fövc 2021
fövqəl
OBASTAN VİKİ
Fövqəladə Hallar Nazirliyi
Fövqəladə Hallar Nazirliyi (Azərbaycan) — Azərbaycan Respublikasının fövqəladə hallar sahəsində fəaliyyət göstərən qurumu. Fövqəladə Hallar Nazirliyi (Özbəkistan) — Özbəkistanın mülki müdafiə sahəsində dövlət orqanı. Fövqəladə Hallar Nazirliyi (Qazaxıstan) — təbii və texnogen fövqəladə halların qarşısının alınması və aradan qaldırılması, mülki müdafiə, yanğın və sənaye təhlükəsizliyi sahəsində sahələrarası koordinasiya, dövlət maddi ehtiyatının formalaşdırılması və inkişafı sahəsində dövlət siyasətinin formalaşdırılmasından məsul olan mərkəzi icra hakimiyyəti orqanı.
Fövqəladə Hallar Nazirliyi (Azərbaycan)
Fövqəladə Hallar Nazirliyi — Azərbaycan Respublikasının fövqəladə hallar sahəsində fəaliyyət göstərən qurumu. Nazirliyə hazırda Kəmaləddin Heydərov rəhbərlik edir. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə yaradılmış Fövqəladə Hallar Nazirliyi ölkədə əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğından qorunması, belə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edən, habelə mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirən, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. == Fəaliyyət istiqamətləri == Mülki müdafiə əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunması, neft və neft məhsullarının qəza nəticəsində axımları ilə əlaqədar yaranmış fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, dövlət material ehtiyatları fondlarının yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayır və həyata keçirilməsini təmin edir. Mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahələrində, eləcə də fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə vahid dövlət sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirir. Nazirliyin səlahiyyətlərinə aid edilən məsələlər üzrə normativ tənzimləməni və nəzarət-yoxlama funksiyalarını həyata keçirir. Mülki müdafiəni əhalinin və ərazilərin fövqəladə hallardan və yanğınlardan qorunmasını, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasını, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunmasını, dövlət material ehtiyatları fondlarının yaradılmasını və idarə olunmasını, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini, fövqəladə hallarda çevik reaksiya verilməsini və humanitar yardımların idarə olunmasını təşkil edir və həyata keçirir. Nazirliyin fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafını təmin edir. Nazirlik qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə də fəaliyyət göstərir.
Fövqəladə Hallar Nazirliyi (Qazaxıstan)
Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyi (qaz. Қазақстан Республикасының төтенше жағдайлар министрлігі) — təbii və texnogen fövqəladə halların qarşısının alınması və aradan qaldırılması, mülki müdafiə, yanğın və sənaye təhlükəsizliyi sahəsində sahələrarası koordinasiya, dövlət maddi ehtiyatının formalaşdırılması və inkişafı sahəsində dövlət siyasətinin formalaşdırılmasından məsul olan mərkəzi icra hakimiyyəti orqanı , fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üçün dövlət sisteminin işləməsini və gələcək inkişafını təmin etmək, yanğının qarşısının alınması və söndürülməsini təşkil etmək. == Tarixi == Qazaxıstan müstəqillik qazandığı gündən bu şöbə statusunu dəyişdirdi. 6 avqust 2014 - nazirlik ləğv edildi, maddi ehtiyat və sənaye təhlükəsizliyi məsələləri xaricində səlahiyyətlər Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinə verildi. Qazaxıstan Respublikası Prezidentinin 9 sentyabr 2020-ci il tarixli "Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında" 408 nömrəli Fərmanı ilə fövqəladə hallar orqanları yenidən hökumətdəki ayrı bir şöbəyə ayrıldı.
Fövqəladə Hallar Nazirliyi (Özbəkistan)
Özbəkistan Fövqəladə Hallar Nazirliyi — Özbəkistanın mülki müdafiə sahəsində dövlət orqanı. == Tarixi == Respublika Mülki Müdafiə və Fövqəladə Hallar İdarəetmə Mərkəzi 1992-ci ildə yaradılıb və 1996-cı ilə qədər fəaliyyət göstərib. 16 avqust 1995-ci ildə Özbəkistan Respublikası Prezidentinin təklifi ilə Fövqəladə Hallar Nazirliyinin yaradılması qərarı verilmişdir.
Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı Komitəsi
Fövqəladə Hallar Nazirliyinin Akademiyası (Azərbaycan)
Fövqəladə Hallar Nazirliyinin Akademiyası — Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi. == Yaranma tarixi == İlham Əliyev 2 iyun 2008-ci ildə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılması haqqında" sərəncam imzalamış, 2009-cu il 10 iyul tarixli fərmanı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsini təsdiq etmişdir. Sərəncama görə, akademiya FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı Yanğın-Texniki Məktəbinin, S. Ə. Dadaşov adına Elmi Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun, Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunun və Tədris-Təlim Mərkəzinin bazasında yaradılır. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Baba Salayevdir.
Fövqəladə Vəziyyət (1990)
Fövqəladə dərə
Fövqəladə dərə – obyektin insana oxşarlıq dərəcəsi ilə bu cür obyektə qarşı emosional cavab arasında əlaqə quran hipotez. == Etimologiya == Termin ilk dəfə Yaponiya robototexnika professoru Masahiro Mori tərəfindən "Bukimi no Tani Genshō" (不 気味の谷現象) adlı məqalədə işlədilmişdir. Mori bu fikri inkişaf etdirərkən Ernst Yentşin 1906-cı ildə yazdığı "Fövqəladəliyin psixologiyası" və Ziqmund Freydin 1919-cu ildə yazdığı "Fövqəladəlik" məqalələrindən istifadə etmişdir. == Hipotez == Hipotezdə adı çəkilən dərə robotun insana bənzərlik dərəcəsi ilə insanın bu robota verdiyi reaksiya arasındakı əlaqəni göstərir. (bkz. Şekil 1). Ümumi şəkildə, robotun xarici görünüşü və davranışları insanınkinə yaxınlaşdıqca müşahidəçi insanın robota qarşı göstərdiyi emosional reaksiya müsbət şəkildə artır. Lakin robotu sadalanan əlamətlərə yaxınlaşdırdıqca elə bir nöqtəyə çatırıq ki, bu reaksiya qəfildən müsbətdən mənfiyə çevrilir. Əgər həmin nöqtə aşılsa vvə robota insan xüsusiyyətləri əlavə edilməyə davam edilsə, müşahidəçinin gözündə "az qala insan"la "tamamilə insan" arasındakı fərqlər yox olar və hipotezdə adı çəkilən "fövqəladəlik" hissi ortadan qalxar.
Fövqəladə hal
Fövqəladə hallar — qəza, təbii fəlakət və digər hallar nəticəsində müəyyən ərazidə yaranmış şərait. Bunun nəticəsində insan təlafatı, onun sağlamlığına və ətraf mühitə zərər böyük maddi ziyan vurulur və insanların normal həyat şəraiti pozula bilir. == Haqqında == Fövqəladə hal — ətraf mühitə və insan səhhətinə ziyan vura, maddi və mənəvi itkilərə səbəb ola bilən təhlükəli hadisədir. Fövqəladə hallar təbii və texnogen mənşəli olmaqla iki qrupa bölünür. Təbii mənşəli fövqəladə hallar baş verən fəlakətli təbiət hadisələridir. Bunlar – zəlzələ, sel, daşqın, torpaq sürüşməsi, vulkan püskürməsi, qar uçqunu, sunami, fırtına və s. bu kimi təbii fəlakətlərdir. Texnogen mənşəli fövqəladə hallar isə insan fəaliyyəti nəticəsində baş verən hadisələrdir. Bunlardan — yanğın, partlayış, nəqliyyat qəzaları, kimyəvi qəzalar, radioaktiv qəzalar, tikililərin uçması, dəm qazı təhlükəsi, kommunal təsərrüfatda qəzalar və s. göstərə bilərik.
