geoloji
geoloji-genetik 2021
OBASTAN VİKİ
Geoloji kəsiliş
Geoloji kəsiliş — süxurların yatım şəraitinin, müxtəlif yaşlı və tərkibli süxurların qarşılıqlı münasibətinin, geoloji kütlələrin forma və qalınlıqlarının dəyişməsinin, qırışıqlıq və qırılma pozulmalarının xarakterinin, müxtəlif fatsiyaların və onların bir-birinə qarşılıqlı münasibətinin şaquli müstəvidə qrafik təsviri. Geoloji kəsiliş geoloji xəritə ilə birlikdə tərtib edilir və dərinə getdikcə quruluşun dəyişməsini əyani şəkildə göstərir. Geoloji kəsiliş tərtibində təkcə yerüstü müşahidə materialları deyil, həmçinin quyu və geofiziki müşahidə materiallarından da istifadə olunmalıdır. Bəzən Geoloji kəsiliş məfhumu əvəzinə səhvən "Geoloji profil" termini işlədilir. Geoloji planalma Geoloji tsikl (geoloji inkişaf tsikli) Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Geoloji planalma
Geoloji planalma - Yer qabığının hər hansı bir sahəsinin geoloji quruluşunun və perspektiv mineral-xammal ehtiyatlarının müəyyən edilməsinin əsas üsullarından biri; sahənin birbaşa naturadan geoloji xəritəsini qurmaq üçün aparılan işlərin məcmusu. İki mərhələdən ibarətdir: çöl tədqiqatları və toplanmış faktiki materialın kameral işlənilməsi. Çöl işləri zamanı çöl geoloji xəritəsi tərtib edilir. Bunun üçün təbii çıxışlar, qazıma quyuları, layların yatım elementlərini göstərməklə dağ-mədən qazımaları planlı surətdə öyrənilərək topoqrafik əsasa köçürülür. Geoloji sərhədlər, tektonik strukturlar, qırılma pozulmaları izlənilir, süxurların litoloji tərkibi, mənşəyi, yatma şəraiti və təxmini yaşı müəyyən edilir. Eyni zamanda, kontakt zonaları, faydalı qazıntıların, xüsusilə qaz və neftin təzahürləri qeydə alınır. Süxur, faydalı qazıntı, fauna və flora nümunələri götürülür. Bütün müşahidələr geoloji gündəlikdə qeyd edilir. Kameral işləmə prosesində çöl tədqiqatlarının nəticələri dəqiqləşdirilir: çöldə yığılmış süxur və faydalı qazıntı nümunələri xüsusi laboratoriya tədqiqat üsulları (mikroskopik, kimyəvi, spektroskopik, lüminssent və b.) öyrənilir. Fossil fauna və flora qalıqları təyin edilir, qrafiklər (stratiqrafik sütunlar, geoloji kəsilişlər, xəritələr və b.) çəkilir və geoloji hesabat tərtib edilir.
Geoloji proseslər
Geoloji proseslər — Yerin daxilində və yer qabığında strukturların, yer səthi relyefin dəyişilməsinə, süxurların və mineralların parçalanmasına, onların əmələ gəlməsinə, yatım şəraitinin dəyişilməsinə səbəb olan proseslər.
