Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İmir
İmir (Sarvan)
İmir (Sarvan)
İmir — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
İmir (Ərdəbil)
İmir (fars. ايمير‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 90 nəfər yaşayır (15 ailə).
İmir Məmmədli
İmir Məmməd oğlu Məmmədli (7 avqust 1957, Kaloubani[d], Gürcüstan SSR, SSRİ) — şair, nasir, tərcüməçi, dramaturq, ictimai xadim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Maçabeli mükafatı laureatı (1997). == Həyatı == İmir Məmmədli 1957-ci il 17 avqustda Gürcüstanın Kaspi rayonunun Paşiyan kəndində anadan olmuşdur. Qonşuluqda olan Yuxarı Xəndək kənd orta məktəbini bitirdikdən sonra Tbilisi Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1975-1980). İmir Məmmədli 1980-ci illərdə Tbilisiyə köçmüş və 1985-ci ildə Gürcüstan Dövlət Radio və Televiziya Şirkətində, Gürcüstan Yazıçılar İttifaqında, "Sovet Gürcüstanı" qəzeti redaksiyasında çalışmışdır. 1990-cı illərin axırlarında Gürcüstan dövlət başçısı aparatında məsləhətçi, müşavir (1992-1996), Gürcüstan Dövlət Dəftərxanasında millətlərarası münasibətlər üzrə referent (1996-2000) olmuş, Gürcüstan Prezidenti Regional Siyasət və İdarəetmə Xidmətinin rəis müavini vəzifəsinə qədər yüksəlmişdir. Hazırda Azərbaycanda İctimai Televiziya|İctimai Televiziya və Radio Yayımları Şirkətində radionun "Ədəbiyyat və İncəsənət" departamentinin direktorudur. Gürcüstan Yazıçılar İttifaqı nəzdində Azərbaycan Yazıçılar Bölməsinin sədridir. Ədəbi fəaliyyətə orta məktəb illərindən başlamışdır. Azərbaycan və gürcü dillərində yazıb yaradır. Əsərləri dövri mətbuatda dərc olunur.
İmir Əliyev
İmir Əliyev (tam adı:İmir Əliyev İlyas oğlu) — Kimya elmləri doktoru, laboratoriya müdiri Azərbaycan Milli Elmlər Akademiyasının Akademik M.F.Nağıyev adına Kimya Problemləri İnstitutunun Professoru. == Həyatı == İmir İlyas oğlu Əliyev 1949-cu il yanvar ayının 6-da Gürcüstan Respublikas Borçalı rayonunun (Marneuli) Qasımlı kəndində müəllim ailəsində anadan olmuşdur. Orta təhsilini 1956-66-cı illərdə Qasımlı kənd orta məktəbində almışdır. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsinin axşam şöbəsinə daxil olmuş, burada ali təhsili 1973-cü ildə başa vurmuşdur.Bakı Dövlət Universitetində oxuduğu illərdə o, 1966-1969-cu illərdə Bakı Gön-dəri zavodunda fəhlə,1969-cu ildə Bakı Maşınqayırma zavodunda çilingər, 1970-ci ildə Bakı Mebel fabrikində dəzgahçı işləmişdir. == Elmi fəaliyyəti == • 1971-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Qeyri-üzvi və fiziki kimya institutunda ( indiki Kataliz və Qeyri-üzvi Kimya institutunda ) laborant , baş laborant, mühəndis və kiçik elmi işçi vəzifəsində işləmişdir. 1973-cü ildə ordu sıralarında xidmət etmişdir. Hərbi xidmətdən tərxis olunandan sonra 1974-cü ildə yenidən Azərbaycan Milli Elmlər Akademiyasının Qeyri-üzvi və fiziki kimya institutunda ,, Yarımkeçiricilər kimyası” laboratoriyasında işə başlamışdır. • 1981-ci ildə Paşa Rüstəmovun rəhbərlyi altında ,, As2X3-CdX(AIIIX) (AIII=In,Tl; X=S,Se,Te) tipli sistemlərdə qarşılıqlı təsirin xarakteri və şüşə əmələgəlmə” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək kimya elmləri namizədi, alimlik dərəcəsi almışdır. • 1992–ci ildə ,, Arsen xalkogenidləri, kadmium, indium və tallium xalkogenidlərindən ibarət sistemlərdə yeni materialların alınmasının fiziki- kimyəvi əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək kimya elmləri doktoru, alimlik dərəcəsi almışdır. • 2003–ci ildən Kimya Problemləri İnstitutun ,,Nadir elementlər kimyası” laboratoriyasına rəhbərlik edir.
