GENİŞ

I
прил.
1. широкий:
1) имеющий большую протяженность в поперечнике. Geniş küçələr широкие улицы, geniş dəhliz широкий коридор, geniş ekran широкий экран
2) занимающий большое пространство, обширный. Geniş düzənlər широкие просторы, geniş vadi широкая долина
3) большой по охвату, размаху. Geniş quruculuq planları широкие планы созидания, geniş mənada в широком смысле, geniş təsvirini vermək nəyin дать широкое изображение чего , geniş ifadəsini tapmaq nədə находить широкое выражение в чём , filmlərin geniş nümayişi широкая демонстрация фильмов, geniş müzakirə широкое обсуждение, geniş dairələr широкие круги, geniş təsəvvür широкое представление, geniş məlumat широкая информация, geniş miqyasda в широком масштабе, geniş yaradıcılıq imkanları широкие творческие возможности, geniş proqram широкая программа
4) сопровождающийся широким, сильным движением. Geniş addımlarla широкими шагами
5) распространяющийся на всё, многое или на всех. Geniş xalq kütlələri широкие народные массы
2. просторный. Geniş otaq просторная комната, geniş salon просторный зал
II
нареч. широко. Gözlərini geniş açmaq широко раскрыть глаза, geniş tətbiq etmək широко применять, geniş əks etdirmək широко отображать, geniş yaymaq широко распространять, geniş istifadə etmək широко использовать, geniş təbliğ etmək широко пропагандировать, geniş öyrənilir широко изучается; geniş baxmaq nəyə широко смотреть на что ; geniş imkanlar açmaq открывать широкие возможности; geniş yer verilir nəyə отводится широкое место чему
GENƏLTMƏK
GENİŞALINLI
OBASTAN VİKİ
Geniş sütunlu yaddaş
Geniş sütunlu yaddaş (ing. wide-column store) — NoSQL verilənlər bazalarına aiddir və əsasən böyük miqdarda məlumatları yüksək performansla saxlamaq və işləmək üçün istifadə olunur. Bu verilənlər bazası sütun-əsaslı saxlanma modeli ilə işləyir, yəni məlumatlar cədvəl-əsaslı modellənsə də, hər bir sətir fərqli sayda və fərqli strukturlu sütunlara malik ola bilər. Bu, ona böyük çeviklik və şkalabilmə imkanı verir. == Geniş sütunlu yaddaşın xüsusiyyətləri == Sütun ailələri — məlumatlar bir sıra (ing. row) və sütun ailələri (ing. column families) şəklində saxlanılır. Sütun ailələri oxşar məlumatları bir yerə qruplaşdıraraq daha effektiv saxlanma və oxumağa imkan verir. Dinamizmlik — hər bir satır fərqli sütun dəstinə malik ola bilər və sütunlar əvvəlcədən müəyyən olunmamış ola bilər. Məlumatların qeyri-sabit strukturu onu çevik edir.
Geniş açılmış gözlərlə (film)
"Geniş açılmış gözlərlə" (ivr. ‏עיניים פקוחות‏‎, translit. Einayim Pkuhot) — İsrail rejissoru Haim Tabakmanın 2009-cu ildə, dram janrında çəkilmiş filmi. Filmin ssenarisi israilli ssenari müəlifi Merav Doster tərəfindən yazılmışdır. Filmdə səslənən musiqi isə, fransalı bəstəkar Nataniel Mexali tərəfindən bəstələnmişdir. Film Yerusəlimin ətrafındakı qədim Mea Şearim rayonunda yaşayan iki haredim — ultraortodoksal yəhudi kişilər arasında baş vermiş sevgi hisləri haqqındadır. Film 14 may 2009-cu ildə Böyük Britaniyada Peccadillo Pictures şirkəti tərəfindən tamaşaçılara nümayiş olunmuşdur. Film İsrail, Fransa və Almaniyanın birgə istehsalı hesab olunur. Film iki dekorasiyalı poetik ibrətli hekayə xarakterinə malikdir. Rejissor Tabakmanın əsas məqsədi, minimalistik metodlar ilə bədii fikirin tam şəkildə ötürülməsi idi.
