FOSFOR

[yun. phos, phoros-işıqsaçan] фосфор (бязи минералрик, гьайванрин кӀарабрик, пепейрик ва мс. жедай фад цӀай кьадай ва мичӀи чкада цӀарцӀар гуз экв гудай химический затӀ); ağ fosfor лацу фосфор.
FOSFAT
FOSFORİT
OBASTAN VİKİ
Fosfor
Fosfor (P) – (yunanca "İşıqdaşıyan") D. İ. Mendeleyevin elementlərin dövri sistemində 15-ci element. Fosforun təbiətdə 3 allotropik modifikasiyası bilinməkdədir. Ağ, qara və qırmızı fosfor. Ağ fosfor zəhərlidir. Onu qızdırdıqda qırmızı fosfora çevrilir. Qırmızı fosfor kükürd və şüşə qırıntıları ilə birlikdə kibrit istehsalında istifadə olunur. == Adı == Azərbaycan dilindəki Fosfor sözü avropa dillərindən Phosphorus sözündən gəlib, daha öncə latınca phōsphorus olmaqla kökü yunanca φωσφόρος (phōsphóros) "işıq daşıyıcı" mənası verir. XX-ci əsrə kimi köhnə Azərbaycan dilində bu kimyavi maddə üçün atəşçıxarıcı (az.-əski. آتش چیقاریجی‎) sözü işlənirdi. == Kəşfi == Ağ fosfor 1669-cu ildə Hamburqlu ehtiyat əsgər Xenninq Brand tərəfindən kəşf olunmuşdur.
Fosfor oksidləri
Fosfor oksidləri — Fosfor azot kimi yeddi müxtəlif oksid əmələ gətirir. Bu oksidlərdən ikisi: fosfor (III) oksid P2O3 və fosfor (V) oksid P2O5 hərtərəfli öyrənilmişdir. Fosfor (III) və (V) oksidin bir ümumi xüsusiyyəti vardır: onlar hətta buxar halında da dimer formasında olur. Yəni bu oksidlərin həqiqi formulları P4O6 və P4O10 kimidir. Onların daha sadə emprik formulları P2O3 və P2O5 kimi göstərilir. Fosfor (III) oksid ağ rəngli, zəhərli, kristal maddədir. İşıqda davamsızdır, əvvəl saralır, sonra isə qızarır. Bu fosfor (III) oksidin qismən parçalandığını və reaksiya məhsullarından birinin qırmızı fosfor olmasını göstərir. Qızdırdıqda disproporsiyalaşır. Fosfor oksidləşdikdə oksigen çatışmırsa fosfor (III) oksid əmələ gəlir.
Fosfor (mifologiya)
Fosfor ( q.yun. Φωσφόρος) və ya Eosfor (q.yun. ἑωσφόρος) — qədim yunanlar arasında qütb ulduzunun təcəssümü (Venera). Qədim Romada Lusifer, slavyanlar arasında Dennitsa olmuşdur. Simvolik olaraq Forfor şərqi, Hesper qərbi ifadə edirdi. Həmçinin, "Fosfor" məşəl daşıyan və işıq gətirən ilahələrə verilən ad idi: Artemida (Diana Lucifera), Eos, Hekata, Yunona, Lusina.
Fosfor oksidi (V)
4P + 5O2 ---2P2O5 Fosfor (V) oksidkimyəvi xassələrinə görə digər turşu oksidlərinə oxşayır. Temperaturdan və götürülən suyun miqdarından asılı olaraq müxtəlif turşular alınır. P2O5 + H2O ---0*C 2HPO3 P2O5 + 2H2O---20*C H4P2O7 P2O5+ 3H2O---100*C 2H3PO4 P2O5 suuducu xassəyə malikdir. Məsələn,o nitrat tuşusunu N2O5-ə,perxlorat turşusunu isə Cl2O7-Yə çevirir.
Fosforamid
Fosforamid molekulyar formulu O=P(NH2)3 olan kimyəvi birləşmədir. Bu, hidroksil qruplarının hər birinin bir amin qrupu ilə əvəz olunduğu fosfor turşusunun törəməsidir. Fosforamid fosforilxloridin ammonyak ilə reaksiyasından yaranır. Polyar həlledicilərdə həll olan ağ bərk maddədir. Nəmli havada ammonium duzuna hidroliz olunur: 2 H2O + OP(NH2)3 → NH4+[HPO3(NH2)] + NH3 Natrium hidroksid ilə reaksiya ammonyakın ayrılması nəticələnir:[1] NaOH + OP(NH2)3 → NaO2P(NH2)2 + NH3 Tiofosforil birləşməsi P(=S)(NH2)3 tiofosforil-xloridin ammonyak ilə reaksiyasından alınmışdır. == Fosforamidlər == Əsas məqalə: Fosforamidlər Fosforamid həmçinin fosforamidlər adlanan bir sıra törəmələrin sintezi üçün əsas birləşmədir.[2] Nümunə birləşmə polyar həlledici heksametilfosforamiddir (HMFA). == İstinadlar == === Mənbə === ^ Robert Klement, Otto Koch (1954). "Phosphoroxy‐triamid und Phosphorthio‐triamid". Chemische Berichte. 87 (3): 333–340.