Geoloji xəritə
Geoloji xəritə - hər hansı bir sahənin geoloji quruluşunun topoqrafik xəritədə qrafik təsviri. Belə xəritələrdə şərti işarələrlə Yer səthinə çıxan müxtəlif geoloji yaşlı çökmə, püskürmə və metamorfik süxurlar, qırılma pozulmaları göstərilir. Maqmatik süxurlar tərkib və yaşına görə ayrılır. Geoloji xəritə miqyaslarına görə icmal (1:1000000-dan kiçik), kiçik (1:1000000 və 1:500000), orta (1:200000 və 1:100000), böyükmiqyaslı və ya mükəmməl (1:50000) və daha böyükmiqyaslı olur. İcmal geoloji xəritələr böyük əraziləri, qitə və bütün Yer kürəsi, digər xəritələr isə ayrı-ayrı region və rayonlar üçün tərtib edilir. Topoqrafik xəritə Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Çöküntülər (geoloji)
Çöküntülər (geoloji) — fiziki, kimyəvi və bioloji proseslər nəticəsində çökən, hələ sonrakı dəyişilmələrə məruz qalmamış və müasir çöküntü toplanma zonasının səthində yatan məhsullar (qum, lil, sapropel) Subakval çöküntülərdən başqa bunlara küləyin, buzun və başqa amillərin fəaliyyəti və aşınma prosesləri nəticəsində bilavasitə qurunun səthində toplanan məhsullar da aiddir. Dəyişilməyə məruz qalmamış, lakin qədim çöküntü qatlarının tərkibində olan çöküntülərə (məsələn, qumlar, gillər) süxur kimi baxılmalıdır. Süxurları (o cümlədən sementləşməmiş süxurlar) "çöküntü" adlandırmaq olmaz. Qədim çöküntü süxurlar arasında bir sıra çöküntü analoqları məlumdur. Bu isə müasir çöküntülərə aid olan məlumatlardan litoloji və fatsial tədqiqatlar üçün müqayisəli şəkildə istifadə etməyə əsas verir. Çöküntülərin sıxlaşması — diagenez və katagenezdə çöküntülərin qalınlığının azalması. Çöküntülərin sıxlaşması prosesi çöküntülərin həcm çəkisinin artması ilə müşayiət olunur. Gilli, gilli-alevritli və qumlu-gilli çöküntülərin sıxlaşma qabiliyyəti daha yüksəkdir və molluska qabıqlarının və lilyeyənlərin hərəkət izlərinin basılıb yastılaşması və sıxlaşması kimi əlamətlərə görə asanlıqla aşkar edilir. Silisiumlu çöküntülərin sıxlaşması sinerezis nəticəsində yaranır və bu da bəzən çöküntülərdə olan iri qabıqların deformasiyaya uğramasına səbəb olur. Karbonat süxurlarda, yenidən kristallaşma ilə müşayiət edilən sürətli daşlaşma prosesi getdiyinə görə sıxlaşma qabiliyyəti ən aşağı olur.
Asiyanın geoloji quruluşu
Asiya müəyyən hissəsi əvvəllər Qondvana superkontinentinin tərkibində olmuş kembriyəqədərki qabıq bloklardan ibarətdir. Fanerozoyda blokların Qondvananın kənarından qopması, onların litosfer plitələri ilə birlik də şimala doğru dreyfi və toqquşma (kolliziya) prosesində əvvəlcə Lavrasiyaya, Mezozoyun ortalarından isə Avrasiyaya birləşməsi (tektonik akkresiya) baş vermişdir. Bu zaman qədim okeanlar (Paleoasiya, Paleotetis, Mezotetis və Neotetis) dövri olaraq açılmış və qapanmışdır. Asiyada şimal (Lavrasiya) blokları sırasına qədim Sibir platforması, kembriyəqədərki kiçik massivlər, cənubda (Qondvana) blokları sırasına isə Hindistan, Ərəbistan, Çin-Koreya, Tarim, Cənubi Çin platformaları, Hind-Çin, Şimali və Cənubi Tibet və s. qədim massivlər aid edilir. Blokları bir-birindən ayıran Son Proterozoy və Fanerozoy qırışıqlıq sahələri və sistemləri 3 mütəhərrik qurşaq əmələ gətirir: qədim okeanların qapanması zamanı əmələ gəlmiş Ural-Oxot və Aralıq dənizi qurşaqları, həmçinin Asiya ilə Sakit okean sərhədində inkişaf edən Qərbi Sakit okean qurşağı. Mütəhərrik qurşaqların qırışıqlıq strukturlarının bir hissəsi cavan platformaların (Qərbi Sibir, Turan və s.) çöküntü qatı ilə örtülmüşdür. Platformaların və qırışıqlıq sahələrinin ayrı-ayrı hissələri Kaynozoyda orogenezə məruz qalmış və törəmə dağ qurşaqları (Mərkəzi Asiya və s.) formalaşmışdır. Müasir rift əmələ gəlmə prosesi Baykal gölü rayonunda və Şimali Çində fəal təzahür edir. Qırmızı dənizin yaranmağa başlayan okean rifti Ərəbistan platformasını Afrika platformasından ayırır.