Geniş açılmış gözlərlə (film, 2009)
"Geniş açılmış gözlərlə" (ivr. ‏עיניים פקוחות‏‎, translit. Einayim Pkuhot) — İsrail rejissoru Haim Tabakmanın 2009-cu ildə, dram janrında çəkilmiş filmi. Filmin ssenarisi israilli ssenari müəlifi Merav Doster tərəfindən yazılmışdır. Filmdə səslənən musiqi isə, fransalı bəstəkar Nataniel Mexali tərəfindən bəstələnmişdir. Film Yerusəlimin ətrafındakı qədim Mea Şearim rayonunda yaşayan iki haredim — ultraortodoksal yəhudi kişilər arasında baş vermiş sevgi hisləri haqqındadır. Film 14 may 2009-cu ildə Böyük Britaniyada Peccadillo Pictures şirkəti tərəfindən tamaşaçılara nümayiş olunmuşdur. Film İsrail, Fransa və Almaniyanın birgə istehsalı hesab olunur. Film iki dekorasiyalı poetik ibrətli hekayə xarakterinə malikdir. Rejissor Tabakmanın əsas məqsədi, minimalistik metodlar ilə bədii fikirin tam şəkildə ötürülməsi idi.
Geniş bağlanmış gözlərlə (film, 1999)
"Geniş bağlanmış gözlərlə" (ing. Eyes Wide Shut; sətri tərc. "Geniş bağlanmış gözlər") — Avstriya yazıçısı Artur Şnislerin "Yuxular haqqında novella" povesti əsasında rejissor Stenli Kubrikin çəkdiyi bədii film. İlkin mənbədən fərqli olaraq, burada hadisələr 1920-ci illər Vyanasından 1990-cı illərin Manhetteninə gətirilib. Baş rolları o zamankı ər-arvad Tom Kruz və Nikol Kidman ifa edirlər. Film izdivac həqiqətləri probleminə toxunur və özündə freydist işarələri ehtiva edir. Baş qəhrəman olan həkim Uilyam Harfordun Nyu-York küçələrində dolaşması yuxu və reallıq arasındakı hadisəni xatırladır. Çəkilişlər 1996-cı ilin noyabrından 1998-ci ilin iyununadək Londonda aparılmışdır. Kruz və Kidman rejissora lazım olduğu qədər çəkiləcəkləri öhdəliyi ilə bağlı açıq müqaviləyə imza atmışdılar. Stenli Kubrik vaxt çərçivəsinə əhəmiyyət vermədiyi üçün çəkilişlər ciddi surətdə uzanmışdı.
Avropa İttifaqının genişlənməsi
Tarix boyu Avropa İttifaqı (Aİ) dəfələrlə yeni üzv dövlətlərin ittifaqa qoşulması ilə genişlənmişdir. Aİ-yə qoşulmaq üçün bir dövlətin qanunun aliliyinə və ona uyğun azadlıqlara və qurumlara hörmət edən və sabit bir demokratik hökumət tələb edən Kopenhagen meyarları (1993-cü ilin iyun ayında Kopenhagen zirvəsindən sonra) adlanan iqtisadi və siyasi şərtləri yerinə yetirməsi lazımdır. Maastricht Müqaviləsinə görə, mövcud hər bir üzv dövlət və Avropa Parlamenti istənilən genişlənməyə razı olmalıdır. Genişlənmə prosesi bəzən Avropaya inteqrasiya olaraq da adlandırılır. Bu termin, eyni zamanda, milli hökumətlər milli qanunların tədricən uyğunlaşdırılmasına imkan verdiyi üçün Aİ üzv dövlətləri arasında əməkdaşlığın intensivləşdirilməsinə işarə olunur. Aİ-nin sələfi Avropa İqtisadi Birliyi , 1958-ci ildə, Roma Müqaviləsi qüvvəyə mindikdə , Daxili Altılıq üzv dövlətlə quruldu. O vaxtdan bəri, Aİ üzvlüyü iyirmi yeddi ölkənində qatılması ilə böyüdü. Son üzv dövlət olan Xorvatiya isə 2013-cü ilin iyulunda ittifaqa qoşuldu. Ən son Aİ ərazisinin genişlənməsi 2014-ci ildə Mayotte ilə baş verdi. Aİ-nin və sələflərinin ən nəzərəçarpaçaq ərazi azalmaları 1962-ci ildə Cezayirin müstəqillik əldə etməsilə çıxması, 1985-ci ildə Qrenlandiyanın çıxması və 2020-ci ildə Birləşmiş Krallığın ittifaqdan çıxması ilə baş vermişdir.