İmir İlyas oğlu Əliyev
Əliyev Özbək Misirxan oğlu — kimyaçı, kimya elmləri doktoru, professor. == Həyatı == Özbək Əliyev 25 mart 1941-ci ildə Yardımlı rayonunun Kürəkçi kəndində anadan olmuşdur. O, 1959-cu ildə Kürəkçi orta məktəbini bitirdikdən sonra, 1959-1964-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti) kimya-biologiya fakültəsində təhsil almışdır. Özbək Əliyev İnstitutu fərqlənmə diplomu ilə bitirmiş, 1964-1965-ci illərdə Ordu sıralarında xidmət keçmiş və 1965-1968-ci illərdə Quba rayonunda kimya-biologiya müəllimi işləmişdir. 1968-1971-ci illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA) Qeyri-üzvi və Fiziki-kimya (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya) institutunun əyani aspiranturasında oxumuşdur. O, Bakıda 1972-ci ilə 02.00.01-“Qeyri-üzvi kimya” ixtisası üzrə “Cu3LnX3 (Ln-lantanoid, X-S,Se,Te) tipli yarımkeçirici birləşmələrin sintezi və tədqiqi” mövzusunda namizədlik, 1986-cı ildə isə SSRİ EA-nın Ural bölməsinin Bərk Cisimlərin kimyası İnstitutunda “Yb3S4 və Y5S7 quruluş tipləri əsasında nadir torpaq elementlərinin üçlü yarımkeçirici birləşmələrinin alınmasının fiziki-kimyəvi əsasları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Özbək Əliyev 1972-1986-cı illərdə AEA-nın Qeyri-üzvi və Fiziki-kimya (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya) İnstitutunda elmi işçi, böyük elmi işçi, 1987-2000-ci illərdə əvvəlcə “Xüsusi təmiz maddələr” sonra isə “Nadir elementlərin kimyası” laboratoriyasının müdiri işləmişdir. 1991-ci ildə professor elmi adının almışdır. 2000-2005-ci illərdə ADPU-nun “Ümumi kimya və KTM” kafedrasının professoru, 2005-ci ildən hal-hazıra kimi AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş elmi işçisidir. == Elmi fəaliyyəti == Professor Özbək Əliyev məqsədli sintezin əsaslarını təşkil edən mürəkkəb tərkibli yarımkeçirici birləşmələrin proqnozu və reallaşdırılmasının praktiki aspektlərinin əsaslarını hazırlayan mütəxəssisdir.
Kənan İmirzalıoğlu
Kənan İmirzalıoğlu (18 iyun 1974, Bala ilçəsi[d], Ankara ili) — Türkiyə aktyoru. == Həyatı == Kənan İmirzaloğlu 18 iyun 1974-cü ildə Ankaranın Bala rayonuna bağlı Üçem Kəndində dünyaya gəlib. Ulduz və Mustafa İmirzaloğlu-nun Dərviş və Zübeydadan sonra üçüncü uşağı olaraq dünyaya gələn Kənan İmirzaloğlu, ibtidai məktəbi doğulduğu kənddə bitirib. 12 yaşında Ankaraya xalasının yanına gedən İmirzaloğlu, orta məktəb və lisey təhsilini Ankarada, universitet təhsilini İstanbulda Ulduz Texniki Universiteti Riyaziyyat Bölümündə tamamladı. Best Model of Turkey müsabiqəsinin 1997-ci il seçmələrinə qatılan Kənan İmirzalıoğlu, Türkiyə finalında birinci oldu. İmirzalıoğlu, daha sonra "Best Model of World" seçilərkən, ilk dəfə bir Türk kişi bu ünvana sahib oldu. Yarışlarda birinciliklərindən sonra sıra təklifləri almağa başlayan Kənan İmirzalıoğlu, rejissor Osman Sınavın "Dəli ürək" serialında rol alıb. İmirzalıoğlunun "Yusif Miroğlu" obrazını canlandırdığı serial, 1998–2002 tarixləri arasında tamaşaçılara təqdim edildi. Sonra, Osman Sınavın rejissorluğunu etdiyi "Dəli ürək bumeranq cəhənnəmi" filmində də eyni obrazı canlandırıb. Film 2001-ci ildə ekrana çıxıb.
