GÜLLƏ

i. bullet; ~ qayırmaq to mould bullets; ~ atmaq to shoot* (at), to fire (at); ~ yağdırmaq to fire (at) intensively; ~yə basmaq / tutmaq to fire (at) intensively, to centre fire (on)

GÜLQABI
GÜLLƏBORAN
OBASTAN VİKİ
Güllə
Güllə kinetik mərmi olub, odlu silahın sursatının bir hissəsidir və lülədən atılır. Onlar mis, qurğuşun, polad, polimer, rezin və hətta mum kimi müxtəlif materiallardan hazırlanır və ovçuluq, hədəf atəşi, təlim və döyüş kimi xüsusi funksiyalar da daxil olmaqla müxtəlif forma və konstruksiyalarda (nəzərdə tutulan tətbiqlərdən asılı olaraq) hazırlanır. Güllələr çox vaxt sivri olur ki, bu da onları daha aerodinamik edir. Güllə ölçüsü həm imperial, həm də metrik ölçü sistemlərində çəki və diametr ("kalibr" kimi istinad edilir) ilə ifadə edilir. Güllələr adətən partlayıcı maddələrdən ibarət olmur, lakin zərbə və nüfuzetmə zamanı kinetik enerjini ötürərək nəzərdə tutulan hədəfi vurur və ya zədələyir. == Sürəti == Bir çox patronda istifadə edilən güllələr səs sürətindən daha sürətli ilk çıxış sürəti ilə atılır — saniyədə 343 metr (quru havada 20 °C (68 °F) və beləliklə, yaxınlıqdakı hər hansı müşahidəçi atış səsini eşidənə qədər hədəflərinə qədər əhəmiyyətli məsafələr qət edə bilir. Remington 223 kimi tüfəng güllələri lülədən 4,390 km/saat (2,730 mil/saat) sürətlə çıxır. 9 mm-lik bir güllə Luger tapançasından 2,200 km/saat (1,370 mil/saat) sürətlə uçur. Eynilə, AK-47, 2,580 km/saat (1,600 mil/saat) ilk çıxış sürətinə malikdir İlk həqiqi silah Çində 1288-ci ildə Yuan sülaləsinin monqol üsyançılarına qarşı həlledici qələbə qazanmaq üçün istifadə etdiyi metal əl topunun ixtirası ilə atəş nizəsindən (çini qəlpələri atan bambuk boru) təkamül etdi. Artilleriya topu 1326-cı ildə, Avropa əl topu isə 1364-cü ildə meydana çıxdı.
Güllə atıcılığı
Güllə atıcılığı - idman növü. Olimpiya Oyunlarına atıcılığın iki növü, güllə atıcılığı və oxatma daxildir. Birinci növə pnevmatik, kiçik çaplı tapançadan və stenddən atıcılıq daxildir. Bu idman növü güllə ilə və stend atıcılığında dəqiq nişan almaq yarışlarıdır. Güllə atıcılığı kiçik kalibrli və Amerika tüfəngləri ilə, tapançalarla və revolverlərlə keçirilir. Tüfənglərdən uzanaraq, dizi üstə və ayaq üstə 25m-dən 300m məsafəyə qədər atəş açırlar. Hər atəş üçün 3 dəqiqəyə qədər vaxt ayrılır. Bu "yavaş" atıcılıq adlanır. Lakin "sürətli" atıcılıq da var: məsələn, Amerika tüfəngindən 300m məsafəyə 30 saniyə ərzində 5 atəş açmaq. Çox zaman atəş hərəkətsiz hədəflərə açılır.
