ERİTROSİTLƏR

cəm [ yun. erythros – qırmızı və kytos – hüceyrə] fiziol. Qırmızı qan cisimcikləri.
ERİŞMƏK
ÉRKER
OBASTAN VİKİ
Eritrositlər
Eritrositlər — qırmızı qan hüceyrələri. Qandakı hüceyrələrin 99%-dən çoxunu eritrositlər təşkil edir. Eritrositlər hər iki tərəfdən basıq disk şəklindədir, diametri 7-8 mikrometrə qədərdir. Eritrosit pərdələrində 33% nisbətdə tapılan hemoqlobin, qanda oksigen daşıyan zülaldır. Oksigenin təxminən 99%-i hemoqlobin ilə daşınar, geri qalan 1%-lik qisim isə qan plazmasında həll olmuş şəkildə daşınır. Oksigenlə birləşmiş hemoqlobin al-qırmızı rənglidir. == Eritositlərin ölçüləri == Diametr: təxminən 7,5 µm (mikrometr) Qalınlıq: kənarlarda 2 µm mərkəzdə 1 µm Çəkisi: təxminən 3 · 10-11 qram Həcmi: təxminən 90 fl (femtolitr) (90 µm3) Qandakı konsentrasiyası: kişilərdə 4,6–5.9x106/mm3 və qadınlarda 4,0–5,2x106/mm3. Yetişmə müddəti: təxminən 7-10 gün Yaşama müddəti: təxminən 120 gün və ya 4 ay Gün ərzində yaranan eritrosit sayı: 2x1011 = təxminən: 2 milyon/saniyə Ümumi səthi: 4000–4500 m2 Osmotik davamlılığı: 180 mosmol/l-ə qədər Mempran potensialı: -10mV == Eritrositlərin yaranması və formalaşması (Eritropoez) == Eritrositlərin əməlgəlmə prosesi eritropoez adlanır. Eritropoez hadisəsi eritropoetin hormonu vasitəsilə stimulə olunur ki, sonuncu da hər hansı bir toxumada oksigen çatışmazlığı (hipoksiya) nəticəsində böyrəklərdə sintez olunur. Eritrositlər sümük iliyində yetişirlər.
Eritrositlərin çökmə sürəti
Eritrositlərin çökmə sürəti - (EÇS) qandakı eritrositlərin çökmə sürətidir. Bu qeyri-spesifik müayinə metodu iltihabi proseslərin mövcud olması barədə şübhələr olduqda və ya onların gedişini öyrənmək məqsədilə aparılır. Müayinəyə əsas göstərişlər iltihabi proseslər, infeksion xəstəliklər və profilaktika məqsədilə aparılan müayinə skrininqləri aiddir. == Metodun aparılması == EÇS Westergren metodu deyilən sedimentasiya ilə ölçülür. Bu zaman 1.6 ml qan 0.4 ml 3.8 faizli Natrium-sitrat məhlulu ilə qarışdırılır. Burada məqsəd, laxtalanmanın qarşısını almaqdır. Belə ki, sitrat ionları qanda laxtalanma üçün lazım olan kalsium (Ca) ionları ilə birləşib laxtalanma prosesinin qarşısını alır. Bu qarışıq 200 mm uzunluğundakı şüşə yaxud plastik sınaq borusuna tökülür. Bu zaman eritrositlər özlərinin ağırlıq qüvvəsinin təsiri altında çökməyə başlayır. Nəticə, adətən, bir saatdan sonra mövcud çöküntünün uzunluq ölçüsü ilə müəyyən olunur.

Значение слова в других словарях