ENLİSİFƏT

s. broad-faced

ENLİQAŞLILIQ
ENLİSİFƏTLİ
OBASTAN VİKİ
Enlisifət kayman
Enlisifət kayman (lat. Caiman latirostris) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə, Kaymanlar cinsinə daxil olan növ. Kaymanlar cinsinə daxil olan üç növdən biri. Uzunluğu ümumiyyətlə 2 m-dən çox deyil, maksimum olaraq 3,5 m-dir. Rəngi zeytun yaşıl, parlaqdır. Enlisifət kayman Atlantik sahillərində, Braziliyanın cənub-şərqində, Boliviya, Paraqvay, Uruqvay və Argentinanın şimalında yayılmışdır. Areaı Paraqvay kaymanları ilə üst-üstə düşür, lakin fərqli yaşayış yerlərini seçdikləri üçün bu iki növ bir-birinə rəqib deyil. Enlisifət qayman əsasən manqrov bataqlıqlarında, şirin və duzlu suyun qarışdığı bataqlıqlaşmış ovalıqlarda məskunlaşaraq, ciddi bir su həyatı sürür. Tez-tez insan yaşayış yerlərinin yaxınlığında, heyvandarlığın suvarıldığı göllərdə məskunlaşır. Dəniz səviyyəsindən 600 m yüksəklikdə yaşayaraq kifayət qədər aşağı temperaturlara davam gətirdiyini isbatlayır.

Значение слова в других словарях