Fövqəladə hallar

Fövqəladə vəziyyət

Fövqəladə vəziyyət (film, 1990)
Fövqəldövlət
Fövqəldövlət və ya Super güc — Beynəlxalq miqyasda ilk sıralarda yerləşən və geniş təsir qabiliyyəti olan , hakim mövqeyə malik dövlətdir. Bu termin ilk dəfə İkinci Dünya Müharibəsi zamanı Britaniya İmperiyası, Birləşmiş Ştatlar və Sovet İttifaqına aid edilmiş, sonralar, Soyuq müharibə dövründə 1956-cı ildə baş vermiş Süveyş böhranından sonra Britaniya imperiyası bu siyahıdan çıxarılmış və yalnız Birləşmiş Ştatlar ilə Sovet İttifaqına aid edilmişdir. Soyuq müharibənin sonunda, 1991-ci ildə Sovet İttifaqının ləğv olunmasından sonra isə Birləşmiş Ştatlar dünyanın tək super gücünə çevrilmişdir. == Terminologiya və mənşə == "Super güc" termininin dəqiq bir təsviri mövcud deyil və mənbələr arasında fərq ola bilər. Lakin, bu təriflərin hər birinə uyğun olan xüsusiyyət super gücün dövlət hakimiyyətinin yeddi ölçüsü — coğrafiya, əhali, iqtisadiyyat, resurslar, hərbi, diplomatiya və milli kimliyi ilə yüksək səviyyədə təmin olunmasıdır. Bu dövr ilk dəfə 1944-cü ildən əvvəl qəbul olunmuş böyük güclərdən daha da böyük olan gücləri təsvir etmək üçün istifadə olunurdu, lakin, İkinci Dünya Müharibəsindən sonra Birləşmiş Ştatlara və Sovet İttifaqına aid edilməsinin ardından termin müəyyən məna qazanmışdır. Çünki, ABŞ və Sovet İttifaqı qlobal siyasətə və hərbi hakimiyyətə böyük təsir göstərə bilmişdi. Termin mövcud siyasi məna baxımından, 1943-cü ildə müharibədən sonrakı dünya nizamının potensial forması ilə bağlı holland-amerikan geostrateq Nicholas Spykman tərəfindən bir sıra mühazirələrdə bu ifadə istifadə olunmuş, yaranmışdır. Bu termin Britaniya imperiyasının və Amerika Birləşmiş Ştatlarının dünyanın sülhü və rifahı üçün vacib olan misilsiz dənizçilik üstünlüyünə istinad edilərək hazırlanmış "Sülh coğrafiyası" kitabının əsasını təşkil edir. Bir il sonra, 1944-cü ildə amerikan xarici siyasət professoru William Tr Fox, "Böyük Qüvvələr: Amerika Birləşmiş Ştatları, Britaniya və Sovet İttifaqı — Onların sülh məsuliyyəti" kitabının konsepsiyası üzərində işləyib.
Fövqəldünya və ya qəsdsiz məntiqi səhv (film, 1992)
== Məzmun == Rejissorun bu filmini modern rejissor işi adlandırmaq olar. Film Ruhi Xəstəliklər Xəstəxanasında çəkilmişdir. Müəlliflər burada müalicə olunan ruhi xəstələri dəli kimi deyil, əsl ağıllı insanlar kimi göstərməyə çalışmışlar. == Festivallar və mükafatlar == 1) 1992-ci ildə Aşqabadda I Beynəlxalq "Gümüş Aypara" kinofestivalı Filmə Baş Mükafat və Diplom verilmişdir. 2) 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival-müsabiqəsi Ən yaxşı sənədli filmə görə rejissor Yavər Rzayevə Priz və Diplom verilmişdir. Ən yaxşı operator işinə görə Rafiq Quliyevə və İsrafil Ağazadəyə Priz və Diplom verilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Yavər Rzayev Ssenari müəllifi: Yavər Rzayev Operator: Rafiq Quliyev, İsrafil Ağazadə (İsrafil Ağayev kimi) Bəstəkar: Eldar Mansurov Səs operatoru: Marat İsgəndərov, Teymur Abdullayev Məsləhətçi: Ağabəy Sultanov Prodüser: Cavanşir Kamandar, Anatollu Qasımov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Fövqəlinsan
Fövqəlinsan (alm. Übermensch‎) — obraz, Fridrix Nitsşenin "Zərdüşt belə deyirdi" adlı əsərində istifadə etdiyi fəlsəfi termin. Nitsşeyə görə fövqəlinsan insan təkamülünün bir sonrakı mərhələsidir. == Etimologiyası == Fövqəlinsan sözü ilk dəfə romalı yazıçı Lusian tərəfindən "Hyperanthropos" olaraq istifadə edilmişdir. Latın dilindən tərcümədə hyper — üst və anthropos — insan mənasını ifadə edir. == Fövqəlinsan anlayışı == Fridrix Nitsşe 1882-ci ildə qələmə aldığı "Zərdüşt belə deyirdi" adlı əsəri "fövqəlinsan" və "əbədi təkrar" qavramlarına əsaslanır. Fövqəlinsan simasında o, hər şeydən əvvəl Zərdüştün özünü təsvir edirdi. Nitsşe ona ən yüksək qəhrəmanlıq və yetkinlik sifəti verirdi. Zərdüşt obrazında o, özünün kamil dostunu yaradaraq, onun dili ilə özünün ali məqsədini çatdırırdı. Nitsşe yazırdı: Nitsşeyə görə meymun insanın gözündə nədirsə, insan da fövqəlinsan üçün elə olmalıdır.
