ELÇİLİK

сущ. 1. илчидин кӀвалах, везифа (кил. elçi (1,3); 2. илчивал, илчида фин, руш кӀанз (це лугьуз) фин.
ELÇİLƏMƏK
ELDARŞAMI
OBASTAN VİKİ
Elçilik
Elçilik — qızbəyənmədən sonrakı xalq adətidir. Elçilik əsaən qızın və ya ailəsinin haqqında məlumat yığıldıqdan sonra olur. Azərbaycan adətlərinə görə elçilik prosesi çox zəngindir. Evlilik 2 mərhələdən ibarət olmuşdur. 1-ci mərhələ. Belə ki, qızı almağa qərar verildikdən sonra ana ata və ya yaxın adamlardan kimsə qız evinə gedər qız evinin ağzını yoxlayardılar. Buna “söz alma”, “hə alma deyilir”. Əgər qız evinin razılığı olarsa elçilik tarixi dəqiqləşdirilir. Yox əgər qız evi razı deyilsə bu oğlan evi üçün pis olduğundan bu hadisəni gizli saxlanılması istənilir. 2-ci mərhələdə isə qız evindən hə alındıqdan sonrakı mərhələdir.
Elçilik (dəqiqləşdirmə)
Elçilik ― xalq toy adətlərindən biri. Həmçinin bu mənalara gələ bilər: == Filmlər == Elçilik (film, 2017) ― 2017-ci ildə çəkilmiş qaqauz filmi. Elçilik (film, 2023) ― 2023-cü ildə çəkilmiş Azərbaycan filmi.
Elçilik (film)
Elçilik ― xalq toy adətlərindən biri. Həmçinin bu mənalara gələ bilər: == Filmlər == Elçilik (film, 2017) ― 2017-ci ildə çəkilmiş qaqauz filmi. Elçilik (film, 2023) ― 2023-cü ildə çəkilmiş Azərbaycan filmi.
Elçilik (film, 2017)
Elçilik (film, 2017) (qaq. Dünürcülük) — rejissorluğunu Ivan Patramanın etdiyi, senarisini Todur Marinoqlonun yazdığı ilk qaqauz filmi. Tarixi film qaqauz yazıçısı Nikolay Baboqlonun eyniadlı hekayəsi əsasında 2017-ci ildə ekranlaşdırılıb. Film iki gəncin sevgi əhvalatı fonunda qaqauz xalqının özgürlüyünü göstərib. Filmin çəkiliş dili qaqauzcadır.
Rusiyanın Səfəvi sarayına göndərdiyi elçilik (1617)
Rusiyanın Səfəvi sarayına göndərdiyi elçilik — Şah Abbasın hakimiyyəti dövründə Rus çarlığının Səfəvi sarayına göndərmiş olduğu elçilik nəzərdə tutulur. == Elçilik == 1617-ci ildə Abbas Rusiyanın ilk Romanov sülaləsindən olan Mixailin göndərdiyi elçilər tərəfindən ziyarət edildi. Şah elçiləri qarşılaşamaq üçün taxtına çıxdıqdan sonra diplomatik fikir alış-verişi başladı. Rusların göndərdiyi heyət kiçik miqyaslı və əsasən kommersiya xarakteri daşıyırdı, bu dönəmdə Səfəvi tacirləri şahın şəxsi hesabına ipək satır və bunun müqabilində xəzlər, ov şahinləri və silahlar alırdılar. Həmçinin hər iki tərəfdə də Osmanlı imperiyasına qarşı ittifaq formalaşdırmaq düşüncəsi mövcud idi. Digər tərəfdən Abbasda rusların öz təsir dairələrini Qafqaza doğru genişləndirmələrinə görə narahatlıq mövcud idi. Bundan başqa, Səfəvi imperiyasının Rusiyaya olan marağı sonuncuda Mixailin taxta çıxmasına gətirib çıxaracaq qarışıqlıq dövrü başladıqdan sonra azalmışdı. İvan İvanoviç Çiçerinin başçılıq etdiyi bu sonuncu rus elçilik heyəti Abbasa hədiyyə olaraq ov şahinləri gətirmişdi və Abbas bu quşları Xan Aləmə hədiyyə etdi. Abbas rusların elçiliyi ilə o qədər dərindən maraqlanmadı, çünki bu zaman o, tezliklə hakimiyyətinin böyük zəfərlərindən birini gətirəcək Avropa ilə münasibətləri inkişaf etdirməkdə daha çox maraqlı idi. == Həmçinin bax == Səfəvi imperiyası == İstinadlar == == Mənbə == David Blow.