Avropa İttifaqının gələcəkdə genişlənməsi
Hal-hazırda Avropa İttifaqına gələcəkdə üzv olmaq üçün beş ölkə namizəddir: Türkiyə (14 aprel 1987-ci ildən bəri), Şimali Makedoniya (22 mart 2004-cü ildən bəri), Monteneqro (2008-ci ildən bəri), Albaniya və Serbiya (hər ikisi 2009-cu ildən bəri). Albaniya və Şimali Makedoniyadan başqa bütün ölkələr qoşulma danışıqlarına başlayıb. Bosniya və Herseqovina və Kosova (Kosova 5 Aİ ölkəsi tərəfindən tanınmır) Aİ-yə üzvlük üçün potensial namizədlər kimi tanınıblar. Danışıqlarda ən tez irəliləyən Serbiya və Monteneqronun 2025-ci ilə qədər Aİ-yə üzv olması gözlənilir. Digər danışıqlar davam etsə də, Türkiyə ilə danışıqlar durğunluq dövründədir. Kopenhagen kriteriyaları və Maastrixt sazişinə uyğun olaraq, qoşulma kriteriyası belədir: azadlıq, demokratiya və insan hüquqları və fundamental azadlıqlara hörmət və qanunun aliliyi prinsiplərinə hörmət edən hər bir "Avropa ölkəsi" Aİ-yə üzvlük üçün müraciət edə bilər. Ölkənin Avropa ölkəsi olub-olmaması Aİ institutları tərəfindən siyasi cəhətdən qiymətləndirilir. Şərq Tərəfdaşlığı strategiyasına görə, Aİ-nin 2020-ci ildən əvvəl post-sovet ölkələrindən hər hansı birini bloka qoşulmağa dəvət edilməsi ehtimal edilmir. Ancaq 2014-cü ildə Aİ Gürcüstan, Moldova və Ukrayna ilə Assosiasiya sazişi imzalayıb və Avropa Parlamenti hər 3 ölkənin "Avropa perspektivi"ni tanıyan qətnamə qəbul edib.
Genişkənd
Genişkənd — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 603 nəfərdir. == Toponimikası == Genişkənd oyk., mür. Saatlı rayonunun Məmmədabad i.ə.v.-də kənd. Düzənlikdədir. 1964-cü ilədək Ağayevka adlanırdı. Oykonim geniş və kənd komponentlərindən düzəlib, "böyük, geniş ərazidə yerləşən kənd" mənasındadır.
Genişləndirilmiş ASCII yığını
Genişləndirilmiş ASCII yığını – kodları ASCII yığınının 128–255 (onaltılıq 80h–FFh) aralığında olan hər hansı simvollar yığını. Genişləndirilmiş ASCII yığınının standart yığından fərqi odur ki, o, sabit deyil və kompüterdən, əməliyyat sistemindən, proqramlardan, şriftlərdən, qrafik simvollar yığınından asılı olur. Standart ASCII yığını bütün kompüterlərin işləməli olduğu ən vacib simvolları (hərfləri, rəqəmləri və durğu işarələrini) əhatə edir, genişləndirilmiş ASCII yığınına isə vurğulu hərflər, qrafik simvollar və xüsusi simvollar kimi əlavə 128 simvol daxildir. Genişləndirilmiş ASCII yığınını kodlaşdırmaq üçün baytda olan səkkiz bitin hamısından (standart ASCII yığınında 7 bitdən) istifadə olunur.