Tofiq İmirli
Tofiq Əsgər oğlu Məmmədov (d. 15 fevral 1941) — Azərbaycan kino rejissoru. Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000) və əməkdar incəsənət xadimi. == Həyatı == Tofiq Əsgər oğlu Məmmədov 15 fevral 1941-ci ildə anadan olmuşdur. == Fəaliyyəti == "Salnamə" sənədli filmlər studiyasının rəhbəridir. == Adlar == Azərbaycanın əməkdar mədəniyyət işçisi (18 dekabr 2000) Azərbaycanın əməkdar incəsənət xadimi == Filmoqrafiya == Rejissor kimi Birillik yem bitkilərinin aralıq, təkrar və qarışıq əkini (film, 1986)(qısametrajlı sənədli film) Goranboy - oğuz eli (film, 1989)(qısametrajlı sənədli film) Azadlığa gedən yollar (film, 1990)(tammetrajlı sənədli film) Bir daha yüksələn bayraq (film, 1990)(qısametrajlı sənədli film) Biznes konqresi (film, 1990)(qısametrajlı sənədli film) İşığını əsirgəmə (film, 1990)(qısametrajlı sənədli film) Ulu yurd (film, 1990)(qısametrajlı sənədli film) Boz qurdun harayı (film, 1991)(qısametrajlı sənədli film) Xəzər köməyə çağırır (film, 1991)(qısametrajlı sənədli film) Şəhidlər və qazilər (film, 1991)(qısametrajlı sənədli film) Şirvan şikəstəsi (film, 1991)(qısametrajlı sənədli film) Ziya ocağı (film, 1991)(qısametrajlı sənədli film) İnama qayıdış (film, 1992)(qısametrajlı sənədli film) Parlament (film, 1996)(qısametrajlı sənədli film) 9 dəqiqə (film, 1999) (qısametrajlı sənədli film) Əshabi-Kəhf (film, 2000)(qısametrajlı sənədli film) Şəhidlik zirvəsi (film, 2001)(qısametrajlı sənədli film) Haray (film, 2004)(qısametrajlı sənədli film) Akademik Adilə Namazova (film, 2007) Monoloq (film, 2007) (qısametrajlı sənədli film) Həqiqətin özü (film, 2008)(tammetrajlı sənədli film) Azərbaycan milli qəhrəmanları. Məzahir Rüstəmov. Xatirələrdə yaşayan ömür.. (film, 2010)İkinci rejissor kimi Od içində (film, 1978)(tammetrajlı bədii film) Tənha narın nağılı (film, 1984)(tammetrajlı bədii film) Cin mikrorayonda (film, 1985)(tammetrajlı bədii film)Ssenari müəllifi kimi Xəzərim mənim, taleyim mənim (film, 1991)(qısametrajlı sənədli film) Şirvan şikəstəsi (film, 1991)(qısametrajlı sənədli film) Azərbaycan... Əbədiyyət yolu (film, 2006)Prodüser kimi Azərbaycan...
İmirhəsən
İmirhəsən - Gürcüstanın Bolnisi rayonunun tabeçiliyində etnik azərbaycanlı kəndi. 90-cı illlərin əvvəllərində rayonun digər 32 kəndi kimi adı dəyişdirilərək Savaneti şəklinə salınmışdır. == Coğrafi mövqeyi == İmirhəsən kəndi Maşaveranın sol qollarından olan Dələver çayının üzərində dəniz səviyyəsindən 420–450 m. yüksəklikdə yerləşir. Rayon mərkəzindən 20 km. şərqdə, paytaxt Tiflisdən 55 km. cənubdadır. Qonşu kəndləri Faxralı, Qoçulu, Yuxarı Qoşakilsə, Molla Əhmədli, Saraçlı, Daşlıqullar və Hasanxocalıdır. == Əhalisi == 2002-ci il əhali siyahıyaalmasının nəticələrinə əsasən İmirhəsən kəndinin əhalisi 1717 nəfər təşkil etmişdir. Kənd sakinlərinin 48,6%-i kişilər, 51,4%-i isə qadınlardır.
İmirli
İmirli — soyad, təxəllüs. Yaşayış məntəqələriİmirli — Bərdə rayonundakı Əmirli kəndinin digər adı. İmirli (Abaran) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd.
İmirli (Abaran)
İmirli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km məsafədə, Abaran çayının sol tərəfində yerləşir. Erməni mənbələrində kəndin digər adı Əmirli göstərilir. Mənbələrdə kəndin XVII əsrdə salındığı qeyd edilir Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim oğuzların eymur etnoniminə mənsubluq bildirən -li şəkilçisinin qoşulması ilə əmələ gəlib «eymurların (əmirlərin) yaşadığı kənd» mənasını ifadə edir. Oğuzların eymur tayfasının adı həm də imir formasında qeyd edilir . Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Ttucur (Turşsu) qoyulmuşdur.
