GEDİB-GƏLMƏK

f.
1. Bir yerdən başqa yerə hərəkət etmək (bir istiqamətdə olan hərəkətin təkrar etdiyini və müxtəlif vaxtlarda cərəyan etdiyini göstərir).
Bu otağa keçən adam həyətdən gedib-gələ bilərdi. S.Hüseyn.
Sərxan tez-tez qəza mərkəzinə gedib-gəlirdi. M.Hüseyn.

2. məc. Əlaqəsini, dostluğunu davam etdirmək. Daha onlara gedib-gəlmir.
3. məc. Ölüb-dirilmək.
Hər adam neçə kərə dirili, dünyaya gəlib; Bu gedib-gəlməyin olmazmı məgər payanı? S.Ə.Şirvani.

GEDİB-GƏLMƏ
GEDİLƏSİ

Значение слова в других словарях