranlara çıxan komediya-dram janrındakı filmi. Adam və İv əsrlər boyu musiqidə, ədəbiyyatda və bir-birlərinin yanında təskinlik tapan iki ölməz vampirlərdir. Bir gün ikisinin kövrək dünyası İvin kiçik bacısının qəfil gəlişi ilə puç olma təhlükəsi altına düşür. Tilda Swinton — Eve Tom Hiddlston — Adam Mia Wasikowska — Ava Anton Yelçin — Ian Jeffrey Wright — Dr. Watson Slimane Dazi — Bilal John Hurt — Christopher Marlowe Yasmin Hamdan — Yasmine White Hills — özləri Yalnız sevənlər sağ qalır — Internet Movie Database saytında.
Yalnız şəxsi məsələ deyil (film, 1984)
Film Bakıdakı Keşlə Maşınqayırma Zavodunun əməkçiləri və burada istehsal olunan avadanlıqlar barədə söhbət açır.
Yalnız bir ölkə ilə həmsərhəd olan ölkələrin siyahısı
Yalnız bir ölkə ilə həmsərhəd olan ölkələrin siyahısı - Siyahıda yalnız bir ölkə ilə quru sərhədlərinə malik ölkələrin adları qeyd olunmuşdur.
Samih Yalnızgil
Samih Rifat bəy və ya Samih Yalnızgil, (1875, İstanbul — 4 dekabr 1932) — türk şairi, dilçisi və siyasətçisi. Rüşdiyə məzunudur. Xüsusi təhsil almışdır. İstanbul məhkəmə katibliyi, Mərcan Liseyi Ədəbiyyat müəllimliyi, Konya, Trabzon Qubernatorluğu, Daxili İşlər Müşaviri, Təhsil Nazirliyi Müəllif Hüquqları və Tərcümə İdarəsi, Tarix Cəmiyyətinin üzvü, Təhsil Nazirliyinin müşavirliyi, III və IV dövr Çanakkale Millət vəkili, III və IV dövr kitabxana əncüməni rəisliyi kimi fəaliyyət göstərirdi. Ailəlidir, üç övladı var. Türk Dili Cəmiyyətinin ilk prezidentidir. Mehmet Akif Ərsoy ilə birlikdə "Divanü Lüğat-it-Türk"ü türk dilinə tərcümə etmişdir. Şair, dramaturq və roman yazıçısı Oktay Rifatın atasıdır. Qızı, keçmiş Ədliyyə Nazirlərindən olan Həsən Səfyəddin Menemencioğlu ilə evlənmişdir.
Yalqız Ağac
Yalqızağac (Salmas) Yalqızağac (Mərənd) Elat Yalqızağac (Mərənd) Yalqızağac (Miyanə) Yalqız Ağac (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Əliabad-i Yalqız Ağac (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Yalqız Ağac (Qürvə)
Yalqız Ağac (fars. يالغوز آغاج‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,123 nəfər yaşayır (256 ailə). Əhalisini kürdlər təşkil edir.
Əliabad-i Yalqız Ağac (Qürvə)
Əliabad-i Yalqız Ağac (fars. علي آباد يالغوز آغاج‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 270 nəfər yaşayır (62 ailə). Əhalisini kürdlər təşkil edir.
Baldız
Baldız — kişinin arvadının bacısı, yaxud arvadın ərinin bacısı. Kişinin arvadı sağ ikən öz baldızı ilə evlənməsi İslama görə qadağandır. Bu barədə Qurani-Kərimdə deyilir: "...iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə olan bu cür işlər müstəsnadır.
Yalbuz
Yalbuz - türk və altay mifologiyasında əfsanəvi dağ. Albuz və ya Alvuz olaraq da bilinir. Aşılmaz yüksəkliyə malikdir. Ətrafı sularla çevrilidir. Toğrul və Qonrul quşu burada yaşayır. Xəyali canlıların yaşadığı yerdir. Yaxın Şərq mədəniyyətlərinin təsiri Qaf dağı daha çox ön plana çıxmışdır. Bu dağ İran mədəniyyətində Elbürz olaraq keçər. Pəri qızlarının yaşadığı məkan olaraq qəbul edilir. (Yal/Al) kökündən törəmişdir.
