EŞQBAZLIQ

is.
1. Eşq macəralarına meyil, yalandan eşq yetirmə, məhəbbətdən danışma, sevişmə.
…Uşaqlarımız bekar qalanda ya gərək teatrlarımıza gedib eşqbazlıq nümayişlərinə tamaşa eləsinlər, ya gərək küçə qapılarının ağzına yığışıb yoldan ötüb keçənlərə “ğoğo” eləsinlər… C.Məmmədquluzadə.
[Qafar:] Mən necə səni eşqbazlıq teatrına aparım. S.S.Axundov.

2. Aşiqlik, vurğunluq.
Şərm eylə bu eşqbazlıqdan; Bifaidə cangüdazlıqdan! Füzuli.
Ağlını cəm elə, olma sərsəri; Səndə yoxdur eşqbazlıq əsəri. Aşıq Pəri.

□ Eşqbazlıq eləmək – aşiqanə macəralarla məşğul olmaq, arvadların dalınca düşmək, arvadlarla sevişmək, onlara yalandan eşq yetirmək.
[Nəcəf:] Mən eşqbazlıq eləyəndə sən heç ananın qarnında yox idin. İ.Əfəndiyev.

Синонимы

  • EŞQBAZLIQ 1. EŞQBAZLIQ, SEVİŞMƏ, AŞNABAZLIQ 2. eşqbazlıq bax vurğunluq
  • EŞQBAZLIQ aşiqlik — vurğunluq
  • EŞQBAZLIQ arvadbazlıq — şorgözlük
EŞQBAZ
EŞQLİ
OBASTAN VİKİ
Eşqbazlıq
Flirt və ya eşqbazlıq — vədlər səviyyəsini çox yüksəltməyib, cinsi əlaqələrin bəzi ehtimalını və ya gözləntilərini göstərən bir görüşmə forması. Mövcud münasibətləri, həm də münasibətlərin başlanmasına hazırlığ simvolu kimi qeyd oluna bilər.

Значение слова в других словарях

-л-(ь) алжи́рка бранли́вый за́йчик замоли́ть ко́рюшки ма́рево отставной козы бараба́нщик прокле́ивание пушко́вый рухлый шагардай behalf black lung electrocorticography logotype provincialize rain-worm shirr Typhoid Mary докатить перебирать санный сопоставлять цирюльня