GÜLLÜCƏ

is. bot. Paxlalılar fəsiləsindən olub dağ rayonlarında, çəmənlərdə, meşələrdə, çay sahillərində bitən yem otu.
GÜLLÜ-NAXIŞLI
GÜLLÜK
OBASTAN VİKİ
Güllücə
Güllücə (lat. Lathyrus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Birillik və ya çoxillik çiçəkli bitkidir. 160-a yaxın növü məlumdur. Əsasən mülayim iqlimi olan yerlərdə yayılıb. Avropada 52, Şimali Amerikada 30, Asiyada 78, tropik iqlimli Şərqi Afrikada 24, Cənubi Amerikanın mülayim iqlimli zonasında 24 növü yayılmışdır.
Güllücə (Abaran)
Güllücə — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km məsafədə, Abaran çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim güllü sözünə sifətin çoxaltma dərəcəsinin əlamətini bildirən -cə şəkilçisinin qoşulması əsasında əmələ gəlib «güllü, çiçəkli ərazidə yerləşən kənd» mənasını ifadə edir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 15. VI. 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Vardenis (Güllü) qoyulmuşdur.
Güllücə (Amasiya)
Güllücə — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 24 km şimal-qərbdə, Arpa gölünün şimal sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində kəndi adı Gyulica, Gyulluca formalarında da əksini tapır. Toponim gül sözünə sifət düzəldən -lü və sifətin çoxaltma dərəcəsinin əlamətini bildirən -cə şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kənddə qarapapaqların yaşadığı göstərilir və onlar xalq kimi qeyd edilir. Qarapapaqlar azərbaycanlılarn formalaşmasında iştirak edən türk tayfalarından - azərbaycanlılarn etnoqrafik qruplarından biridir.
Güllücə (Ağdam)
Güllücə — Azərbaycan Respublikasının Ağdam rayonunun Güllücə kənd inzibati ərazi dairəsində kənd. Güllücə kəndi 1994-cü il aprel ayının 16-da Ermənistan ordusu tərəfindən işğal olunub. 20 Noyabr 2020-ci il işğaldan azad olunub. == Tarixi == 1930-cu ilə qədər Güllücə kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub. Güllücə kəndi rayon mərkəzindən 26 km. şimalda, Papravənd kəndindən 10 km. şərqdə, Qarabağ düzündə yerləşir. Əslən Qarabağdan olan tanınmış yazıçı Süleyman Sani Aundovun “Nurəddin” adlı əsərində Güllücə kəndinin adı çəkilir, kəndin gözəlliyindən söz açılır; yazıçı təxəyyülünün kiçik əlavələri nəzərə alınmazsa, Axundov, Ağdamın Güllücə kəndi barədə yazıb. Ermənistanın Amasiya rayonunda da Güllücə adlı azərbaycan kəndi var. Lakin Ermənistandakı yüzlərlə digər azərbaycanlı kəndi kimi, Amasiyadakı Güllücədə də azərbaycanlı qalmayıb artıq.
Güllücə (Bostanabad)
Güllücə (fars. گلوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 84 nəfər yaşayır (19 ailə).
Güllücə (Kotayk)
Güllücə — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km cənub-şərqdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «güllü, çiçəkli» mənasını bildirən güllü sözünə -cə şəkilçisinin artırılması ilə düzəlib. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zovk qoyulmuşdur. == Əhalisi == Kənddə 1873 - cü ildə 273 nəfər, 1886-cı ildə 397 nəfər, 1897-ci ildə 524 nəfər, 1904 - cü ildə 516 nəfər, 1914 - cü ildə 846 nəfər azərbaycanlı yaşamışdır.
Güllücə (Miyanə)
Güllücə (fars. گلوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 78 nəfər yaşayır (23 ailə).
Güllücə (Nir)
Güllücə (fars. گلوجه‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənd Dursun Xvacə kəndistanında yerləşir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 152 nəfər yaşayır (33 ailə).
Güllücə (Pəmbək)
Güllücə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km cənub-şərqdə, Çiçxan çayının yaxınlığında, Çubuxlu dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənd 1937-ci ilə kimi, yəni Hamamlı rayonu təşkil edilənə kimi Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. Toponim Azərbaycan dilində işlənən güllu sözünə -cə şəkilçisinin artırılması əsasında əmələ gəlib «güllü, çiçəkli yerdə salman kənd» mənasını ifadə edir. Fitotoponimdir. Quruluşca düzəltmə topoınındir. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Saraart qoyulmuşdur.
Güllücə (Sərab)
Güllücə (fars. گلوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 80 nəfər yaşayır (20 ailə).
Güllücə (Təbriz)
Güllücə (fars. گلوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 224 nəfər yaşayır (67 ailə).
Güllücə (Xoreşrüstəm)
Güllücə (fars. گلوجه‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Yerləşməsi == Kənd Xoreşrüstəm bəxşində, Xoreşrüstəm-cənubi dehistanında yerləşir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 56 nəfər yaşayır (12 ailə).