İmirxan
İmirxan - İrəvan quberniyasının İrəvan qəzasında, indi Artik rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Kəndin digər adı Emirxan, İmirxanlı kimi göstərilir. «İrəvan əyalətinin icmal dəftəri»ndə İmirxanlı kimi, Qafqazın 5 verstlik xəritəsində İmirxan formasında qeyd edilmişdir. Toponim imir (eymur tayfa adının fonetik forması) türk tayfasının adına xan sözünün qoşulmasından əmələ gəlmişdir və «eymur//imir tayfasından olan xana məxsus kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1.VI.1940-cı il fərmanı ilə adı dəyişdirilib Saratak qoyulmuşdur.
İmirzik
İmirzik — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonu ərazisində qədimi kənd İmirzik kəndi Dəvəgözü çayının yanında, Gərniçayın sol axarında yerləşirdi. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Əmirzik formasında, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1930-cu illərdə Vedi (Ararat) rayonunun inzibati ərazi bölgüsünə daxil idi. Kənddə 1873-cü ildə 188 nəfər, 1886-cı ildə 232 nəfər, 1897-ci ildə 348 nəfər, 1904-cü ildə 254 nəfər, 1914-cü ildə 328 nəfər, 1916-cı ildə 456 nəfər azərbaycanlı yaşamışdır. 1918–19-cu illərdə kəndin sakinləri ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. Burada 1922-ci ildə 65 nəfər, 1926-cı ildə 96 nəfər, 1931-ci ildə 151 nəfər, 1939-cu ildə 269 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin 1948-ci ildəki xüsusi qərarı ilə kəndin sakinləri azərbaycanlılar zorla Azərbaycana köçürülmüşdür. Kənd xarabalığa çevrilmişdir, hazırda ölü kənddir. Toponim 24 oğuz tayfalarından biri olan eymur (imir) etnoniminə -zik şəkilçisinin artırılması ilə düzəlmişdir.
İzmir
İzmir — Türkiyənin ən böyük üçüncü şəhəri. İzmir ilinin mərkəzində yerləşir. 2017 TÜİK məlumatlarına görə, İzmirin əhalisi 4.279.677 nəfərdir. Anadolu yarımadasının qərbində, Egey Dənizi bölgəsinin ortasında yer alan və İzmir körfəzi ətrafında yerləşən şəhər, hər il İzmir Beynəlxalq Sərgisini təşkil edən mühüm bir liman şəhəridir. Ərazisi olaraq ölkənin iyirmi üçüncü böyük ilidir. Qərbində Egey dənizi və Egey adaları, cənubunda Aydın, şimalında Balıkəsir, şərqində isə Manisa yerləşmişdir. İzmirin qərbində dənizi, çimərlikləri və termal mərkəzləri ilə məşhur olan Qaraburun yarımadası uzanır. Qədim Dünya dövrünün ən məşhur şəhərləri arasında yerləşən Efes, Roma İmperiyası dövründə dünyanın ən böyük şəhərlərindən biri idi. Bütün İoniya mədəniyyətinin zənginliklərini özündə saxlayan Efes, sıx bədii tədbirlərlə də adını eşitdirirdi. Bu məqsədlə də bu şəhərə "Gözəl İzmir", "Qədim İzmir" və ya "la Perle de l'Ionie" (İoniyanın İncisi) adlanırdı.
Əmir
Əmir—Ərəbcə başçı, şah. == Tarixi == Ərəblər ölkəni işğal etdikdə burada rast gəldikləri inzibati və idarəetmə aparatına toxunmadilar. Onlar bizanslılar və sasanilərdən görkəmli qoşun başçılarının idarəsinə verilən canişinlik sisteminə yiyələnib geniş istifadə etməyə başladilar. Canişinlər əmir (ilk zamanlar: amil) ,canişinlik isə əmirlik adlanırdı. Xilafət əmiri onun hakimiyyətinə verilən torpaqları xəlifənin fərmanı ilə ,ixtiyarında olan orduya arxalanaraq idarə edirdi. Əməvilərin hökmranlığı illərində 5-9 , Abbasilərin hökmranlığı illərində isə 14 canişinlik yaradılmışdı. Hər bir əmirlik fəth olunmuş bir sıra ölkənin torpaqlarını əhatə edən geniş ərazini birləşdirir, bu birləşik ərazi əyalət adlanırdı. Əmirəlüməra—Əmirlər əmiri.
