freska-rəsm

freska-rəsm
freska
freskalı
OBASTAN VİKİ
Freska
Freska —Təzə mala üzərində sulu boya ilə çəkilmiş şəkil, rəsm, naxış. Freska divar rəsmlərinin əsas texnikasıdır.
Parnas (freska)
Parnas (it. Parnaso) —İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri.Rafel əsəri 1511-cu ildə çəkmişdir.Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir.Parnas əsəri hal-hazırda Vatikanda saxlanılır.
Rəsm
Təsviri incəsənətdə rəsm — eskiz və ya etüddən fərqli olaraq bitmiş xarakterə malik və müəyyən bədii mənaya sahib olan əsər. Freskadan və ya kitab miniatürlərindən fərqli olaraq rəsmin müəyyən interyer və ya dekorasiya sisteminə bağlı olması vacib deyildir. Hər bir rəsm əsəri adətən üç hissədən ibarət olur ki, bunlar bünövrə (kətan, taxta, metal, karton, kağız, daş, ipək və s.), zəmin və boya qatıdır. Leone Battista Alberti, De Pictura (On Painting), 1435.
Avatar (rəsm)
Avatar — vizual gap (CHAT), yaxud virtual reallıq proqramlarında istifadəçini təmsil edən kiçik rəsm. Ölçüləri müxtəlif olur, ancaq 100x100, 50x50, 120x120 piksel ölçülü avatarlar daha geniş yayılıb. Hind mifologiyasına görə, avatarlar tanrıların yerüzünə endikləri zaman büründükləri şəkillərdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2017, 996 s.
Başqırdlar (rəsm)
Başqırdlar (rusca:Башкиры) — rəssam Uilyam Allan tərəfindən 1814-cü ildə yağlı boya ilə çəkilən rəsm əsəridir. Rəsm əsəri hal-hazırda Rusiyanın Peterburq şəhərindəki Ermitaj Muzeyində saxlanılır. == Çəkilişi == Rəsm 1814-cü ilin payızında Edinburqda Uilyam Allan tərəfindən şəkilmişdir. Rəsimdə Napoleon müharibələri zamanı Başqırd atlılarının geyimləri və silahları göstərilmişdir. Uilyam Allan qeyd edirdi: 1815-ci ildə Uilyam Allanın rəsmi xalqa ilk dəfə təqdim edildi. 1816-cı ilin dekabrında gələəkdəki rus imperatoru I Nikolay səyahəti zamanı Edinburqdakı Uilyam Allanın sexinə gəldi. Bu görüş yerli qəzetlərin birində belə təqdim edilmişdi: Bu görüşdən sonra I Nikolay rssamın 3 rəsmini almışdır - "Başqırdlar", "Sərhəd mühafizəçisi" və "Aslan Gəray və Alkaziya Kuban çayını keçir". Birinci və ikinci əsər Ermitaj Muzeyində, üçüncü əsər isə Dağıstan İncəsənət Muzeyində sərgilənməkdədir. Əsər Rusiyaya gətirildikdən sonra Aniçkov Sarayında - I Nikolayın öz ofisində idi və "Üç kəndli ilə danışan iki başqır" adı altında siyahıya alındı. 1920-ci ildə rəsm əsəri Ermitaja göndərildi.
Gernika (rəsm)
Gernika (isp. Guernica) - İspan rəssam Pablo Pikassonun 1937-ci il 26 aprel İspaniya vətəndaş müharibəsində alman və italyan hava qüvvələrinin İspaniyanın Basklar ölkəsi regionunda Gernikanın bombardman edilməsinə həsr olunmuş məşhur əsərlərindən biri. Bu bombardman nəticəsində 250 ilə 1.600 arasında insan həlak olmuş, çox sayda insan isə yaralanmışdır.
Kupidon (rəsm)
"Kupidon" (ing. Cupidon) — Vilyam Buqronun 1875-ci ildə yağlı boya ilə kətan üzərində çəkdiyi rəsm əsəri. Əsər 1875-ci ildə Paris şəhərində tamamanmışdır. Əsərdə mifik qəhrəman olan Kupidon təsvir edilmişdir.