Fosforit müharibəsi
Fosforit müharibəsi (est. Fosforiidisõda) — Estoniya SSR-da 1980-ci ildə başlamış genişmiqyaslı ekoloji etirazlar. Etirazlara səbəb ölkənin şimal şərqində olan fosforit yataqlarının işlənməsi ilə bağlı planlar idi. Etirazlar uğur qazanmaqla yanaşı həm də, Estoniyanın azadlığı uğrunda hərəkatın inkişaf etməsinə də təsir etdi. Etirazçılar ekoloji tarazlığın pozulmasından qorxduqları qədər həm də digər sovet respublikalarından bura işçilərin gətirilməsindən və nəticədə demoqrafik balansın pozulmasından da narahat idilər. Etirazların uğur qazanması siyasi tələbli etirazların da inkişafına və sovet hökumətinin də nüfuzunun düşməsinə səbəb oldu. == Ümumi məlumat və başlanğıc == Fosforit yataqların Estoniyanın şimalında müxtəlif ərazilərdə tapılmışdı. O cümlədən də Avropada ən böyük fosforit yatağı da Lyaene-Virumaa bölgəsinin Rakvere rayonunda tapılmışdı. Estoniyada fosforit yatağının işlənməsinə 1924-cü ildə Maardu yaxınlığında başlanılır. Digər mədənlərin də kəşfiyyatı və işlənməsi 1991-ci ilə qədər davam edib.
Fosforitlər
Fosforitlər — 50%-dən çoxu apatit və ya martinit qrupuna aid amorf və ya mikrokristallik kalsium fosfatlarından ibarət olan süxurlar. Fosforitlər P2O5 miqdarının aşağı həddi 18%-dir. Geoloji-kəşfiyyat işində tərkibində 5% P2O5 olan fosforitlər fosforit filizləri adlanır. Təmiz fosforitlərin rəngi ağ, lakin təbiətdə rəngləyici maddələrin qarışığından asılı olaraq, adətən, qara və boz, nadir hallarda yaşıl, qırmızı, sarı və açıq boz rəngdə olur. Fosforitlərin quruluşu massiv, jelvak, dənəvər, kavernalı, şlakabənzər, çaqıllı, teksturu-təbəqəli, axın formalıdır. Fosforitlər: lay, jelvak (konkresiya), dənələr, qabıqlı, karst, ada, mağara və metamorfizləşmiş əsas tiplərə ayrılır. Birinci 4 tip dənizin dibində, ehtimala görə, 30–300 m dərinlikdə əmələ gəlir. Onlar biokimyəvi (Buşinski, 1966), kimyəvi (Kazakov, 1939) və ya biogen (Mensfild-Brongerema-Sanders) mənşəli hesab edilirlər. Fosforitlər quruda, dəniz və okean dibində geniş yayılaraq estuaridən dərin su fatsiyalarına qədər fosforitli çökmələrin batimetrik sırasını əmələ gətirir. Əsasən, fosfat gübrələri kimi, daha az elementar fosfor almaq üçün istifadə edilir.
Fosforlu Cevriyə (Türk romanı)
Fosforlu Cevriyə (Türk romanı) (türkcə:Fosforlu Cevriye) — Türkiyə yazıçısı Suat Dərvişin 1944-1945-ci ildə mətbuatda yayınlanan, 1968-ci ildə kitab kimi nəşr etdirdiyi roman == Haqqında == Romanda 1930-cu illərdə İstanbulun Galata məhəlləsində yaşayan bir küçə qızı Cevriyenin polisdən qaçan bir kişiyə olan sevgisindən bəhs olunur. Sadə dildə yazılmış əsərdə, cəmiyyətin müxtəlif təbəqələrindən olan insanların obrazı yaradılmışdır. Roman dörd hissədən ibarətdir: "Polis bölməsində ayna var", "Qızın qolunda bir möhür var", "Gözlərindən bəllidir Cevriyəm" və "Qara bir sevginiz var". 1944-1945-ci illər arasında təfriqə halında yayınlanan romanın motivləri əsasında 1959-cu ildə “Fosforlu Cevriyə”, 1969-cu ildə isə “Mənə Fosforlu deyirlər” adı ilə film çəkilmişdir. 1968-ci ildə May Yayıncılık tərəfindən bir kitab kimi nəşr olunmuşdur. Müəllif 1972-ci ildə romanını ssenari şəklində işləyərək aktrisa Gülriz Sururiyə həsr etmişdir. Əsərə 2008-ci ildə bir musiqi mətni yazılmış və Gülriz Suririnin rəhbərliyi ilə Ankara Dövlət Teatrları tərəfindən səhnələşdirilmişdir. === Məzmun === Pozğun qadın olan Cevriyə, əlində heroin tutulduğuna görə sürgünə göndərilir, lakin sevdiyi adama qovuşmaq üçün sürgündən qaçır. Polis tərəfindən tutulduqda yenidən sürgün olunacağından qorxaraq polis bölməsinə girməyə qorxur. Vəziyyəti bilən dostu Top Melahət, onu dəstəkləyir və Cevriyənin qaçma planını izah edir.
