FƏND-FEL

fars. fənd, ər. feil

Hiylə, kələk, fırıldaq, dolab, qurğu. (“Koroğlu” dastanının lüğəti)

Özü də həm paşa idi, həm də çox bacarıqlı qoşun böyüyü idi. Dava dəsgahının min bir fənd-felini sinədəftər eləmişdi. (“Həmzənin Qıratı aparmağı”)

*

İndi biz gərək burda düşüb səhəri gözləyək. Koroğlunun fənd-felindən baş açmaq olmaz. (“Koroğlu ilə Bolu bəy”)

*

Qarı düşmən, fənd-felini bilirəm,

Dəlilərim bu şəhərdə qalıbdı.

Saat yarım sizə möhlət verirəm,

Dəlilərim bu şəhərdə qalıbdı.

                         (“Qulun qaçmağı”)

FƏLƏQQƏ
FƏRAQ ƏRƏB
OBASTAN VİKİ
Fel
Feil — ümumqrammatik mənasına görə iş, hal və hərəkəti bildirib, zaman, şəxs və kəmiyyətcə təsriflənən əsas nitq hissəsidir. Feillər müxtəlif forma və zamanlarda işlədilərək "nə etmək?", "nə etdi?", "nə etmişdir?" "nə edir?", "nə edəcək?", "nə edər?" və s. suallarına cavab olur şəxsə və kəmiyyətə görə dəyişir təsdiq və inkar, təsirli və təsirsiz olur. == Feilin mənaca növləri == İş feilləri: yağla(maq), tik(mək), rənglə(mək), kəs(mək), yaz(maq) bişir(mək), qur(maq) və s… Nitq feilləri: danış(maq), dinlə(mək), qulaq as(maq), sus(maq), pıçılda(maq) və s. Hərəkət feilləri: get(mək), düş(mək), en(mək), qalx(maq) gəl(mək) qaç(maq) və s… Təfəkkür feilləri: duy(maq), xatırla(maq), zənn et(mək), duyğulan(maq), sevin(mək), dərk et(mək) və s… Hal-vəziyyət feilləri: ağar(maq), gözəlləş(mək), nərildə(mək), gül(mək), fərəhlən(mək) və s… == Feilin quruluşca növləri == Sadə feillər: Ancaq bir kökdən və qrammatik şəkilçidən ibarət olan feillərə sadə feillər deyilir. Məsələn: al, oxu(yur), get, al(dı), gəl(ir) və s. Düzəltmə feillər: Kökə və sözdüzəldici (leksik) şəkilçiyə malik olan feillər düzəltmə feillər adlanır. Məsələn: baş-la(maq), ağ-ar(ır), iş-lə(mək), gör-üş(mək) və s. Mürəkkəb və tərkibi feillər: İki sözün birləşməsindən əmələ gələn feillər mürəkkəb feillər adlanır. Məsələn: deyir-gülür, ölçdü-biçdi, bəzənib-düzənir, atılıb-düşür və s.
Le-Fel
Le-Fel (fr. Le Fel, oks. Lo Fèl) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Antreq-syur-Tryuyer kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12093. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 145 km şimal-şərqdə, Rodezdən isə 35 km şimalda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 171 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 99 nəfər arasında (15-64 yaş) 72 nəfər iqtisadi fəal, 27 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72,7%, 1999-cu ildə 65.2%).

Значение слова в других словарях