Mahnı (rəsm)
"Mahnı" — Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun 1970-ci ildə çəkdiyi rəsm əsəri. == Təsvir == Əsərin mərkəzində açıq sarı fonda çiçək açan ağacın qarşısında stullarda əyləşmiş qırmızı, ağ və göy rəngli paltar geyinmiş, başlarına papaq taxmış və alətlərdə (nağara, klarnet, tütək) ifa edən üç musiqiçi təsvir edilmişdir. Onlarla üzbəüz ağ süfrə ilə örtülmüş stolun üstündə kiçik vazada qızılgüllər, çaynik, nazik stəkan, içki şüşəsi və təndir çörəyi təsvir edilmişdir. Şəklin aşağı sağ küncündə uzanmış quzu görürük. Rəsm kətan üzərində yağlı boya texnikası ilə işlənib. Şəkil boyu daha çox açıq rənglərdən istifadə olunduğunu görürük. Şəkildəki soyuq və isti rənglər harmoniya ilə verilmişdir. İşıq və qaranlıq tarazlığı yaxşı vurğulanıb. Şəkildə şaquli, üfüqi və diaqonal xətlərdən istifadə olunub. Şəkildəki musiqiçilərin arxasında çiçək açan ağacın təsvirindən bahar olduğunu anlamaq mümkündür.
Muğam (rəsm)
"Muğam", bəzən Muğam üçlüyü — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1965-ci ildə çəkdiyi rəsm əsəri. Nərimanbəyovun 1965-ci ildə sənətinin ilk çağlarında çəkdiyi “Muğam” kompozisiyası Azərbaycan rəssamlığının ən mühüm əsərlərindən sayılır, eyni zamanda Nərimanbəyovun ən məşhur rəsm əsərlərindən biridir. Əsər hal-hazırda Azərbaycan Milli İncəsənət Muzeyində sərgilənir. Rəsmdə tünd kostyum geyinmiş və xalq çalğı alətlərində ( dəf , tar və kamança ) ifa edən muğam ifaçıları təsvir edilmişdir. Onların ayaqları altında milli naxışlarla işlənmiş Azərbaycan xalçası var. Rəsmin aşağı sol küncündə milli geyimli, əlində nar olan balaca qız uşağı görürük. Bu şəkil Böyük Sovet Ensiklopediyasında Toğrul Nərimanbəyov haqqında məqaləyə illüstrasiya kimi verilmişdir. Arxa fonda qara və mavi rənglərlə məkan görünüşü yaratmağa çalışan Nərimanbəyov musiqiçiləri xalçadan bir qədər yüksəkdə təsvir edərək, Azərbaycan incəsənətində muğamın daha yüksək olması fikrini müdafiə edib. Rəssamın ənənəvi geyimli, əlində nar tutan balaca qız uşağı təsvir etməklə ifadə etmək istədiyi fəlsəfi ideya ondan ibarətdir ki, milli folklorda sirr, bolluq, bərəkət və birlik rəmzi sayılan nar, həm də uşaqların əlində təmizlik simvoludur. Sənətşünas, Azərbaycan Dövlət Rəsm Qaleryasının rəhbəri Qalib Qasımov bu əsəri belə şərh edir: Biz rəsmə baxan zaman muğam üçlüyü, onların ayağının altındakı xalçalar və küncdə dayanan qızı görürük.
Rəsm proqramı
Microsoft Paint ― rastr şəklində qrafika, yəni ayrı-ayrı xətlər, əyrilər və başqa fiqurlar deyil, piksellər (nöqtələr) yığını kimi saxlanılan görüntülər yaratmağa imkan verən tətbiqi proqram. Rəsm proqramı şəkli nöqtələr qrupu kimi emal etdiyindən o, xüsusən əllə çəkmək üçün daha əlverişlidir. Belə proqramda xətlər, əyrilər və həndəsi fiqurlar çəkmək üçün alətlər olsa da, alınmış fiqurlarla ayrıca obyektlər kimi işləmək imkanı olmur. Bu proqramlarda həmçinin şəklin hər hansı kiçik hissəsinin böyüdülərək “nöqtə-nöqtə” dəyişdirilməsi funksiyası olur. Rəsm proqramına misal olaraq Microsoft Paint proqramını göstərmək olar.