Güllücə (dağ)
Güllücə — Azərbaycan Respublikası Xocavənd rayonunun ərazisində, Qarabağ silsiləsinin cənub hissəsində dağ aşırımı. Ziyarət zirvəsindən bir qədər Şimalda yerləşir. Hündürlüyü 2387 m. Maldar ellərin yaylaq yurdlarından biri olan Güllücə gul-çiçəklə zəngin olduğu üçün belə adlandırılmışdır.
Güllücə (dəqiqləşdirmə)
Güllücə — paxlakimilər fəsiləsinə aid bitki cinsi. Güllücə (dağ) — Xocavənd rayonunda dağ. Güllücə (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Güllücə (Xalxal) — Ərdəbil ostanı, Xalxal şəhristanında kənd. Güllücə (Xoreşrüstəm) — Ərdəbil ostanı, Xalxal şəhristanında kənd. Güllücə (Amasiya) — Amasiya rayonunda kənd. Güllücə (Abaran) — Abaran rayonunda kənd. Güllücə (Pəmbək) — Pəmbək mahalında kənd. Güllücə (Kotayk) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd.
Güllücə (İcrud)
Güllücə (fars. گليجه‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 34 nəfər yaşayır (7 ailə).
Güllücə-i Abilli (Əhər)
Güllücə-i Abilli (fars. گلوجه ابللو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (23 ailə).
Güllücə-i Həsənbəy (Həştrud)
Güllücə-i Həsənbəy (fars. گلوجه حسن بيگ‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 277 nəfər yaşayır (40 ailə).
Güllücə (Əbhər)
Güllücə (fars. گلجه‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 68 nəfər yaşayır (19 ailə).
Kətanyarpaq güllücə
Kətanyarpaq güllücə (lat. Lathyrus linifolius) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü.
Ətirli güllücə
Ətirli güllücə (lat. Lathyrus odoratus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü.
Güllücə südləyəni
Güllücə südləyəni (lat. Euphorbia lathyris) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Kiçik güllücə
Kiçik güllücə (lat. Lathyrus miniatus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü. == Arealı == Türkiyədən İrana qədər ərazilərdə yayılmışdır. == Qısa morfoloji təsviri == Gövdəsi düz və ya qalxan, ilişən, əsasından budaqlanmış, şırımlı, 2 enli yaşıl qanadları olan çoxillik çılpaq ot bitkisidir. Yalançı zoğları yarımoxşəkillidir, uzunsovneştərvari və yaxud neştərvaridir, qısa sivriləşmişdir, saplaqdan 2-3 dəfə qısadır, bəzən isə ona bərabər olur. Saplaq ensiz qanadlı olub, uzunluğu 3 (4) sm-ə qədərdir, sonu sadə və ya budaqlanmış bığcıqlarla qurtarır. Yarpaqları bir cütdür; yarpaqcıqlarının uzunluğu 3-6 (7) sm, eni (1,5) 2-3 (4) sm-dir, düzgün ellipsvaridir, təpə hissəsinə və qaidə hissəsinə doğru bir ölçüdə daralandır, təpə hissədə dəyirmi, küt və ya sivridir, qısa sonluqludur, nadir hallarda uzunsov-ellipsvaridir, uzunluğu enini 2-3 dəfə üstələyir, yumurtavari, enli yumurtavari və ya əksinəyumurtaşəkillidir. Salxımlar birtərəflidir. Çiçək saplağı yarpaqlardan biraz və yaxud iki dəfə uzundur, 3-10 ədəd çiçəyi vardır. Tacın uzunluğu 15–20 mm, çəhrayıdır; yelkən köndələn dəyirmi-ovaldır, təpə hissədə girintili-çıxıntılıdır, qanadlardan qısadır; qanadlar qayıqcıqdan uzundur.
Güllücə (Duzluca)
Güllücə — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır.
Aşağı Güllücə (Çaroymaq)
Aşağı Güllücə (fars. گلوجه سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Yuxarı Güllücə (Çaroymaq)
Yuxarı Güllücə (fars. گلوجه عليا‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 38 nəfər yaşayır (7 ailə).
Güllücə-i Mollalar (Əhər)
Güllücə-i Mollalar (fars. گلوجه مالالار‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Güllücə-i Məhəmmədxan (Həştrud)
Güllücə-i Məhəmmədxan (fars. گلوجه محمدخان‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 235 nəfər yaşayır (52 ailə).
Güllücə-i Qami (Miyanə)
Güllücə-i Qami (fars. گلوجه غمي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 37 nəfər yaşayır (16 ailə).
Güllücə-i Səid (Bostanabad)
Güllücə-i Səid (fars. گلوجه سعيد‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 307 nəfər yaşayır (71 ailə).
Güllücə-i Xaləsə (Miyanə)
Güllücə-i Xaləsə (fars. گلوجه خالصه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1.131 nəfər yaşayır (273 ailə).
Güllücə-i Yeddibulaq (Miyanə)
Güllücə-i Yeddibulaq (fars. گلوجه يدي بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Güllücə-i İslam (Miyanə)
Güllücə-i İslam (fars. گلوجه اسلام‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 113 nəfər yaşayır (24 ailə).
Güllücə (Xanəndəbil-i Qərbi)
Güllücə (fars. گلوجه‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 225 nəfər yaşayır (52 ailə).

Значение слова в других словарях