Şah Abbasın Moğol sarayına göndərdiyi elçilik
Şah Abbasın Moğol sarayına göndərdiyi elçilik — Səfəvi şahı Abbasın 1620-ci ildə Böyük Moğol imperatoru Sultan Cahangir şahın sarayına göndərdiyi elçilik nəzərdə tutulur. Elçiliyin əsas məqsədi Qəndəharın Səfəvi imperiyasına qatrarılmasını təmin etmək idi. == Zəmin == Şah Abbas taxta keçdikdən sonra həm Özbək xanlığını, həm də Osmanlı imperiyasını məğlub edib itirilmiş torpaqları geri qaytarmışdı. O, hələ hakimiyyətinin ilkin mərhələsində ikən moğollar Qəndəharı ələ keçirmişdi. Sırada geri qaytarılmağı gözləyən bölgələrdən başlıcası Qəndəhar olduğu düşünülürdü. Belə bir şəraitdə Cahangir şah məsələni diplomatik yolla həll etməyə çalışdı. Bu zaman ilk elçilik moğollar tərəfindən göndərildi. Elçiliyə moğol əsilzadəsi Xan Aləm tərəfindən rəhbərlik edilirdi. Xan Ələm məşhur nəslə sahib idi və onun ulu əcdadları Abbasın böyük ilham aldığı və sevdiyi tarixi şəxsiyyət Əmir Teymurun xidmətçiləri olmuşdular. İspan elçisi Fiqueroa da həmin zaman Abbasın sarayında idi və o, Xan Aləmin mirvari sırğalar taxdığını, qiymətli daşlarla bəzədilmiş xəncər daşıdığını və İsfahandakı hind tacirləri tərəfindən inanılmaz dərəcədə zəngin kimi təsvir edildiyini bildirmişdir.
Cahangir şahın Səfəvi sarayına göndərdiyi elçilik (1619)
Cahangir şahın Səfəvi sarayına göndərdiyi elçilik —Böyük Moğol imperatoru Cahangir şahın Səfəvi Şah Abbasın sarayına göndərdiyi elçilik nəzərdə tutulur. == Zəmin == Şah Abbas taxta keçdikdən sonra həm Özbək xanlığını, həm də Osmanlı imperiyasını məğlub edib itirilmiş torpaqları geri qaytarmışdı. O, hələ hakimiyyətinin ilkin mərhələsində ikən moğollar Qəndəharı ələ keçirmişdi. Sırada geri qaytarılmağı gözləyən bölgələrdən başlıcası Qəndəhar olduğu düşünülürdü. Belə bir şəraitdə Cahangir şah məsələni diplomatik yolla həll etməyə çalışdı. == Elçilik == 1618-ci ildə Osmanlı imperiyasını bir daha məğlub edib sülhə məcbur edən Abbas hökmdarlığının ən möhtəşəm elçiliyini qəbul etmək üçün Qəzvinə qayıtdı. Bu elçilik heyəti Böyük Moğol imperatoru Cahangir tərəfindən göndərilmişdi və moğol əsilzadəsi Xan Aləm tərəfindən rəhbərlik edilirdi. Xan Ələm məşhur nəslə sahib idi və onun ulu əcdadları Abbasın böyük ilham aldığı və sevdiyi tarixi şəxsiyyət Əmir Teymurun xidmətçiləri olmuşdular. İspan elçisi Fiqueroa da həmin zaman Abbasın sarayında idi və o, Xan Aləmin mirvari sırğalar taxdığını, qiymətli daşlarla bəzədilmiş xəncər daşıdığını və İsfahandakı hind tacirləri tərəfindən inanılmaz dərəcədə zəngin kimi təsvir edildiyini bildirmişdir. Alamı 800-ə yaxın xidmətçi və bir neçə yüz gözətçinin müşayiəti ilə Hindistan faunasının ekzotik kolleksiyası müşayiət edirdi.
Əkbər şahın Səfəvi sarayına göndərdiyi elçilik (1604)
Əkbər şahın Səfəvi sarayına göndərdiyi elçilik — Böyük Moğol imperatoru Əkbər şahın Səfəvi Şah Abbasın sarayına göndərdiyi elçilik nəzərdə tutulur. == Zəmin == Şah Abbas taxta keçdikdən sonra həm Özbək xanlığını, həm də Osmanlı imperiyasını məğlub edib itirilmiş torpaqları geri qaytarmışdı. Bundan sonra Əkbər şah onun yanına elçilik göndərib onu təbrik etmək qərarına gəldi. == Elçilik == Əkbər göndərdiyi məktubda Abbası həm özbəklər, həm osmanlılar, həm də daxili düşmənlər üzərində qazandığı qələbələrə görə təbrik edirdi. Elçilik Əkbərin Abbas üçün göndərdiyi xeyli sayda qiymətli hədiyyələri də şaha təqdim etdilər. Şah hədiyyələrlə o qədər də maraqlanmadı, bircə hədiyyələr içində olan qılınc onun diqqətini çəkdi və Əkbərin Əmir Teymurun soyundan gəldiyi üçün qılıncı gələcəyə dair yaxşı bir işarə olaraq qəbul edib yaxından maraqlandı. Moğol elçisi İrəvan tutulana qədər şahın düşərgəsində qaldı və şəhər ələ keçiriləndən bir ay sonra geri dönmələrinə icəzə verildi. Abbas elçilik heyəti ilə dostcasına davransa da, onları qarşılamaq üçün xüsusi mərasim təşkil etmədi. O, hakimiyyətə yeni çıxan zaman Əkbərin sarayının buna reaksiyasından narahat olsa da, indi özünü daha güclü hiss edirdi və moğol imperatorunun Qəndəhara sahib olmasından da narazı idi. == Həmçinin bax == Cahangir şahın Səfəvi sarayına göndərdiyi elçilik (1619) Şah Abbasın Moğol sarayına göndərdiyi elçilik == İstinadlar == == Mənbə == * David Blow.

Значение слова в других словарях