Güllə keçirməyən şüşə
Güllə keçirməyən şüşə optik cəhətdən təmiz, lakin odlu silahlara qarşı davamlı olan bir şüşə növüdür. Lakin, hər hansı bir material kimi, tamamilə keçilməz deyildir. Ümumiyyətlə biri sərt və biri yumşaq olan iki və ya daha çox növ şüşənin birləşməsi nəticəsində istehsal olunur. Daha yumşaq təbəqə şüşəni parçalanmaq əvəzinə uzana bilməsi üçün onu daha elastik edir. Güllə keçirməyən təbəqələrdə istifadə olunan şüşənin hər ikisində də şüşəni şəffaf saxlamaq və pozulmuş olmayan bir görünüşü təmin etmək üçün qırılma göstəricisi təxminən eyni olmalıdır. Güllə keçirməyən şüşənin qalınlığı 19 ilə 89 mm arasında dəyişir. Güllə keçirməyən şüşə zərgərlik mağazaları və səfirliklər kimi təhlükəsizlik tələb edən binaların pəncərələrində, həmçinin hərbi və xüsusi nəqliyyat vasitələrində istifadə olunur.
Güllə atıcılığı idmanı Olimpiya oyunlarında
Güllə atıcılığı idmanı Olimpiya oyunlarında-Atıcılıq ilk dəfə Olimpiya Oyunları proqramına 1896-cı ildə daxil edilib. 1904-cü ildə Sent-Luisdə və 1928-ci ildə Amsterdamda keçirilmiş oyunlar istisna olmaqla atıcılığa bütün Olimpiya Oyunlarında yer verilib. Elektron hədəflər 1992-ci ildə Barselonada keçirilmiş oyunlarda sərrastlığın təkmilləşdirilməsi məqsədi ilə təqdim olunub. ==Faktlar və rəqəmlər== Kişilər arasında atıcılıq ilk dəfə 1896-cı ildə Afinada keçirilən müasir Olimpiya Oyunlarına daxil edildiyi təqdirdə, qadınlar arasında atıcılıq yarışının oyunlar sırasına daxil edilməsi 1984-cü il Los Anceles Olimpiya Oyunlarına kimi uzadıldı.
Güllə atıcılığı yay Olimpiya oyunlarında
Güllə atıcılığı idmanı Olimpiya oyunlarında-Atıcılıq ilk dəfə Olimpiya Oyunları proqramına 1896-cı ildə daxil edilib. 1904-cü ildə Sent-Luisdə və 1928-ci ildə Amsterdamda keçirilmiş oyunlar istisna olmaqla atıcılığa bütün Olimpiya Oyunlarında yer verilib. Elektron hədəflər 1992-ci ildə Barselonada keçirilmiş oyunlarda sərrastlığın təkmilləşdirilməsi məqsədi ilə təqdim olunub. ==Faktlar və rəqəmlər== Kişilər arasında atıcılıq ilk dəfə 1896-cı ildə Afinada keçirilən müasir Olimpiya Oyunlarına daxil edildiyi təqdirdə, qadınlar arasında atıcılıq yarışının oyunlar sırasına daxil edilməsi 1984-cü il Los Anceles Olimpiya Oyunlarına kimi uzadıldı.
İkinci güllə
İkinci güllə — toy axşamı gəlinin bakirə olmasını kəndə bildirmək üçün iki qüllə atılması adətini tənqid edən 2017-c il istehsalı qısametrajlı dram filmi. Filmin quruluşçu rejissoru və ssenaristi Natiq Rəsul, produseri Nəriman Məmmədovdur. 2013-cü ildə keçirilən "Yeni nəfəs-1" ssenari müsabiqəsinin qalibi olan film Fransada "Qadın hüquqları və Kino" festivalında nümayiş olunmuşdur.
İkinci güllə (film, 2017)
İkinci güllə — toy axşamı gəlinin bakirə olmasını kəndə bildirmək üçün iki qüllə atılması adətini tənqid edən 2017-c il istehsalı qısametrajlı dram filmi. Filmin quruluşçu rejissoru və ssenaristi Natiq Rəsul, produseri Nəriman Məmmədovdur. 2013-cü ildə keçirilən "Yeni nəfəs-1" ssenari müsabiqəsinin qalibi olan film Fransada "Qadın hüquqları və Kino" festivalında nümayiş olunmuşdur.
