1. Əynində geyimi, paltarı olan, paltarlı.
[Zeynalın] qarşısına on biron iki yaşlı, sadə və təmiz geyimli, qara bir qız çıxdı.
Tirmə şal geyimli, qara saçlılar; Hər tərəfə zər nişanlar dolanır.
Ağ geyimli, nurani bir dərviş yol kənarında görünür.
// Geyinmiş, əynində geyimi olan, paltarlı (çılpaq əksi). Geyimli halda bayıra çıxdı. Geyimli uşaq. 2 məc. Üzəri bir şeylə örtülmüş, örtülü. Yaşıl geyimli təpələr.
– Al-əlvan geyimli dağlar gözəli, Sən kimdən öyrəndin vüqarı, lalə?