Genişləndirilmiş yaddaş
1. Genişləndirilmiş yaddaş spesifikasiyası IBM PC sistemlərində yaddaşın genişləndirilməsi üsulunun təsviri; bəzən LIM EMS kimi göstərilir, çünki bu üsul Lotus/Intel/Microsoft triumviratı tərəfindən işlənib hazırlanıb. Intel şirkətinin 80x86 prosessorlarının “real rejim” arxitekturası kompüterin erişiləbilən yaddaşının maksimal həcmini 1 Mbaytla məhdudlaşdırır. IBM PC’nin arxitekturası isə bu fəzanı (sahəni) daha da daraldaraq 640 Kbayt edir. EMS spesifikasiyası bu məhdudiyyətlərdən yayınmağa imkan verir: o, bir neçə 16-kilobaytlıq operativ yaddaş banklarından ibarət olan yaddaş lövhələri (kartları) ilə işləyə bilir ki, onları da proqram yolu ilə qoşmaq və ya açmaq mümkündür. Mərkəzi prosessor belə kartlarda yaddaşı adi yolla ünvanlaya bilmir, ancaq hər bir bankı (və ya səhifəni) prosessorun ünvan fəzasında göstərmək olur. Tut: CONVENTIONAL MEMORY, EXTENDED MEMORY. 2. Genişləndirilmiş mesaj xidməti məlumatların ötürülməsi üçün Samsung, Ericsson, Motorola, Siemens, Alcatel və bir neçə başqa şirkət tərəfindən qəbul edilmiş standart. GSM, TDMA və CDMA standartında işləyən mobil telefonlar üçün SMS standartının genişlənməsidir. EMS texnologiyası SMS və MMS arasında aralıq texnologiyadır, hazırda tamamilə MMS ilə əvəz olunub.
Genişləndirilmiş yaddaş meneceri
Genişləndirilmiş yaddaş meneceri (ing. Expanded Memory Specification və ya qısaca EMS) — spesifikasiyasının proqram hissəsini gerçəkləşdirən qurğu drayveri. Adətən, EMS-sistemlər üçün əlavə aparat təminatı tələb olunsa da, Intel firmasının 80386 və 80486 prosessorları üçün yazılmış menecer-proqramlar bu mikrosxemlərin xüsusi imkanlarının vasitəsilə yardımçı yaddaşın bazasında EMS modelini hazırlaya bilər.
Genişləndirmə
Genişləndirmə – kompüterin təməl sistemində genişləndirilməmiş funksiyaları yerinə yetirmək üşün yardımçı (əlavə) qurğular qoşmaq yolu ilə onun imkanlarının artırılması. Genişləndirmə dedikdə, adətən, kompüterin içərisində və ya onun korpusunda nəzərdə tutulmuş (genişləndirmə yuvalarına) əlavə çap lövhələrinin (genişləndirmə lövhələrinin) qoşulması başa düşülür.
Genişləndirmə lövhəsi
Genişləndirmə lövhəsi – üzərində mikrosxemlər və bir-biri ilə keçirici cığırlarla birləşdirilmiş digər elektron komponentlər yerləşən və əlavə funksiyalar və ya resurslar təmin etmək üçün kompüterin şininə (verilənlərin ötürülməsinin əsas yoluna) qoşulan montaj lövhəsi. Tipik genişləndirmə lövhələrində əlavə yaddaş, disklərin kontrolleri, videoadapterlər, paralel və ardıcıl portlar, daxili modemlər gerçəkləşdirilir. Genişləndirmə lövhələrinə çox zaman, sadəcə, lövhə (BOARD) və ya kart (CARD) deyilir. Bax: EXPANSION SLOT. Daşınabilir kompüterlər (dizüstü, ovuciçi və s.) üçün genişləndirmə lövhələri, adətən, kompüterin yanlarında və ya arxasında olan yuvalara taxılan PC Card tipli lövhələr şəklində (kredit kartı ölçüsündə olur) buraxılır.
Genişləndirmə paketi
Genişləndirmə paketi — genişləndirmə dəsti və ya əlavə paketi, mövcud videooyuna yeni xüsusiyyətlər vermək üçün istehsal olunan paketlərdir. Bu paketlər tez-tez oyuna yeni ərazilər, silahlar, simvol və funksiyalar əlavə edir. Həmçinin mövcud oyunun ssenarisini genişləndirir. Ümumiyyətlə, videooyunun genişləndirmə paketləri oyun təkmilləşdiriciləri tərəfindən istehsal olunur, lakin istehsalçı şirkətlər genişləndirmə paketlərini başqa bir şirkətə də düzəltdirə bilərlər. Ümumiyyətlə, oyunun genişləndirilməsi paketlərinin qiyməti orijinal oyuna nisbətən daha aşağıdır. Genişləndirmə paketləri oyuna yeni xüsusiyyətlər gətirməyi hədəflədiyi üçün istifadəçi orijinal oyuna sahib olmalıdır. Zaman-zaman oyun istehsalçıları genişləndirmə paketlərini oyunun özü ilə birlikdə "kolleksiya versiyası" və ya "qızıl versiya" paketi kimi də satırlar.