Elcernon üçün güllər
Elcernon üçün gül (ing. Flowers for Algernon) — Daniel Kizin elmi fantastika janrında yazdığı hekayə. 1960-cı ildə "Ən yaxsı qısa elmi fantastik hekayə" nominasiyasında "Hyuqo" mukafatına layiq görülmüşdür. Sonradan Kiz hekayədəki süjetin əsasında eyniadlı roman yaratdı. Bu əsər 1966-cı ildə "Ən yaxsı roman" nominasiyasında "Nebula" mükafatına layiq görülmüşdür. == Süjet == Baş qəhrəman plastik qab istehsal edən müəssisədə döşəməsilən işləyən 37 yaşlı kəmağıl Çarli Qordondur (romanda Çarlinin 32 yaşı var və o, çörəkxanada süpürgəçi işləyir). Doktor Ştrauss və doktor Nemyur intellektin əməliyyat yolu ilə artırılması üzrə eksperiment keçirirlər. Əməliyyat Elcernon (ing. Algernon) adlı siçan üzərində uğurla keçiriləndən sonra alimlər eyni əməliyyatı insan üzərində aparmaq fikrinə düşür və yazıb-oxumağı öyrənmək arzusunda olan Çarli könüllü olaraq eksperimentə qoşulur. Əsər Çarlinin baş verənlər haqqında apardığı hesabatlar formasında yazılıb.
Gülləli bina
Gülləli bina - Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən qədim bina. Gülləli bina Taqanroq şəhəri Şmidt küçəsi, ev 19 ünvanında yerləşir. Binanın tikintisinə 1802-ci ildə başlanılmışdır. Tikinti işləri 1810-cu ildə bitmişdir. Bina İvan Andreyeviç Varvasinin hesabına inşa edilmişdir. Hazırda isə bina tamamən sökülmüşdür. == Tarixi == Taqanroq şəhəri Şmidt küçəsi 19 ünvanında 1810-cu ildə İvan Andreyeviç Varvasinin vəsaiti hesbına inşa edilmişdir. Açıqcalarda bina gülləli bina olaraq keçərlidir. Belə ki, binanın fasadında çoxlu sayda gilizlər vardır. Şəhər fransiz-ingilis qüvvələri tərəfindən atəşə tutularkən qalın binanın divarlarına çoxlu sayda güllə dəymişdir.
Güllələnmiş heykəllər (film, 2002)
== Məzmun == Film-tamaşada Güllələnmiş Heykəllər dilə gəlib danışır və fəryad edir. Şuşanın keçmişi və bugünü müqayisə edilir və nəticələr çıxarılır. Şuşa həsrəti güllələnmiş heykəlləri belə dirildir. Film-tamaşada "Şuşanın Dağları", "Xarı Bülbül" mahnılarından istifadə edilmişdir. == Filmin heyəti == Ssenari müəllifi: Hüseynbala Mirələmov Quruluşçu Rejissor: Nadir Diridağlı Quruluşçu Operator: Əlövsət Cəlilov Quruluşçu Rəssam: Rafael Əsədov Səs Rejissoru: Vaqif İmanquliyev Musiqi Tərtibatçısı: Teymur Abdullayev Montaj Rejissoru: Əhməd Məcidov Redaktor: Sadıq Elcanlı Operator Assistenti: Fuad Muxtarzadə Rejissor Assistenti: Qərənfil Cəlilova Qrim Ustası: Solmaz Hüseynova, Məqsud Məhərrəmov Geyim Ustası: Elmira Quliyeva Rekvizit: Dilarə Əzimova,Tərlan Qafarov Kompüter: Riyad Qasımov Videomühəndis: Elçin Manafov, Canpolad Abbasov Pirotexnik :Vaqif Qurbanov STS Qrupu: Ağazər Həşimov, Samir İzzətov, Soltan Əliyev(Soltan Oqtayoğlu kimi), Sənan Cəfərov, Mürsəl Zəkiyev, Təbiət Məmmədov İşıqçı: Həsən İsmayılov, İlham Axundov, Vova Kaleşnikov Dekorçu: Fərhad Mayılov, Əliağa Xəlilov, Eldar