FƏNN

is. [ ər. ]
1. Elm, bilik sahəsi, tədris obyekti. Riyaziyyat fənni. Zoologiya fənni kabineti.
[Teymur müəllim] yalnız sinifdə deyil, kənarda da öz sevimli fənni coğrafiyadan saatlarla danışmağı sevərdi. Ə.Sadıq.

2. bax fənd 1-ci mənada.
Yaman gündə tamam durub kənara; İstər bir fənn ilə özün qurtara. Q.Zakir.
Hər fənn ediriksə, işimiz tutmayır əsla; Ax!… Ax!… O keçən günlərimiz noldu, xudaya. M.Ə.Sabir.

3. Elm, texnika, bilik.
Bəlkə bir vaxt elm və fənn bərəkətindən bu işlər düzələ. C.Məmmədquluzadə.
Elmi, fənni, sənəti; Hər yana kitab yayır. M.Seyidzadə.

Омонимы

  • FƏNN FƏNN I is. [ ər. ] Elm, bilik. Elmə, fənnə, üdəbayə baxalım nifrət ilə (M.Ə.Sabir). FƏNN II is. [ ər
FƏNƏRYANDIRAN
FƏRAQ

Значение слова в других словарях