Eritrositlər
Eritrositlər — qırmızı qan hüceyrələri. Qandakı hüceyrələrin 99%-dən çoxunu eritrositlər təşkil edir. Eritrositlər hər iki tərəfdən basıq disk şəklindədir, diametri 7-8 mikrometrə qədərdir.
Eritrosit pərdələrində 33% nisbətdə tapılan hemoqlobin, qanda oksigen daşıyan zülaldır. Oksigenin təxminən 99%-i hemoqlobin ilə daşınar, geri qalan 1%-lik qisim isə qan plazmasında həll olmuş şəkildə daşınır. Oksigenlə birləşmiş hemoqlobin al-qırmızı rənglidir.
== Eritositlərin ölçüləri ==
Diametr: təxminən 7,5 µm (mikrometr)
Qalınlıq: kənarlarda 2 µm mərkəzdə 1 µm
Çəkisi: təxminən 3 · 10-11 qram
Həcmi: təxminən 90 fl (femtolitr) (90 µm3)
Qandakı konsentrasiyası: kişilərdə 4,6–5.9x106/mm3 və qadınlarda 4,0–5,2x106/mm3.
Yetişmə müddəti: təxminən 7-10 gün
Yaşama müddəti: təxminən 120 gün və ya 4 ay
Gün ərzində yaranan eritrosit sayı: 2x1011 = təxminən: 2 milyon/saniyə
Ümumi səthi: 4000–4500 m2
Osmotik davamlılığı: 180 mosmol/l-ə qədər
Mempran potensialı: -10mV
== Eritrositlərin yaranması və formalaşması (Eritropoez) ==
Eritrositlərin əməlgəlmə prosesi eritropoez adlanır. Eritropoez hadisəsi eritropoetin hormonu vasitəsilə stimulə olunur ki, sonuncu da hər hansı bir toxumada oksigen çatışmazlığı (hipoksiya) nəticəsində böyrəklərdə sintez olunur. Eritrositlər sümük iliyində yetişirlər.