Suzanbağıları (rəsm)
Suzanbağıları (fr. Les Nymphéas) — fransız impressionizm cərəyanının görkəmli rəssamlarından olan Klod Mone tərəfindən, həyatının son 30 ili ərzində hazırlanmış və 250-yə yaxın yağlı boya tablodan ibarət olan rəsm əsəri. Bu tablolar bir çiçək bağçasının, xüsusilə Monenin Parisdəki evinin bağçasındakı kiçik dərə və gölməçələrdə su içində yetişən suzanbağı çiçəklərinin rəsmləridir. Mone bundan əvvəl Parisdəki Sen-Lazar vağzalı stansiyasının gün ərzində fərqli işıq və hava şəraiti altında rəsmlərindən ibarət olan "Sen-Lazar vağzalı" seriyasını və 1890–91-ci illərdə eyni baxış tərzi ilə "Saman yığınları" seriyasını hazırlamışdı. "Suzanbağıları" bu yanaşmanın daha geniş formasında olub, dəyişkən işıq və hava şəraitində suzanbağı çiçəklərinin necə dəyişkən formada çəkiləcəyini sınamaqdadır. Rəssam bu əsərləri çəkməklə məşğul olarkən gözlərində yaranan kataraktadan əziyyət çəkirdi. Bu tablolar fərqli formalarda (kvadrat, düzbucaq, dairəvi və başqa formalı) və ölçülərdə (bəziləri bir neçə metr böyüklükdə) kətanlar üzərində çəkilib. noyabr 1890: Mone Jivernidəki evini satın alması və bağçasını dəyişdirərək yenidən qurması. may 1895: Monenin "Suzanbağıları" tabloları seriyasını hazırlamağa başlaması. noyabr 1901: Monenin Jivernidə bağçada yetişdirilən ekzotik bitkilərin su ehtiyacını qarşılamaq üçün yaxınlıqdakı Epte suyunun axarını dəyişdirərək bağçadan axmasını təmin etməsi.
Çimən (rəsm)
Çimən (fr. Baigneur) — Fransız boyakarı Pol Sezannın məşhur rəsmlərindən biridir. Əsər ABŞ-nin Nyu-York ştatında yerləşən Müasir İncəsənət Muzeyində saxlanılır.
Rəsm əsəri
Rəssamlıq — təsviri incəsənətin ən qədim növlərindən biri olub. Sərt və yumşaq kətana rənglərin çəkilməsi, rəqəm texnologiyası və xüsusi texnologiyalarla real predmetə və canlıya oxşar vizual təsvirin yaradılması. Rəssamları digər sənət adamlarından fərqləndirən bir çox xüsusiyyətləri var. Ən əsası odur ki, onlar gözlə görünməyən obrazları belə, cızırlar. Rəssamlıqda real aləmin həcmi, rəngi, məkan, əşyaların maddi forması, işıq və hava mühiti və s. kimi gözlə qavranılan, obyektiv surətdə mövcud olan əlamətlər canlandırılır. Rəssamlıq sənətinin əsas əlamətləri obrazlıq, emosionallıqdır. Bu əsərlərin obrazları ideya və mövzunun, süjet və xarakterlərin vəhdətinə əsaslanır. Bədii obrazın bu komponentləri rəsm, kompozisiya, kolorit, işıq-kölgə, perspektiv, ritm kimi təsvir və ifadə vasitələri ilə konkretləşdirilir. Rəssamlıq sənəti bədii-estetik funksiyaların çoxcəhətliliyi ilə bağlı müxtəlif növlərə bölünür: monumental rəssamlıq; dekorativ rəssamlıq; teatr-dekorativ rəssamlığı; miniatür rəssamlıq; dəzgah rəssamlığı.
Ana (rəsm əsəri)
Ana — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1966-cı ildə çəkdiyi rəsm əsəri. Azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1966-cı ildə çəkdiyi "Ana" rəsmində üzü qırışlı bir qadın təsvir olunub. O bu portret üçün öz dayəsini model seçib. == Fon == 1930-cu ilin sonlarında Toğrul Nərimanbəyovun atası Fərman Nərimanbəyov Avropada təhsil almış digər azərbaycanlılar kimi represiyyaya məruz qalır və Sibirin Marinski şəhərinə sürgün edilir. Daha sonra anası da həbs edilərək sürgün edilir. Toğrul Nərimanbəyov bir müddət anası ilə birgə həbsdə yaşayır. Daha sonra məktəbə başlayır və səhərlər dərsə gedib axşam yenidən həbsxanaya qayıdaraq çətin şəraitdə təhsil alır. 1941-ci ildə Fransa Almaniya tərəfindən işğal olunarkən Toğrul Nərimanbəyovun anası İrma xanımın qarşısına Fransa vətəndaşlığından çıxması əks halda sürgün edilməsi şərti qoyulsa da o vətəndaşlıqdan çıxmayaraq əvvəlcə Qostanaya daha sonra Səmərqəndə sürgünə göndərilir. Valideynləri həbsdə olduğu bu illərdə Toğrul və qardaşına Polyak əsilli dayələri Anna Andreyevna baxır. Əsərdə rol modeli məhz Anna Andreyevnadır.
