GİRƏVƏ

is.
1. Gizli yer; pusqu, marıq, qurğu. Girəvədə durmaq.
– Əlavə olaraq ehtiyat üçün arxa girəvələrdə dəxi adamlar düzülmüşdü. S.Rəhimov.

□ Girəvəyə salmaq – tora salmaq, aldatmaq.
Ağaməcid … hərifi girəvəyə salıb onun çiynindən bir təpik vurdu. Mir Cəlal.

2. Əlverişli vəziyyət, fürsət, imkan.
Dovşan, tülkü, at, dəvə; Hərəsi söz deməyə; Axtarırdı girəvə. R.Rza.

□ Girəvə düşmək – fürsət düşmək, imkan yaranmaq.
Güldəstənin analığının bir xasiyyəti var idi: əri biriki günlüyə bir yana gedəndə, onun da əlinə girəvə düşüb sübhdən axşamadək evi Güldəstənin ümidinə qoyub, tamam kəndi evbəev gəzərdi. Ə.Haqverdiyev.

Girəvə tapmaq – bax girəvələmək.
Lakin [Gülyaz] özünü möhkəm saxladı və girəvə tapıb var gücü ilə canavarın qarnına vurdu. Q.İlkin.
[Kişi Vahidə:] İndisə düşmən mənə də girəvə tapdı, qurğu qurdu. B.Bayramov.

Girəvəni əldən buraxmaq (qaçırmaq) – fürsəti əldən vermək, imkandan istifadə etməmək.

Синонимы

  • GİRƏVƏ girəvə bax fürsət
  • GİRƏVƏ fürsət — imkan

Этимология

  • GİRƏVƏ Fars sözüdür, əsl mənası “pusqu” deməkdir. Bizdə “fürsət” mənasında işlədilir. Gir kəlməsi də farscadır, mənası “qüvvə” deməkdir (“qıçım girdən düşüb”
GİRƏM Kİ
GİRƏVƏLƏMƏ

Значение слова в других словарях

вы́верстать глазча́тый избыва́ться маслоде́льный неую́тно отро́жек проторённый контра́рный незавершёнка обко́м расколупа́ть розе́точный яхтсме́нский шалопут chevin ecotoxicity fattening feculence haversack Managua piecing technical school trace horse подзол стилизатор