Mir
Mir (Rus: Dünya deməkdir: dünya və ya sülh), 1986 -cı ildən 2001 -ci ilə qədər aşağı Yer orbitində qalan Sovet İttifaqının və ardınca Rusiya tərəfindən idarə olunan kosmik stansiyası. İlk modul 19 fevral 1986 -cı ildə kosmosa göndərilib. Bəşəriyyətin uzun müddətli olaraq kosmosda, içində yaşayıb araşdırmalar apardığı ilk elmi-kosmik tədqiqat stansiyasıdır . Edilən beynəlxalq əməkdaşlıq sayəsində, müxtəlif millətlərin kosmik xadimlərinin istifadəsinə verildi. Orbitə 1986-ci il ilə 1996-cı illər arasında göndərilən bir çox modul ilə uğurlu birləşmələr həyata keçirdi. 23 mart 2001-ci ildə missiyası başa çatdı və atmosferə girərək yanması təmin edildi. == Tarixi == Mir, əvvəl Sovet İttifaqı tərəfindən göndərilmiş Salyut kosmik stansiyaları əsas alınaraq hazırlanmışdır(1971-ci ildən sonra yeddi Salyut kosmik stansiya göndərilmişdir). Əsasən Rusiya istehsalı insanlı "Soyuz" raketləri və Progress yük gəmiləri tərəfindən təmir edildimişdir, lakin bundan sonrakı uçuşlar Буран kosmik gəmisi üçün təyinat nöqtəsi olaraq planlanmışdır. Orbitdəki " Mir " -in əsas məqsədi geniş və yaşanıla biləcək elmi laboratoriya yataymaq idi. ABŞ özünə Mir-ə oxşar olaraq Space Station Freedom stansiyasını yaratmağı planlamış, amma bu layihə Sovet İttifaqının süqutundan sonra beynəlxalq əməkdaşlıq yolunun açılması məqsədilə dayandırılmışdır (bax.
Tarixi-Nadir (Əmir Mir Yusif Milani)
Tarixi-Nadir — Əmir Mir Yusif Milaninin Nadir şah dönəminin tarixi hadisələrindən bəhs edən kitabı. Kitabın bir nüsxəsi hal-hazırda Masallı rayonunun Ərkivan qəsəbəsində axund Həmid Məmmədovun evində saxlanılır. == Mənbə == Zülfiyyə Qurbanova. "Məşədi İbadın yarıya qədər oxuduğu "Tarixi-Nadir" kitabı tapıldı (FOTO)" (az.). anspress.com. 2014-01-26. 2016-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
Mir Tağı Mir
Mir Tağı Mir (28 may 1723 – 20 sentyabr 1810, Lakhnau, Britaniya Hindistanı) — Urdu ədəbiyatının tanınmış şairi və təzkirəçisi. == Həyatı == Hicazdan Hindistana köç etmiş bir ailəyə mənsub olub Aqrada (Əkbərabad) dünyaya gəlmişdi. Doğum iliylə ilgili olaraq 1134 (1722), 1135 və 1137 kimi dəyişik tarixlər zikr edilməkdəysə də dördüncü divanında qardaşı oğlu Məhəmməd Hüseynin yazdığı, Ləknəvdə doxsan yaşında ikən öldüyünə dair qeyddən 1135-ci ildə (1723) doğulduğu anlaşılır. Mir Məhəmməd Tağı, 1146-cı (1733-cü) ildə mütəsəvvif olan atası Mir Əli Müttağı və atasının yaxın dostu Əmanullah Dərviş bir-biri ardınca vəfat edincə çeşidli çətinliklərlə qarşılaşdı. Bir müddət Aqrada iş aradıysa fərli bir nəticə alamayınca Dehliyə getdi (1147/1734). Burada atasının dostu Nəvvab Samsamüddövlə Əmirülüməra ona maaş bağladı. Ancaq onun da Nadir şah Qırxlı-Avşarla aparılan savaşda ölməsinə görə (1151/1738) bu gəlirdən məhrum qaldı. Bu hadisədən sonra Aqraya gedən Mir Məhəmməd qarşılaşdığı sıxıntılar səbəbiylə yenə Dehliyə döndü (1152/1739) və ögey qardaşı Məhəmmədhəsənin əmisi şair Siracüddin Əli xan Arzunun yanında qalmağa və ərəbcə, farsca və şeir dərsləri almağa başladı. Bəzi qaynaqlarda, bu dönəmdəki müəllimləri arasında olan Seyyid Səadət Əlinin Mir Məhəmmədi Urduca şeir yazmağa təşviq etdiyi bildirilirsə də onu bu mövzuda yönləndirən şəxsin Əli xan Arzu olduğunu qeyd edən çalışmalar da vardır. Sünni olan Əli xan Arzunun, Şiə olması səbəbiylə ona qarşı arzuolunmaz bir tövr sərgiləməsi və ya başından keçən bir eşq məcərası üzündən Əli xan Arzunun evindən ayrıldı.
