FOTOŞƏKİL (aparatla çəkilmiş şəkil) Redaksiya rəssamı fotoşəkli çox qaşıyıb düzəliş etdiyi üçün Salah özünə az oxşayırdı (H.Abbaszadə); ƏKS Bütün şəkillər də hamısı eyni biçimdə, eyni boyda idilər və burada da yalnız bircə şəkil – ortadan asılmış gənc güləş sifətli oğlanın əksi o birilərindən dəfələrlə iri idi (Anar); FOTO Foto tünd rəngli çərçivədə idi (Anar); FOTOQRAFİYA ...qız fotoqrafiyalarını seyr edib, gəlib oturdu (Çəmənzəminli); ŞƏKİL (dan.) [Zeynal:] Kişi şəklin xarab çıxdığını söylədi (B.Bayramov).