İmanov, Şamil İbrahimov, İsfəndiyar İsmayılov Quraşdırıcı: Ələkbər Rəsulov, Vüqar Əliyev, Ənvər Hüseynov, Mehdi Abdullayev, Ruslan Hüseynov, Cavid Əliyev (III), Elnur Quliyev, Nazim Qafarov Rəqs edir Xəzər universiteti nin oğlanlardan ibarət rəqs ansamblı Ansamblın Bədii Rəhbəri: Xanlar Bəşirov Quruluş Hissə Müdiri: İlyas İsmayılov Direktor: Mirzə Əliyev ROLLARDA: Əliabbas Qədirov — Üzeyir Hacıbəyov İlham Əsgərov — Bülbül Nurəddin Mehdixanlı — Vaqif Məleykə Əsədova — Natəvan Bəsti Cəfərova — Ağabəyim ağa Sevil Xəlilova — Gövhər ağa Abbas Qəhrəmanov — İbrahim xan Əli Nurzadə — Nəvvab Firəngiz Mütəllimova— Əli məşəlli qadın Sabir Məmmədov — Əli məşəlli kişi Həlimət Məmmədova Aygün Bayramova — Xanəndə Nəzakət Teymurova — Xanəndə Mənsum İbrahimov — Xanəndə Cabir Abdullayev Elçin Həşimov Elnur Əhmədov == Mənbə == Mükərrəmoğlu, M. “"Güllələnmiş heykəllər" film-tamaşasına ictimai baxış” //Xalq.- 2002.- 24 dekabr.
Güllələnmiş heykəllər (Şuşa)
Güllələnmiş heykəllər — Şuşa şəhərində yerləşən abidə. == Tarixi == 1982-ci ildə Heydər Əliyevin göstərişi ilə Şuşa şəhərində Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün heykəli ucaldıldı. 1992-ci il birinci Qarabağ müharibəsi zamanı heykəllər erməni vandalizmi nəticəsində zərər görmüşdür. Natəvanın baş barmağı yox idi, Üzeyir bəyin eynəyi sındırılmışdı, Bülbülün isə tunc alnı qabarmışdı. Ermənilər heykəlləri Ermənistana aparıb, orada əridib satmaq fikrində idilər. Lakin bundan xəbər tutan Polad Bülbüloğlu, Heydər Əliyevə müraciət etmişdir. Görülmüş tədbirlər nəticəsində, Heydər Əliyev tərəfindən 1993-cü ildə həmin heykəllər Bakıya gətirilib, 2000-ci ildən muzeyin kolleksiyasına daxil edilib. 2020-ci il ikinci Qarabağ müharibəsi zamanı, Azərbaycan Silahlı Qüvvələri noyabrın 8-i Şuşa şəhərini azad etmişdir. 2021-ci ildə İlham Əliyevin göstərişi ilə heykəllər İncəsənət muzeyindən götürülüb, yenidən Şuşa şəhərinə gətirilmişdir.
Güllələnmiş qərənfillər (film, 2012)
Güllələnmə təxirə salınır!... (film, 2002)
Güllələnmə təxirə salınır! — Rejissor Ələkbər Muradovun filmi. == Məzmun == Həyat onları özgə cür yaşamağa və tanımağa məcbur etmişdi. Zaman o kəslərin taleyinə biganə idi, cəmiyyət o adamlara inanmaq istəmirdi. Onlar isə çətin gündə insanların köməyinə çatmaq üçün qəribə bir yol seçmişdilər... 1941-1945-ci illər müharibəsindən sonra bir qrup gənc "varlıların" əllərindən artıq mal-dövlətlərini alıb kasıblara paylayır. Eyni zamanda onlar qadın və gəlinlərin, xüsusilə ərləri cəbhəyə getmiş ana və bacıların namusunu qoruyurlar... Hüquqi baxımdan bu cavanlara "oğru" damğası vurulsa da, camaatın əksəriyyəti onların bu hərəkətinə haqq qazandırır... Filmdə həmin gənclərin cinayət tərkibli xeyirxah əməllərindən söhbət açılır. == Film haqqında == Filmin çəkilişlərinə Əmircan kəndinin sakinləri köməklik göstərmişdir.