Amir-Kort
Amir-Kort (çeç. Iамир-Корт, Ӏаьмиран корта) — Dağıstanın Kazbekov rayonu ilə Çeçenistan Respublikasının Nojay-Yurtov rayonu sərhəddində yerləşən dağ zirvəsi. Dəniz səviyyəsindən hündürlüyü 1061 metr; Çeçen dilindən tərcüməsi Amir zirvəsi. == Haqqında == === Adı === Dağın adı mifik narta Amira ilə bağlıdır. Amira Çeçenistanın Prometeyidir. Amira Narta obrazı - Amirani - Gürcüstan mifologiyasına geniş şəkildə nüfuz etmişdir. === Tarixi === Amir-korta rayonunda monqol-tatar qoşunları ilə çeçenlər-auxovlular arasında gərgin döyüşlər baş vermişdir. Bu döyüşlərin gedişində sonuncunun köməyinə lak döyüş dəstələri gəlmişdir. Bu döyüşlərdə auxovlu rəhbər Yanbek həlak olmuşdur. Döyüşün nəticəsində monqol-tatar qoşunları böyük itkilər verərək döyüş meydanını tərk etmişdilər.
Amir Dadon
Amir Dadon (16 noyabr 1975, Beer-Şeva; ivr. ‏אמיר דדון‏‎) — İsrailli müğənni-mahnı müəllifi, bəstəkar, musiqiçi, aktyordur. Həmçinin "ACUM" mükafatı qazanıb.
Amir Eşel
Amir Eşel (ivr. ‏אמיר אשל‏‎; d. 4 aprel 1959) israilli general, İsrail HHQ-nin keçmiş komandanı. 2008-ci ildən etibarən general-mayor rütbəsində xidmət etmiş, bir müddət Silahlı Qüvvələrin Planlaşdırma İdarəsinin rəisi olmuşdur. O, 10 may 2012-ci il tarixindən 10 avqust 2017-ci il tarixinə qədər olan müddətdə İsrail HHQ-nin komandanı olmuşdur. == Həyatı == 1959-cu ildə İsrailin Yaffa şəhərində anadan olmuş, 1977-ci ildə İsrail Silahlı Qüvvələrində xidmətə başlamışdır. 1979-cu ildə İsrail HHQ Akademiyasından məzun olduqdan sonra Douglas A-4 Skyhawk döyüş təyyarəsində pilot olaraq fəaliyyətə başlamışdır. O, həmin təyyarə ilə 1982-ci ildə baş verən Livan müharibəsində iştirak etmişdir. Eşel 1993 və 1995-ci illər aralığında Tel Nof aviabazasında yerləşən 201-ci eskadrilyaya rəhbərlik etmiş, 1997-1999-cu illər aralığında İsrail HHQ-nin Əməliyyat Şöbəsinə rəhbərlik etmişdir. Eşelin atası İkinci dünya müharibəsi illərində baş vermiş Holokost soyqırımı zamanı sağ qalmışdır.
Amir Haddad
Lorent Amir Xlifa Xedider Haddad (ivr. ‏לורן עמיר חליפה חדידר חדד‏‎; 20 iyun 1984, Sarsel) və ya sadəcə Amir Haddad (ivr. ‏עמיר חדד‏‎) — yəhudi əsilli Fransa müğənnisi. O, 2006-cı ildə İsrailin Kokhav Nolad musiqi yarışmasında iştirak etmişdir. 2011-ci ildə ifaçının Vayehi adlı debüt albomu işıq üzü görmüşdür. Həmin ildə eyni zamanda Amir Fransanın The Voice səs yarışmasında iştirak etmiş və nəticədə üçüncü yeri qazanmışdır. O, "J'ai cherché" mahnısı ilə Fransanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Haddad 20 iyun 1984-cü ildə Fransanın paytaxtı Paris şəhərində Tunis və Mərakeşdən olan Səfərad yəhudiləri ailəsində dünyaya göz açmışdır. O, bir neçə il Fransanın Sarsel şəhərində yaşamış və 1992-ci ildə səkkiz yaşında ikən İsrailin Herzliya şəhərinə köçmüşdür. O, uşaq yaşlarından musiqi ilə maraqlanmış və hətta sinaqoqlarda çıxış etmişdir.