Babil qülləsi (rəsm)
Babil qülləsi — Flamand rəssam Piter Breygelin eyni mövzu üzərindən çəkdiyi bir neçə tabloya verilən addır. Tablonun 1563-cü il tarixli iki fərqli versiyası günümüzə çatmışdır. Taxta üzərində yağlıboya ilə çəkilmiş olan bu tablolarda, Əhdi-Ətiq də bəhs edilən Babil Qülləsinin (Varlığın kitabı 11: 1-9) tikilişi təsvirlənmişdir. Tabloların biri Vyana Sənət Tarixi Muzeyində, digəri isə Rotterdamdakı Museum Boijmans Van Beuningen-də yerləşir. == Vyana versiyası == Tablonun bu günə qalan iki versiyasından daha məlum olanı, Vyana Sənət Tarixi Muzeyindəki tablodur. Bu versiya, digərinə görə daha böyük ölçülərə malik olduğundan, «Böyük Qala» olaraq da adlandırılır. ==== Məzmunu ==== Breygel bu tabloda, Babil Qülləsi hekayəsini Avropa sənət tarixindəki tipik ələ alınmış surətilə təsvir etdi. Rəsmdə quruluşun böyüklüyünü, sərf olunan əməyin çoxluğunu və tikinti texnikalarını göstərməyə çalışdı. 1553-cü ildə Romaya səfər etmiş Breygelin bu rəsm əsərində Kolizeydən təsirləndiyi görünür. Qüllənin yuxarıya doğru uzanan sütunları, binanın üfüqi yerləşməsi, iki sıra olan kəmər serialları və iç-içə iki divarlı quruluş, rəssamın qüllə təsvirində Romadakı bu binanın xüsusiyyətlərini istifadə etdiyini göstərir.
Fillər (rəsm əsəri)
Fillər (isp. Los Elefantes) — ispan sürrealist rəssam Salvador Dali tərəfindən çəkilmiş rəsm əsəri. == Dalinin əsərindəki fillər == Fillərə Dalinin əsərlərində tez-tez rast gəlinir. Onun "Bir narın ətrafında uçan arının səbəb olduğu yuxudan oyanmadan bir saniyə əvvəl", "Müqəddəs Antoninin cazibəsi" və "Filləri əks etdirən qu quşları" əsərlərində fillərə rast gəlinir. "Fillər" sadə arxa fona sahib olması və digər mövzuların çatışmazlığı ilə Dali tərəfindən çəkilmiş heyvanların əsas fokus nöqtəsi olduğu digər əsərlərdən fərqlənir. Belə ki, Dalinin bir çox əsərlərində çoxlu detallar və maraq nöqtələri mövcuddur. Məsələn, "Filləri əks etdirən qu quşları" əsəri "Fillər" ilə müqayisədə Dalinin repertuarında daha çox tanınır. Leyləkayaqlı fil Dalinin yaradıcılığında ən məşhur simvollardan biridir və İspaniyada yerləşən Dali muzeyinin divarlarını bəzəyir. == Simvolizm == Fillərin müxtəlif mədəni təsvirləri vardır. Onlar tez-tez iri cüssə və çəkilərinə görə güc və üstünlük simvolu kimi qəbul edilir.
Gecə quşları (rəsm)
Yuxusuzlar (ing.Nighthawks) — məşhur ABŞ rəssamı Edvard Hopper tərəfindən 1942-ci ildə çəkilmiş rəsm əsəri. Bu rəsm əsəri Edvard Hopperin ən məşhur əsəri və ABŞ incəsənətinin ən tanınmış işlərindən biridir. Rəsm əsərində gecəyarısı kafedə oturan bir neçə nəfər təsvir olunmuşdur. == Haqqında == Rəsm əsərinin adı olan "Nighthawks" ingilis dilindəki "Night Owl" (Gecə bayquşu) ifadəsindən yaranmışdır. Hopper bu ifadə ilə gecəyarısına qədər yatmayan insanları təsvir etmək istəmişdir. Hopperin evinin yerləşdiyi Manhettindəki Qrinviç Villasınını yaxınlığındakı kiçik bir kafe ona ilham vermişdir. Rəssam bu işinə Pörl-Harbora hücum hadisəsindən sonra başlamışdır. Bu hadisədən sonra ölkə üzərinə çökən ab-hava rəsmdə də əks olunmuşdur. Əsərdə küçədə heç bir insan yoxdur və restoranın içində olanlar isə danışmırlar. Hərəsi öz düşüncəsinə qapılmış kimidir.