Fövqəltəbii
Fövqəltəbiilik (Medival latınca: supernātūrālis: supra "yuxarı" + naturalis "təbii"; ilk dəfə e.ə 1520–1530-cu illərdə istifadə olunmuşdur) — izah edilə bilinməyən hadisələri və ya varlıqları izah etmək üçün işlədilən termindir. Bunlara təbiətdə baş verən və səbəbləri bilinməyən,eləcə də ilahi varlıqlar daxil edilə bilər.
Fövqəltəbii (teleserial)
Fövqəltəbii (ing. Supernatural) — ABŞ istehsalı olan qorxu,döyüş, fantaziya və dram janrlı serialdır. Əvvəlcə Amerikanın The WB, daha sonra da The CW kanalında yayımlandı. Əsas rolları Censen Ekls (Din Vinçester) və Cared Padaleki (Sem Vinçester) ifa edirlər. Serial Warner Bros Television Network tərəfindən 13 sentyabr 2005-ci ildə Kanada/Vankuverdə çəkilməyə başlayıb. Serialın 2-ci fəsli 28 sentyabr 2006-cı ildə 3-sü isə 4 yanvar 2007-ci ildə yayımlanmağa başlayıb. Lakin "Amerika tətilinin yazıçılar gidiyası"nın uğuru buna mane olub. Bu bitdikdən sonra 4-cü mövsüm 18 sentyabr 2008-ci ildə başladı. Əsas qəhrəmanlar Cared Padaleki bu ara vaxtı "Qlamur qızlar" serialında Din Forester rolunu oynadı. Və bu serialın 63 seriyasında iştirak etdi.
Fövqəltəbii (teleserial, 2005)

Fövqəltəbii qüvvə
Fövqəltəbii qüvvələr — varlığı isbat olunmayan, dini, mifoloji, əfsanəvi mahiyyət kəsb edən anlayışlar. Tanrı, ruh, tale, cin, şeytan, mələk, təpəgöz, pəri və s. fövqəltəbii qüvvələrə misal ola bilər. Bu qüvvələr və ya varlıqlar elmə məlum deyil, aşkarlanması isbat olunmayıb və təbii hesab olunmur.
Fövqəltəbiilik
Fövqəltəbiilik (Medival latınca: supernātūrālis: supra "yuxarı" + naturalis "təbii"; ilk dəfə e.ə 1520–1530-cu illərdə istifadə olunmuşdur) — izah edilə bilinməyən hadisələri və ya varlıqları izah etmək üçün işlədilən termindir. Bunlara təbiətdə baş verən və səbəbləri bilinməyən,eləcə də ilahi varlıqlar daxil edilə bilər.
Qafqaz Fövqəladə Komissiyası
Qafqaz Fövqəladə Komissiyası — Qafqaz fövqəladə komissiyası 6 noyabr 1919-cu il tarixində Qafqaz Merkuri şirkətinə aid gəmi ilə Ənzəlidən yola düşərək 1 gün sonra Bakıya çatdılar. İlk sənəd 11 sentyabr 1919-cu ildə Tiflisdəki İran konsulluğundan Xarici İşlər Nazirliyinə 1604 № qeydiyyatı ilə göndərilmiş, sonuncu sənəd isə 11 may 1920-ci ildə yenə də Badkubədə olan durum barəsində İranın Tiflisdəki baş konsulluğundan Xarici İşlər Nazirliyinə 515 № qeydiyyatı ilə göndərilmişdir. Uzun müddət aparılan danışıqlar nəhayət 1920-ci ilin mart ayında uğurla başa çatır. Tərəflər arasında müqavilələr bağlanır. Lakin 1920-ci ilin 28 aprel tarixində XI Qızıl ordunun Bakını işğal etməsi danışıqların yarımçıq kəsilməsinə səbəb oldu. İmzalanmış müqavilələr ratifikasiya edilmədən arxivə göndərildi. İran bu komisiyya daxilində Gürcüstan və Ermənistanla da müzakirələr aparıb bənzər müqavilələr bağlamaq niyyətində olsa da Azərbaycanla aparılan danışıqların uzanması və sonradan bolşeviklərin bu respublikaları da işğal etməsi Tehranın Qafqazdakı diplomatik fəallığına nöqtə qoydu. İran nümayəndə heyətinin 1919–1920-ci illərdə Azərbaycanla apardığı diplomatik danışıqlarla bağlı arxiv sənədləri İran xarici işlər nazirliyinin arxivində saxlanılırdı. Bu sənədlərdə o dövrə aid məktublar, məxfi hesabatlar, siyasi vəziyyətin təhlilinə dair gizli yazışmalar öz əksini tapmışdır. 98 sənəddən ibarət olan bu sənədlər ilk dəfə 2001-ci ildə Tehranda Rza Azəri Şəhrzainin redaktorluğu və dövrün xarici işlər naziri Kamal Xərrazinin ön söz yazması ilə İran Xarici İşlər Nazirliyi tərəfindən nəşr olunaraq elmi ictimaiyyətin geniş müzakirəsinə təqdim edilmişdir.
