EKSPROPRİÁSİYA

[ fr. ] Bir sinif və ya ictimai qrup tərəfindən başqa bir sinif və ya ictimai qrupun öz mülkiyyətindən və əvvəlki ictimai vəziyyətindən məhrum edilməsi. Ekspropriatorların ekspropriasiyası (proletar inqilabı dövründə burjuaziyanın bütün istehsal vasitələrindən məhrum edilməsi).
EKSPRÓMT
EKSPROPRİÁTOR
OBASTAN VİKİ
Ekspropriasiya
Ekspropriasiya (Şablon:Dil-neolat — mülkiyyətdən məhrumetmə; latınca lat. ех — den/dan + proprius — şəxsi) – 1. (hüquq) əmlakın (mülkün) dövlət hakimiyyəti orqanları tərəfindən məcburi surətdə (əvəzsiz, yaxud haqqı ödənilməklə) özgələşdirilməsi. Ekspropriasiya müsadirə və ya rekvizisiya formasında həyata keçirilir. Əgər milliləşdirmə — alınmış əmlakın (mülkün) dövlət hesabına keçirilməsini nəzərdə tutursa, ekspropriasiya alınmış əmlakın (mülkün) ya dövlət hesabına və ya digər şəxsin hesabına keçirilməsini nəzərdə tutur; 2. adətən dövlət çevrilişləri, inqilablar nəticəsində bir sosial təbəqənin öz əmlakından, hətta əvvəlki sosial mövqeyindən iqtisadi yolla və ya zorakılıqla məhrum etməsi (misal: Böyük Oktyabr sosialist inqilabından sonra, dərhal Sovet dövləti burjua təbəqəsinin əmlakını (mülkiyyətini) ekspropriasiya etmişdir); 3. ekspropriatorların ekspropriasiya edilməsi — qəsbkarların mülkiyyətindən məhrum edilməsi. == Mənbə == B.Atakişiyev. İnzibati hüquq və terminlər. Bakı: 2008, səh.

Значение слова в других словарях