Emir Kusturitsa
Emir Kusturitsa (serb.: Емир Кустурица; d. 24 noyabr 1954-cü il, Sarayevo, Yuqoslaviya) serb rejissorudur.
== Həyatı ==
24 Noyabr 1954-cü ildə Yuqoslaviya'da, Bosniya və Herseqovina SRnın paytaxtı Sarayevoda Boşnak müsəlman bir ailədə dünyaya gəlmişdir. Atası Murat Kusturitsa Sarayevo Məlumatlandırma Bürosunda jurnalist, anası Senka Numankadiç məhkəmə katibi idi. 2005-ci iıdə atası həyatda olmadığı bir zamanda verdiyi bir müsahibədə atasının özünü serb hesab etdiyini və ateist olduğunu bildirmişdir.2001-ci ildə sənədli film yaratmağa başlamışdır. 1986-cı ildən etibarən gitara çaldığı qaraçı texno-rok qrupu 'No Smoking' orkestrasının turlarında yaşadıqlarını nəql etdiyi Super 8 Stories / Super 8 tarixçəsi (film, 2001) ilə Çikaqo Film Festivalında 'Ən yaxşı sənədli film' nominasiyasında 'Gümüş Plaket' qazanmışdır.
Life is a Miracle / Həyat möcüzədir (film, 2004) isə Kann kinofestivalının nominasiya verilən filmləri arasında yer almışdır.
== Musiqi ==
1986-1988-ci illər arasında Sarayevodan olan rok qrupu "Zabranjeno Pušenje"-də bass gitara çaldı. Kusturitsa qrupda əhəmiyyətli bir rol oynamamasına baxmayaraq qrupun adı Emir Kusturica & No Smoking Orchestra olaraq dəyişdirilmişdir. No Smoking 1999-cu ildə, Universal firmasında Unza Unza Time adlı bir albom çıxartmışdır.