Güllər
Güllər küçəsi — Ağdam rayonunun Qaradağlı kəndinin ərazisində yerləşən küçə. == Tarixi == 2016-cı il aprelin 3-də axşam saatlarından və aprelin 5-də saat 12:00-dək Güllər küçəsi Dağlıq Qarabağda baş verən toqquşma zamanı ermənilər tərəfindən ağır artilleriya silahları ilə atəşə tutub. Lakin, Azərbaycan Ordusu qarşı tərəfi ağır artilleriya silahları ilə susdurub. 2016-cı il aprelin 27-də axşam saatlarında və aprelin 28-nə keçən gecə ərzində Güllər küçəsi yenə də ağır artilleriya silahları ilə atəşə tutulub. Lakin, Azərbaycan Ordusu Dağlıq Qarabağda baş verən toqquşma zamanı qarşı tərəfi ağır artilleriya silahları ilə susdurub. 2017-ci il fevralın 24-25-nə keçən gecə Ermənistan silahlı qüvvələri atəşkəsi pozması nəticəsində Güllər küçəsinə mərmi düşməsədə əhali təşvişə düşüb. Lakin, Azərbaycan silahlı qüvvələri qarşı keçirdiyi əməliyyat zamanı onların qarşısın alaraq atəş nöqtələrinə cavab tədbirləri görüblər. == İnfrastruktur == 2011-ci ilin oktyabrın 1-də Güllər küçəsinə ilk dəfə təbii qaz verilməsinə başlanılıb. 2012-ci ilin sentyabrın 1-də Güllər küçəsinə ilk dəfə telefon xətti çəkilib. 1984-cü ildə Güllər küçəsində uşaq bağcasının təməli qoyulub.
Güllər (1952)
Güllər (film, 1952)
Güllər Vadisi Milli Parkı
Güllər vadisi (ing. Valley of Flowers National Park) — Hindistannın milli parkıdır. Qərbi Himalay dağlarının yüksəklikərində yerləşmiş, qeyri-adi gözəlliyin rəngləriylə, çəmənləriylə məşhurdur. Himalay ayısı, qar bəbiri, boz ayı, mavi qoyunlar və s. daxil olmaqla bir çox nadir heyvanların yaşadığı yeridir. 1982-ci ildə Güllər vadisi milli park elan edilmiş və 2005-ci ildə "Nanda Devi Milli parkları və Güllər vadisi"(№ 335) obyektin tərkibində Ümumdünya mirasın irsi siyahısına daxil edilib. == Bitki aləmi == Parkın bitki aləmi Alp meşələrində bitən tozağacıları ilə həmçinin gözəl çiçəklənən ot bitkiləriylə (səhləblər, lalələr, primulalar, kalendulalar, qızçiçəyilər, anemonlar və başqaları) zəngindir.
Güllər vadisi
Güllər vadisi (ing. Valley of Flowers National Park) — Hindistannın milli parkıdır. Qərbi Himalay dağlarının yüksəklikərində yerləşmiş, qeyri-adi gözəlliyin rəngləriylə, çəmənləriylə məşhurdur. Himalay ayısı, qar bəbiri, boz ayı, mavi qoyunlar və s. daxil olmaqla bir çox nadir heyvanların yaşadığı yeridir. 1982-ci ildə Güllər vadisi milli park elan edilmiş və 2005-ci ildə "Nanda Devi Milli parkları və Güllər vadisi"(№ 335) obyektin tərkibində Ümumdünya mirasın irsi siyahısına daxil edilib. == Bitki aləmi == Parkın bitki aləmi Alp meşələrində bitən tozağacıları ilə həmçinin gözəl çiçəklənən ot bitkiləriylə (səhləblər, lalələr, primulalar, kalendulalar, qızçiçəyilər, anemonlar və başqaları) zəngindir.