Bayındır (İzmir)
Bayındır (türk. Bayındır) — İzmir ilinin ilçəsi. İzmirin cənub-şərqində yer alır. İl mərkəzinə uzaqlığı 50 km-dir. İlçənin şimalında Kamalpaşa, qərbində Torbalı, cənubunda Tirə, şərqində Ödəmiş ilçələri, şimal-şərqində isə Manisa ili yerləşir. İlçənin sahəsi 548 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 40,414 nəfərdir.
Bəydağ (İzmir)
Bəydağ (türk. Beydağ) — İzmir ilinin ilçəsi. İzmirin cənub-şərqində yer alır. İl mərkəzinə uzaqlığı 102 km-dir. İlçənin qərbində və şimal-qərbində Ödəmiş, şimal-şərqində və şərqində Kiraz ilçeleri, cənubunda isə Aydın ili yerləşir. İlçənin sahəsi 172 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 12,340 nəfərdir.
Emir Kusturitsa
Emir Kusturitsa (serb.: Емир Кустурица; d. 24 noyabr 1954-cü il, Sarayevo, Yuqoslaviya) serb rejissorudur. == Həyatı == 24 Noyabr 1954-cü ildə Yuqoslaviya'da, Bosniya və Herseqovina SRnın paytaxtı Sarayevoda Boşnak müsəlman bir ailədə dünyaya gəlmişdir. Atası Murat Kusturitsa Sarayevo Məlumatlandırma Bürosunda jurnalist, anası Senka Numankadiç məhkəmə katibi idi. 2005-ci iıdə atası həyatda olmadığı bir zamanda verdiyi bir müsahibədə atasının özünü serb hesab etdiyini və ateist olduğunu bildirmişdir.2001-ci ildə sənədli film yaratmağa başlamışdır. 1986-cı ildən etibarən gitara çaldığı qaraçı texno-rok qrupu 'No Smoking' orkestrasının turlarında yaşadıqlarını nəql etdiyi Super 8 Stories / Super 8 tarixçəsi (film, 2001) ilə Çikaqo Film Festivalında 'Ən yaxşı sənədli film' nominasiyasında 'Gümüş Plaket' qazanmışdır. Life is a Miracle / Həyat möcüzədir (film, 2004) isə Kann kinofestivalının nominasiya verilən filmləri arasında yer almışdır. == Musiqi == 1986-1988-ci illər arasında Sarayevodan olan rok qrupu "Zabranjeno Pušenje"-də bass gitara çaldı. Kusturitsa qrupda əhəmiyyətli bir rol oynamamasına baxmayaraq qrupun adı Emir Kusturica & No Smoking Orchestra olaraq dəyişdirilmişdir. No Smoking 1999-cu ildə, Universal firmasında Unza Unza Time adlı bir albom çıxartmışdır.
Emir Kusturiça
Emir Kusturitsa (serb.: Емир Кустурица; d. 24 noyabr 1954-cü il, Sarayevo, Yuqoslaviya) serb rejissorudur. == Həyatı == 24 Noyabr 1954-cü ildə Yuqoslaviya'da, Bosniya və Herseqovina SRnın paytaxtı Sarayevoda Boşnak müsəlman bir ailədə dünyaya gəlmişdir. Atası Murat Kusturitsa Sarayevo Məlumatlandırma Bürosunda jurnalist, anası Senka Numankadiç məhkəmə katibi idi. 2005-ci iıdə atası həyatda olmadığı bir zamanda verdiyi bir müsahibədə atasının özünü serb hesab etdiyini və ateist olduğunu bildirmişdir.2001-ci ildə sənədli film yaratmağa başlamışdır. 1986-cı ildən etibarən gitara çaldığı qaraçı texno-rok qrupu 'No Smoking' orkestrasının turlarında yaşadıqlarını nəql etdiyi Super 8 Stories / Super 8 tarixçəsi (film, 2001) ilə Çikaqo Film Festivalında 'Ən yaxşı sənədli film' nominasiyasında 'Gümüş Plaket' qazanmışdır. Life is a Miracle / Həyat möcüzədir (film, 2004) isə Kann kinofestivalının nominasiya verilən filmləri arasında yer almışdır. == Musiqi == 1986-1988-ci illər arasında Sarayevodan olan rok qrupu "Zabranjeno Pušenje"-də bass gitara çaldı. Kusturitsa qrupda əhəmiyyətli bir rol oynamamasına baxmayaraq qrupun adı Emir Kusturica & No Smoking Orchestra olaraq dəyişdirilmişdir. No Smoking 1999-cu ildə, Universal firmasında Unza Unza Time adlı bir albom çıxartmışdır.