Genişləndirmə yuvası
Genişləndirmə yuvası – kompüter konsolunun içərisində genişləndirmə lövhələrini yerləşdirmək üçün nəzərdə tutulmuş və onları sistem şininə (verilənlər magistrallarına) qoşan yuva. Fərdi kompüterlərin əksəriyyətində üçdən səkkizədək genişləndirmə yuvası olur; Apple Macintosh və Macintosh Plus kompüterlərində, ümumiyyətlə, genişləndirmə yuvası olmur, Macintosh SE də isə bir yuva olur. Genişləndirmə yuvaları sistemin mövcud imkanlarını və ya yaddaşını artırmağa və ya yenilərini əlavə etməyə imkan verir. Bax: EXPANSION BOARD. Daşınabilir kompüterlərdə genişləndirmə yuvası PCMCIA sinifli yuva formasında olur ki, ora da PC Card lövhəsi qoyulur.
Genişlənmə (teleserial)
Genişlənəbilən dil
Genişlənəbilən dil – sintaksisinin və semantikasının genişlənməsinə və ya dəyişdirilməsinə imkan verən kompüter dili. Sözün ən geniş anlamında dillərin əksəriyyəti genişlənəbiləndir (prosedurların və funksiyaların daxiledilməsi imkanları nəzərdə tutulur), ancaq dəqiq anlamda bu termini yalnız geniş yayılmış dillərin bir neçəsinə (məsələn, Forth dilinə) aid etmək olar ki, onlar proqramçıya dilin özünü dəyişərək, yeni variantını yaratmağa imkan verir.
Genişzolaqlı şəbəkə
Genişzolaqlı şəbəkə — verilənlərin ötürülməsinin ayrılmış giriş və çıxış kanalları vasitəsilə yüksəktezlikli siqnalların köməyilə həyata keçirildiyi lokal şəbəkə növüdür. Belə şəbəkənin stansiyaları öz aralarında koaksial kabellər və ya optik lifli xətlərlə birləşirlər. Genişzolaqlı şəbəkədə verilənlər analoq siqnalların modulyasiyası yolu ilə ötürülür. Veriliş mühitinin buraxılış zolağı bir neçə intervala (zolağa) bölünür və onların hər biri rabitə kanalı kimi fəaliyyət göstərir; bu da televiziya proqramlarını, danışığı, ikilik ədədləri və s. eyni zamanda bir fiziki mühitlə ötürməyə imkan verir. == Genişzolaqlı şəbəkə sürəti == Genişzolaqlı şəbəkədə sürət yüksək olur (20 Mbit/san və daha yüksək), ancaq onun quraşdırılması darzolaqlı şəbəkəyə nisbətən daha çətin olur və baha başa gəlir. Bu cür şəbəkələrdə əsas olaraq kabel televiziyasındakı texnologiya götürülür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Kainatın genişlənməsi nəzəriyyəsi
Kainatın daim böyüməsi — xüsusi nəzəriyyə. Kainat həm məkan həm zamanda sonsuz olduğuna görə, inkişaf daim kəmiyyət keyfiyyət dəyişikliyi kimi baş verir. Mövcud kainatın hüdudlarından qırağa iki yolla çıxmaq olar. Birinci tanrı vasitəsilə. İkincisi isə kainatın öz məzmununu artırmaqla, yəni onu öyrənməklə, onun bugünkü hüdudlarından qırağa çıxmaq olar. Zariyat surəsi / 47'ci ayə : "Göyü qüdrətlə yaratdıq, və onu genişləndirməkdəyik == Fəlsəfədə kainatın genişlənməsinə münasibət == Subyektiv fəlsəfəyə görə biliklər real dünyanın əksi deyil, real dünya biliklərin əksidir. Yəni real dünya biliklərin proyeksiyasıdır. Belə çıxır ki səbəb mütləq biliklərdi , nəticə isə kainat ya da ki onun hələlik tam olmaması. Obyektiv fəlsəfəyə görə isə biliklər real dünyadan qaynaqlanır. Bu isə o deməkdir ki biliklər, daha doğrusu onların hələlik tam olmaması, nəticədir, mütləq dünya isə səbəb.
