GÜCLƏNDİRİCİ

sif. xüs.
1. Elektrik cərəyanının gərginliyini və ya gücünü artırmağa məxsus cihaz, qurğu (telefon, radio və s.-də).
2. Bir şeyin qüvvətini artırmaq, bir prosesin gedişini gücləndirmək üçün işlənən xüsusi maddə, preparat.
GÜCLƏMƏK
GÜCLƏNDİRMƏ
OBASTAN VİKİ
Elektron gücləndirici
Elektron gücləndirici siqnalın gücünü artıran elektron qurğudur. Gücləndirici qida mənbəyinin enerjisini sərf etməklə, girişdə olan az güclü siqnalı çıxışda tələb olunan gücə malik siqnala çevirir. İstənilən gücləndirici çıxış siqnalını gücə görə gücləndirir. Belə ki, gücləndirici elektrik qidalandırma blokunun çıxışını modullaşdırır. Elektron gücləndiricinin 4 əsas tipi var: Gərginlik gücləndiricisi Cərəyan gücləndiricisi Transkonduktans gücləndirici Transresistans gücləndirici Gücləndiricilər siqnal zəncirində fiziki yerləşməsinə görə də kateqoriyalara bölünə bilər.
Gücləndirici qurğular
Gücləndirici qurğular— Qida mənbəyinin enerjisinin çıxış siqnalının enerjisinə çevrilməsi hesabına giriş elektrik siqnallarını gərginliyə, cərəyana və gücə görə gücləndirən qurğulara gücləndirici qurğular deyilir == Haqqında == Elm və texnikanın bütün sahələrində elektrik siqnallarını gücləndirən qurğular geniş t ətbiq edilir. Bu, müxtəlif qeyri-elektrik fiziki kəmiyyətlərin çevrilməsi prosesində alınan zəif elektrik siqnallarının, icraedici qurğularının normal iş rejimlərini təmin edən səviyyəyə q ədər gücləndirilməsi tələbi ilə əlaqədardır. Göründüyü kimi, güclənmə prosesinin mahiyyəti qida mənbəyinin enerjisini giriş siqnalının dəyişmə qanununa uyğun olaraq çıxış siqnalının enerjisinə çevirməkdən ibarətdir. Bu proses idarəoluna bilən qeyri-xətti elementin (məsələn, tranzistorun) köməyi ilə yerinə yetirilir. Beləliklə, qida mənbəyi ilə ardıcıl qoşulan və giriş elektrik siqnalı ilə idarə olunan gücləndirici qurğu qeyri-xətti element üzərində yaradılır. Gücləndirici qurğunun girişinə gücləndirilən siqnalın mənbəyi, çıxışına isə yük müqaviməti qoşulur. Gücləndirici qurğunun ümumiləşmiş struktur sxemi şəkil 1.1-də verilmişdir. Göründüyü kimi, gücləndiricinin iş prinsipi zəif U1 siqnalının qida gərginliyi mənbəyi ilə əlaqədar olan çıxış dövrəsində kifayət qədər yüksək çıxış U2 gərginliyinin dəyişməsinin idarəolunmasına əsaslanmışdır.
Sükanla idarənin gücləndiriciləri
Sükanla idarənin gücləndiriciləri - sükanla idarədə sükana tətbiq olunan gücü azaltmaq və bununla idraə komfortunu artıqrmaq məqsədi daşıyan mexanizm və sistemlərlərdir. Minik avtmobillərində bel gücləndiricilərin olması mütləq deyil. Yek avtomobillərində isə onsuz idarə çox çətin olur, ona görə də, burada güclındiricilər konstruksiyanın tərkib hissəsi sayılır. Sükan elektrik gücləndiricisi, Sükan elektro-hidravlik gücləndiricisi, Sükan hidrogücləndiricisi, Sükanın mexaniki gücləndiricisi- burada effekt ötürmə nisbətinin artırılması hesabına əldə edilir. Sükan pnevmogücləndiricisi. İlk sükan gücləndiricisi keçən əsrin 30-cu illərində ağır texnika sayılan karxana yük maşınlarnda tətbiq olunmuşdur. Əvvəlcə əyləc kompressoruna qoşulmuş, sadə konstruksiyaya malik pnevmogücləndiricilər mövcud idi. Ancaq hidravlika daha təmiz və dəqiq olduğundan, onun mürəkkəbliyinə və bahalığına baxmayaraq tezliklə istifadə olubnmağa başlayır. Buna görə də, minik avtomobillərində o önə çəkilir. 1951-ci ildə Amerikada istehsal olunan Chrysler Crown Imperial avtomobillərində hidrogücləndiricilər standart düyüm kimi quraşdırılır.
Səs gücləndiricisi
Amplifikator (Fransızca: amplificateur, qısaca ampli), musiqi sistemlərində yüksəldici olaraq istifadə edilir. Cihazlardan (CD player, ikmi) çıxan səs siqnallarını gücləndirərək dəs ucaldıcıya göndərmə vəzifəsini yerinə yetirir. Müxtəlif struktura və bu strukturaya uyğun xüsusiyyətlərə əsaslanan sinifləndirmə mövcuddurr, amma əsl sinifləndirmə tranzistorlu quruluşda olanlar və vakum borulu, yəni əvvəlcədən Azərbaycan dilində istifadə edildiyi formada, lampalı formada olanlar arasındadır. 2 və 4 kanallı olaraq mövcuddur. Bunlarla birlikdə son illərdə genişlənən hibrid strukturlu forma da vardır. Yəni bunlara əlavə olaraq inteqral formada, giriş/güc ayrı kasadalar halında istehsal olunan ve monoblok formasında əsas formadan əlavə sinifləndirmə mevcuddur. Çıxış kaskadı formasına görə amplifikator sinifləndirmələri bu formadadır Sinif A: Çıxış kaskadında daim cərəyan olur. Bu səbəblə çox elektrik enerjisi istifadə edir. Bunun qarşılığında ən saf, təmiz səsə sahib olduğu qəbul edilmişdir. Səsdəki maneələr nəzəri olaraq ən aşağı səviyyədədir Sinif B: Çıxış kaskadları işi sıra ilə yerinə yetirir.

Значение слова в других словарях