1. Gücü, fiziki qüvvəsi olmayan və ya az olan, fiziki cəhətdən inkişaf etməmiş; qüvvəsiz. Gücsüz adam.
– [Adil:] Biz [atama] sığınırdıq, onun gücsüz əlindən güc alırdıq.
// İs. mənasında. Gücsüz, qüvvətsiz adam.
[Musa:] Bir daha gücsüzləri çeynəyib əzməsinlər, artıq anlasınlar, yalnız yaşamaq deyil, yaşatmaq da lazımdır.
2. Zəif, qüvvətsiz. Gücsüz qoşun. Gücsüz külək. Gücsüz səs.