Fosforlu gübrələr
Fosforlu üzvi birləşmələr
Fosforlu üzvi birləşmələr — tərkibində fosfor olan birləşmələrə deyilir.
Fosforun dövranı
Fosforun dövranı — bioloji və biokimyəvi proseslərdə böyük rol oynadığı üçün mühüm kimyəvi elementlərdən biri sayılır. Litosferdə fosforun əksər hissəri kristal süxurlar olub apatitlərin tərkibində olur (95%).
Oksidləşdirici fosforlaşma
Oksidləşdirici fosforlaşma – bioloji oksidləşmənin xüsusi növü olmaqla, hüceyrə və toxumalarda adenozindifosfatın (ADF) fosfat turşusu iştirakında adenoziltrifosfata (ATF) çevrilməsi prosesidir: ADF + H3PO4→ ATF + H2O Hidrogen ionlarının oksidləşmə substratından oksigenə qədər çoxmərhələli daşınma prosesində ilkin substrat bütün enerjisini itirir. Bu enerji hüceyrədə tənəffüs zəncirinin hər bir mərhələsində tədrici olaraq zəngin enerjili ATF molekulları şəklində toplanır. Ona görə də bioloji oksidləşmənin normal gedişi üçün onun hər bir mərhələsində ADF və fosfat turşusunun olması zəruridir. Qeyd etmək lazımdır ki, oksidləşmə prosesində fasiləsiz olaraq ATF əmələ gəlməsinə fosfat turşusu sərf olunur. 1930-cu ildə rus biokimyaçısı V.A.Engelhardt eritrositlər üzərində tədqiqat apararaq oksidləşdirici fosforlaşma ilə toxuma tənəffüsü arasında əlaqə olduğunu müəyyən etdi. Sonralar aydın oldu ki, oksidləşdirici fosforlaşma mitoxondrilərdə baş verir. "Mitoxondri" termini hələ 1900-cü ildə elmə daxil olsa da, bu hüceyrə orqanoidi bioloji mənbələrdən ilk dəfə 1934-cü ildə əldə olunubdur. 1946-cı ildə isə Klod və Xoçkin göstərmişlər ki, si-toxromoksidaza mitoxondrilərdə yerləşir. Mitoxondrilər membranla əhatə olunmuş yumurtaşəkilli hissəciklərdir. Onların forması hüceyrənin növündən, funksional vəziyyətindən asılıdır.
Fosforlu Cevriyə
Fosforlu Cevriyə (Türk romanı) (türkcə:Fosforlu Cevriye) — Türkiyə yazıçısı Suat Dərvişin 1944-1945-ci ildə mətbuatda yayınlanan, 1968-ci ildə kitab kimi nəşr etdirdiyi roman == Haqqında == Romanda 1930-cu illərdə İstanbulun Galata məhəlləsində yaşayan bir küçə qızı Cevriyenin polisdən qaçan bir kişiyə olan sevgisindən bəhs olunur. Sadə dildə yazılmış əsərdə, cəmiyyətin müxtəlif təbəqələrindən olan insanların obrazı yaradılmışdır. Roman dörd hissədən ibarətdir: "Polis bölməsində ayna var", "Qızın qolunda bir möhür var", "Gözlərindən bəllidir Cevriyəm" və "Qara bir sevginiz var". 1944-1945-ci illər arasında təfriqə halında yayınlanan romanın motivləri əsasında 1959-cu ildə “Fosforlu Cevriyə”, 1969-cu ildə isə “Mənə Fosforlu deyirlər” adı ilə film çəkilmişdir. 1968-ci ildə May Yayıncılık tərəfindən bir kitab kimi nəşr olunmuşdur. Müəllif 1972-ci ildə romanını ssenari şəklində işləyərək aktrisa Gülriz Sururiyə həsr etmişdir. Əsərə 2008-ci ildə bir musiqi mətni yazılmış və Gülriz Suririnin rəhbərliyi ilə Ankara Dövlət Teatrları tərəfindən səhnələşdirilmişdir. === Məzmun === Pozğun qadın olan Cevriyə, əlində heroin tutulduğuna görə sürgünə göndərilir, lakin sevdiyi adama qovuşmaq üçün sürgündən qaçır. Polis tərəfindən tutulduqda yenidən sürgün olunacağından qorxaraq polis bölməsinə girməyə qorxur. Vəziyyəti bilən dostu Top Melahət, onu dəstəkləyir və Cevriyənin qaçma planını izah edir.
Keyk (Fosforun oğlu)
Keyk (q.yun. Κήϋξ) — qədim yunan mifologiyasındakı personaj. Fosforun oğlu (yaxud Hesper və Filonida), Eolun oğlu, da adlanır. Alkionanın əri idi. Başqa bir versiyaya görə, Keyk Klarda Apollona getmiş və gəmi qəzasında vəfat etmişdir. Həyat yoldaşı özünü dənizə atdı və ikisi də balıqçıl oldular.

Значение слова в других словарях