Gur-Əmir
Əmiri-Gur və ya Gur-Əmir – Orta Asiyanın görkəmli abidələrindən biri. Səmərqənddə XV əsrin əvvəllərinə aid türbə. Teymurun əmrilə tikilmişdir. 1420-ci illərdə Uluqbəy tərəfindən genişləndirilmişdir. Teymur, Uluqbəy və b. Teymurilər burada dəfn olunmuşlar.
Kamalpaşa (İzmir)
Kamalpaşa (türk. Kemalpaşa) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 77 km-dir. İlçənin qərbində Bornova və Buca, cənubunda Torbalı və Bayındır ilçələri, şimalında və şərqində isə Manisa ili yerləşir. İlçənin sahəsi 681 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 107,556 nəfərdir.
Karaburun (İzmir)
Qaraburun (türk. Karaburun) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 60 km-dir. İlçənin cənubunda Urla ilçəsi; qərbində, şimalında və şərqində Egey dənizi yerləşir. İlçənin sahəsi 421 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 10,759 nəfərdir.
Kemalpaşa (İzmir)
Kamalpaşa (türk. Kemalpaşa) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 77 km-dir. İlçənin qərbində Bornova və Buca, cənubunda Torbalı və Bayındır ilçələri, şimalında və şərqində isə Manisa ili yerləşir. İlçənin sahəsi 681 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 107,556 nəfərdir.
Kiraz (İzmir)
Kiraz (türk. Kiraz) — İzmir ilinin ilçəsi. İzmirin şərqində yer alır. İl mərkəzinə uzaqlığı 142 km-dir. İlçənin qərbində Ödəmiş, cənub-qərbində Bəydağ ilçələri, cənub-şərqində Aydın ili, şərqində və şimalında Manisa ili yerləşir. İlçənin sahəsi 573 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 43,925 nəfərdir.
Konak (İzmir)
Konak (türk. Konak) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şimal-şərqində Bayraqlı, şərqində Bornova, cənubunda Buca və Qarabağlar, qərbində Balçova ilçələri, şimalında isə İzmir körfəzi yerləşir. İlçənin sahəsi 24 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 351,572 nəfərdir.
Menderes (İzmir)
Menderes (türk. Menderes) — İzmir ilinin ilçəsi. İzmirin cənubunda yer alır. İl mərkəzinə uzaqlığı 18 km-dir. İlçənin qərbində Səfərihisar, şimalında Qaziemir və Qarabağlar, şimal-şərqində Buca, şərqində Torbalı, cənub-şərqində Səlcuq ilçələri, cənubunda isə Egey dənizi yerləşir. İlçənin sahəsi 777 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 97,123 nəfərdir.
Imair
Imair Airlines (İmeyr Hava Yolları) — Azərbaycanda fəaliyyət göstərmiş (1994—2009) özəl aviaşirkət. Hava nəqliyyatlar üzrə beynəlxalq ittifaqının (IATA) üzvü idi. Qərargahı Bakı şəhərində yerləşirdi. Imair Airlines Avropa və MDB ölkələrinə sərnişin daşınmaları təmin edirdi.
Qımır
Qımır (Zaqatala) — Zaqatala rayonunda kənd. Qımırlı — Qax rayonunda kənd.
Ilir Seytay
Ilir Seytay (alb. Ilir Seitaj; 1957, Moskva) — Albaniya şahmatçısı, beynəlxalq master (1991). Albaniya dördqat çempionu (1983, 1991, 1999, 2009 llərdə).Albaniya yığmasının tərkibində on iki şahmat olimpiadasında (1984, 1988, 1990, 1994, 1998, 2002, 2004, 2010, 2012, 2014, 2016, 2018 illərdə), 2001 və 2017-ci illərdə Milli Komandaların Avropa çempionatlarında və 1994-cü il Balkaniada turnirində iştirak etmişdir. 1985, 1995, 1998 və 2000-ci illərdə Albaniyanı Zona turnirlərinda təmsil etdmişdir. Onun karyerasında ən yüksək reytinqi 1 iyul 1992-ci ildə 2425 bal idi, bu onun alban şahmatçıları arasında ikinci yerdə (Fatos Muçodan sonra) olduğu vaxta təsadüf etmişdir 2017-ci ilin aprel ayına olan reytinqi 2374 bal idi. Vaxtaşırı şahmat oyunu üzrə seminar və kurslar keçirir, həmçinin nümunə çıxışları aparır.