– Aqronomlar deyirlər ki, faraş səpin yaxşı olur.
Faraş səpilmiş reyhan iyi adamı valeh edir.
// Mövsümündən, vaxtından qabaq doğulan (ev heyvanları haqqında). Faraş balalar isə hər gün çimizdirilməli və sərinlikdə saxlanmalıdır.
// Tezyetişən, tezböyüyən. Faraş kələm. Faraş göyərti.
– [Gülşən] manqa üzvlərinə altdan-altdan baxıb, kimin nə cür işlədiyinə ciddi nəzər saldıqdan sonra faraş bir kolun yanına gəldi.
Bir səs deyir: – Rza, durma! Rza, yaz! Qırçın tarla, faraş qoza, bol pambıqlı yaza yaz!
◊ Faraş gəlmək – 1) vaxtından qabaq özünü göstərmək, havaların qızışması (əsasən yaz mövsümü haqqında).
İl faraş gəlsə, yaylaqda ot, qışlaqda güzdək və xəsil bol olsa, qoyun saxlamaq asandır.
Yaz da bu il dağ ətəyinə faraş gəlmişdi. ;
2) sürətlə inkişaf etmək, gözlənildiyindən tez böyümək.
Muğanın pambığı faraş gələndə; Qozalar gül açıb üzə gülərdi.