Klaviatura genişləndiricisi
klaviatura genişləndiricisi(keyboard enhancer)-klavişlərin basılma siqnalları daxil olduqca onları emal edən və bəzi klavişlərin və ya onların kombinasiyasının mənasını yenidən təyin edən proqram; klaviatura utiliti (KEYBOARD UTULITY), makro-proqram (MACRO PROGRAM) və ya makro-utilit (MACRO UTILITY) kimi də tanınır. Bu proqramlardan makrosların – klavişlər kombinasyalarının, siçanın hərəkətlərinin, menyu komandaları və ya müəyyən klavişlərə bağlanmış komandalar ardıcıllıqlarının yaradılması və saxlanması üçün də istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı,466s.
Varikoz genişlənmə
Vena genişlənməsi ya Varikoz genəlmə venaların genişlənərək divarının nazikləşməsi, elastikliyini itirməsi ilə əlaqəli venoz sistemində rast gəlinən patoloji prosesdir. Adətən varikoz genəlmə dedikdə Aşağı ətrafların varikoz genəlməsi başa düşülür. lakin əmələgəlmə nahiyəsindən asıli olaraq varikoz genəlmə bir neçə növlərə malikdir: Aşağı ətrafların varikoz genəlməsi həm müstəqil həm də yanaşı gedən xəstəlik olub, aşağı ətraflarda: topuq, baldır, bud nahiyələrində dərialtı venaların genişlənməsi, damar divarının nasikləşməsi, tromblaşmış vena düyünlərinin üzə çıxması ilə xarakterizə olunur. Varikoz genəlmə venoz təzyiqin artması nəticəsində xüsusən qapı venasında təzyiqin artması — portal hipertenziya zamanı qida borusu venalarının, qarın nahiyəsində dərialtı venaların meduza şəkilli genəlməsinə səbəb olur. Bu cür varikoz genəlmə müstəqil deyil, hər hansı bir xəstəlik: qaraciyər serrozu, şişi zamanı meydana çıxmış olur. Düz bağırsaq venalarının genəlməsi, babasil ya hemorroy xəstəliyi adlanır. Kişilərdə xaya venalarının varikoz genəlməsi, varikosel adlanır. Varikosel kişi sonsuzluğuna səbəb ola bilir.
Genişlənmə (teleserial, 2015)
Genişlənmə (ing. The Expanse) — Mark Ferqus və Hok Ostbi tərəfindən Ceyms S.A. Korinin eyni adlı roman seriyası məsasında yaradılmış Amerika elmi-fantastika serialıdır. Seriya bəşəriyyətin Günəş sistemini müstəmləkə etdiyi gələcəkdən bəhs edir. Əsas qəhrəmanlar bir-birindən fəqlənməyən - Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü Çrijen Avasarala (Şöhrə Ağdaşlı), polis detektivi Cozefus Miller (Tomas Ceyn), gəmi zabiti James Holden (Stiven Streyt) və ekipajı - özləri də bilmədən özlərini baş verəcək sistemin soyuq müharibə mərkəzində tapacaqlar. Genişlənmə vizualları, obrazlar inkişafı və siyasi povesti üçün xüsusi təriflə tənqidi bəyənmə aldı. Ən Yaxşı Dramatik Təqdimat üçün Hugo Mükafatı və Ən Yaxşı Elmi Fantastik Televiziya Seriyası üçün üç Saturn Mükafatı nominasiyasını aldı. Beşinci mövsümün çıxışı ərəfəsində Amazon, 2021-ci il dekabrın 10 -da premyerası planlaşdırılan serialı 2020-ci ilin noyabr ayında altıncı və sonuncu mövsümün olacağını bildirdi. == Mövzu == Günəş sistemi gələcəkdə yüz illərlə bəşəriyyət tərəfindən müstəmləkə edilmişdir. Ən böyük üç güc Yer və Luna Birləşmiş Millətlər Təşkilatı, Marsdakı Mars Konqres Respublikası və asteroid qurşağının boş bir konfederasiyası olan Yupiter və Saturnun peykləri olan Xarici Planetlər İttifaqıdır (XPİ). == Rollarda və obrazlar == === Əsas === Stiven Streyt - Ceyms Holden / Kanterböridə Yerli icra məmuru , daha sonra Rokineytin kapitanı Tomas Ceyn - Co Miller / Müstəntiq (mövsüm 1-2; xüsusi qonaq qismində: 3-4 mövsüm) / Culiya Maonu tapmaq üçün təyin olunmuş Ceresdə Belter detektivi.
