GEYİMLİ

sif.
1. Əynində geyimi, paltarı olan, paltarlı.
[Zeynalın] qarşısına on biron iki yaşlı, sadə və təmiz geyimli, qara bir qız çıxdı. S.Hüseyn.
Tirmə şal geyimli, qara saçlılar; Hər tərəfə zər nişanlar dolanır. Aşıq Ələsgər.
Ağ geyimli, nurani bir dərviş yol kənarında görünür. H.Cavid.

// Geyinmiş, əynində geyimi olan, paltarlı (çılpaq əksi). Geyimli halda bayıra çıxdı. Geyimli uşaq. 2 məc. Üzəri bir şeylə örtülmüş, örtülü. Yaşıl geyimli təpələr.
– Al-əlvan geyimli dağlar gözəli, Sən kimdən öyrəndin vüqarı, lalə? N.Rəfibəyli.

Синонимы

  • GEYİMLİ kecimli — bəzənmiş — düzənmiş
  • GEYİMLİ geyimli bax paltarlı

Антонимы

  • GEYİMLİ GEYİMLİ – ÇILPAQ Şıq geyimli bu azərbaycanlı əsgərin ayağında haradansa ələ keçirdiyi təzə uzunboğaz çəkmə vardı (S
GEYİM-KECİMLİ
GEYİMLİ-KECİMLİ
OBASTAN VİKİ
Qızıl geyimli adam
"Qızıl geyimli adam" (qaz. Алтын Адам) — 1969-cu ildə olan arxeoloji tapıntının şərti adı. Alma-atanın 50 kilometrliyində, İssık çayının sahilində olan kurqanların birində tapılıb. Kurqanın hündürlüyü 6 metr, diametri 60 metrdir. Almatının 43 km şərqində yerləşən Esik ərazisində 800 hektarlıq bir sahədə 27 böyük və 55 kiçik kurqan mövcuddur. 1963-cü ildə İssıq-göl daşdığı üçün bir çox kurqan dağılaraq torpağa qarışır. 1970-ci ildə bu bölgədə yerləşən bir təpəlikdə tikinti üçün buldozerlər gətirilir və qazma işləri gedərkən işçilər yonulmuş qayaya rast gəlirlər. Bununla bağlı Almatı muzey rəhbəri Bekin Nur Muhamməd və Kamal Akşiyev bir heyətlə əraziyə gələrək ilkin bilgilər əldə edirlər. Beləliklə, ilk tədqiqatlar Orta Asiya tarixinin yenidən yazılacağını şərtləndirir. İttifaqa bu barədə məlumatı ilk olaraq "Komsomolskaya pravda" qəzeti verir.
Qara geyimli qadın (film, 2012)
Qara geyimli qadın (ing. The Woman in Black) — ingilis yazıçı Syuzen Hillın eyniadlı romanı əsasında çəkilmiş mistik film. Filmdə baş rolda Deniel Redkliff oynayır. Bu film 1989-cu ildə çəkilmiş eyniadlı filmin remeykidir. Əvvəlcə filmin 3D formatında çəkilməsi gözlənilirdi, lakin sonradan "Hammer Film Productions" kinostudiyası bu ideyadan vaz keçir. Filmdə hadisələr XIX əsrdə cərəyan edir. Filmin baş qəhrəmanı Artur Kipps (Deniel Redkliff) adlı hüquqşünasdır. Həyat yoldaşı doğuş zamanı öldüyündən doğulan uşağa o özü baxır. Günlərin bir günü Artur dünyasını dəyişmiş bir müştərisinin vəsiyyətnaməsini əldə etmək üçün uzaq əyalətə yollanır. Müştərinin evi kiçik bir adada yerləşir və sahillə onu yalnız bir yol birləşdirir.

Значение слова в других словарях