Azərbaycanın geoloji quruluşu
Blok (geoloji termin)
Blok (geoloji termin) - tektonikada Yer qabığının stabil və ya bütöv kütləsilə hərəkət edən, yarıqlarla hududlanmış, iri ölçülü (yuzlərlə km2-dən min km2-dək) sahəsi. Blok planda üçbucaqlı, dördbucaqlı, poliqonal, habelə pazvari, prizmatik şəkildə olur. Daha böyük ölçülü bloklar mozaik quruluşlu qırışıqlıq vilayətlərində və plaformaların özülündə müşahidə edilir. Çox vaxt blok hüdudlayan yarıqlar, adətən, anomal fiziki sahələr (qravitasion pillələr, xətti maqnit anomaliyaları) şəklində izlənilir. Bloklar arası qovuşma zonası tektonik tikiş və ya pozulma zonası olub bəzən maqmatik cismlərlə zəngin olur. Tektonika Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Dializ (geoloji termin)
Dializ (geoloji termin) -' kolloid məhlulları həqiqi məhlul halında olan maddə qarışıqlardan təmizləmək üçün diffuziya qanunlarına əsaslanmış üsul. Molekulyar-həll olmuş maddələri (elektrolit) keçirən, lakin kolloid hissəcikləri buraxmayan məsaməli membranadan istifadə edilir. Gillərin tədqiqində, əsasən, davamlı suspenziyalar almaq məqsədilə həll olan duzların su suspenziyalarını kənar etmək üçün tətbiq edilir. Dializ sabit elektrik cərəyanı sahəsində daha da tezləşir və bu halda elektrodializ adlanır. Kolloidlər Diffuziya Elektrolit Gillər Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Naxçıvanın geoloji quruluşu
Naxçıvan MR geoloji quruluşu Ş. Əzizbəyov, A. Antonov, B. Budaqov, və b. tərəfindən öyrənilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisi geoloji baxımdan Kiçik Qafqazın Naxçıvan qırışıqtektonik zonasında yerləşir. Ərazinin geoloji quruluşunun qalınlığı 14 km-dir. (Kaynazoy, Mezazoy və Paleozoy eraları). Ərazidəki yer qabığının qalınlığı 48–54 km olaraq "qranit" qatı 15–20 km, "bazalt" qatı isə 20–25 km-dir. Geoloji quruluşuna görə Naxçıvan Muxtar Respublikası ərazisi Birinci dərəcəli üç qarışıqlı strukturu əhatə edir: Şərur-Culfa antiklinorisi, Ordubad sinklinorisi və Zəngəzur antiklinorisi. Bu strukturlar Ümumqafqaz istiqamətlidir. Şərur – Culfa antiklinorisində təbaşirə qədər, Ordubad sinklinorisində isə oliqosendən sonrakı və miosendən əvvəlki xətti qırışıqlıqla əlaqədar əmələ gəlmişdir. Göründüyü kimi, Naxçıvan MR-in Arazboyu maili düzənlik zonası ayrıca bir geoloji struktur təşkil etməyib, dağlıq ərazi ilə eyni struktura malikdir.
Qalxan (geoloji termin)
Qalxan və ya Sipər –platformanın kristallik, iri müsbət strukturu. Q. daxilində kristallik süxurlardan təşkil olunmuş, qırışıq əsas səthə çıxır. Q. adətən yer qabığının qalxmış hissəsinə uyğun gəlir. Termin birinci dəfə Avstriya geoloqu E. Züss (1885) tərəfindən təklif edilmişdir.
Coğrafi element
Coğrafi enlik
Coğrafi enlik, en dairəsi və ya paralel — Ekvatorun şimal və ya cənubundakı hər hansı bir nöqtənin ekvatora açıldığı məsafəsi. En dairəsini astronomik alətlərdən olan sekstant və qnomon ilə təyin etmək mümkündür. Günün davam etmə müddəti En dairəsindən asılıdır. Coğrafi enlik 0°-dən 90°-yə qədər hesablanır və ekvatordan şimal qütbünə qədər – şimal Coğrafı enlik ekvatordan cənub qütbünə qədər – cənub Coğrafı enlik adlanır.
