FƏNN

is. [ ər. ]
1. Elm, bilik sahəsi, tədris obyekti. Riyaziyyat fənni. Zoologiya fənni kabineti.
[Teymur müəllim] yalnız sinifdə deyil, kənarda da öz sevimli fənni coğrafiyadan saatlarla danışmağı sevərdi. Ə.Sadıq.

2. bax fənd 1-ci mənada.
Yaman gündə tamam durub kənara; İstər bir fənn ilə özün qurtara. Q.Zakir.
Hər fənn ediriksə, işimiz tutmayır əsla; Ax!… Ax!… O keçən günlərimiz noldu, xudaya. M.Ə.Sabir.

3. Elm, texnika, bilik.
Bəlkə bir vaxt elm və fənn bərəkətindən bu işlər düzələ. C.Məmmədquluzadə.
Elmi, fənni, sənəti; Hər yana kitab yayır. M.Seyidzadə.

Омонимы

  • FƏNN FƏNN I is. [ ər. ] Elm, bilik. Elmə, fənnə, üdəbayə baxalım nifrət ilə (M.Ə.Sabir). FƏNN II is. [ ər
FƏNƏRYANDIRAN
FƏRAQ
OBASTAN VİKİ
Fənn
Fənn – elm, texnika, bilik sahəsi, tədris obyekti, predmet. Məsələn, riyaziyyat fənni. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Fənni-Sərfi-Türki
Əl Nəşat Əl Fənni (dərgi)
Əl Nəşat Əl Fənni — ərəb dilində nəşr olunan dərgi. == Ümumi məlumat == Kərkük Maarif Müdirliyinə tabe olan bu nəşrin heyətində rəssam müəllim Mahmud Ubeydi (Bəşirli) və dostları var idi. İncəsənət yeniliklərinə maraq göstərən bu ərəbdilli məktəb nəşri dərgi formatında dərc edilirdi. İlk sayı 1963-cü ildə, son sayı 1963-64-cü illərdə Kərkükdə “Şimal” mətbəəsində çap edilib.

Значение слова в других словарях