Azərbaycan fövqəladə hallar nazirlərinin siyahısı
Azərbaycan fövqəladə hallar nazirlərinin siyahısı — 18 oktyabr 1991-ci ildən sonra ölkədə müstəqillik elan edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın fövqəladə hallar nazirlərinin nazirləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın fövqəladə hallar nazirlərinin nazirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
Fövqəladə Hallar Nazirliyi — Azərbaycan Respublikasının fövqəladə hallar sahəsində fəaliyyət göstərən qurumu. Nazirliyə hazırda Kəmaləddin Heydərov rəhbərlik edir. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə yaradılmış Fövqəladə Hallar Nazirliyi ölkədə əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğından qorunması, belə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edən, habelə mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirən, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. == Fəaliyyət istiqamətləri == Mülki müdafiə əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunması, neft və neft məhsullarının qəza nəticəsində axımları ilə əlaqədar yaranmış fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, dövlət material ehtiyatları fondlarının yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayır və həyata keçirilməsini təmin edir. Mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahələrində, eləcə də fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə vahid dövlət sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirir. Nazirliyin səlahiyyətlərinə aid edilən məsələlər üzrə normativ tənzimləməni və nəzarət-yoxlama funksiyalarını həyata keçirir. Mülki müdafiəni əhalinin və ərazilərin fövqəladə hallardan və yanğınlardan qorunmasını, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasını, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunmasını, dövlət material ehtiyatları fondlarının yaradılmasını və idarə olunmasını, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini, fövqəladə hallarda çevik reaksiya verilməsini və humanitar yardımların idarə olunmasını təşkil edir və həyata keçirir. Nazirliyin fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafını təmin edir. Nazirlik qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə də fəaliyyət göstərir.
Fövqəladə hal zamanı bulud sisteminə miqrasiya olunmuş məlumatların qorunması
Fövqəladə hal zamanı bulud sisteminə miqrasiya olunmuş məlumatların qorunması (ing. Recovery as a service, RaaS və ya ing. disaster recovery as a service, DRaaS) — bulud hesablama kateqoriyası. Tətbiqləri və ya verilənləri müxtəlif təhlükələrdən qorumaq üçün istifadə olunur. Bu təhlükələrə təbii fəlakətlər və ya xidmətin dayandırılması daxildir. Belə hadisələr müəyyən bir yerdə baş verir. Qoruma buludda tam bərpa yolu ilə aktivləşdirilir. RaaS bulud əsaslı ehtiyat xidmətlərindən fərqlənir. Bu, verilənləri qoruyur və tələb olunduğunda gözləmə rejimində hesablama qabiliyyəti təklif edir, tətbiqin daha sürətli şəkildə bərpasına nail olur. RaaS bulud hesablama modelində işləyir və bərpa resursları yalnız istifadə edildikdə ödənilir.
Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası
Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası — Naxçıvan Muxtar Respublikasında fövqəladə hallar, təbii və texnogen fəlakətlərə hazırlıq, təhlükəsizlik tədbirləri və risk bölgələrini əks etdirən məlumat toplusu. Bu atlas bölgənin təhlükəsizlik potensialını artırmaq və fövqəladə hallar zamanı effektiv müdaxilə etməyə kömək edən mühüm bir kitabdır. Nəşr tarixi Naxçıvan MR fövqəladə hallar atlası 2017-ci ildə nəşr olunmuşdur. Atlasın hazırlanması və nəşri, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təşəbbüsü ilə həyata keçirilmişdir. Məzmun Atlas aşağıdakı əsas məlumatları əhatə edir: Təbii fəlakətlər (zəlzələlər, torpaq sürüşmələri, sel və daşqınlar və s.) risk zonaları. Texnogen fəlakətlər (yanğınlar, partlayışlar, sənaye qəzaları və s.) risk bölgələri. Fəlakətlərin idarə olunması üçün mövcud infrastruktur və resurslar. Fövqəladə hallar zamanı əhalinin davranış qaydaları və evakuasiya planları. Ərazinin coğrafi və geoloji xüsusiyyətləri və bunların fəlakət risklərinə təsiri. Əhəmiyyəti Naxçıvan MR FH atlası, fövqəladə halların idarə olunması və risklərin azaldılması sahəsində mühüm bir rol oynayır.

Значение слова в других словарях