Coğrafi göstərici
Coğrafi göstərici - əmtəənin mənşəcə dövlətin və ya bölgənin ərazisi ilə, yaxud bu ərazidəki yerlə bağlı olduğunu bildirməsi, onun xüsusi keyfiyyətini və digər xüsusiyyətlərini əks etdirməsi. Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Coğrafi hədəfləmə
Coğrafi hədəfləmə — xüsusilə bir ölkədə yoxsulluğun azaldılması üçün resursların ayrılması üçün əlverişli bir yol. Bu baxımdan, dövlət xərcləri və siyasi müdaxilələri ən kasıb sahələrdə ən möhtac insanlara çatmaq üçün yerləşdirilə bilər.
Coğrafi irq
Coğrafi komponentlər
Coğrafi koordinatlar
Coğrafi koordinat sistemi — Yer üzərindəki obyektlərin yerini müəyyənləşdirmək üçün istifadə olunan koordinat sistemidir. Coğrafi koordinat sistemi coğrafi uzunluq və coğrafi enliklərdən ibarətdir. 1884-cü ildə ABŞ-də keçirilən Beynəlxalq Meridian Konfransında iyirmi beş ölkə iştirak etmişdir. Onlardan iyirmi iki dövlət İngiltərədə yerləşən Qrinviç rəsədxanasından keçən meridianı sıfır dərəcəli coğrafi uzunluq kimi qəbul etmişdir. Dominikan Respublikası bu təklifin əleyhinə səs vermiş, Braziliya və Fransa isə bitərəf qalmışlar. Fransa Paris Rəsədxanasından hesablanan yerli vaxtdan 1911-ci ildə Qrinviç Orta Vaxt sisteminə (ing. Greenwich Mean Time) keçmişdir. Coğrafi enlik ekvatorla verilən məntəqədən keçən paralel çevrəsi arasında qalan meridian qövsünün dərəcələrlə uzunluğudur. Coğrafi enlik məntəqənin ekvatordan neçə dərəcə şimalda və yaxud da cənubda yerləşdiyini bildirir. Qlobus və xəritələrin üzərində meridian və paralellərin kəsişərək əmələ gətirdiyi şəbəkəyə dərəcə toru deyilir.
Coğrafi koordinatları
Coğrafi koordinat sistemi — Yer üzərindəki obyektlərin yerini müəyyənləşdirmək üçün istifadə olunan koordinat sistemidir. Coğrafi koordinat sistemi coğrafi uzunluq və coğrafi enliklərdən ibarətdir. 1884-cü ildə ABŞ-də keçirilən Beynəlxalq Meridian Konfransında iyirmi beş ölkə iştirak etmişdir. Onlardan iyirmi iki dövlət İngiltərədə yerləşən Qrinviç rəsədxanasından keçən meridianı sıfır dərəcəli coğrafi uzunluq kimi qəbul etmişdir. Dominikan Respublikası bu təklifin əleyhinə səs vermiş, Braziliya və Fransa isə bitərəf qalmışlar. Fransa Paris Rəsədxanasından hesablanan yerli vaxtdan 1911-ci ildə Qrinviç Orta Vaxt sisteminə (ing. Greenwich Mean Time) keçmişdir. Coğrafi enlik ekvatorla verilən məntəqədən keçən paralel çevrəsi arasında qalan meridian qövsünün dərəcələrlə uzunluğudur. Coğrafi enlik məntəqənin ekvatordan neçə dərəcə şimalda və yaxud da cənubda yerləşdiyini bildirir. Qlobus və xəritələrin üzərində meridian və paralellərin kəsişərək əmələ gətirdiyi şəbəkəyə dərəcə toru deyilir.