Yarpız
Nanə (lat. Mentha) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Dünyada 25-30 qədər növü olan, sağlamlıq baxımından son dərəcə faydalı, xoş qoxulu bir bitkidir. Daha çox nəmli yerləri sevir. İştah açır. Sinirləri sakitləşdirir və bədənə rahatlıq verir. Stressə və baş ağrısına yaxşı gəlir. Spazm və ürək döyüntüsü riskini azaldır. Qızdırmanı salır. Həzm sistemi və mədə üçün çox faydalıdır.
Yasnıy
Yasnı — Rusiya Federasiyasında yerləşən şəhər Orenburq vilayətinə daxildir Şəhərin əsası 1961-ci ildə qoyulub. 1979-cu ildən şəhər statusunu daşıyır. 2017-ci ildə şəhər əhalisi 15000 nəfər təşkil edib.
Yallı
Yallı — Azərbaycan milli rəqsi. Ən qədim rəqs növlərindən biridir. 2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port-Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilmiş qərarla "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri" UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilmişdir. Azərbaycanın güney bölgələrində "yallı"ya "halay" da deyilir guney Azərbaycanın qərbi Azərbaycan əyalətində jəlman da adlanır. (Al/Hal) kökündən törəmişdir. Birlik və atəş mənaları ehtiva edir. Monqol "halah" feli sərbəst buraxmaq, rahatlaşdırmaq mənalarına gəlir. Mançurca "hələ" feli də eyni anlama gəlir. Yallı (Halay), türk və altay xalq mədəniyyətində mərasim rəqsidir. Kökləri miladdan əvvəlki dövrlərə gedən bir oyundur.
Yanıq
Yanıq — termiki, kimyəvi, elektrik, günəş, şüa agentlərinin təsirindən orqanizmin dəri və toxumaların zədələnməsi. Zədələnmənin kütləvi xarakter aldığı fövqəladə vəziyyətlərdə (təbii fəlakətlər zamanı, istehsalat qəzalarında, hərbi münaqişələr zamanı və s.) yanıqlar xüsusi diqqət tələb edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə yanıqlar bütün travmatik zədələnmələr arasında 3-cü yeri tutur. Hər il min nəfərdən biri yanıq zədəsinə məruz qalır. Son illərdə lokal müharibələrdə zədələnmələrin 10%-ini yanıqlar təşkil edir. Statistik məlumatlara görə, dünyada hər dəqiqədə kimsə yanıqla zədələnir. Alovla bağlı yanıqlar hər il bütün dünyada dörd yüz minə yaxın ölüm hadisəsinə səbəb olmuşdur. Bunların çox hissəsi (96%-i) inkişaf etməkdə olan ölkələrdə baş vermişdir. Azərbaycanda il ərzində ağır yanıqları olan xəstələrin sayı 1000 və daha artıq olur. Yanğınlara, əsasən uşaqlar və qocalar məruz qalır.
Yanıx
Yanıx, Nşxark — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Rayon mərkəzindən 13 km şimal-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «yanmış, susuz, quru yer» mənasında işlənən yanıx sözü əsasında əmələ gəlmişdir. Quruluşca sadə toponimdir. Kənddə 1873 - cü ildə 194 nəfər, 1886-cı ildə 245 nəfər, 1897-ci ildə 303 nəfər, 1908-ci ildən 360 nəfər, 1914 - cü ildə 730 nəfər, 1916-cı ildə 423 nəfər azərbaycanlı yaşamışdır. 1919 - cu ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. 1922-ci ildə burada 66 nəfər azərbaycanlı, 1926-cı ildə 37 nəfər azərbaycanlı, 163 erməni yaşamışdır. Göründüyü kimi, ermənilər buraya 1922-ci ildən sonra, 1923-1925-cı illərdə köçürülmüşdür.
Yasnı
Yasnı — Rusiya Federasiyasında yerləşən şəhər Orenburq vilayətinə daxildir Şəhərin əsası 1961-ci ildə qoyulub. 1979-cu ildən şəhər statusunu daşıyır. 2017-ci ildə şəhər əhalisi 15000 nəfər təşkil edib.