Genişləndirici
Genişləndirici və ya Espander (lat. exp ando - yayılma, uzanma) - elastik deformasiyaya əsaslanan məşqlər qrupu idman simulyatorları . Hərəkətə qarşı durarkən yükü təmin edən elastik element və ya onların bir qrupu yay, rezin və ya digər elastik materiallardan hazırlana bilər.
Genişmiqyaslı şəbəkə
Genişmiqyaslı şəbəkə və ya qısaca WAN (ing. Wide area network) — böyük coğrafi əraziyə yayılan telekommunikasiya şəbəkəsi. Bu şəbəkə tez-tez icarəyə götürülmüş telekommunikasiya sxemləri ilə qurulur. Bizneslər, eləcə də məktəblər və dövlət qurumları məlumatları dünyanın müxtəlif yerlərindən olan işçilərə, tələbələrə, müştərilərə, alıcılara və təchizatçılara ötürmək üçün genişmiqyaslı şəbəkələrdən istifadə edirlər. Əslində bu telekommunikasiya rejimi biznesə yerindən asılı olmayaraq gündəlik funksiyasını səmərəli şəkildə yerinə yetirməyə imkan verir. İnternet genişmiyqaslı şəbəkə hesab edilə bilər. Ancaq WAN adətən müəyyən bir təşkilat üçün qurulur və özəldir. WAN-lar lokal şəbəkələrdən (LAN) ayrıla bilər, çünki LAN fiziki cəhətdən proksimal şəbəkələrə aiddir. == Strukturu == WAN-ın dərslik tərifi coğrafi bölgələri əhatə edən kompüter şəbəkəsidir. Rabitə protokollarının və konsepsiyalarının tətbiqi baxımından WAN-lara məlumatların uzun məsafələrə və müxtəlif şəbəkələr arasında ötürülməsi üçün istifadə olunan kompüter şəbəkəsi texnologiyaları kimi baxmaq daha yaxşı olar.
Hey, meydan genişdir
Hey, meydan genişdir (bolq. Хей, поле широко) — İkinci Dünya müharibəsindən qalma bolqar partizan mahnısı. Bu, təkcə bolqarlar arasında deyil, həm də Yuqoslaviya partizanları arasında məşhur idi. Mahnının sözləri ilk dəfə "Bolqar fəhlə hərəkatının mahnıları 1891–1944" toplusunda dərc edilmişdir. Bir versiyaya görə, mahnının sözlərinin müəllifi teatr direktoru Lena Çençevadır. 1962-ci ildə Bolqarıstanda olmuş və Plovdivdə sovet əsgərlərinin xatirəsinə ucaldılmış "Alyoşa" abidəsini görən bəstəkar Eduard Kolmanovski şair Konstantin Vanşenkinlə gördüyü abidə ilə bağlı təəssüratlarını bölüşmüşdü. Vaşenkin bu təəssüratların təsiri ilə "Alyoşa" poemasını yazmış və Kolmanovski həmin şeir üçün musiqi bəstələyir. O, bəstəni hazırlayarkən "Hey, meydan genişdir" mahnısının motivindən istifadə etmişdir. SSRİ-də 1984-cü ildə “Hey, meydan genişdir” mahnısının partiturası "SSRİ–BXR dostluq mahnıları fortepiano müşayiəti ilə və olmadan səs və xor üçün" toplusunun bir hissəsi kimi nəşr edilmişdir.

Значение слова в других словарях