Coğrafi kəşflər
Böyük coğrafi kəşflər və ya sadəcə Coğrafi kəşflər — XV–XVII əsrlərdə Avropalılar tərəfindən yeni ticarət yollarının axtarılması məqsədilə başladılan və yeni okeanların, qitələrin kəşf edilməsi ilə nəticələnən tarixi prosesdir. Avropada olan səyyah və dənizçilərdə olan böyük maraq coğrafi kəşflərin başlanmasına böyük təkan vermişdir. Digər tərəfdə orta əsrlərdə Avropada iqtisadi vəziyyətin gərgin olması, insanların yeni zəngin torpaqlar axtarması həvəsini daha da sürətləndirirdi. İlk coğrafi kəşflər Atlantik okeanı və Afrika sahillərindən, fransız və cenoalı gəmiçilər tərəfindən başladılmışdır. Kanar adaları və Azor adalarının kəşf edilməsi, bu səyahətlər nəticəsində mümkün olmuşdur. Böyük coğrafi kəşflərin ilkin mərhələsində bir sıra səbəblər üzündən Portuqaliya və İspaniya digər ölkələrlə müqayisədə qarşıda duran mürəkkəb vəzifələrin yerinə yetirilməsinə daha çox hazır idilər. Məhz bu iki Pireney ölkəsinin səyyahları bir neçə onilliklərdə Afrikanın ətrafını dolanmaqla Şərq ölkələrinə və Amerikaya gedən yolları kəşf etmişlər, Şərq yolunun axtarışı ilə onlar Hindistanı və Qərb yolunun axtarışı ilə isə iki böyük materiki — Şimali və Cənubi Amerikanı kəşf etdilər və öyrəndilər. Lakin XVI əsrin ortalarından başlayaraq Pireney ölkələri zəbt etdikləri sərvətlər ilə məhdudlaşaraq, yeni torpaqlar axtarışından imtina etdilər və əsas diqqəti tutuqları yerləri əldə saxlamağa yönəltdilər. Göstərilən vaxtdan sonra onların yerinə daha güclü olan İngiltərə və Hollandiya gəldi. Deməli, Böyük Coğrafi kəşfləri ilkin hazırlayan və həyata keçirən iki Pireney dövləti- İspaniya və Portuqaliya olmuşdur.
Coğrafi landşaft
Coğrafi uzunluq
Coğrafi xəritə
Xəritə — Yer kürəsi və ya digər planetlərin bütövlükdə və ya ayrı-ayrı hissələrinin iki və ya üçölçülü şərti işarələrlə kiçildilmiş təsviridir. Xəritənin məqsədindən və miqyasından asılı olaraq, orada təsvir olunacaq obyektlərin seçilməsinə və ümumuləşdirilməsinə kartoqrafik generalizasiya deyilir. Xəritə ərəb mənşəli söz olub (خريطة) yer səthinin coğrafi vəziyyətinin kağız və s. üzərində təsviri mənasını verir. Ərazi əhatə etməsinə görə xəritələri 3 qrupa bölürlər: Dünya və yarımkürələrin xəritələri; Materik və okeanların xəritələri; Dövlətlərin və onların hissələrinin xəritələri. Məzmununa görə xəritələr ümumcoğrafi və tematik xəritələrə bölünürlər. Ümumcoğrafi xəritələrdə – yer səthinin ümumi mənzərəsi əks etdirilir. Tematik xəritələrdə – hər hansı bir təbii komponent hadisə daha aydın təsvir olunur (məsələn: iqlim, geologiya). Xəritələr bir çox xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Miqyasına görə xəritələr şərti olaraq 3 qrupa bölünür: Miqyası 1:200000 və ondan böyük olan (1:50000, 1:25000, 1:10000) böyük miqyaslı xəritələr; Miqyası 1:200000-dən 1:1000000-dək olan orta miqyaslı xəritələr; Miqyası 1:1000000-dan kiçik olan kiçik miqyaslı xəritələr.
Coğrafi zona
Coğrafi zonallıq
Coğrafi zonallıq — coğrafi təbəqənin (landşaft təbəqəsinin) quruluşunda ən başlıca qanunauyğunluqlardan biri. Bu qanunauyğunluq günəşin şüa enerjisinin enliklər üzrə bərabər bölünməsilə əlaqədar olaraq, müxtəlif landşaft tiplərinin ekvatordan qütblərə doğru dəyişilməsində və müxtəlif coğrafi qurşaqların, coğrafi zonaların yaranmasında özünü göstərir.