Güvən Yalçın
Güvən Yalçın (türk. Güven Yalçın; 18 yanvar 1999, Düsseldorf) — "Beşiktaş"da hücumçu mövqeyində çıxış edən Türkiyə futbolçusu. == Klub karyerası == === Bayer Leverkuzen === Güvən Yalçın 2006-cı ildə 7 yaşında olarkən "Bayer Leverkuzen" komandasının futbol məktəbinə qəbul edilmiş və orada oynamağa başlamışdır. 2016-cı ildə "Bayer Leverkuzen" U-17 komandası ilə Almaniya çempionluğu yaşamışdır. 26 qarşılaşmada vurduğu 12 qol ilə komandasının çempionluğunda pay sahibi olmuşdur. 2016–2017-ci illər mövsümündə "UEFA Gənclər Liqasında" 6 qarşılaşmada forma geyinmişdir. === Beşiktaş === ==== 2018-2019-cu illər mövsümü ==== 27 iyul 2018-ci ildə Türkiyə Super Liqasında çıxış edən klublardan olan "Beşiktaş"a transfer edilmişdir. Yeni komandasında ilk oyununa "UEFA Avropa Liqası"nın təsnifat mərhələsində oynadıqları "Partizan" klubuna qarşı matçda çıxmışdır. 29 sentyabr 2018-ci ildə "Kayserispor" ilə oynanan qarşılaşmanın son dəqiqələrində Rikardo Kuarejmanın yerinə meydana daxil olaraq ilk liqa oyununa çıxmışdır. == Milli komanda karyerası == 2020-ci ildə keçiriləcək olan futbol üzrə Avropa Çempionatının təsnifat mərhələsində Türkiyə milli futbol komandasının Albaniya və Moldova milliləri ilə oynayacağı qarşılaşmaların iştirak ərizəsinə baş məşqçi Şənol Günəş tərəfindən daxil edilmişdir.
Mehmet Yıldız
Mehmet Yıldız, 1981-ci ilin 14 sentyabrında anadan olub. Futbolçu kimi karyerasına "Tigemspor" klubunda başlayıb. Çox keçmədən gənc hücumçu nisbətən güclü klubların maraq dairəsinə düşür və 2000-ci ildə Mehmet "Sivasspor"a keçir. Onun komandaya gəldiyi vaxt "Sivasspor" aşağı dəstədə superliqaya çıxmaq üçün mübarizə aparırdı. Elə həmin il, yəni 2000-2001-ci il mövsümündə "Sivasspor" aşağı dəstənin çempionu olur və superliqaya vəsiqə əldə edir. Amma Mehmet yeni klubunda təsadüfi hallarda meydana çıxır, özünü göstərmək şansı əldə edə bilmirdi. Ona görə də gənc futbolçu klubunu dəyişməli olur. Mehmet 3-cü liqada mübarizə aparan "Samsun Çarşanbaspor"a keçir. 21 yaşlı futbolçu peşəkar karyerasında ilk qolunu da Samsunda vurur. Yıldız "Divriğispor"a qarşı oyunun 7-ci dəqiqəsində hesabı açır.
Yalçın Ayhan
Yalçın Ayhan (1 may 1982, Şişli, İstanbul ili) — türk keçmiş futbolçusudur. Beşiktaş öz infrastrukturundan çıxdı. 1998-ci ildə "İstanbulspor" a transfer olunub. 2001-ci ildə bu komandada peşəkar olub. 2001–2005-ci illər arasında bu komandada çıxış edən Yalçın 54 matçda meydana çıxıb və 5 qol vurub. Yalçın 2002–2003-cü illər arası transfer dövründə Çanaqqala Dardanel ilə icarə müqaviləsi imzalayıb. Burada 16 matç keçirən Yalçın 4 böyüklərin diqqətini çəkib. İcarə müqaviləsi başa çatan Yalçın 500 min avroya 3 illiyə "Qalatasaray"a transfer olunub. O, ilk oyununu dekabrın 3-də Ümit Karanın yerinə Ankaraspor matçında "6" nömrə ilə keçirib. Yalçın "Qalatasaray"la 5 oyun keçirib və bundan sonra komandada Riqobert Sonq, Stjepan Tomas kimi adların olması səbəbindən oynamaq şansı tapa bilməyib.