Meduza salı (rəsm)
Meduza salı (fr. Le Radeau de La Méduse) — romantizm dövrünün ən tanınmış nümayəndələrindən biri olan fransız rəssamı Teodor Jerikonun rəsm əsəri. Rəsmin yaradılmasına səbəb 1816-cı ilin iyulunda ”Meduza” freqatının qəzaya uğraması olmuşdur. Beləki 1816-cı il 2 iyul tarixində Mavritaniya sahillərindən yan alan “Meduza” freqatı 5 iyulda qəzaya uğrayır. Qəza nəticəsində 147 nəfər ekipaj üzvü tərk edərək sala mindirilmişdir. 15 nəfərdən savayı qalan hamı xilas olma gününə qədər həlak olmuşdur. Sağ qalanlar isə aclıqla mübarizə aparmaq üçün hətta kannibalizmə də yol vermişdilər. Bu hadisə beynəlxalq qalmaqala səbəb olmuşdur. Qəzanın baş verməsi fransız kapitanının səriştəsizliyi ilə əlaqələndirilmişdir. Gənc Teodor Jeriko böyük ictimai marağa səbəb olan bu hadisəni təsvir etməklə karyerasına başlamaq qərarına gəlmişdir.
Suquzğunu (rəsm əsəri)
Suquzğunu — holland rəssam Vinsent van Qoqun kətan üzərində yağlı boya ilə çəkdiyi rəsm əsəri. 1886-cı ilin iyul-dekabr aylarında Parisdə çəkilən rəsm əsəri indi Hollandiyanın Amsterdam şəhərində, Van Qoq Muzeyində saxlanılır. Əsərdə bataqlıqdakı bir suquzğunu təsvir edilir. Quş rəsm əsərinin sağına baxır. Vinsentin adı rəsmin aşağı sol küncündə qeyd olunub.
Umeo rəsm muzeyi
Umeo rəsm muzeyi (isveş dilində:Bildmuseet) — İsveçin şimalında yerləşən Umeo şəhərində müasir incəsənət muzeyi. 2013-cü ildə muzeyi 81 267 nəfər ziyarət etmişdir . Muzey 1981-ci ildə Umeo universitetində təşkil olunmuşdur. Muzeyin kolleksiyasına beynəlxalq və İsveç müasir uncəsənətinin nümunələri, vizual mədəniyyət, dizayn və arxitektura əsərləri daxildir . Umeo rəsm muzeyində həmçinin sərgilər, mühazirələr, konsertlər, tamaşalar və digər mədəni-kütləvi tədbirlər keçirilir. 2012-ci ildə muzey İncəsənət kampusunda yerləşən yeni binaya köçürüldü və öz qapılarını tamaşaçılar üçün 19 may 2012-ci ildə açdı. Yeni rəsm muzeyi Henning Larsen Architects firması tərəfindən inşa edilmiş yeddi mərtəbəli binada yerləşir. Muzey binasının çöl tərəfində pəncərələr nizamsız şəkildə yerləşdirilmişdir. Binanın Ure çayına baxan pəncərələri isə ağ güllərlə bəzədilmişdir .
Yaylaqda (rəsm əsəri)
Yaylaqda — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1966-cı ildə çəkdiyi rəsm əsəri. Toğrul Nərimanbəyovun 1966-1967-ci illərdə çəkdiyi Yaylaqda rəsm əsərində rəssam yaylağı təsvir edib. Rəsm əsərinin mərkəzində xalçanın üzərində iki qadın əyləşib, onlardan arxada isə yüklənmiş arabalar, ön planda isə qoyunla birlikdə papaqlı oğlan təsvir edilib. Nurəddin Həbibov qeyd edir ki, Nərimanbəyov özünün bu əsərində digər rəsmlərində olduğu kimi rənglərin ən yüksək emosionallığına çatıb. Sənətşünas İvan Qorin yazır ki, bu rəsm əsərində fırça burulur, şişir hərəkət edir, mübarizə aparır həyatın mübarizə nəticəsində güclü olduğunu təsdiq edir. Cisimlər elastik rənglər isə şəndir.
