Fizzə Məmmədova
Fizzə Məmmədova (Tam adı: Fizzə Sadıx qızı Məmmədova; d. 1953 22 aprel, Naxçıvan) — AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent, “Təmiz Dünya” İctimai Birliyinin sədri.
== Həyatı və Təhsili ==
Fizzə Məmmədova 1953-cü il 22 aprel tarixində Azərbaycanın Naxçıvan bölgəsində anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirmişdir. Kimya üzrə fəlsəfə doktorudur. Namizədlik (PhD) dissertasiyasının mövzusu 02.00.02 – analitik kimya, ixtisas şifri isə "Azosafraninlər stibium və bismutun ekstraksiyalı-fotometrik təyinində"dir. Fizzə Məmmədova pedoqoji fəaliyyətlə yanaşı, həm də “Təmiz Dünya” İctimai Birliyinin sədridir.
== Pedoqoji fəaliyyəti ==
Fizzə Məmmədova fiziki kimya ixtisası istiqamətində 182 elmi əsərin, 10-dən çox elmi publisistik məqalənin, o cümlədən 8 şadətnamənin, 7 müəlliflik şadətnaməsinin, 1 patentin, 1 monoqrafiyanın, 2 qrant layihəsinin müəllifidir. Çapdan çıxmış elmi əsərlərinin 17-si xaricdə çıxmışdır. Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda 3 məqaləsi çap olunmuşdur.