EKVİVALENTLİK
EKZEMALI
OBASTAN VİKİ
Ekzema
Ekzema (q.yun. ἔκζεμα) — "qaynayıram" deməkdir və ən qədim dəri xəstəliklərindən hesab olunur. Lakin buna baxmayaraq dəri xəstəliyi kimi ilk dəfə XIX əsrin əvvəllərində ingilis dermotoloqları Uillen, Beytman, Biyett tərəfindən qeydə alınmışdır. Ekzema – xroniki, residivlərlə müşayiət olunan, dünyanın bütün ölkələrində təsadüf olunan polietioloji allergik dəri xəstəliyidir. Ekzemanın etiologiyası və patogenezi haqqında indiyədək dəqiq bir fikir yoxdur, ancaq bu barədə bir neçə nəzəriyyə mövcuddur. Belə ki, ekzema xəstəliyinin sinir sistemi ilə əlaqədar olmasını Hebra, Kapoşi, Polotebnev və başqa alimlər söyləmişlər. 1894-cü ildə T. P. Pavlov ekzemalı xəstələrdə dəri hissiyyatının artmasını söyləmişdir. Müəllif göstərmişdir ki, dəri hissiyyatı təkcə xəstəlik nahiyəsində deyil, ondan xeyli uzaqlarda, görünüşcə sağlam dəridə də artır. Bundan başqa artmış dəri hissiyyatı xəstəliyin kliniki elementləri qurtardıqdan sonra belə müşahidə olunur. Sonralar İ. V. Qolovanov, P. V. Nikolski, S. T. Pavlov, E. A. Dosıçev və başqaları ekzemalı xəstələrdə dəri hissiyyatının artması barədə T. P. Pavlovun fikirlərini bir daha təsdiq etmişlər.
Atopik ekzema
Atopik ekzema xəstəliyi — dərinin qaşıntılı qızartılı xroniki allergik mənşəli patologiyasıdır. Qaşıntılı qızartılar bədənin istənilən yerində yarana bilər. Lakin, əsasən yanaqlarda, bükənəklərdə, əl və ayaqda yaranır. Gecələr qaşıntı kəskinləşir. Atopik ekzema xəstəliyi erkən uşaqlıq vaxtlarından başlayır. == Etiopatogenez == Atopik ekzema xəstəliyinin yaranması genetik səbələrə bağlıdır. Adətən valideynlərdin birində atopik vəziyyət olur. Yəni, valideynlərdən birində allergik rinit, konyuktivit, astma və ya atopik ekzemanın özü olur. Dərinin barier funskiyasında məsul olan fillagrin və bənzəri proteinlərin genetik pozunutusu əsasə səbəblərdən biridir. Bu səbəbdən dəridə qaşıntı və qızartılar yaranır.

Значение слова в других словарях

и́волга отта́скивание подкора́чивание сваля́ться социализи́роваться среди́ бе́лого дня -арт грани́тный застра́иваться кля́узный несокруши́мо откры́точный приумноже́ние разветви́ться сульфа́тный мать-и-мачеха disproven Edmund goof-ball overswell she-deer tail slide Turkmenian кликуша накроить