Güllər və Adamlar (1975)
Güllər və adamlar (film, 1975)
Güllər və quşlar (İrəvani)
Güllər və quşlar — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. == Təsviri == Bu rəsm-trafaret uzunsov kağız üzərində çəkilmişdir. Yarpaqlar və çiçəkli budaqların sallandığı vaza kənarlarını xatırladan kompozisiya vertikal şəkildə təşkil edilmişdir (fuksiya, lalə və itburnu çiçəklərindən). Qızılgül tumurcuqları kompozisiyaya tamlıq bəxş edir. Kompozisiyanın mərkəzində itburnu və süsən çiçəkləri arasında iki erkək qırqovul yerləşdirilib. İki erkək fazan isə qızılgüllərdən yuxarıda təsvir edilib. Quşların hərəkət və cins elementləri, süsənin rəng çaları, çəhrayı tumurcuqlar və onlara uyğun budaqların rəngləri düzgün verilib. == İstinadlar == == Ədəbiyyat == Миклашевская Н. М. Художники XIX в. Мирза Кадым Эривани и Мир Мохсун Навваб / Под ред.
Güllər Əfəndiyeva
Güllər Əfəndiyeva (1880, Çiçi, Quba qəzası – 15 iyul 1970, Quba) — Azərbaycan xalça ustası. == Həyatı == Pirəbədil kəndində yaşamış və işləmişdir. Onun "Herat-Pirəbədil" xalçası Fransada keçirilən tətbiqi sənət sərgisində (1980-ci illərin sonu) qızıl medala layiq görülmüşdür. "Pirəbədilburma", "Ağgülçiçi", "Xırdagülçiçi" çeşniləri, həmçinin kiçik ölçülü yəhərüzüləri koloriti ilə fərqlənir.
Güllərim (mahnı)
Güllərim — sözləri Nəbi Xəzriyə, musiqisi Arif Məlikova aid Azərbaycan mahnısı. Mahnının ilk ifaçısı Zeynəb Xanlarovadır. Sonralar mahnı Nisə Qasımova və Brilliant Dadaşovanın ifasında da özünəməxsus məşhurluq qazanıb. == Yaranma tarixi == 1974-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Nəbi Xəzrinin "Əks-səda" pyesi hazırlanır. Tamaşanın quruluşçu rejissoru Əşrəf Quliyev, bəstəkarı isə Arif Məlikov olur. Əsərin məzmununa görə qəhrəmanlardan biri – taleyi gətirməmiş Çinarə Bakıda xəstəxanada müalicə alarkən öz hisslərini, həyatındakı gərgin məqamları ifadə edən bir mahnı oxumalıdır. Mahnının adı isə "Güllərim"dir. Mahnın oxunması, bəstəkar Arif Məlikovun seçimi ilə Zeynəb Xanlarovaya həvalə edilir. Mahnı işlənib hazırlandıqdan sonra lent yazısının bir nüsxəsi Azərbaycan Radiosuna təhvil verilir, bir nüsxəsi də tamaşada istifadə edilmək üçün teatra göndərilir. Lakin tamaşada həmin yazıdan istifadə olunmur.
Las-Veqas Strip gülləbaranı (2017)
Las-Veqas Strip gülləbaranı , Paradays, Nevadadakı Las-Veqas Stripdə təşkil olunan dördüncü "Route 91 Harvest" Kantri musiqi festivalında baş vermiş silahlı hücum. Müğənni Ceyson Oldinin bitməkdə olan performansı sırasında Mandalay Bay hotelinin 32-ci mərtəbəsindəki bir nişançı, Las-Veqas bulvarında toplaşan musiqi festivalı iştirakçılarına atəş açıb. Hadisəni törədən şəxsin Meskit, Nevadada yaşayan 64 yaşındakı Stiven Kreyq Peddok olduğu aydın olub və qatil, hadisə yerində intihar etmiş şəkildə tapılıb. Ən azı 60 nəfərin ölümü və 527 nəfərin yaralanması ilə ABŞ tarixinin ən ölümcül hücumu oldu.