İntihar (rəsm əsəri)
İntihar (fr. Le Suicidé) ― Eduard Mane tərəfindən 1877-1881-ci illər arasında tamamlanan kiçik yağlı boya tablosu. Manetin yaradıcılığı çərçivəsində rəsm çox az tədqiq edilmişdir, çünki sənət tarixçiləri Manet sənətinin inkişafı çərçivəsində əsərə yer tapmaqda çətinlik çəkmişlər. Rəsmin təsviri məzmunu yenicə özünü güllələmiş kimi görünən bir adamla - çarpayıda əyilmiş halda hələ də əlində silah tutan - və bir neçə mebel parçası ilə məhdudlaşır. Manet intiharın əvvəlki təsvirlərini sildi və heç bir hekayə məzmunu və ya "mənəviləşdirmə meyli" təmin etdi. Ulrike İlq tablonu Qustav Kurbetin realizmi ilə əlaqələndirərək qeyd edir ki, Kurbet Ornanda dəfn (1849–50) əsərində də ölüm təsvirindən istifadə edib, bu əsər Kurbet sonralar onu yeni bədii yanaşmasının başlanğıcı kimi təsvir edib. Le Suicidé-nin realizmi, onun faktiki intiharı təsvir etdiyinə dair fərziyyələri gücləndirdi, lakin mövzu, əgər varsa, məlum deyil. Fərziyyələr on ildən çox əvvəl Manetin studiyasında intihar edən Manetin köməkçisi ilə bağlı idi. Rəsmlə əlaqəli olması təklif edilən başqa bir intihar Emil Zolanın 1866-cı ildə yazdığı bir rəssamın intiharıdır. Son tənqidçilər bu assosiasiyaları kiçik hesab edirlər.
İnəklər (rəsm əsəri)
İnəklər — 1890-cı ilin iyul ayında Over-syür-Uazda, Vinsent Van Qoq tərəfindən həkim Gachetin evində olduğu müddətdə çəkilən rəsm əsəridir. Əsər, əvvəllər başqa sənətkarlar tərəfindən çəkilmiş bəzi köhnə əsərləri yenidən çəkməyə cəhd edən Van Qoqun digər nüsxələrindən biridir. "İnəklər" rəsm əsəri indi Pala de Beaux-Arts de Lildə qorunub saxlanılır.
Müttəfiqlər (rəsm əsəri)
Müttəfiqlər — 1914-cü ildə rəssam Raul Dafi tərəfindən yaradılmış mənzərəli rəsm əsəridir. Bu rəsm əsərində müttəfiq ölkələrə uyğun olaraq altı müttəfiq əsgər və onların atları təsvir edilmişdir. Hadisə buludlu, ancaq günəşli, gül dəstələri ilə bəzədilmiş və altı müttəfiq millətlər təşkilatının bayraqları əhatəsində baş tutur. Müttəfiq ölkələr isə bunlardır: Yaponiya, Böyük Britaniya, Belçika, Rusiya, Serbiya və Fransa. Parlaq rəngləri, ornamentləri, stilizə obrazları populyar olan əsər insanı özünə cəlb edir. Bu sənət əsərinin nümayişi Centre national d'art et de culture Georges-Pompidouda həyata keçirilir.
Naməlum qadın (rəsm)
"Naməlum qadın" (rus. Неизвестная) — rus rəssamı İvan Kramskoyun (1837–1887) 1883-cü ildə çəkdiyi və Dövlət Tretyakov Qalereyasının kolleksiyasının bir hissəsi olan rəsm əsəri. Rəsmin ölçüsü 75,5×99 sm. Aleksandr Blokun eyniadlı şeirinə görə portret tez-tez səhvən "Yad qız" (rus. Незнакомка) adlandırılır. Kətan Aniçkov sarayının pavilyonları yaxınlığında, Nevski prospektində açıq ekipajda oturan gənc qadını təsvir edir. Sağda, onun arxasında, Aleksandrinski teatrını görmək olar. Qadın 1880-ci illərin ən son dəbinə uyğun geyinib. O, tüklü məxmər papaq, xəz və lentlərlə bəzədilmiş palto, manşet və nazik dəri əlcək taxıb. Görünüş möhtəşəm, sirli və bir az kədərlidir."Onun geyimi zərif yüngül lələklərlə işlənmiş "Fransisk" şlyapası, ən yaxşı dəridən hazırlanmış "İsveç" əlcəkləri, samur xəzi və mavi atlas lentlərlə bəzədilmiş "Skobelyev" paltosu, manşet, qızıl bilərzikdir ki, bütün bunlar 1880-ci illərin bahalı zəriflik iddiasında olan qadın kostyumunun dəbli detallarıdır.