Yıldız Holding
Yıldız Holding — qida məhsullarının istehsalı ilə tanınan Türkiyə konqlomeratı. Şirkət digər istehlak məhsulları da istehsal edir və öz pərakəndə, özəl kapital və daşınmaz əmlak əməliyyatlarına malikdir. "Yıldız Holding" 2017-ci ildə bütün müəssisələr üzrə 42,3 milyard TL gəlir əldə edərək CEEMEA regionunda ən böyük qida istehsalçıları arasındadır. Şirkətin 56,000 işçisi var və 80 fabriki var (bunlardan 25-i Türkiyədən kənarda yerləşir). "Yıldız Holding"in 130-dan çox ölkədə 320-dən çox brendi var. "Yıldız Holding"in əsas diqqətini peçenye, tort və qənnadı məmulatlarına yönəldir. Şirkət gəlirinə görə şirin peçenye kateqoriyasında dünyada ikinci, şokolad kateqoriyasında isə yeddinci yerdədir.
Semih Yalçın
Semih Yalçın (1958, Gəmərək, Sivas ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. Semih Yalçın 1958-ci ildə Sivas ilinin Gəmərək ilçəsində anadan olub. Ankara Universiteti Dillər, Tarix və Coğrafiya Bölməsindən məzun olub. Ankara Universitetinin Tarix İnstitutunda magistr, Ərciyəs Universitetinin Sosial Elmlər İnstitutunda isə PhD dərəcələri alıb. Qazi Universitetinin Elm və Ədəbiyyat Bölməsində yardımçı dosent, dosent və professor elmi adları alıb. Təhsil Elmləri İnstitutunun rəhbəri, İncəsənət və Elmlər Bölməsinin Tarix şöbəsinin müdiri vəzifələrində çalışıb, bir müddət səhiyyə nazirinin müşavirinin müavini olub. Kitabları və məqalələri dərc olunub. Uzun illərdir MHP üzvüdür. MHP sədrinin müavinidir. 2011-ci ildə Qaziantep ilindən, iyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə isə İstanbul ilindən MHP namizədi olaraq Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib.
Yalçın (soyad)
Yalçın — soyad. Semih Yalçın — müəllim və siyasətçi; Yalçın Ayhan — türk keçmiş futbolçusu Güvən Yalçın — Türkiyə futbolçusu. Şənay Aybükə Yalçın — musiqi müəlliməsi.
Feti Yıldız
Fəti Yıldız (1953, Yozqat ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Fəti Yıldız 1953-cü ildə Yozqat ilinin Boğazlıyan ilçəsində anadan olub. İstanbul Universiteti Hüquq Bölməsindən məzun olub. Hüquqşünas olaraq çalışıb. MHP sədri Devlet Bahçelinin baş müşaviri olub. 18 mart 2018-ci ildə MHP sədrinin müavini seçilib. 2018 və 2023-cü illərdə MHP namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. 27 və 28-ci çağırışlarda TBMM Konstitusiya Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Fransızca bilir. Evli və 2 uşaq atasıdır.
Yanni
Yanni (tam adı Yiannis Hrysomallis ya da məşhur olduğu adıyla John Yanni Christopher; 14 noyabr 1954[…], Kalamata[d]) — Yunan pianoçu və bəstəkar. 1992-ci ildə "Dare to Dream" albomu ilə Grammy mükafatı qazanmışdır. Başqa uğurlu albomlarından biri isə 1993-cü ildə çıxardığı "My Time" albomu olmuşdur. Əsl müvəffəqiyyəti 1994-cü ildə çıxardığı "Yanni Live at the Acropolis" albomu ilə qazanan sənətçinin bu əsəri bütün zamanların ən çox satan ikinci video-klipi olmuşdur. 2011-ci ilə qədər 20 ölkədə, 2 milyondan çox konsert vermiş; 20 milyonun üzərində albom satmışdır. 1993-cü ildə İngilis Kraliyət Simfonik Orkestri ilə Acropolis-də verdiyi konsertlə özünü dünyaya tanıtdırmışdır. Özü xüsusi bir musiqi təhsili almadığı halda Simfoniyalar yazan bir musiqiçidir. 1987-ci ildəki ilk albomu " Keys to Imagination " olan məşhur musiqiçinin eyni zamanda Yunanıstan gənclər üzmə rekorçuluğu və Amerikadakı Minnesota Universitetindən psixologiya lisenziya var. Optimystique (1980) Keys to Imagination (1986) Out of Silence (1987) Chamaleon Days (1988) Niki Nana (1989) Reflections of Passion (1990) In Celebration of Life (1991) Dare to Dream (1992) In my time (1993) Live at the Acropolis (1993) In the Mirror (1997) Tribute (1997) If I Could Tell You (2000) Ethnicity (2003) Yanni Live!