Mirzə Güllər
Mirzə Güllər xanım (19 əsr, Cavad k. – 1914-cü ildən sonra Şamaxı) — xanəndə. 19-cu əsrdə yaşayıb-yaratmış ilk azərbaycanlı peşəkar xanəndə qadın. O dövrdə qadınların çadrasız məclislərdə görünməsi yasaq olduğuna görə kişi paltarında çıxış etmişdir. 1890-cı illərdən Şamaxıda xanəndəlik etmiş, xanəndə Mirzə Məhəmmədhəsənin yaradıcılığından bəhrələnmiş, Şamaxı musiqi məclislərində iştirak etmişdir. Azərbaycanın digər bölgələrində də el məclislərində məşhurlaşmışdı. “Şur”, “Mahur–Hindi”, “Rast”, “Segah”, “Heyratı-Kabili”, “Bayatı-Şiraz”, “Bayatı-Qacar” muğamlarını xüsusi məlahətlə oxumuşdur. 1914-cü ildə Kiyevdə “Monarx-Rekord”, “Ekstrafon” səsyazma şirkətində Mirzə Güllərin ifasında bir neçə muğam və mahnılar qrammofon valına yazılmışdır.
Müqəddəs Fransiskonun gülləri (film, 1950)
Müqəddəs Fransiskonun gülləri (it. Francesco, giullare di Dio) — 1950-ci ildə Roberto Rossellini tərəfindən çəkilmiş dramatik filmdir. Fransiskonun gülləri — Internet Movie Database saytında.
Oryol güllələnməsi
Oryol güllələnməsi və ya Medvedev güllələnməsi — 11 sentyabr 1941-ci ildə XDİK əməkdaşları tərəfindən Oryol şəhərinin şimalında yerləşən Medvedev meşəsində, Oryol həbsxanasının siyasi məhbuslarının güllələnməsi. Güllələnmə zamanı İkinci (Valentin Arnold, Mixayıl Stroylov) və Üçüncü (Xristian Rakovski, Sergey Bessonov, Dmitri Pletnyov) Moskva proseslərinin iştirakçıları, Mariya Spiridonova, Pyotr Petrovski, Olqa Kamenyova, Varvara Yakovleva, alman riyaziyyatçı Frits Noser, Azərbaycan SSR Xalq Poçt-Teleqraf və Rabitə Yolları komissarı Cəmil bəy Vəzirov, azərbaycanlı şair, orta əsr əlyazmalarının kolleksiyaçısı Salman Mümtaz ilə birlikdə 157 nəfər dövlət və elm xadimi güllələnib. Güllələnmə SSRİ Xalq Daxili İşlər Komissarlığının xalq komissarı Lavrenti Beriya tərəfindən İosif Stalinin rəhbərlik etdiyi SSRİ Dövlət Müdafiə Komitəsi tərəfindən sanksiyalaşdırılıb. Güllələnənlər "məğlubiyyət təbliğatını aparmaqda, yeni təxribatları törətmək üçün qaçış planı hazırlamaqda" günahlandırılırdılar. 1980-ci illərin axırında Oryol ətrafında güllələnənlərin əksəriyyəti bəraət qazanırlar. 1990-cı ildə isə güllələnmiş 108 nəfərin ittihamı ləğv edilir. SSRİ Ali Sovetinin 22 iyun 1941-ci ildə verdiyi göstərişə əsasən SSRİ-nin qərb bölgələrində eləcə də Orlovsk bölgəsində hərbi vəziyyət elan edildi. X.Rakovskinin qohumu L.Tinevanın xatirələrinə əsasən "Almanlar Oryol şəhərinə yaxınlaşanda siyasi məhbusları yerində saxlayıb, bütün cinayətkarları daha uzaq düşərgələrə göndərdilər. 5 sentyabr 1941-ci ildə SSRİ Xalq Daxili İşlər Komissarlığının xalq komissarı Lavrenti Beriya və onun müavini Boqdan Kobulovun göstərişi ilə, I xüsusi bölmə SSRİ XDİK həbsxana rəhbərliyi ilə birgə, əksinqilabi cinayətdə günahlandırılan və Oryol həbsxanasında cəza çəkən 170 nəfərin siyahısını tərtib etdilər. I xüsusi bölmə rəisi L. Baştakovun və həbsxana rəhbəri M.Nikolskinin imzası ilə təsdiqlənmiş siyahıda məhbuslar haqqında qısa məlumatlar yer alıb.

Значение слова в других словарях